Məhkəmə qərarları › İş №2(102)-3857/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3857/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3857/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Xoğluna qarşı, Cavabdeh X oğlunun İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı, vəkili X1, Cavabdeh xoğlunun və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, X nömrəli qərardadından Cavabdeh xoğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə ilkin iddia üzrə tikilinin sahibliyə və istifadəyə verilməsi, qarşılıqlı iddia üzrə müqavilənin etibarsız hesab edilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) X nömrəli, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh X oğluna qarşı öhdəliyin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh xoğlu ilə İddiaçı arasında bağlanmış 27 mart 2019-cu il tarixli “Müqavilə-Razılaşma”nın ikinci və beşinci bəndlərinin etibarsız sayılması, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid ed ilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 07 yanvar 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və G.Quliyev) x nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 29 oktyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh xoğluna qarşı “tikilinin sahibliyə və istifadəyə verilməsi” barədə ilkin iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 149 saylı 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsi tam şəkildə, eləcə də evin qarşı tərəfində əvvəlki tarixdən inşa edilmiş mətbəx, hamam və sanitar qovşağının azyaşlı qızı ilə birlikdə İddiaçı, 2-ci mərtəbəsinin tam şəkildə Cavabdeh xoğlunun istifadəsinə verilməsi və evin qarşı tərəfindən İddiaçı (azyaşlı qızı ilə birlikdə) giriş-çıxış hüququnun təmin olunması, Cavabdeh xoğlunun İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları məbləğlərinin tərəflərin özlərinə aid olunması qət edilmişdir.

6. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 10 fevral 2021-ci il tarixli, X nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiy i kassasiya şikayəti geri qaytarılmışdır.

8. Qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh kassasiya şikayəti vermiş, lakin şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. 9. 11.03.2021-ci il tarixdə Cavabdeh yenidən kassasiya şikayəti vermişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 18 mart 2021-ci il tarixli, X nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

11. Qərardad belə əsaslandırılmışdır ki, qətnamə 19.11.2020-ci il tarixdə Cavabdeh xoğluna poçt vasitəsilə çatdırılmış, lakin o, qətnamədən təkrar verdiyi kassasiya şikayətini 11.03.2021-ci il tarixdə (şika yət vermə müddətinin bitməsindən təxmini 2 ay sonra) məhkəməyə ünvanlamışdır. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti apellysaiya məhkəməsinə müddət ötürülmədən verilməsinə baxmayaraq iş materiallarına dövlət rüsumu əlavə edilməmiş, bu səbəbdən qeyd olunan şikayət geri qaytarılmış və bundan sonra dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edildikdən sonra yenidən kassasiya şikayəti apellyasiya məhkə məsinə göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən buraxılmış nöqsan aradan qaldırılmış və bu səbəbdən müddət ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Süleyman Qasımov kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Ma ddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

19. Maddə

133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində kassasiya şikayəti verilir.

21. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

26. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayətinin mümkünlüyü ilə bağlı sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

27. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, müvafiq nöqsan aradan qaldırıldıqdan sonra kassasiya şikayə ti verildiyi məqamda qanunla müəyyən edilmiş müddət keçmişdirsə həmin prosessual müddətin bərpasına dair ərizə verilmədiyi halda şikayətin geri qaytarılması əsaslıdır.Kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

28. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.03.2021-ci il tarixli, X nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar