Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3863/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2211/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxxxxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN-00014-17/15U saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 30323.47 ABŞ dolları əsas, 3345.83 ABŞ dolları faiz, 5582.72 ABŞ dolları dəbbə borcunun, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ümumilikdə 39252.02 ABŞ dolları və 30.40 manat məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, xx.xx.2015-ci il tarixli, SMMG-00014-17/15U saylı ipoteka müqaviləsi əsasında tam mülkiy yət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.7 m2 olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini artırmış, əlavə olaraq “xxxxxxxxxxxxxxx” MMCyə qiymətləndirmə xərci olaraq ödənilmiş 354 manat məbləğində pulun da Cavabdeh1 tutulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəmə sinin 2(010)-32/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə olmaqla, cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 354 manat mənzilin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərcinin əvəzinin tutularaq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetini n açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına ödənilməsi, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. (hakim Səlimə Miriyeva) Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2211/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(01 0)-32/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə, olmaqla cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 354 manat mənzilin qiymətləndirilməsi üçün ödənilmiş xərcin əvəzinin tutularaq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m 2 olan 25 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilin hərracdan ilkin satış qiymətinin 51000 (əlli bir min) manatməbləğində müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzilin boşaldılması, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 120 (yüz iyirmii) manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, V ahid Sadıqov) Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti az müəyyən edilib. Tələbin ipoteka predmetinə ypnəldilməsi barədə cavabdehə bildiriş verilməyib. Ödənilən məbləğin çox hissəsi faizə və cəriməyə silinib. Cavabdeh2 ipoteka müqaviləsinin etibarsızlığı barədə məhkəmədə iddia qaldırıb. Həmin tələb təmin edildiyi ha lda, bu iddia üzrə borcun ipotakaya yönəldilməsi yolverilməzdir. Lakin apelyaisya instansiyası məhkəməsi işin bu hallarına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı bankın nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətini Cavabdeh1 və Cavabdeh2 verdiyindən apelyasiya instansiyasının qətnaməsi yalnız həmin şəxlərin kassasiya şikayəti həddində mübahisələndirilən hissədə yoxlanılır. Məhkəmə kollegiyasıkassatorların vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi qanunun tələbi olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməsinə istinad edə rək, qətnaməni ləğ etmiş, iş materiallarına, o cümlədən mühasibatlıq və qiymətləndirmə ekspertizalarının rəylərinə əsasən yuxarıda göstərilən qaydada iddia qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 317, 319, 385.1, 442, 448, 462, 463.1, 467-ci “İpoteka haqqında” Qanunun 34.1.1, 59.3.1 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit ver ilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 448.1-ci maddəsini düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin borc məbləğinin şişirdilməsi barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2016-ci il tarixinə, 30322,47 ABŞ dollar əsas, 3345,83 ABŞ dollar faiz borcu olmasını müəyyən edilmişdir. Ekspert rəyi ilə iddia tələbində göstərilən əsas v ə faiz borcunun məbləği təsdiq edilmişdir. Apelyasiya məhkəməsi də məhz həmin rəyə əsasən əsas və faiz borcunu müəyyən etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir. Buna görə də məhkəmə kollegiyası əsas və faiz borcunun məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apelyasiya məhkəməsi həmin hissədə cavabdehin dəlillərini tam yoxlamış, bu məqsədlə mühasibatlıq ekspertizası təyin etmiş və əsas və faiz borcunun məbləğini də ekspert rəyinə uyğun müəyyən etmişdir. Həmçinin qətnamədən görünür ki, apelyasiya məhkəməsi 5582,72 ABŞ doll arı dəbbə pulu hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişib, dəbbəni 100 ABŞ dolları müəyyən etmişdir. Mülki Məcəllənin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun normasından da görünür ki, tənasübsüz surətdə yüksək hesablanan dəbbə pulu yalnız azaldıla bilər və apelyasiya məhkəməsi də cavabdehin daha çox maddi zərərə düşməsinin qarışını almaq üçün həmin normanı tətbiq etməklə dəbbəni azaltımışdır. Həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 51000 manat müəyyən edilməsi, ipoteka predmetinin boşaldılması barədə iddianın təmin edil ən hissəsində də qətnamə əsaslıdır. Belə ki, apelyasyia məhkəməsi Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, mənzil 25- Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, qiymətləndiricinin rəyinə əsasən həmin əmlakın real bazar dəyərinin 51000 manat olmasını müəyyən etmişdir. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 59.3. 1-cü maddəsinə görə isə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Qeyd edilənlərdən görünür ki, apelyasiya instan siyası məhkəməsinin tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 51000 manat müəyyən edilməsi və ipoteka predmetinin boşaldılması barədə iddianın təmin edilən hissəsində müəyyən etdiyi işin halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri ilə üst-üstə düşür. Kassasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldilməsinin düz olmaması, ipotekaya yönəltmə barədə bildirişin verilməməsi, həmin əmlakın qiymətinin daha çox olması barədə dəlilləri əsassız sayır. Belə ki, apelyasiya məhkəməsi iş materiallarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı qanunvericiliyin nəzərdə tutduğu prosedura əməl edilməməsi halını müəyyən etməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti isə qiymətləndiricinin rəyi əsasında müəyyən edilmiş dir. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 340 (üç yüz qırx) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməli olması barədə gəlinən nəticə də düzdür. Çünki Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qa ydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. BeləlGöstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər (kassatorlar) Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2211/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3863/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3863/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver