Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3873/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və vəkili X3, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin M ülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-212/2019) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh maddi ziyan olaraq, 9665 (doqquz min altı yüz altmış beş) manat, mənəvi zərər olaraq, 500 (beş yüz) manat məbləğində pul olmaqla, cəmi 10165 (on min yüz altmış beş) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pulun Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov, iş № 2(103)13896/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətna məsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdehin vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməs inin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etmə si faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı iddia etmişdir ki, Cavabdeh tərəfindən mənzilində qanunsuz əlavə sanitar qovşağı inşa edilməsi və bu sanitar qovşağından su sızması nəticəsində İddiaçı yaşayış mənzili tam yararsız hala düşməklə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı 10 000 manat maddi və 3 000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona verilməsini tələb edir. Mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza M ərkəzinin 20825 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Yasamal rayonu, İnşaatçılar prosspekti 40 saylı evin 16 saylı mənzilin yuxarı mərtəbədəki 18 saylı mənzildə quraşdırılmış sanitar qovşağından suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nın 50 saylı, xx xxx 2019cu il tarixli Hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilə dəymiş zərərin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9.665 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqarların dəyəri 100 manat təşkil edir. A pelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1108.1-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur; «mənim cavabdeh olaraq məhkəmə prosesində iştirakım təmin olunmadığından prosessual hüquqlarım pozulmuş, iddia tələblərinin əsassız və qanunsuz olduğunu əsaslandıracaq sübutların məhkəməyə təqdim edilməsinə şərait yaradılmamış və mənim məhkəmə qaydasında müdafiə olunmaq hüquqlarım pozulmuşdur. » «Q eyd edim ki, mən tam təmirli evə köçmüşəm və mənzilimdə heç bir təmir işləri aparmamışam. İddiaçının göstərdiyi kimi mənzildə əlavə sanitar qovşağı inşa edilməmişdir. Mən mənzilə köçməmişdən əvvəl həmin mənzildə Afaq Rəhimova kirayədə yaşamışdır və sanitar qovşağının vəziyyətini bildirdi. Ekspert rəyində göstərilən bu halların yaranmasının əsl səbəbləri birtərəfli və qərəzli olmasıdır. Belə ki, iddianın mənzilində arakəsmə istinad divarının sökülməsi və tavanın yükdaşıyan dayraqlarında məhrum olması məhz iddiaçının mənzilində tavanın, cavabdehin isə mənzilində döşəmənin çökməsinə səbəb olmuşdur. İddiaçının mənzildə istinad divarının sökülməsi faktını ekspert və rəyi alınan digər mütəxəssislər görməyə bilməzdi. İddiaçı mənzilində aparılan təmir-tikinti norma və qaydalarının pozulması səbəbi ndən baş vermişdir və bu ekspert rəyində öz əksini tapmamışdır. Məhkəmə işin faktiki hallarını müəyyən etmək və işin ədalətli həllinə nail olmaq üçün, təkcə ekspert rəylərini deyil, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almaqla həm də mübahisə predmetinə dair məhkəmə baxışı keçirməli idi. » Apelyasiya şikayətində istinad olunan dəlillər hazırkı kassasiya şikayətində təkrarlanır və apelyasiya məhkəməsinin həmin dəlillərlə bağlı hər hansı araşdırma aparılmaması qeyd olunur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması ilə bağlı nəticəsini ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyin tam araşdırmanın nəticəsi olaraq verilmədiyinə diqqət yetirməmiş, məhkəmə ekspert rəyinə işdə olan digər sübutlarla yanaşı hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Həmin Məcəllənin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinə görə Bakı şəhəri Yasamal rayon İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilə baxış keçirilən zaman, mənzilin tavan və di varlarındakı su sızma ləkələrinin olduğu, eləcədə mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyü, tavanda olan taxtaların (çilləkan) çürüdüyü və divarın bir hissəsinin çökdüyü və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı müəyyən edilmişdir. Ekspert rəyində Bakı şəhər Yasamal rayon İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinə ziyanın dəyməsi suyun sızması nəticəsində əmələ gəldiyini göstərsə də, apelyasiya instansiyası məhkəməsi suyun sızmasının tavanın çökməsi ilə bağlı hansı əlaqənin olmasını (hansı ki, cavabdeh kassasiya şikayətində tavanın çökməsinin məhz iddiaçının istinad divarının sökülməsi ilə bağlı olması, onun tərəfindən heç bir əlavə sanitar qovşağının aparılmaması) araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyindən cavabdehin mənz ilinə baxış keçirilməməsi müəyyən olunur. Cavabdehin digər dəlili isə iddiaçıya zərər onun mənzilindən deyil, digər səbəbdən (17 saylı mənzildən axan su sızması ilə bağlı) yaranmışdır. Nə apelyasiya instansiyası məhkəməsinin, nə də ekspertlərin cavabdehə məxsus mənzilə baxış keçirməsi barədə işdə mötəbər sübutlar olmadığı halda, məhz həmin mənzildən axan suyun nəticəsində iddiaçıya zərər vurulmasına dair qənaəti ilə kollegiya razılaşmır və hesab edir ki, müvafiq mənzillərlə baxış keçirmədən məhkəmənin gəldiyi bu qənaəti işin hallarına uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlilinə ümumiyyətlə əhəmiyyət verməmiş və bu dəlil prosessual hüquq normalarının tələbləri baxımın dan qiymətləndirilməmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hər əkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəm ə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 21, 1096,1097.1, 1111.2-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən qiymət verərək əsaslı sayır. Belə ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işdə olan digər sübutlarla uzlaşmayan və qanunvericiliyin tələbl ərinə cavab verməyən ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiy a məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə ə sasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasının faktının olub-olmamasını, buna uyğun da sonun cunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayəti nə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3873/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3873/2020
06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver