Məhkəmə qərarları › İş №2(102)-3858/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3858/2024

13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3858/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 13.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1770/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhə ri, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması qərara alınmışdır.

2. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 4(006)- 607/2017 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Polis İdarəsinin vəsatətinin rədd edilməsi, təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi qərara alınmışdır. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin qətimkan tədbiri seçmək haqqında xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində “başqa yerə ge tməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir.

3. Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2017-ci il tarixli protokoluna əsasən, xxxx seriyalı, 2014-cü il istehsallı “X12 Pro” markalı epilyasiya aparatı götürülərək Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına aparılmış və maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə xx.xx.2018-ci il tarixli qərar ilə lazer epilyasiya aparatının cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X4 təhvil verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavininin ibtidai istintaq müddətinin uzadılması barədə xx.xx.2018-ci il tarixli qərarı ilə, xx.xx.2017-ci il tarixdə İddiaçı Azərbay can Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2017-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, Nəsimi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə həbsdən imtina edilmiş, həmin tarixli qərarla təqsirləndirilən şəxs İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhər prokurorluğunun xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti xx.xx.2018-ci ilədək uzadılmışdır. Həmin qərar ilə isə ibtidai istintaq müddətinin 03 ay, yəni xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək uzadılması qərara alınmışdır.

5. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-32/2019 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Republikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamışdır. İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9015-1441 seriyalı, “CandelaGentleLasePro” markalı lazer epilyasiya aparatı zərər çəkmiş şəxs X2 istifadəsində saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1068/2019 nömrəli hökmü ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı xx.xx.2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, X3 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914- 9015-1441 seriyalı, “CandelaGentleLasePro” markalı lazer epilyasiya aparatı ondan alınıb İddiaçı qaytarılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(102)-582/2020 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 220.000 manat, mənəvi ziyana görə 100.000 manat, ümumilikdə 320.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir.

9. İddia tələbi işin yuxarda qeyd edilmiş faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki,2014-cü ildə o, özünə təzə iki ədəd ABŞ istehsalı “CandelaGentleLase” markalı lazer-epilyasiya aparatı alıb, onlardan birini əvvəlcə Neftçilər metrostansiyasının yaxınlığındakı gözəllik salonunun, 2015-ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Əminə” gözəllik salonuna yerləşdirib işlədərək gəlir əldə etmişdir. Həmin vaxtlar “Nazim 1001” şirkətinə olan borcuna görə müvəqqəti istifadə üçün qarşılıqlı razılıq əsasında Rasim Tanrıverdiyevə vermiş və sonuncu xx.xx.2017-ci ilə kimi həmin aparatdan istifadə etmişdir. xx.xx.2017-ci ildə gözəllik salonunun iddiaçıda olan açarlarından istifadə edərəkhəmin aparatı salondan götürüb yük avtomobilinə qoyub apamışdır. A paratı bir müddət “Həzi Aslanov” adına metrostansiyanın yaxınlığında yerləşən yerdə saxlamış, xx.xx.2017-ci ildən Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “Əminə” gözəllik salonuna apararaq orada istifadə etməyə başlamışdır. X1 şikayəti əsasında iddiaçı barəsində Nəsimi rayon Polis İdarəsində Azərbaycan Respublikası CMnin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Nəsimi Rayon Polis İdarəsində aparılan istintaq zamanı müstəntiqin “Maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli qərarlarına əsasən iddiaçının mülkiyyətində olan 9914-9015-1441 seriyalı “X12” markalı lazer-epilyasiya aparatı saxlanılması üçün zərərçəkmiş X5 təhvil verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 1(103 )-1068/2019 saylı hökmü ilə qeyd edilən aparatın iddiaçıdan alınaraq saxlanılması üçün Nazim Tanrıverdiyevə verilməsi qanunsuz hesab edilərək həmin aparatın iddiaçıya qaytarılması göstərilmişdir. İddiaçı həmin aparatdan xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər istifadə etmişdir. Aparatdan istifadə ilə bağlı olan bütün əməliyyatlar, o cümlədən əldə olunan gəliri ayırdığı ayrıca dəftərdə qeyd etmişdir. İddiaçıhər ay aparatdanortahesabla 10.000 manat gəlir əldə edirmiş. Aparatın iddiaçıdan götürüldüyü gündən Bakı Apellyasiya Məhkəməsinin bəraət hökmü çıxarıldığı günədək, yəni 22 ay ərzində 220.000 manat gəlirdən məhrum olmuşdur. Heç bir əsas olmadan o şübhəli şəxs kimi 48 saat polis idarəsinin təcridxanasında saxlanılmış, sonradan əməli Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinə töv sif edilərək cinayət işi baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bütün bu müddət ərzində o və ailə üzvləri sarsılmış, böyük narahatlıqlar keçirmişlər. Etmədiyi əmələ görə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi onu təqsirli bilməklə onun işgüzar nüfuzuna, ləyaqətinə böyük zərbə vurmuş və bütün bunlar onun səhhətində problemlər yaratmışdır. İddiaçının barəsində bəraət hökmü çıxarıldıqdan sonra kassasiya şikayəti verildiyindən məkhəmə istintaqı davam etdirilmiş, bu da iddiaçının və onun ailə üzvlərinin mənəvi sarsıntı keçirməkdə davam etmələrinə səbəb olmuşdur. Nəticədə ona qeyd edilən səbəblərdən 100.000 manat mənəvi ziyan vurulmuşdur.

10. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış və etirazı onunla əsaslandırmışdır ki, ilk növbədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin, mülki qanunvericiliyə görə, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Lakin mülki qanunvericilikdə “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyə şən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında o da sübut olunmuşdur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol ve rilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddiamövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Maddi zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Digər tərəfdəniddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir.

11. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tələbin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, ibtidai istinaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 240.000 manat, mənəvi zərərə görə 100.000 manat, əmlakının qanunsuz saxlanmasına görə 34.214 manat faiz, ümumilikdə 374.324 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) tərəfindən 2017-2018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Uçotbaza məlumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 14.238,75 manat təşkil ediltmişdir.

13. Həmçinin, Azərb aycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınması barədə məlumat mövcuddur. ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2015-ci il tarixdə **********-20001 kodu ilə uçota alınması barədə məlumat müəyyən edilmişdir. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə müraciət edilməsi barədə məlumat müəyyən edilməmişdir. ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) xx.xx.2017-ci il tarixdə **********-20002 kodu ilə uçota alınması və xx.xx.2019cu il tarixdə uçotdan çıx arılması barədə məlumat müəyyən edilmişdir. İddiaçı (VÖEN: **********) 2017-2018-ci illər ərzində əsas fəaliyyət növü “Bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” (96020), əlavə fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” (93290) kimi müəyyən edilmişdir.

14. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən, “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLasePro” markalı epilyasiya aparatının 2014-2015-ci illərə orta bazar qiyməti təxminən 75000-85000 manat müəyyən olunmuşdur. Təmir-bərpa xərcləri icarəyə verən şəxs tərəfindən qarşılanmaqla həmin cihazın, yəni “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “X13” markalı epi lyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı təxminən 4.500-5.000 manat müəyyən olunmuşdur.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1962/2023 nömrəli iş üzrə 4 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 61.530 manat və mənəvi zərərin əvəzi kimi 2.000 manat olmaqla, cəmi 63.530 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə iddia tələbinin “maddi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “X12 Pro” markalı lazer epilyasiya aparatının xx.xx.2017-ci ildə götürülərək Nəsimi Rayon Polis İdarəsini n inzibati binasına aparılması, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə isə iddiaçıya bəraət verilməsi ilə aparatın ona qaytarılması iş materialları ilə öz təsdiqini tapan mübahisəsiz halı olmuşdur. Belə ki, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək olan müddət ərzində iddiaçı istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində “X12 Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş, nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi maddi gəlirdən məhrum olmuşdur.

17. İddiaçı ona dəymiş maddi zərəri aparatdan istifadə etdiyi müddət ərzində bütün maliyyə əməliyyatlarını yazdığı dəftərlə əsaslandıraraq, ayda orta hesabla 10.000 manat gəlir əldə etdiyini bildirməsinə baxmayaraq, həmin dəftəri məhkəməyə təqdim etməmiş, yalnız d əftərin surəti olduğunu bildirdiyi əlyazmalarını sübut qismində təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş surətləri ona görə mötəbər hesab etmir ki, həmin surətlərdə bütün məlumatlar əl yazısı ilə öz əksini tapmış, buna görə də təqdim edilmiş surətlərin dəftərin əsli ilə düz olub-olmaması, yazılar üzərində düzəlişlərin edilibedilməməsi, qeydlərin, həqiqətən də, iddia edilən dövrlərdə yazılması, yazılanların doğru olub-olmaması müəyyən edilə bilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən cavab məktubuna əsasən xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək İddiaçı dövriyyə məbləğinin 14238.75 manat təşkil etməsi müəyyən edilmiş, l akin 20172018-ci illər üzrə gəlir vergisi bəyannamələri təqdim edilmədiyindən xalis mənfəət məbləği müəyyən edilməmişdir. Qeyd olunan dövriyyə məbləğinin aylıq ortalamasını hesabladıqda təxminən 1.780 manat əldə olunmuşdur.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “X12 Pro” markalı lazer epilyasiya aparatı vasitəsilə hər ay fərqli məbləğlərdə qazanc əldə etməsi daha ağlabatan olmuşdur. Yəni iddiaçının 2017-2018-ci illərdə müvafiq müddət ərzində əldə etdiyi xalis gəlir onun başqa vaxt da həmin qazancı əldə etməsi qənaətinə gəlməyə əsas verməmişdir. Həmçinin, aparatın bazar qiymətini, obyektin icarə haqqını, aparatın aylıq icarə haqqı məbləğini və obyektdə işləyən işçinin əmək haqqını nəzərə aldıqda, iddiaçının orta aylıq qazancının 10.000 manat olması (bu halı təsdiq edən mötəbər sübut məhk əməyə təqdim edilməmişdir) ağlabatan hesab oluna bilməz.

20. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçəni araşdıraraq mötəbər olduğu qənaətinə gəlmişdir. Həmin dəftərçəyə əsasən müəyyən edilmişdir ki, aparatın istifadəsi nəticəsində avqust ayında 3171 manat, sentyabr ayında 3063 manat, oktyabr ayında 2061 manat, noyabr ayında 2416 manat, dekabr ayında 2075 manat, yanvar ayında isə 2597 manat gəlir əldə edilmişdir. Beləliklə, sadalanan 6 ay ərzində aparatdan istifadə edilməklə aylıq orta hesabla (3171 + 3063 + 2061 + 2416 + 2075 + 2597) / 6 = 2563.83 manat gəlir əldə edilmişdir. Deməli, iddiaçı aparatdan məhrum edildiyi 23 ay 3 həftə 4 gün müdd ətində təxminən 61.530 manat gəlirdən məhrum olmaqla ona həmin məbləğdə maddi ziyan dəymişdir.

21. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən lazer aparatının iddiaçıdan qanunsuz götürülərək başqa şəxsə verilməsi ilə iddiaçının qazanc əldə etmək qabiliyyəti tamamilə məhdudlaşdırılmamışdır. Bununla iddiaçı yalnız lazer aparatı vasitəsilə əldə edəcəyi qazancdan məhrum olmuşdur. Məhkəmənin qənaətinə görə maddi ziyanın məbləği fərziyyələr və ehtimallara görə deyil, tərəfin (iddiaçının) təqdim etdiyi bütün mötəbər sübutlar əsas götürülməklə müəyyənləşdirilməlidir.

22. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X12 Pro” markalı lazer epilyasiya aparatının qanunsuz olaraq başqa şəxsdə saxlanıldığı 23 ay 3 həftə 4 gün müddətində iddiaçıya 61.530 manat məbləğində madd i zərər dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 61.530 manat məbləğində maddi zərərin əvəzi İddiaçı verilməlidir.

23. İddia tələbinin “əmlakın qanunsuz saxlanmasına görə 34.214 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı bu məbləği bank uçot dərəcəsinə əsaslanmaqla tələb etsə də, onun bu tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, hazırkı işin faktiki halları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan hallara uyğun deyil və həmin normaya əsaslanaraq 34.214 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına idd iaçıya qaytarılması düzgün deyildir.

24. Məhkəmə qeyd etmişdir ki, sözügedən norma məhz pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti müəyyən edərək, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən bank uçot dərəcəsinə uyğun faizlər ödənilməli olmasına dair məsələni tənzimləyir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tələb bu hissədə əsassız olduğundan və sübuta yetirilmədiyindən təmin edilməməlidir.

25. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq cinayət i şinin istintaqının aparılması, 18 ay 3 həftə 4 gün müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, həmçinin, qazanc yeri olan aparatın ondan alınaraq başqasına verilməsilə aktiv gəlirdən məhrum olması iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 manat deyildir.

26. İddiaçıya dəymiş mənəvi zərərin 2.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatan olduğundan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi z ərərin əvəzi kimi 2.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

27. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1ci maddələrinə, habelə Mülki Pro sessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 89.3, 101.7, 103.1, 106.1, 119.1, 124.3, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və cavabdehdən maddi ziyan əvəzi kimi 120.000 manat, mənəvi ziyan əvəzi 5.600 manat, cəmi 127.560 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

30. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəti cəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdan təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çək miş şəxsə ödəniləcək mənəvi zərərin miqdan təqribən 500 manat, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdan isə təqribən 300 manat müəyyən edilir. Formalaşmış mövqe əsas götürülsə iddiaçıya 18 ay müddət üçün mənəvi ziyana görə 2.000 manat deyil, 5.400 manat ödənilməli idi. İddiaçıya onda olan dəftərdə aparılan qeydlərə görə faktiki olaraq 127.560 manat maddi ziyan vurulmuşdur. Ona görə də həmin məbləğ ona tam həcmdə ödənilməlidir. Məhkəmənin təyin etdiyi qərar əsasında verilmiş Azərbaycan Respublikası xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, təmir-bərpa xərcləri icarəyə verən şəxs tərəfindən qarşılanmaqla həmin cihazın, yəni “Candela” firması (ABŞ) tərəfindən 2014-cü ildə istehsal edilmiş 4000 VA gücünə malik, “GentleLasePro” marka lı epilyasiya aparatının 2018-2019-cu illər üzrə orta aylıq icarə haqqı təxminən 4.500-5.000 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilməsinə baxmayaraq məhkəmə vurulmuş ziyanın məbləği müəyyən edilərkən ekspertizanın rəyində ‘GentleLasePro” markalepilyasiya aparatının 2018-2019- cu illər üzrə orta aylıq icarə haqqını deyil,cinayət işinin materillannda olan «Notebook” sözü yazılmış qara üzlüklü dəftərdə qeyd edilən rəqəmləri əsas kimi götürülməsiniəsaslandırılmamış, ekspret rəyi digər sübutlarla yanaşı qiymətləndirilməmişdir.

31. Daha sonra iddiaçı vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi onun aparatdan istifadə etdiyi dövrü nəzərə almamış, ona aid olmayan dövrü nəzərə alaraq, yəni aparat Cavid Abbasovun istifadəsində olan m üddətdə cinayət işinin materiallarına əlavə edilmiş üzərində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçədə lazer epillyasiya aparatının istifadəsindən əldə olunan 6 aylıq hesabata uyğun qətnamə çıxarmışdır.

32. Cavabdeh də apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heçbir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də, mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla q anunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan poz untular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmişşəkildə iddiaçının xeyrinə 63.530 manat müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam veri lməli idi. Məhkəmə qətnaməsində “Notebook” sözü yazılmış qara üzlüklü dəftərçəyə istinad olunsa da, hesab edirlər ki, həmin dəftərçə sübut qismində hesab edilə bilməz, belə ki, həmin dəftərçədəki yazılar iddiaçının epilyasiya ilə bağlı aldığı və ya digər məqsədlər üçün aldığı və ya verdiyi borcları da əks etdirə bilərdi, bu baxımdan adi dəftərçənin sübut qismində hesab edilməsi düzgün yanaşma deyildir və mötəbər sübut kimi dəyərləndirilə bilməz. Bundan başqa, mənəvi zərərlə bağlı hissədə bildirilir ki, dəymiş mənəvi zərər fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olun mamışdır. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi iddiaçının apellyasiya şikayətinə etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1770/2024 nömrəli iş üzrə 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrl ik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1962/2023 nömrəli qətnaməsinin mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq 4.750 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçının barəsində qanunsuz olaraq xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixə kimi, tə qribən 19 ay müddətinə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri tətbiq edilmişdir. Belə ki, iddiaçının barəsində qeyd olunan qətimkan tədbirinin tədbiq edilməsi, həmin müddətdə məhkəmə proseslərinin davam etməsi iddiaçıda mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına səbəb olmuşdur.

37. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının barəsində tətbiq edilmiş qeyd olunan qətimkan tədbirinin hər ayı üçün 250 manat hesablanmaqla, iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 4.750 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatan olmuşdur.

38. Məhkəmə kollegiyası iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd etmişddir ki, xx.xx.2017-ci ildən (Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokolun tarixi) xx.xx.2019-cu il tarixədək (Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının qərarının tarixi) olan müddət ərzində (təqribən 24 ay) iddiaçı istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona məxsus “X12 Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş, nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.

39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı fərdi sahibkar olduğu üçün qeyd olunan aparatdan istifadə nəticəsində əldə edilmiş gəlirləri ilə bağlı vergi orqanlarına bəyannamələr təqdim etməli olduğu halda bunu etməmişdir. Mülki Prosessual qanunvericiliy in tələblərinə əsasən iddiaçı tərəfindən aparatdan istifadəyə görə aylıq 10.000 manat gəlir əldə etməsi rəsmi sənədlərlə təsdiq olunmadığından, onun tərəfindən tərtib edilmiş və dəftərində qeyd edilmiş məlumatlar ona dəymiş maddi zərərin hesablanmasında sübut kimi nəzərə alına bilməz.

40. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin materiallarına əlavə edilmiş, qeyd edilən aparatı gəlir əldə etmək məqsədilə real olaraq istifadə etmiş şəxs - X6 qeyd etdiyi məlumatlara istinad edərək hesablamışdır.

41. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlmişdir ki, müxtəlif mənbələrdən əldə edilmiş məlumatlara əsaslanaraq nəzəri hesablama yolu ilə müəyyən edilmiş və ekspert rəyində əks olunmuş məlumatlar ilə müqayisədə aparat ın real istifadəsi nəticəsində əldə edilmiş gəlir məlumatları daha mötəbər hesab edilməlidir.

42. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009- cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsi nin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüqu q mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

43. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Bununla belə, məhkəmə kollegiyası tərəfindən cinayət işi üzrə ibtidai istintaqı aparmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

44. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1101.1, 1101.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddəl ərinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və vurulmuş ziyanın tam həcmdə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi də əsassız olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hər iki məhkəmə ekspretizanın rəyi ilə müəyyən edilən orta aylıq icarə haqqının məbləğinin vurulan maddi ziyanın məbləğinin qəbul edilməməsini, yəni ekspertizanın rəyi ilə razılaşmamalarını kifayət qədər əsasla ndırmamışlar. Bununla da işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Nəticədə iddiaçıya faktiki olaraq vurulmuş maddi ziyanın tam olaraq ödənilməməsi barədə qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zər ər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

51. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

52. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqı nda iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

53. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuzfəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu

54. Maddə

1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

55. Maddə

5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş mə hkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

56. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

57. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 5

8. Maddə 56.0.2 və 56.0.3. Bu məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

59. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar m ümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

60. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

68. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tələ bin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

71. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

72. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və p rosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

73. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı barəsində qanunsuz olaraq xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək, təqribən 19 ay müddətində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İddiaçının barəsində qeyd olunan qətimkan tədbirinin tədbiq edilməsi, həmin müddətdə məhkəmə proseslərinin davam etməsi iddiaçıda mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi və onun barəsində mənfi fikir formalaşmasına səbəb olmuşdur.

74. Apellyasiy a instansiyası məhkəməsi, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı barəsində tətbiq edilmiş qeyd olunan qətimkan tədbirinin hər ay üçün 250 manat hesablanmaqla, iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 4.750 manat müəyyən edilməsi ədalətli, ağlabatan olmaqla mülki iş materiallarına tam uyğundur.

75. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişddir ki, xx.xx.2017-ci ildən (Nəsimi Rayon Polis İdarəsinin əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokolun tarixi) xx.xx.2019-cu il tarixədək (Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının qərarının tarixi) olan müddət ərzində (təqribən 24 ay) iddiaçı istintaq orqan larının qanunsuz hərəkətləri nəticəsində ona məxsus olan “X12 Pro” markalı lazer epilyasiya aparatından istifadə edə bilməmiş və nəticədə göstərilən müddət ərzində həmin aparat vasitəsilə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur.

76. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının maddi zərərin məbləğinin düzgün müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, iddiaçı fərdi sahibkar kimi qeyd olunan aparatdan istifadə nəticəsində əldə edilmiş gəlirləri ilə bağlı vergi orqanına bəyannamələr təqdim etməli olduğu halda, bunu etməmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə, iddiaçı tərəfindən sözügedən aparatdan istifadəyə görə aylıq 10.000 manat gəlir əldə etməsi rəsmi sənədlərlə təsdiq olunmadığı üçün, onun tərəfindən tərtib edilmi ş və dəftərində qeyd edilmiş məlumatlar ona dəymiş maddi zərərin hesablanmasında sübut kimi nəzərə alına bilməz. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin materiallarına əlavə edilmiş, qeyd edilən aparatı gəlir əldə etmək məqsədilə real olaraq istifadə etmiş şəxs- X6 qeyd etdiyi məlumatlara istinad edərək hesablamışdır.

77. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, müxtəlif mənbələrdən əldə edilmiş məlumatlara əsaslanaraq nəzəri hesablama yolu ilə müəyyən edilmiş və ekspert rəyində əks olunmuş məlumatlar ilə müqayisədə aparatın real istifadəsi nəticəsində əldə edilmiş gəlirlər barədə məlumatlar daha mötəbər hesab edilməlidir. Ona görə də iddianı bu hissədə qismən 61.530 manat məbləğdə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

78. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

79. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhb ər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2(103)-1770/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar