Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3857/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı tələbinə dair ilkin iddia və Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maşın yuma sexinin işlənməsinə törədilən maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddiası, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı maşın y uma sexinin sökülməsi qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3875/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 21 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Goranboy rayonun Muzdurlar kəndində yerləşən maşın yuma sexinin işlədilməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Hazırəhmədli kəndində yerləşən cavabdehin maşın yuma sexinin onun öz vəsaiti hesabına sökülməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Goranboy Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tаrixli, 2(045)-1133/2021 saylı qətnaməsi ilə(hakim İ.Əbdurəhmanlı) ilkin iddia təmin edilmiş, İddiaçı sahibkarlıq obyektlərindən istifadə hüquqlarına törədilən maneənin Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiy a Məhkəməsinin 2(104)-3875/2021 saylı, 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)3875/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalar ının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021 ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2021-ci tarixli qətnaməsindən M və vəkili Vəkil kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Lakin kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 407-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.
8. Həmçinin kassasiya şikayətində maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi barədə dəlillər göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh M kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin məhkəmə baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi konstitusion və prosessual hüquq normalarını pozmuş, şikayət MPM-nin 407-ci maddənin tələblərinə uyğun tərtib edilsə də, geri qaytarmış və nöqsanın nədən ibarət olmasını qərardadda göstərməmişdir. Bu da qərardadın əsassız olduğunu sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Prosessual məsələlər
12. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
13. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəm ə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qərardad tam mübahisələndirildiyindən və ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əs as insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri kimi MPM-nin 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi, MPM-nin 408.1.5-ci maddəsində isə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi müəyyən olunur.
20. İş materiallarından görünür ki, cavabdeh Mnun kassasiya şikayəti MPM-nin 407-ci maddəsində kassasiya şikayəti üçün müəyyən olunmuş forma və məzmun tələblərinə cavab vermir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hü quq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, şikayətini ümumi formada digər məsələlərlə əsaslandırmağa çalışmışdır.
21. Bu hallar, MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq kassasiya şikayətini geri qaytarmışdır.
22. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3875/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qərardadı d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.