Məhkəmə qərarları › İş №2(102)-3854/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3854/2022

30.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3854/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə qarşı üzrə iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin qanunsuz zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı1 qarşı “çıxarış və ilkin sənədlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-541/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 0,6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Həmin torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən tikilmiş evdə o və ailə üzvləri yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bərdə şəhəri, H.Əliyev prospektində 0,6 ha torpaq sahəsində yerlə şən tikilidən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılmasına, həmin tikilinin sökülməsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə cavabdeh tərəfindən törədilən maneələrin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan mübahisəli torpaq sahəsində uzun müddətdir məcburi köçkün olan cavabdeh və onun ailə üzvləri yaşayırlar. Məcburi köçkün olmalarını nəzərə alaraq indiyə qədər məhkəmədə iddia qaldırmamışdır. Cavabdeh və ailə üzvləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş Bərdə rayonu 588 saylı qəsəbədə, 2015-ci ildə dövlət tərəfindən verilmiş 6-cı binada yerləşən 3 otaqdan ibarət olan 31 saylı mənzillə təmin edilmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini tərk etməsini tələb etsə də, o buna məhəl qoymamışdır.

5. Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, ƏMDK yanında DƏDRX-in 7 saylı Bərdə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və ilkin sənədlərin etibarsız hesab edilməklə iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş 94 saylı, 22 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh1 2015-ci ilin avqust ayında Bərdə rayonu, 588 mənzilli qəsəbə, bina 6, mənzil 31-də dövlət tərəfindən mənzillə təmin edilib və hal-hazırkı vaxta kimi həmin mənzildə ailə üzvləri: arvadı-X4 (məcburi köçkün deyil), o ğlu-X3 və qızıX1 ilə birlikdə müvəqqəti qeydiyyatda olmaqla yaşayır.

7. Bərdə Rayon Məhkəməsinin 2(021)-285/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Allahverdiyev) ilk iddia tələbi təmin edilmiş, Cavabdeh1 tərəfindən İddiaçı1 mülkiyyətində olan Bərdə şəhəri, H.Əliyev prospektində 0,6 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan hərəkətlərinin qanunsuz hesab edilməsi, onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 inşa etdiyi tikilinin cavabdeh İddiaçı1 mülkiyyətində olan 0,6 ha torpaq sahəsində yerləşməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bundan başqa, iş material larından müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi hüquqi baxımdan boş olmuş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı1 satılmışdır.

9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-541/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov – sədrlik edən və məruzəçi, R.Mamedov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-285/2021 nömrəli, 7 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı qətnamə məcburi köçkün kimi onların hüquqlarını kobud şəkildə pozur. O, 1993-cü ildən mübahisəli ərazidə yaşayır. Mübahisəli ərazinin satılması ilə bağlı ona heç bir məlumat və təklif verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olma sını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

18. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

19. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

33. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-541/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar