Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2211/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-32/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Meybulla oğlu, Cavabdeh2, X9 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxx” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN-00014- 17/15U saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 30323.47 ABŞ dolları əsas borc, 3345.83 ABŞ dolları faiz məbləği, 5582.72 ABŞ dolları dəbbə pulu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, ümumilikdə 39252.02 ABŞ dolları və 30.40 manat məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, cavabdehlərlə bağlanan xx.xx.2015-ci il tarixli, SMMG-00014-17/15U saylı ipoteka müqavilələri əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızma məxsus olan Bakı şəhəri, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.7 m2 olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X5 və X1 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış SMN-00014-17/15U nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 22 faizlə 36 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, SMMG-00014-17/15U saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Hovsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.7 m2 olan mənzili ipotekaya qoymuşlar. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 90 (doxsan) gün gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.5-ci və ipoteka müqaviləsinin 4.1-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2016-cı il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 30323.47 (otuz min üç yüz iyirmi üç dollar, qırx yeddi sent) ABŞ dolları, faiz borcu 3345.83 (üç min üç yüz qırx beş dollar, səksən üç sent) ABŞ dolları, dəbbə pulu 5582.72 (beş min beş yüz səksən iki dollar, yetmiş iki sent) ABŞ dolları təşkil edir. Beləliklə cavabdehin xx.xx.2016-cı il tarixinə ümumi borcu 39252.02 (otuz doqquz min iki yüz əlli iki dollar, iki sent) ABŞ dolları təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini gecikdirdiyi müddətin hər təqvim günü üçün borcalana əsas borc məbləğinin 1 %-i miqdarında cərimə tətbiq edir. Mülki Məcəlləsinin 442, 448.1, 21, 465.2 və 467-ci maddələrinə istinad edilərək iddianın təmin edilməsi xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini artıraraq Bank “xxxx” ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN00014-17/15U saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 30323,47 ABŞ dolları əsas borc, 3345,83 ABŞ dolları faiz borcu, 5582,72 ABŞ dolları dəbbə borcu, ümumilikdə 39252,02 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, “xxxx” MMC-yə qiymətləndirmə xərci olaraq ödənilmiş 354 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, cavabdehlərlə bağlanan xx.xx.2015-ci il tarixli, SMMG-00014-17/15U saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.7 m2 olan mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, 'ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X12. oğlunun və X1 mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-32/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Meybulla oğlundan 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə, olmaqla cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları məbləğində pulun qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 354 manat mənzilin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərcinin əvəzinin tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaitinin hesabına ödənilməsi, həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X9 və X1 mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manatın Cavabdeh1 Meybulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 həmin müqaviləni imzalayarkən 1 ABŞ dolları 1.05 manat idi, o, həmin məznnəyə uyğun olaraq, yəni 1.05 manatla 5-6 ay vaxtı-vaxtında ödəmişdir. Yəni o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. İndi isə ABŞ dollarının dəyəri birdən-birə 100 faizdən çox qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri , eləcə də onun gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikamızdakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir; halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və apellyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-32/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMN-00014-17/15U saylı kredit müqaviləsinə əsasən ona illik 22 faizlə 36 ay müddətinə 35000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 Meybulla oğlu və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, SMMG-00014-17/15U saylı ipoteka müqavilələrindən görünür ki, kreditin təminatı Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanı həmin müqavilə üzrə “Bankxxxx”ASC qarşısında yüklü edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxx 2016cı il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə borcun qısa bir müddətdə ödənilməsi tələb edilmişdir və əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, KND-2016/4854 saylı maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixinə Cavabdeh1 30323,47 ABŞ dolları əsas borc, 3345,83 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonrakı dövr üçün hesablanmış faiz borcu 0.00 ABŞ dolları, dəbbə 5582,72 ABŞ dolları olmaqla cəmi 39252,02 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan 11 saylı xüsusi təyinatlı MKİS tərəfindən 18.056.2015-ci il tarixdə verilmiş Forma 2 arayışından görünür ki, Cavabdeh2, X9 və X8 ünvan 2 ünvanında qeydiyyatındadılar. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 9399 saylı rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, SMN-00014-17/15U saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka xx.xx.2016-cı il tarixinə 30323,47 ABŞ dolları əsas borc, 3345,83 ABŞ dolları faiz borcunun olması müəyyən edilir. İş materiallarında olan xxxxin xx.xx.2019-cu il tarixli, 0508/19xxxx N-li rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanı 51000 manat qiymətləndirmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının cavabdehlərə qarşı yönəlmiş ümumilikdə 39252,02 ABŞ dolları borcun tutulması tələbi qismən təmin olunmalı, iddiaçı bankın xeyrinə cavabdehlərdən 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə, olmaqla cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları tutulmalıdır. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorların apellyasiya şikayətində irəli sürülən, borc məbləğlərinin düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər. Əksinə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 9399 saylı rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2015-ci il tarixli, SMN-00014-17/15U saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka xx.xx.2016-cı il tarixinə 30323,47 ABŞ dolları əsas borc, 3345,83 ABŞ dolları faiz borcunun olması müəyyən edilir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiyanın qənaətinə görə borcalanın 30323,47 ABŞ dolları əsas borcuna münasibətdə ondan 5582,72 ABŞ dolları da cərimə tutulması əsaslı hesab oluna bilməz. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 100 (yüz) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya iddianın, “tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə yönəldilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 59.3.1-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə yönəldilməli, həmin əmlak hərracda satılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmiş, xxxx tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0508/19xxxx saylı rəydə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanı 51000 manat qiymətləndirmişdir. Kollegiya həmin rəyi əsas götürərək cavabdeh X6 məxsus olan Cavabdeh2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində yerləşən 15 saylı evin 25 nömrəli mənzilinin ilkin satış qiymətinin 51 000 (əlli bir min) manat məbləğində müəyyənləşdirilməli olduğu qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 340 (üç yüz qırx) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehləriin özünə aid edilməli, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının xərci qismində 340 (üç yüz qırx) manat və Mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Cavabdeh1 Meybulla oğlundan tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-32/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Meybulla oğlundan 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə, olmaqla cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları məbləğində pul qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 354 manat mənzilin qiymətləndirilməsi üçün ödənilmiş ekspertiza xərcinin əvəzi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə yönəldilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilin hərracdan ilkin satış qiyməti 51000 (əlli bir min) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X9 və X8 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzil boşaldılması, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Cavabdeh1 Meybulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-32/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 Meybulla oğlundan 30323,47 ABŞ dolları əsas, 3345,83 ABŞ dolları faiz, 100,00 ABŞ dolları dəbbə, olmaqla cəmi 33769,30 (otuz üç min yeddi yüz altmış doqquz) ABŞ dolları məbləğində pul qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, 354 manat mənzilin qiymətləndirilməsi üçün ödənilmiş xərcin əvəzi tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 15, ümumi sahəsi 57.7 m2 olan 25 saylı mənzilin hərracdan ilkin satış qiyməti 51000 (əlli bir min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, X9 və X8 1 (bir) ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 120 (yüz iyirmii) manat Cavabdeh1 Meybulla oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2211/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2211/2020
12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver