Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3860/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması, qətnamədə yol verilmiş yanlışlıq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Daşınmaz əmlakın dövlət reyestrindən 28 sentyabr 2018-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 51 nömrəli evin (bundan sonra – mübahisəli ev) 1/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh2 və 4/6 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evdə olan 1/6 hissədəki payının naturada ayrı lmasına, “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsinə, onun faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi onun istifadəsinə verilməsinə və bununla da paylı mülkiyyət hüququna xitam verilməsinə dair müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli evdəki payı ona anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Anası isə həmin əmlakdakı payı 1969-cu ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin vaxt əmlak üç tikilidən və doqquz paydan ibarət olmuşdur. Alqı-satqı nəticəsində anasına ümumi əmlakdan doqquzda bir hissə keçmişdir. Sonradan ona naməlum vaxtda və şəraitdə əmlakın “B” literli ti kilisi 3/9 hissə kimi paylı mülkiyyətdən ayrılıb paylı mülkiyyətçilərdən birinin ayrıca mülkiyyətinə keçmişdir. Bununla da, ümumi əmlakda tikililərin sayı iki (“A” və “V” literli tikililər), payların sayı 6 olub və onun anasının payı 1/6 hissə təşkil etmişdir. Anası bu əmlakdan pay alıb yaşamağa başladığı vaxtdan hazırda istifadəsində olan tikililərdə yaşamışlar. Nə o, nə də anası indiyədək orada hər hansı tikinti işləri aparmamışlar. Onların yaşadıqları tikililər hələ 1961-ci ildən mövcuddur. Uzun illərdir onların istifadə etdikləri tikililər indiki texniki pasportda öz əksini tapmamışdır. Köhnə texniki pasportda onlar qırmızı rəqəmlə göstərilmiş, yenisində isə ümumiyyətlə göstərilməmişdir. Anasının bu məsələlərdən anlayışı olmadığından məharətlə yararlanmış cavabdehin əmisi, alqı-satqı m üqaviləsi bağladıqdan sonra anasının sahibliyinə və istifadəsinə əmlakdakı payının əvəzinə qanunsuz tikililər vermişdir. Onun hazırda istifadə etdiyi sahə qanunsuz tikilidir. Cavabdeh1 ona qarşı “mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar çıxarışın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə çıxış etdikdə ona məlum olmuşdur ki, anasından ona vərəsəlik qaydasında keçən ümumi mülkiyyətdə olan əmlakdakı 1/6 hissədə olan payı Cavabdeh1 faktiki istifadəsindədir. Dövlət reyestrindən verilmiş çıxarışa və texniki pasporta əsasən mübahisəli paylı mülkiyyət “A” və “V” literli tikililərdən ibarətdir. Onun faktiki istifadə etdiyi sahə bu tikililərin heç birində deyil. “V” literli tikili və “A” literli tikilinin balaca bir hissəsi istisna olmaqla bütünlüklə Cavabdeh1 istifadəsindədir. “A” lit erli tikilinin müəyyən hissəsi isə digər Cavabdeh2 istifadəsindədir. Mübahisəli əmlakın həyətyanı sahəsində inşa edilmiş faktiki istifadəsində olan tikililərə hər hansı bir hüquq əldə etmir. Paylı mülkiyyətində olan əmlakını Cavabdeh1 qanunsuz sahibliyindən geri tələb edə bilər. Hazırda istifadəsində olan sahəyə “V” literli tikili bitişik olduğundan, cavabdeh heç vaxt “V” literli tikilidən yaşayış sahəsi kimi istifadə etmədiyindən və onun istifadəsinə verilməsi üçün təcrid olunmuş digər tikilinin olmadığından həmin “V” literli tikili ümumi əmlakdakı payı kimi onun istifadəsinə verilməlidir. “A” literli tikili 2 mərtəbədən, 177,90 kv.metr ümumi, 95,80 kv.metr yaşayış sahəsindən ibarətdir. Həmin tikilinin digər Cavabdeh2 istifadəsində olan az bir hissə istisna olmaqla bütünlüklə Cavabdeh1 istifadəsindədir. “V” literli tikili isə 1 mərtəbədən, 10,80 kv.metr ümumi, 7,40 kv.metr yaşayış sahəsindən ibarətdir. Son günlərədək başqa şəxslərin qanunsuz istifadəsində olub, hazırda isə Cavabdeh1 istifadəsindədir. Ümumi əmlakdakı payı və ümumi əmlakın həcmi nəzərə alınsa, “V” tikilisi öz həcminə görə onun ümumi əmlakdakı payını təmin etmir. Digər qaydada da bölgü aparılması mümkün olmadığından, hesab edir ki, “V” literli tikilinin həcminin az olduğu səbəbindən tənasübsüzlüyü aradan qaldırmaq üçün, kompensasiya şəklində, onun faktiki istifadəsində olan sahəsinin “V” tikilisinə həyətyanı sahə kimi ayrılaraq onun istifadəsinə verilməlidir. Ona naturada ayrılan “V” literli tikilinin mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə onun faktiki istifadəsində olan sahənin “V” tikilisinə həyətyanı sahə kimi ayrılaraq istifadəsinə verilməsi ilə aradan qaldırıla bilər. Odur ki, o ümumi əmlakdakı payının məhkəmə qaydasında naturada ayrılmasını istəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2020-ci il tarixli, 3073 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən “V” literli yaşayış evinin digər tikililərdən təcrid olunduğu və həmin tikiliyə ayrıca giriş-çıxış yolunun olduğu müəyyən edilir. “V” literli yaşayış evində yardımçı mətbəx-dəhliz və hamam-ayaqyolu tikililəri vardır. “V” literli tikilisinin sahəsinin İddiaçı ümumi əmlakdakı payına uyğun olmadığı, yəni 1/6 paya düşən sahədən 33,8 kv.metr (47,4-13,6) az olduğu müəyyən edilir. Tədqiq olunan “V” literli tikilinin daxilin də yaşayış və yardımçı tikililərin olduğu, eləcə də, yaşayış evinin ayrıca giriş-çıxış yolunun olduğu nəzərə alınaraq, “V” literli tikilinin İddiaçı ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-246/2020 nömrəli iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsindəki 51 nömrəli fərdi yaşayış evinə dair İddiaçı 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qət edil miş, qalan hissədə iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi müvafiq fərdi yaşayış evinə dair iddiaçının payının naturada ayrılması və müvafiq tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi hissəsində əsaslıdır, iddiaçı iddiasının qeyd edilən hissəsini əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bununla belə, məhkəmə iddia tələbini faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin “V” literli tikiliyə aid həyətyanı torpaq sahəsi kimi iddiaçının istifadəsinə verilməsi və bununla da paylı mülkiyyət hüququna xitam verilməsi hissəsində əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərb aycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 213.1, 220.1-220.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertiza rəyindən də göründüyü kimi, iddiaçının ümumi paylı mülkiyyətindən ayrılaraq onun mülkiyyətinə verilməsini istədiyi mübahisəli ünvanda yerləşən yaşayış evinin “V” literli tikilisinin sahəsi iddiaçının ümumi əmlakdakı payına uyğun deyil, yəni 1/6 paya düşən sahədən 33,8 kv.m (47,4-13,6) azdır. Məhkəmə isə, buna baxmayaraq mübahisəli fərdi yaşayış evinə dair iddiaçının 1/6 hissəsindəki payının naturada ayrılması, sahəsi 33,8 kv.m olan “V” literli tikilini ümumi paylı mülkiyy ətdən ayırıb onun mülkiyyətinə verilməsi barədə yanlış və icrası mümkün olmayan qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən “V” literli tikilinin sahəsinin iddiaçının payına düşən 1/6-dən 33,8 kv.m (47,4-13,6) az olması müəyyən edilsə də, pay ayrılarkən “V” literli tikilinin daxilində yaşayış və yardımçı tikililərin olduğu, eləcə də yaşayış evinin ayrıca giriş-çıxış yolunun olduğu nəzərə alınmışdır. Həmçinin ekspert rəyi ilə bu formada ayrılmış əmlakın 33,8 kv.m (47,4-13,6) az olması Cavabdeh1 hüquqlarını pozmur, mənafelərinə xələl gətirmir, bu əslində iddiaçının hüquq mənafelərinə aid bir haldır ki, iddiaçı da bunu mübahisələndirməmişdir. Yəni, iddiaçı payın bu formada ayrılmasına etiraz etməmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1 xxxxoğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının dəlillərini və sübutlarını əsas götürmüş, cavabdehin dəlillərini və işin faktiki hallarını nəzərə almamış və yaranmış ziddiyyətli məqamların aradan qaldırılması üçün iş üzrə yenidən ekspertiza təyin etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, ümumi paylı mülkiyyətdən iddiaçının payının düzgün ayrılmaması, gələcəkdə onun tərəfindən 1/6 his səsindəki payının çatmayan hissəsinin cavabdehdən tələb olunmasına və bununla bağlı yeni mübahisə açmasına gətirib çıxaracaqdır. Odur ki, qeyd olunmuş ziddiyyətli məqamların aradan qaldırılması yalnız yeni ekspertiza keçirilməsi yolu ilə mümkündür. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək o nun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MP M-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əl avə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilm ədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satı ş və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbü sü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur (maddə 228.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının 1/6 hissədəki payının naturada ayrılması, sahəsi 33,8 kv.metr olan “V” literli tikilinin ümumi paylı mülkiyyətdən ayr ılaraq onun mülkiyyətinə verilməsini qət etmişdir. Halbuki işin müəyyən edilmiş hallarına görə “V” literli tikilinin sahəsi 13,6 kv.metrdir. Bu sahə iddiaçıya ümumi əmlakdan düşən paydan, yəni 47,4 kv.metrdən 33,8 kv.metr azdır. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin nəticə hissəsində “V” literli tikilinin sahəsinin 33,8 kv.metr göstərilməsi yanlışlıqdır və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin yanlışlıq MPM-in 228-ci maddəsinə müvafiq olaraq işə baxmış məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin ərizəsi əsasında aradan qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2084/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.