Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-387/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-4250/2018, hakim P.A.Hüseynov) İddiaçı Cavabdeh İsmayıl oğluna qarşı maddi və mənəvi zərərin ödənilməsi t ələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3031/2019, hakimlər İ.K.Xəlilov, A.N.İmanov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2018-ci il tarixdə Hacıyev X1 Kamal İsmayıl oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun əməliyyatı üçün xərclədiyi 740 manatın, səhhətini daha da pisləşdirən xarici firmalara aid dərmanların əvəzinin (təxminən 1100 manat) natura şəklində ona geri qaytarılması, bu müddət ərzində keçirdiyi əsəb, stress və psixoloji gərginl iklərə görə 2000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu düzgün müalicə etməmiş, əsassız olaraq onun üzəridə açıq cərrahiyyə əməliyyatı aparmış, onu müraciət etdiyi diaqnozla deyil, əməliyyat olunandan sonra digər diaqnozla bağlı əməliyyatı həyata keçirmiş, əməliyyatdan sonra vəziyyəti daha pisləşmiş, cavabdeh özünün gətirmiş olduğu dərman preparatlarını ona heç bir zərurət olmadan əsassız olaraq satmış, nəticədə maddi və mənəvi itkiyə düçar olmuş, sağlamlığı bərpa olunmamışdır. Onun yenidən cərrahi əmə liyyata ehtiyacı var. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Tərəflər arasındakı mübahisə sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olmaqla, iddiaçı məhz cavabdeh həkimin yanlış diaqnozu, əməliyyatı və sonrakı müalicəsi nəticəsində ona maddi və mənəvi zərər vurulduğuna istinad edərək cavabdehdən həmin zərərin əvəzinin onun xeyrinə tutulması barədə hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıda aşkar edilmiş xəstəliklə onun tərəfindən aparılmış əməliyyat və ya müalicə arasında səbəbli əlaqə yoxdur, diaqnoz düzgün qoyulmuş və əməliyyat düzgün aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş üzrə alınmış xx.xx.2018-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinə əsasən, İddiaçı adına tərtib edi lmiş tibbi sənədlərdən görünür ki, o, “Sidik kisəsinin daşı. Böyrək daşı xəstəliyi. Kalkulyoz pielonefrit” diaqnozu ilə “Uroloji Mərkəz. Cavabdeh klinikası”na daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında diaqnoz düzgün təyin edilmişdir. Onun üzərində təyin edilmiş diaqnoza uyğun olaraq “Sistolitotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onun sidik kanalında fistulanın olduğu müəyyən edilmişdir ki, bunun da onun üzərində icra edilmiş “Sistolitotomiya” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi yoxdur. İş üzrə alınmış təkrar məhkəmə-tibbi ekspert rəyinə əsasən, İddiaçı xx.xx.2018-ci il tarixdə sidik ifrazatın çətinləşməsi, ağrılı və sidikdə qanın olması şikayətləri ilə klinikaya daxil olmuşdur. Aparılmış kliniki, laborator və instrum ental müayinələrdən sonra ona “Sidik kisəsinin daşı. Böyrək daşı xəstəliyi. Kalkulyoz pielonefrit” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və həkim seçimindən asılı olaraq, onun üzərində açıq üsulla “Sistolitotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir.Onun üzərində açıq cərrahiyyə əməliyyatın aparılmasına heç bir əks göstəriş olmamışdır. Ona cərrahiyyə əməliyyatından öncə onda sidik kisəsinin fistulasının olduğu barədə tibbi sənədlərdə heç bir qeydiyyat aparılmamışdır. Lakin əməliyyatdan öncə sidik kisəsinin fistulası aşkar olunduğu halda belə, o zaman mövcud olan sidik kisəsinin daşı cərrahiyyə əməliyyat yolu ilə xaric olunmalı idi. Onun adına yazılmış resept blanklarında olan dərman preparatları sağalma prosesinin sürətləndir ən vasitələrə aiddir. Bu dərman preparatlarının təyinatı onun keçirdiyi cərrahiyyə əməliyyatının həcminə və mövcud olan xəstəliyinin gedişatına uyğun olmuşdur. İş üzrə alınmış müvafiq ekspertiza rəyləri ilə cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlərə (hərəkətsizliyə) yol verməsi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi ekspert rəyini şübhə altına alan hallar olmadığından və məhkəmə araşdırması zamanı cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması təsdiq edilmədiyindən iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə kassasiya şikayətlərinin dəlilləri qətn amənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-387/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-387/2020
23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver