Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3859/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Qəmbərova Svetlana Böyük Ağa qızının və vəkili X4, cavabdehin vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torp aq sahəsindən çıxarılmaları barədə mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1900/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək daha sonra iddia tələbini dəqiqləşdirərək, mərhum əmisi Qəmbərov X8 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evdən onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.X.Əkbərov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) xx xxxx 2019-cu il tarixli, 2(103)-6727/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7117/2019 saylı qərarı ilə iddiaçı Qəmbərov X3 şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli 2(103)-6727/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yeni dən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 2(103)-1900/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı və vəkili X1 şikayəti verərək iş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1900/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlmatlandırılmamış, məhkəmə maddi və prosessual hüqu q normalarının pozulması ilə qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qəmbərova Svetlana Böyük Ağa qızı, vəkili X1 şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 şikayətinin dəlillərinə etiraz edərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏ SƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci, Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx xxxx 1958-ci il tarixli qətnaməsi ilə Şüvəlan qəsəbəsindəki mərhum İddiaçı qalmış və hal-hazırda oğulları Ağa Əli və Bala Əlinin yaşadıqları 356 nömrəli 4 otaqdan və 1 tövlədən ibarət mülk tərəflər arasında bərabər surətdə bölünmüşdür. Qətnamədə tələ bkarın ixtiyarında olan 2 otağın və tövlənin yarı hissəsinin ona verilməsi, cavabdehin yaşadığı 2 otağın şüşəbəndlə birlikdə və tövlənin yarısının onun istifadəsinə verilməsi, həyətyanı sahənin tərəflərin otaqlarının mərkəz tinindən başlayaraq, küçə qapısına qədər 2 hissəyə bölünməsi və arasının kəsilməsi, hər bir tərəfin hissəsində yerləşən meyvə ağaclarının öz ixtiyarında saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə miras əmlakın bölünməsi deyil, yalnız istifadə qaydasının müəyyənləşdirilməsi qət edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı ev Qəmbərov X8 miras qalmış əmlak kütləsinə daxil olmadığından, həmin əmlaka dair mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İlkin olaraq məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri ilə bağlı məlumatlandırılmamasına dair dəlilini əsaslı hesab edir və qeyd edir ki, hazırkı mülki iş kassasiya baxışından sonra xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuş, ilk dəfə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, sonra işə işin baxılması tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən xx xxxxxx 2020-ci il tarixə təxirə salınmış və həmin tarixdə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı ilə işə baxılmış və yekun məhkəmə aktı qəbul olunmuşdur. İş materiallarında iddiaçının müvafiq olaraq xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə keçiriləcək məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandı rılmasına dair bildirişlərin mövcud olması müəyyən edilsə də, onların iddiaçıya göndərilməsinə dair reyestrlər və ona bildiriş çatdırılmasına dair xəbərnamələr yoxdur. Eyni zamanda iş materiallarında iddiaçının və vəkilin telefon nömrəsi olmuş olsa da, həmin nömrələrdən istifadə edilməklə «SMS»-lə və ya telefonoqramla iddiaçının məlumatlandırılması təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ insanın əsas ayrılmaz hüquqlarından biri olmaqla, həmin hüququn Azərbaycan Respublikasında tanınmasına və həyata keçirilməsinə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Konstitusiyaya müvafiq olaraq təminat verilir. Məhkə mə müdafiəsi hüququnun isə öz növbəsində Konstitusiyanın 12-ci maddəsinə əsasən tanınması, təmin və müdafiə edilməsi Azərbaycan dövlətinin ali məqsədi olan bütün digər hüquq və azadlıqların həyata keçirilməsinin zəruri təminatı kimi çıxış edir. Məhkəmə icraatı iştirakçılarının məhkəmə müdafiəsini tam həcmdə həyata keçirmələrinə, yəni ədalət tələblərinə cavab verən məhkəmə vasitəsilə hüquqlarının effektiv bərpasına təminat verilir. Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu isə, insan hüquqlarının və qanuni mənafelə rinin müdafiəsi üçün yalnız məhkəməyə müraciət etmək hüququnu deyil, həm də qanunvericiliklə nəzərdə tutulmuş digər prosessual vasitələrdən istifadə hüququnu da nəzərdə tutur. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7, 8 və 10-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi də göstərilən konstitusiya müddəalarına uyğun olmaqla, həmin maddələrdəki müddəalar hamının qanun və məhkəmə qarşısında bərabərliyinə, hər kəsin onun mülki hüquq və vəzifələrinə dair mübahisənin qanun əsasında yaradı lmış müstəqil və qərəzsiz məhkəmə tərəfindən həll edilməsi hüququna təminat verir. Həmin ümumi prinsip və normalar Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn yuxarıda göstərilən normalarının məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu isə o deməkdir ki, iddiaçı ilə yanaşı cavabdeh də bərabərhüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanı ilə təmin edilməlidir. Buna görə də, MPM-nin 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi möhkəmləndirilərək, məhkəmənin üzərinə həqi qətə nail olmaq üçün bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsi qoyulur. Məhkəmələr tərəfindən ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın müddəaları gözlənilməli, o cümlədən, işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalı (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilməlidir (127-ci maddənin Vİİ hissəsi). Mülki Prosessual Məcəlləsinin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışdırsa apelyasiya instansiya məhkə məsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Hazırkı işin halları ilə aşkar olaraq müəyyən olunur ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmayan iddiaçının iştirakı olmadan işə baxılaraq yekun məhkəmə aktı qəbul olunmuşdur. Bu isə yuxarıda istinad olunan prosessual hüquq normasının tələbi baxımından məhkəmə aktının ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə istinad etsə də, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlərə əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak daxil olduğundan vərəsəlik mübahisə sinin həlli üçün ilk növbədə istinad edilən tikilinin qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlak hesab edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Buna baxmayaraq, apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evin hüquqi statusunu müəyyən etməməklə onun miras əmlak hesab edilibedilməməsinə qiymət vermədən ona münasibətdə tərəflərin vərəsəlik hüququnu tanımışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, istinad edilən müddəaların tələblərinə uyğun olaraq aydınlaşdırılmalı məsələləri həll etmədən iş üzrə nəticəyə gəlməklə səhvə yol vermişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarı da qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya məhkəməsinin yuxarıda göstərilən göstərişlərinin aydınlaşdırılması üçün heç bir cəhd göstərməmiş və yalnı z məhkəmənin həmin qərarında göstərilən halları öz qərarında təkrarlamaqla kifayətlənmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına gör ə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 272.7 və 420-ci maddələrinin tələblərinə riayət edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayəti isə qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1900/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-c il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3859/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3859/2020
24.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver