Məhkəmə qərarları › İş №2(102)-3867/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3867/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3867/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: sığorta ödənişinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 iyun tarixli 2(103)-2702/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh Sığorta Şirkəti (bundan sonra – “cavabdeh”) arasında xx.xx.2023-xx.xx.2024-cü il üçün bağlanmış sığorta müqaviləsinə əsasən İddiaçı istifadəsində olan **-GM-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik avtomobili “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə 13000 manat məbləğində sığortalanmışdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində, “Chevrolet Cruze” minik markalı ** GM *** nömrəli nəqliyyat vasitəsi ilə Lahıc-Dəmirçi yolunda hərəkətdə olarkən, nəqliyyat vasitəsi idarəçilikdən çıxaraq beton maneəyə çırpılmış, avtomobil alışıb yanmışdır.

3. Hadisə barədə FHN Yanğından Mühafizə Xidmətinə məlumat verilmiş, İsmayıllı rayon DYMH-nin dəstəsi hadisə yerinə gedərək yanğını söndürmüş, xx.xx.2013-cü il tarixdə yanğın haqqında ilkin akt tərtib olunmuş, habelə hadisə yerinin sxemi tərtib edilmiş, toplanmış materiallar İsmayıllı rayon polis Şöbəsinə göndərilmişdir.

4. Eyni zamanda hadisə barədə DİN 102 xidmətinə məlumat verilmişdir. İsmayıllı RPŞ TB tərəfindən məlumatın aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsasında məlumat araşdırlması üçün FHN DYNX Şimal-Qərb regional X3 İdarəsinə göndərilmişdir.

5. Daha sonra Şimal-Qərb regional X3 İdarəsi tərəfindən toplanmış material yenidən araşdırılması üçün İsmayıllı RPŞ-yə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində, “Chevrolet Cruze” minik markalı ** GM *** nömrəli nəqliyyat vasitəsi ilə Lahıc-Dəmirçi yolunda hərəkətdə olarkən, əks hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq yolun kənarında olan beton maneəyə vurmuş, nəticədə avtomobilin mühərrik hissəsində alışma başlanmış və avtomobil tamamilə yanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə **********059 saylı şəhadətnamə əsasında sığortalanmış 77-GM157 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı minik avtomobilinə sığorta hadisə nəticəsində dəymiş zərərə görə sığorta ödənişinin tutulması barədə qətnamə çıx arılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, İsmayıllı RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən 1MK-1/1615 nömrəli məlumat araşdırılması üçün xx.xx.2023-cü il tarixdə X3 İdarəsinə göndərilsə də, sonradan toplanmış material araşdırılması üçün İsmayıllı RPŞ-nə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli, 1MK-1/1615 nömrəli material əsasında xx.xx.2024cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən iddiaçının əməlində cinayət tərkibi müəyyən edilməmiş, barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı RPŞ-nin DYPBnə göndərilmişdir. Qeyd edilən qərar hazırda qanuni qüvvədədir, ləğv edilməmişdir. xx.xx.2024-cü il tarixdə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən arayış tərtib olunaraq aidiyyəti üzrə cavabdehə göndərilmişdir. Sığorta şirkəti tərəfindən uzun müddət araşdırmalar aparılmış, danışıqlar və görüşlər keçirilmiş, müxtəlif vədlər verilsə də, sonda hesab etmişlər ki, sığorta hadisəsi olmamışdır. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixdə ilkin olaraq bildirilmişdir ki, yanğının baş vermə səbəbləri müəyyən edilməmişdir. Daha sonra bildirilib ki, iş üzrə avtomobildə yanğının başlanması səbəbini təsdiq edən heç bir sübut olmadığından hadisə sığorta hadisəsi deyildir. xx.xx.2023-cü il tarixli, **********059 saylı şəhadətnaməyə əsasən sığorta məbləği 13.000 manat müəyyən edildiyi halda cavabdeh bunu ödəməkdən birtərəfli olaraq imtina edir. Halbuki, özləri də hadisə yerində araşdırma aparmış, hadisənin səbəbləri barədə məlumatlıdırlar.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdehə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növü üzrə **********059 saylı şəhadətnaməsi əsasında sığortalanmış “Chevrolet Cruze” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı (Lahıc)-Dəmirçi yolunda zərər dəyməsi barədə məlumat verilmişdir. Hadisənin araşdırılması zamanı sığorta hadisəsinin təsdiqi üçün MM-nin 924.2-ci maddəsinin tələblərinə uyğun olaraq sığortaçının səlahiyyətli orqana verdiyi sorğuya cavab olaraq İsmayıllı Rayon Polis Şöbəsindən daxil olan 2-4732/24 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən sənədlərdən (İsmayıllı RPŞ-nin 24 fevral 20 24-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından, 22 noyabr 2023-cü il tarixli yanğın aktından) görünür ki, yanğının baş vermə səbəbi müəyyən olunmamışdır. Belə ki, iş üzrə 12 noyabr 2023-cü il tarixli yanğın haqqında ilkin aktda yanğının səbəbi göstərilməmiş, 22 noyabr 2023-cü il tarixli yanğın haqqında aktda isə yanğının baş vermə səbəbi kimi göstərilmişdir ki, “avtomobil sahibinin səmimi etirafından, verdiyi ərizə və izahata əsasən qəza nəticəsində qısa qapanmadan baş verməsi güman edilir”. Baxılan halda, yanğının baş vermə səbəbinin müəyyən edilməsi üçün ekspertiza keçirilmədiyinə görə hadisənin sığorta hadisəsi kimi tanınması mümkün hesab edilmir. Mülki Məcəllənin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta s ahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Qeyd olunanlar sığortalıya bildirilərək onun nəzərinə çatdırılmışdır ki, hadisənin sığorta hadisəsi kimi tanınması üçün hadisənin baş vermə səbəbini təsdiq edən, səlahiyyətli orqan tərəfindən tərtib olunan rəyin sığorta şirkətinə təqdim olunması zəruridir. Göründüyü kimi nəqliyyat vasitəsində başlamış yanğının hansı səbəbdən (qısa qapanma, nasazlıq və s.) baş verdiyi müəyyən edilmədiyinə və naməlum səbəbdən yandığına görə qəsdən yandırmasını düşünməyə əsaslı şübhələr yaranmışdır:

1. Nəqliyyat vasitəsinin bü tün hissələri tamamilə yansa da, dövlət qeydiyyat nömrəsinin əks olunduğu lövhə yanğından heç bir zərər görməmiş, ümumiyyətlə hadisə zamanı nəqliyyat vasitəsinin üzərində olmamış, hadisə baş verən ərazidə yerə atılmış vəziyyətdə tapılmışdır.

2. Yanğın hadisənin radar və kameralar olmayan, nəqliyyat vasitələrinin daha az hərəkət etdiyi yolda yanması və s. kimi qeyd olunan hallar yanğının sığorta hadisəsi kimi tanınmasına maneələr yaratmış, bu da nəticədə sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas yaratmışdır. Buna görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Həmçinin yanğın baş verdikdən sonra hadisə yerinə getmiş sığorta əməkdaşı tərəfindən hadisə barədə tərtib edilmiş raportda da yanğının səbəbinin araşdırıldığı qeyd olunmuşdur. Lakin aydın olur ki, yanğının baş ve rmə səbəbinin müəyyən olunmasında bu günə qədər sığortalı özü də maraqlı olmamışdır. Tərəflərindən sığortalıya dəfələrlə şifahi şəkildə bildirilməsinə, 26 iyun 2024-cü il tarixli məktubla hadisənin sığorta hadisəsi kimi tanınması və sığorta ödənişinin hesablanıb verilməsi üçün yanğının baş vermə səbəbi müəyyən olunmasının vacib olduğu bildirilməsinə baxmayaraq, sığortalı tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır. Hadisənin sığorta hadisəsi olduğu təsdiq edildikdən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsi tam məhv olduğuna görə qalıqları qiymətləndirilməli və həmin qalıqlara münasibətdə sığortaçının öz seçimi əsasında sığorta ödənişi vermək hüququ yaranırdı. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci maddəsinə əsasən, avtomobilin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi həyata keçirilir. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. Sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsini həyata keçirmək. Baxılan halda sığortalı şəxs nəqliyyat vasitəsini satmaqla həm yanğının baş vermə səbəbinin mütəxəssislər tərəfindən müəyyən edilməsinə mane olmuş, həm də sığortaç ını hadisənin sığorta hadisəsi kimi təsdiq ediləcəyi halda qalıq dəyərinin müəyyən olunması və qalıqlara münasibətdə hüquqlarından istifadə etmək və sığorta ödənişini müəyyənləşdirmək hüququndan məhrum etmişdir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. 10. “X2” MMC-nin 12 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü il buraxılışlı, “Chevrolet Cruze” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə baş vermiş yanğın hadisəsindən öncə istismar üçün yararlılıq vəziyyətinə uyğun təqribi dəyəri 10923 manat təşkil edir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2025-ci il 24 fevral tarixli e-2(009)163/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 10.923 manat məbləğində sığorta ödənişinin tutulması qət edilmiş və məhkəmə xərcləri cavabdehə aid edilmişdir (hakim Mədinə Bağırova).

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə “Nəqliyyat vasitəsinin könüllü sığortası haqqında” müqavilə bağlanmaqla sığorta münasibətləri yaranmış, həmin münasibətlər “Sığorta şəhadətnaməsi” ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və “Şəhadətnaməyə əlavədə” əks olunmuşdur. Müqavilə qüvvədə olduğu müddət ərzində iddiaçıya məxsus avtomobil qəzaya uğrayaraq yanmış, istismara tam yararsız vəziyyətə düşmüşdür. Həmin hadisə sığorta hadisəsi k imi qiymətləndirilməlidir. Lakin cavabdeh müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Buna görə də, cavabdeh onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli, iddiaçıya sığorta ödənişini verməlidir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödə nişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14. “Sığorta şəhadətnaməsində” sığorta məbləği 13.000 manat göstərilsə də, “X2” MMC-nin iş üzrə verdiyi rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan və hadisə zamanı məhv ol muş avtomobilin hadisənin baş verdiyi tarixə dəyəri 10.923 manat olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 923.1, 925.1, 925.5, 935.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam tədqiq etmədən, nəqliyyat vasitəsinin qalıq dəyərini müəyyən etmədən, əsassız olaraq 10.923 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 17 iyun tarixli 2(103)2702/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov). 19. “Məhkəmə tərəfindən nəqliyyat vasitəsinin qalıqları müəyyən edilmədən, nəqliyyat vasitəsinin bazar dəyərini yəni, 10.923 manatın sığorta şirkətindən iddiaçının xeyrinə tutulmasını qət etməklə sığorta şirkətinin həm nəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından məhrum olması, həm də tam olaraq nəqliyyat vasitəsininin bazar dəyərində məbləğin iddiaçıya ödəmək vəzifəsi ilə üz-üzə qalması” barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edib ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 33.2.2-ci maddəsinin mənasına görə, avtomobi lin tam məhv olması, yaxud oğurlanması və ya qaçırılması halında sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi həyata keçirilir. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq, həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək, sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsini həyata keçirmək.

20. Lakin işin hallarından müəyyən edilir ki, cavabdeh sığorta ödənişini iddiaçıya verməkdən imtina etdiyi üçün qeyd edilən qaydalarla ona verilmiş hüquqlardan istifadə etməmişdir. Bundan başqa məhkə mə nəzərə alıb ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman iddiaçının vəkili (nümayəndəsi) verdiyi izahatında bildirmişdir ki, hadisədən bir müddət sonra iddiaçı, məhv olmuş avtomobili metal lomu kimi təhvil vermişdir.

21. Məhkəmə hesab etmişdir ki, cavabdeh avtomobilin qalıqlarını və ya onların dəyərini iddiaçıdan tələb etmək hüququna malikdir və bunun üçün iddiaçıya qarşı müvafiq iddia irəli sürməlidir. Birinci instansiya məhkəməsi pozuntuya yol verməmişdir. 22. “İşə birinci instansiya məhkəməsində baxılan zaman iddiaçının vəkilinin (nümayəndəsinin) əgər cavabdeh tərəfindən maddi zərərin əvəzi olaraq 8.000 manat və hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 500 manat məbləğində pul ödənilərsə, iddiadan imtina edə bidiyini göstərməsinə baxmayaraq məhkəmən in bu halı nəzərə almaması” barədə apelyatorun dəlilini ilə bağlı məhkəmə kollegiyası bildirib ki, qeyd edilən məhkəmə baxışı iclasının audio-video yazısına baxmış və bu kimi halın olmasını müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının vəkili (nümayəndəsi) bu kimi təklifi səsləndirsə də, cavabdehin həmin iclasda iştirak etdiyi nümayəndəsi bu kimi təklifi qəbul etdiyini bildirməmişdir.

23. Məhkəmə hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının vəkilinin (nümayəndəsinin) həmin təklifini nəzərə almamaqda haqlı olmuşdur.

24. Apellyasiya şikayəti qətnamənin tam ləğv edilib, iddia tələbinin rədd olunmasına yönəldiyindən məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi olaraq 10.923 manat məbləğində pulun tutulması barədə rayon məhkəməsinin nət icəsinin əsaslılığı ilə bağlı bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortası haqqında” müqavilədə sığorta məbləği 13.000 manat müəyyən edilmişdir. Rayon məhkəməsi iddiaçıya məxsus avtomobilin hadisə baş verdiyi xx.xx.2023-cü il tarixə dəyərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla qiymətləndirmə ekspertizası təyin etmiş və qiymətləndirmənin aparılmasını “X2” MMC-yə həvalə etmişdir. Həmin MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 saylı rəydə qeyd edilmişdir ki, iddiaçıya məxsus olan və hadisə zamanı məhv olmuş avtomobilin hadisənin baş verdiyi tarixə dəyəri 10.923 manat olmuşdur.

25. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.20 23-cü il tarixdə baş vermiş hadisədən 3 ay əvvəl iş üzrə tərəflər arasında bağlanmış müqavilədə avtomobilin dəyərinin 13.000 manat göstərilməsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi olaraq tutulmalı olan pul məbləğini “X2” MMC-nin verdiyi rəyə uyğun müəyyən etməkdə haqlı olmuşdur.

26. Məhkəmə gəldiyi nəticəni MM-in 922.1, 922.2, 922.3, 926.1, 935.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, yanğının səbəb i iddiaçının güman etdiyi səbəblərə əsaslanmışdır. Yanğın haqqında aktda yanğının başlanması səbəbi kimi “avtomobil sahibinin səmimi etirafından, verdiyi ərizə və izahata əsasən qəza nəticəsində qısa qapanmadan başverməsi güman edilir” qeyd edilib. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə həmin aktlara istinad edilmişdir. Halbuki, yanğının baş vermə səbəbinin müəyyən olunması xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxs tərəfindən müəyyən edilməli idi. İş üzrə ekspertiza keçirilmədən, ekspert rəyi alınmadan yanğının başlanma səbəbinin müəyyən edilməsi əsassızdır.

29. İddiaçıya şifahi şəkildə və 26 iyun 2024-cü il tarixli məktubla hadisənin sığorta hadisəsi kimi tanınması və sığorta ödənişinin hesablanıb verilməsi üçün eksper tiza rəyinin mövcud olmasının vacib olduğu bildirilməsinə baxmayaraq, sığortalı tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır.

30. Məhkəmə sübutları tam tədqiq etmədən, nəqliyyat vasitəsinin qalıq dəyərini müəyyən etmədən əsassız olaraq 10.923 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsinin audiovideo yazısının dinlənilməsi zamanı məlum olmuşdur ki, iddiaçı nəqliyyat vasitəsini 8.000 manata başqasına satmışdır. Bu, o deməkdir ki, iddiaçının faktiki real zərəri 8.000 manata bərabərdir. Bu halda məhkəmə iddiaçıya 10.923 manat məbləğin ödənilməsi barədə düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Mülki Məcəlləsi

32. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

33. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.

34. Maddə 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir.

35. Maddə 935.1.1. Bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

49. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsəl ələr lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlilləri nə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə mə hdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 iyun tarixli 2(103)2702/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar