Məhkəmə qərarları › İş №2(102)-3856/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3856/2019

05.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3856/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı X1nun cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2ə qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə ilkin, Cavabdeh2in X1na qarşı yaşayış sahəsinin tam təmirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülənədək aylıq kirayə haqqlarının verilməsi tələbinə dair qarşılıqlı və “xxxx” MMC-nin İddiaçı qarşı yaşayış sahəsinin həmin ərazid ə “xxxx” MMC tərəfindən tikən binadan eyni sahəli mənzillə əvəzləşdirilməsi barədə qarşılqılı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-cı il tarixli qətnaməsindən iddiaçı X1nun və cavabdeh “xxxx” MMC –nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon Məhkəməsinin 06 iyul 2018-cı il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddiaçı X1nun cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2ə qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə ilkin və “xxxx” MMC-nin İddiaçı qarşı yaşayış sahəsinin həmin ərazidə “xxxx” MMC tərəfindən tikən binadan eyni sahəli mənzillə əvəzləşdirilməsi barədə qarşılqılı iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhər Nərimanov rayon M.Sənani küçəsi ev 33 ünvanında yerləşən yaşayış evinin əvəzinə “xxxx” MMC-nin maddi vəsaiti hesabına həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 30% əlavə sahə verməklə tam təmirli mənzilin verilməsi və həmin mənzilə köçürülənədək ona 500 manat kirayə haqqının ödənilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Cavabdeh2in qarşılıqlı iddiası təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər M.Allahverdiyev və Ş.Məhərrəmova) Nərimanov rayon Məhkəməsinin 06 iyul 2018-cı il tarixli qətnaməsi mübahisələndirilən- ilkin iddianın mənəvi zərərin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia mənəvi zərərlə bağlı hissədə qismən təmin edilərək, cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 15000 (on beş min) manat məbləğində mənəvi zərərin tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətlərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini i xahiş etmişdir. Cavabdeh “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətlərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini i xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X1 cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2ə qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə iddia vermişdir. Cavabdeh2 X1na qarşı yaşayış sahəsinin tam təmirli dig ər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülənədək aylıq kirayə haqqlarının verilməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Həmçinin “xxxx” MMC İddiaçı qarşı yaşayış sahəsinin həmin ərazidə “xxxx” MMC tərəfindən tikən binadan eyni sahəli mənzillə əvəzləşdirilməsi barədə qarşılqılı iddia vermişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İddiaçı X1 və cavabdeh “xxxx” MMC Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya baxışında iddiaçı X1 ilkin iddiadan, cavabdehlər “xxxx” MMC və Cavabdeh2 qarşılıqlı iddiadan imtina barədə ərizə verərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan respublikası MPM-nin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan və qarşılıqlı iddiadan imtina ərizələri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli mülki işin icraatına xitam verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı X1nun iddiadan və cavabdeh “xxxx” MMC –nin və Cavabdeh2in qarşılıqlı iddiadan imtina ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 dekabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1nun cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2ə qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə ilkin, Cavabdeh2in X1na qarşı yaşayış sahəsinin tam təmirli digər yaşayış sahəsi ilə əvəzlənməsi və mənzilə köçürülənədək aylıq kirayə haqqlarının verilməsi tələbinə dair qarşılıqlı və “xxxx” MMC-nin İddiaçı qarşı yaşayış sahəsinin həmin ərazidə “xxxx” MMC tərəfindən tikən binadan eyni sahəli mənzillə əvəzləşdirilməsi barədə qarşılqılı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar