Məhkəmə qərarları › İş №2(102)-3870/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3870/2020

05.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3870/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdeh X2 və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia qaldıraraq, heyvanların ünvandan çıxarılması və həmin ərazidə heyvanların saxlanılmasının cavabdehə qadağan olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal hazırda x ünvanında yaşayır. Fərdi yaşayış evi də xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evə dair xx xxxx -ci il tarixində Qeydiyyat Vəsiqəsi verilmiş və o qeyd edilən tarixdən mülkiyyətin sahibidir. Yaşadığı ərazi əhalinin sıx yaşadığı ərazidir. Yaşayış evlərinin böyük əksəriyyəti də bir birinə yaxındır və evlərin yerləşdiyi torpaq sahələrini hasarlar ayırır. Eyni zamanda indiyədək qonşuluq haqlarını gözləmiş, onunla qonşular arasında heç bir münaqişə və mübahisə yaşanmamışdır. Lakin cavabdeh onun yaşayışını dözülməz həddə çatdırıb. Belə ki, cavabdehin həyətində saxladığı iribiynuzlu heyvanların saxlandığı yerdən gələn üfunətli qoxu nəinki onu, hətta yaxında yaşayan digər qonşuları da həddindən artıq narahat edir. Dəfələrlə ona xəbərdarlıq etməsi nə baxmayaraq cavabdeh buna məhəl qoymur, qonşuluq haqlarına riayət etmir.Eyni zamanda təyinatı heyvandarlıq üçün olmayan ərazidə iribuynuzlu heyvanların saxlanması sanitariya qaydalarının pozulmasına səbəb olur. Cavabdeh anlamır ki, heyvanlarının saxladığı yer Bakı şəhərinin əhalisinin sıx yaşadığı ərazilərindən biridir. Şəhərin içində, uşaqlı ailələrin yaşadığı ərazidə bu cür iribuynuzlu heyvanların saxlanması ilk olaraq əhalinin rahatlıq, sonra səhhəti üçün təhlükədir.Hal hazırda hava soyuq olduğu halda cavabdehin həyətindən gələn üfunətli qoxuya dözmək çətindirsə, yay mövsümündə gələcək qoxunu təsəvvür etmək çətin deyil. Cavabdehin həyətində saxladığı iribuynuzlu heyvanların saxlandığı yerdə milçək də rahatlığı pozur. Bu hal dəfələrlə təkrarlandığından ərazi üzrə sahə müvəkkilinə şik ayətlə müraciət etmişdir. (xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixində) Sahə müvəkkilinin bildirdiyinə görə baytarlıq idarəsinə məlumat vermiş və baytarlıq idarəsi cavabdehə xəbərdarlıq etmişdir. Sonuncu müraciətinə isə cavab verilərək müraciəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin sanitariya qaydalarını pozmaqla əhalinin sıx yaşadığı yerdə iribuynuzlu heyvanların saxlaması əhalinin sağlamlığı üçün təhlükədir ki, bu təhlükə ilə ilə qarşılaşan o və onun ailəsidir. Bu səbəbdən cavabdehin saxladığı və antisanitariyaya səbəb olan iribuynuzlu heyvanlar çıxarılmalı, ünvan 1 ünvanında heyvanların saxlanılması cavabdehə qadağan edilməlidir. Şəhər mərkəzində iri və xırda buynuzlu heyvan, yəni, inək, camış, qoyun, keçi və s. saxlamaq insanlar və ət raf mühit üçün təhlükəlidir. Eyni zamanda, belə heyvanların şəhərdə gəzməsi və ya həyətlərə buraxılması da, estetik baxımdan uyğun deyil. İş o yerə çatıb ki, nəvələri yaşadığı evə qonaq gəlmir, həyətdən pis qoxu gəlir. Qeyd olunanlara əsasən cavabdehə məxsus olan və ünvan 2 ünvanında saxlanılan iribuynuzlu heyvanların həmin ünvandan çıxarılması və ərazinin heyvanlardan boşaldılması, heyvanların saxlanmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev)xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X4 məxsus olan ünvan 3 ünvanda saxlanılan heyvanların həmin ünvandan çıxarılaraq, ərazinin heyvanlardan boşaldılması, cavabdeh X4 ünvan 3 ünvanda heyvanların saxlanılmasının qadağan e dilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə X2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X5 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, heyvanların saxlanıldığı daşınmaz əşya X6 məxsusdur. Belə olan halda o iddiaya cavab verməli olan şəxs hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hü quq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Suraxanı rayon G igiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli xnömrəli rəyindən görünür ki, cavabdeh şəxs X4 məxsus Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 31a ünvanda yaşayış evinin həyətyani sahəsində təşkil etdiyi 6 baş iri buynuzlu heyvan fermasının sanitar mühafizə zonası CH 245-71 saylı tikinti normalarının tələblərinə cavab vermir (300 metrdən az olmamalıdır).Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında 38 saylı xx xxxx 2019-cu il qərarı ilə şəhər və şəhərtipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtbəli binaların arasında iri və xırdabuyunuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağan edilmişdir. Yuxarıda göstərilən normativ aktların tələblərini nəzərə alaraq h əmin ünvanda iri buynuzlu heyvanların saxlanması və yetişdirilməsinə yol verilmir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, cavabdeh X1 normalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları haqqında 38 saylı xx xxxx 2019-cu il qərarının tələblərinə uyğun olmayan qaydada iribuynuzlu malqara saxlayır. Bu isə yaxın qonşuluqda (30 saylı yaşayış evində) yaşayan iddiaçının və onun ailə üzvlərinin hüquqlarını pozur. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normaların ı tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin S uraxanı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli xnömrəli rəyindən görünür ki, cavabdeh şəxs X4 məxsus Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 31a ünvanda yaşayış evinin həyətyani sahəsində təşkil etdiyi 6 baş iri buynuzlu heyvan fermasının sanitar mühafizə zonası CH 245-71 saylı tikinti normalarının tələblərinə cavab vermir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq onu da nəzərə alır ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatla sözügedən ərazidə heyvan saxladığını etiraf etmişdir. Belə olan halda, iddiaçı özünün mülkiyyətində olan yaşayış sahəsindən təyinatı üzrə istifadə etməsinə maneçilik yaradan və cavabdehin yuxarıda qeyd edilən normativ sənədlərin tələblərinə zidd olan hərəkətinə son qoyulmasını tələb etməsi qanunvericiliyə uyğundur. Mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblər isə ona müdaxilə edən hər kəsə qarşı irəli sürülə bilər. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar