Məhkəmə qərarları › İş №2(102)-3866/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3866/2019

07.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3866/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Məmmədli Ənnağı Əbdül oğlu, Cavabdeh və vəkili Məmmədzadə Ramil Tarix oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin (hakim Ə.S.Qəhrəmanov) 2(003)-536/2018 n ömrəli, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı xeyrinə 440 manat məbləğində avtomobilə dəymiş maddi ziyan, 144 manat inzibati xətalara görə ödənilmiş məbləğ və 30 manat məbləğində dövlət rüsumu X1 tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli) 2(103)-3/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-536/2018 nömrəli iş üzrə 01 avqust 2018-ci il tarixli qətnaməsinin “İddiaçı xeyrinə 440 (dörd yüz qırx) manat məbləğində avtomob ilə dəymiş maddi ziyanın Cavabdeh tutulması və iş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi” hissələri ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş zərərin ödənilməsi tələbi rədd edilməsi, iş üzrə kеçirilmiş еkspеrtizа tədqiqаtının dəyəri оlаn 120 (bir yüz iyirmi) manat İddiaçı tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına kеçirilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq onları ödəyən şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilm əsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mercedes” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 ay əvəzsiz istifadə etməsinə görə 4.080 manat, avtomobili yararsız hala saldığına görə 6.308 manat maddi zərərin, inzibati xətaya görə ödənilmiş 284 manat məbləğində pul vəsaitinin, 5.000 manat mənəvi zərərin əvəzinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə çəkdiyi xərc üçün 4.500 ABŞ dolları və dəymiş mənəvi ziyanın əvəzi kimi 5.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəm ədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsinin hissəvi ləğv edilməsini və ilk iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Məmmədli Ənnağı Əbdül oğlu kassasiya şikayətinin dəlill ərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh və vəkili Məmmədzadə Ramil Tarix oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-3/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarından görünür ki, 2014-cü ildə İddiaçı məxsus “Mercedes” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh satılması barədə tərəflər razılaşmışlar. 29.05.2014-cü ildə İddiaçı bu razılaşmaya uyğun olaraq, Cavabdeh avtomobilin idarə edilməsinə dair etibarnamə verərək maşını ona təqdim etmiş və əvəzində müxtəlif vaxtlarda hissə-hissə müvafiq məbləğlərdə pul vəsaiti almışdır. Bundan sonra tərəflər arasında avtomobilə dair mübahisə yarandığına görə, İddiaçı, 26.10.2016-cı il tarixdə həmin etibarnaməni ləğv etdirərək, polis orqanı vasitəsilə avtomobili öz sahibliyinə qaytarmışdır. Cavabdeh isə məhkəmədə İddiaçı və X2 qarşı iddia qaldıraraq, 18.600 ABŞ dolları məbləğində pulun onlardan müştərək qaydada tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 16.10.2017-ci il tarixli qətnaməsi ilə İddia çı və Yusif Əliyevdən 5.700 ABŞ dolları məbləğində pulun alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı və Yusif Əliyev apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 07.02.2018-ci il tarixli qətnaməsi ilə, rayon məhkəməsinin qətnaməsi idianın Yusif Əliyevə aid hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilmiş, İddiaçı şikayəti isə təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan, DİN DYP-nin cərimələrə dair Web portalından çıxarışa və BDYPİ-nin Avtonəqliyyat vasitəsi barədə məlumat xidmətinin “Mercedes” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair məlumatına əsasən, Cavabdeh barəsində 01 və 10 iyul 2016-cı il tarixlərdə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Hazırda İddiaçı, sözüg edən avtomobilə görə Cavabdeh maddi və bununla bağlı olan manəvi zərərin əvəzinin tutulmasını tələb edərək iddia ərizəsində bildirmişdir ki, “...Elşən avtomobilin qabaq, arxa buferlərini və digər hissələrini sökərək götürmüşdür....27 noyabr 2016-cı ildə avtomobilimə baxan mühəndis müəyyən etmişdir ki, avtomobilin saz vəziyyətə gətirilməsinə 3.770 AZN tələb olunur. Bundan başqa, avtomobilin əsaslı təmiri üçün də 2.350 manat pul tələb olunur.” İddiaçı tələbinin nəticə hissəsində digər tələblərlə yanaşı avtomobili yararsız hala saldığına görə 6.308 manat maddi zərərin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. Apellyasiya instnasiyası məhkəməsi iddianın bu hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin faktiki hallar İddiaçı şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində araşdırılaraq, onlara yekun hüquqi qiymət verilmişdir. Belə ki, İddiaçı, rayon məhkəməsinin qətnaməsi ilə ondan Cavabdeh xeyrinə pulun tutulmasından şikayət verərkən, sonuncunun hərəkətləri nəticəsində avtomobilin yararsız hala salınmasına istinad etmiş və dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərclərin nəzərə alınmaqla Cavabdeh pul tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, “Elşan avtomobilin qabaq, arxa buferlərini və digər hissələrini sökərək götürmüşdür. 27 noyabr 2016-cı ildə avtomobilə baxan mühəndis müəyyən etmişdir ki, avtomobilin saz vəziyyətə gətirilməsinə 3.610 AZN tələb olunur. Bundan başqa avtomobilin əsaslı təmiri üçün də 2.350 manat pul tələb olunur....Avtomobili geri alarkən avtomobil yararsız halda olmuş və onun təmirinə 6.300 manat məbləğin də vəsait xərcləmişdir”. Göründüyü kimi, İddiaçı əvvəlki mülki iş üzrə şikayətində (etirazında) irəli sürdüyü dəlillərlə hazırkı iddia ərizəsində göstərdiyi dəlillər eynidir. Bakı Apellyasiya Məhkəməsi qeyd edilən qətnaməsində İddiaçı şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, “onlar əsassız olmaqla ona aid hissədə iddianın təmin edilmiş hissəsində qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdeh İddiaçı avtomobili iddiaçıdan geri aldıqda avtomobilin yararsız halda olmasını və onun təmirinə kifayət qədər böyük məbləğdə vəsait xərclədiyini qeyd edərək, bunu təqdim etdiyi qüsur aktı ilə əsaslandırsa da, kollegiya bu halı iddianın rədd edilməsi üçün əsas hesab etmir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdehin ondan avtomobili zornan geri alınması zamanı qüsurlu olmasını qəbul etmir, digər tərəfdən isə qüsur aktı həmin avtomobilə bu məbləğdə vəsaitin xərcləndiyini təsdiq etsə də, qüsurların məhz iddiaçının sahibliyində olması zamanı yaranması öz təsdiqini tapmır. Bu baxımdan kollegiya apellyasiya şikayətinin iddianın rədd edilməsi ilə bağlı istinad etdiyi bu dəlilini əsassız hesab edir”. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı hazırkı maddi zərər tələbinin əsasında dayanan faktiki hallar eyni tərəflərin iştirak etdiyi, eyni avtomobillə bağlı pul tələbinin həllinə dair işdə araşdırılmış, həmin dəlillər (xərclər) əsassız hesab edilərək, Cavabdeh tələb etdiyi pul məbləği ilə əvəzləşdirilməmiş, qətnamə İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, həmin hallar üzrə əlavə araşdırma aparıla və yenidən sübut edilə bilməz. Azərbayca n Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonr a qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi avtomobilin yararsız hala salınmasına görə 6.308 manat maddi zərərin əvəzinin ödənilməsi tələbi üzrə əsassız olaraq əlavə araşdırma aparmış (ekspertiza keçirmiş və s.) və Cavabdeh 440 manat pulun tutulması barədə səhv nəticəyə gəlmişdir. Ona görə də, həmin hissədə qətnamə ləğv və iddia isə rədd edilməlidir. İlkin iddianın inzibati xətaya görə cərimələrin ödənilməsi hissəsi üzrə işdə olan, “xxxx” ASC-nin qəbzlərinin çıxarışından görünür ki, Daxili İşlər Nazirliyinin hesabına ayrı-ayrılıqda 01 iyul 2016-cı il tarixli qaimə üzrə 96 manat, 19 oktyabr 2016-cı il tarixli qaimə üzrə 6 0 manat, 10 iyul 2016-cı il tarixli qaimə üzrə 48 manat və 22 oktyabr 2016-cı il tarixli qaimə üzrə 40 manat məbləğində ödənişlər edilsə də, DİN DYPnin cərimələrə dair Web portalından çıxarışa və BDYPİ-nin Avtonəqliyyat vasitəsi barədə məlumat xidmətinin “Mercedes” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair məlumatına əsasən, Cavabdeh barəsində yalnız 01 və 10 iyul 2016-cı il tarixlərdə inzibati xəta haqqında protokollar tərtib edildiyi göstərilmişdir. Həmin protokollara əsasən tətbiq edilmiş cərimə məbləği isə 144 (48+96=144) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən, habelə ilkin iddiaçı əldən çıxmış fayda formasında maddi və bununla bağlı mənəvi zərərə məruz qalmasını təsdiqləyən mötəbər sübutları təqdim etmədiyini nəzərə alıb hesab e tmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianın digər hissələrinin (avtomobildən əvəzsiz istifadə edilməsinə görə 4.080 manat tələbi, mənəvi zərərin ödənilməsi və s.) rədd edilməsində düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onunla razılaşır. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarında n irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar