Məhkəmə qərarları › İş №2(102)-3880/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3880/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3880/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Eyvaz oğlu və Cavabdeh2 oğluna qarşı iş üzrə QƏRARİ 2(102)-3880/2023 (Açar sözlər:nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğluna qarşı “pul” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2023-cü il tarixli 2(107)-579/2023 saylı qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə 06 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) 2020-ci ilin iyul ayında şifahi nisyə alqı-satqı müqaviləsi əsasında özünə məxsus 12 baş iribuynuzlu heyvanı Cavabdeh1 oğluna satmış və cavabdeh həmin 12 baş iribuynuzlu heyvanı yaylaqda Ceyhun Yusifzadədən təhvil almışdır.

2. Qax RPŞ-nin İQ-nun müstəntiqi X3 tərəfindən qəbul edilmiş 24 may 2022-ci il tarixli “Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqında” qərarına əsasən HK-1/41 saylı material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir.

3. Həmin qərara əsasən əlavə araşdırma zamanı izahatı alınmış X2 vermiş olduğu izahatında Qax rayonu, Zərnə kənd sakini İddiaçı 2018-ci ildən tanıdığını, onunla heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, 2020-ci ilin iyun ayında iddiaçının özünə məxsus 12 baş iribuynuzlu mal-qaranı ona satmaq istədiyini dediyini, həmin heyvanlara baxdığını, heyvanların hamısının baxımsız, zəif heyvanlar olduğunu, ondan həmin heyvanları almaq istəmədiyini dediyini, lakin iddiaçı təkidlə həmin heyvanları ona verdiyini, pulunu “3 ilə ödəyərsən” dediyini, onunla razılaşdığını, Qazıməhəmmədlə konkret qiymət danışmadığını, İddiaçının ona qiymət demədiyini, hər dəfəsində bir şey danışdığını, bir müddət sonra iddiaçıya zəng edərək ondan aldığı heyvanlara baxa bilmədiyini, gəlib götürməsini dediyini, iddiaçı adam tapıb xəbər edəcəyini dediyini, bir müddət sonra tanıdığı Elxan adlı şəxsin onun yanına gəldiyini, həmin şəxsin Qazıməhəmmədlə danışdığ ını, heyvanları götürmək üçün gəldiyini dediyini, Elxanın ondan 12 baş iribuynuzlu mal-qaranı götürdüyünü, bu barədə iddiaçıya zəng edib bildirdiyini, iddiaçının ona “problem yoxdur, götürsün” dediyini, Elxanın onunla razılaşdığını bildirdiyini, bundan sonra baş verənlərdən heç bir məlumatının olmadığını göstərmişdir.

4. Fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışa əsasən Zaqatala rayonu Əliabad qəsəbə həftəlik Mal bazarında 2020-ci ilin iyun-avqust aylarında 1 baş iribuynuzlu malın (cavan inək) qiyməti 1300-1500 manat arasında dəyişir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat

5. İddiaçı cavabdehlər ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 oğlu və Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Cavabdeh2 oğlundan ona məxsus 13 baş iribuynuzlu malın (inək), mövcud olmadıqda onların dəyəri olaraq 15000 (on beş min) manat pulun və ödənilmiş 135 (yüz otuz beş) AZN məbləğindəki dövlət rüsumunun alınaraq ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun 2020-ci ildə 15 baş iribuynuzlu malı (inək) olmuş, həmin heyvanlar X1 dağda yaylaq ərazidə olan binəsində saxlanılmışdır. X2 heyvanlara baxa bilmədiyindən 13 baş malı (inəyi) cavabdehlərə 12000 (on iki min) manata satmağa razılaşmış, lakin onlar iki il ərzində pulu verə biləcəklərini və bir həftəyə gəlib müqavilə rəsimləşdirəcəklərini bildirmişdirlər. Bundan bir neçə gün sonra Ceyhun Yusifzadə zəng edərək ona bildirmişdir ki, Elxan və qardaşı malları götürməyə gəlib. O da razılıq vermiş dir, düşünmüşdür ki, yəqin malları götürüb sonra müqavilə bağlamağa gələcəklər. Lakin müxtəlif vaxtlarda zəng edib pulu verməyi və ya müqavilə bağlamağı təklif etsə də, hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə bundan yayınmışdırlar. Cavabdehlər uzun müddət pulunu vermədiyi üçün polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Polis şöbəsinə yalnız Cavabdeh1 dəvət edilmiş və onun izahatı alınmışdır. Cavabdeh1 polis şöbəsində verdiyi izahatdan göründüyü kimi, cavabdeh ondan 13 baş inək aldığını etiraf etmişdir. Amma o izahatında yalan danışaraq malların qiymətinin 8000 (səkkiz min) manat olmasını və 6000 (altı min) manat ona verdiyini demişdir. Bundan sonra Qax rayon Polis şöbəsinin müstəntiqi Zöhrab Abdullazadə tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd e dilməsi haqqında qərar qəbul edilmişdir. Qərarında işin mülki xarakterli olması və buna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdehin yalan danışması iş üzrə sənədlərlə öz təsdiqini tapır. Belə ki, işə əlavə etdiyi arayışdan göründüyü kimi, 2020-ci ilin yay aylarında bir inəyin qiyməti təxminən 1300-1500 manat arasında dəyişirdi. Həmin ildə mal ətinin bir kiloqramı 9,50-10,5 manat arasında idi. Onun inəklərinin ət çəkisi 120 kq-dan çox idi. İnək malının bazarda satışı zamanı onun ət qiyməti ilə yanaşı bala verməsi kimi əsaslar da nəzərə alınır. Yəni 100 kq əti olan inəyin bazar qiyməti 1200-1300 manat təşkil edir. Belə olan halda onun 12 baş inək üçün cavabdehlə 8000 manata razılaşmağı mümkünsüz idi. Hətta Elxana malları verdikdən sonra həmin mallardan 6 bala götürmüşdü r. Cavabdeh bu günə kimi malların pulunu və ya apardığı malları qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında 12 baş iribuynuzlu heyvanın nisyə alqısatqısına dair razılıq olub. Belə ki, iddiaçı heyvanlara baxa bilmədiyini bildirərək malqaranı satmaq istədiyini ona bildirmişdir. O iddiaçıya məxsus 12 baş heyvanı 5 baş anabala və 2 buzovu götürmüşdür. Razılığa əsasən ana-balanın birlikdə qiyməti 1400 manat və hər buzov üçün 500 manat olmaqla ümumilikdə 8000 manat iddiaçıya ödəməli idi. Bu qiymətlə bağlı aralarında razılaşma olmuşdur. 2020-ci ilin sentyabrında həmin puldan 6000 manatı iddiaçıya ödəmiş, onun iddiaçıya 2000 manat borcu qalmışdır. 2000 m anatı isə 2023-cü ildə ödəməli idi. İddiaçıya pul ödədiyi zaman ikisindən başqa heç kim olmamışdır. O malları iddiaçının tapşırığı ilə Ceyhun adlı şəxsdən götürüb və iddiaçı ilə o özü razılaşıb. Bu razılaşma əldə edilərkən qardaşı iş üzrə digər Cavabdeh2 oğlu razılaşmada olmayıb. Onun alqı-satqı ilə bağlı iddiaçıya 2000 manat borcu qaldığından iddianın həmin hissədə təmin edilməsinə etiraz etmir.

8. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli e-2(033)-149/2023 nömrəli (hakim T.H. Həsənov) qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh1 oğlundan 12 baş iribuynuzlu mal (inək), mövcud olmadıqda isə onların dəyəri olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir.

9. Məhkəmə iddian ı qismən təmin edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 oğlunun iddiaçı qarşısında 12 baş iribuynuzlu heyvanların dəyərini qaytarmalı olması ilə bağlı öhdəlik götürdüyü sübuta yetirildiyindən iddia tələbi 12 ədəd iribuynuzlu heyvanların, mövcud olmadıqda isə dəyərinin ödənilməli hissəsində təmin edilməlidir.

10. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 oğlunun iddiaçıdan cəmi 12 baş iribuynuzlu mal-qara alması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan nisyə alqı-satqı müqaviləsini bağlamaqla iddiaçı ilə razılığa gəlmişdir. Lakin Cavabdeh1 razılıq əsasında müəyyən edilmiş 8000 manat puldan 6000 manatını iddiaçıya verdiyini və pulun ödənildiyi zaman ancaq ikisinin olduğunu bildirir. İddiaçı isə edir ki, cavabdehin nisyə alqısatqı müqaviləsi əsasında əldə olunmuş mal-qaranın dəyərini həqiqətən iddiaçıya ödəməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bundan başqa, məhkəmə qeyd edib ki, iri buynuzlu heyvanların dəyəri Cavabdeh1 oğlu tərəfindən mübahisələndirilsə də, onun tərəfindən heyvanların dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş iribuynuzlu heyvanların dəyərini iddiaçı tərəfindən iddia ərizəsinə ə lavə edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilən iri buynuzlu malın dəyərinin aşağı həddinə uyğun və iddia tələbi həcmində müəyyən edilməsini əsaslı hesab etmişdir.

12. Həmçinin iddiaçının cavabdehə 12 baş deyil, 13 baş iribuynuzlu mal-qaranı verməsi öz təsdiqini tapmamış, bununla bağlı iddiaçı tərəf məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

13. Məhkəmə iddia tələbi ilə bağlı digər Cavabdeh2 oğluna münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olmadığından təmin edilə bilməz. İddiaçı iddia ərizəsində Cavabdeh1 oğlu ilə birlikdə onun qardaşı olan digər Cavabdeh2 oğlunun da 2020-ci ilin iyul ayında əldə etdikləri razılaşmada (şifahi bağlanmış nisyə alqı-satqı müqaviləsində) iştirak etdiyini və razılaşmanın predmeti olan iribu ynuzlu heyvanların Ceyhun Yusifzadədən təhvil alınmasında iştirak etməsini qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışı zamanı əldə edilmiş sübutların tədqiqi nəticəsində Cavabdeh2 oğlunun iddiaçı qarşısında öhdəliyinin yaranması qənaətinə gəlmək mümkün deyil. Ona görə də, iddia tələbi Cavabdeh2 oğluna münasibətdə təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1, 21.2, 152.1, 152.5, 157.2, 329.2, 329.3, 385.1, 390.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 567, 600.1, 600.4, 608-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.4, 89.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

15. İş üzrə Cavabdeh1 oğlu apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-ci il tarixli e-2(033)-149/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi nə 12 baş iribuynuzlu malın (inək) yaşı, nə xarici görünüşü, nə çəkisi, nə də cinsini müəyyən etməmiş, o cümlədən, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən heyvanların dəyərinin nə qədər müəyyən edilməsini aydınlaşdırmamışdır. 12 baş iribuynuzlu malın (inək) hansı göstəricələrə əsasən 1 ədədinin dəyərinin 13 00-1500 manat arasında olması sübut olunmamış, yalnız fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa istinad olunmuşdur. Həmin arayışın isə hansı göstəricilərə uyğun tərtib olunması qeyri-müəyyən olmuşdur.

17. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər M.A. Əsədli (sədrlik edən və məruzəçi), Ə. T. Məcidov və E. M. Mediyev) xx.xx.2023-ci il tarixli, 2(107)-579/2023 nömrəli qətnaməsi ilə, Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir və Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(033)149/2023 saylı qətnaməsi Cavabdeh1 oğlunun apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iri buynuzlu heyvanların dəyəri Cavabdeh1 oğlu tərəfindən mübahisələndirilsə də, onun tərəfindən heyvanların dəyərinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilmiş iribuynuzlu heyvanların dəyərini iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş fiziki şəxs X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilən iribuynuzlu malın dəyərinin aşağı həddinə uyğun və iddia tələbi həcmində müəyyən edilməsini əsaslı hesab etmişdir. Ona görə ki, iddiaçıya qaytarılmalı olan 12 baş malqaranın dəyəri məhkəmə iclasında tədqiq olunmuş arayışa əsasən 12x1300=15600 manat təşkil etmişdir. Lakin iddiaçı tərəf iddiasında cavabdehdən 15000 manat tələb etmişdir. Göründüyü kimi, cavabdeh tərəf mübahisəli heyvanların qiym ətinin daha az olması barədə məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir. İddiaçı tərəf isə iddiasını əsaslandıran yazılı sübutu məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, cavabdehin heç bir sübuta əsaslanmayan izahatına inanıb heyvanların onun izahatında qeyd etdiyi qiymətdə müəyyən edilməsi yolverilməzdir.

19. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, ödəməli olduğu puldan 2020-ci ilinsentyabrında 6000 manatı iddiaçıya ödəmiş, iddiaçıya 2000 manat borcu qalmışdır. Kollegiya hesab edib ki, şikayətin bu dəlili də əsassızdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, nisyə alınmış heyvanların pulunun qaytarıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehə iddiaçıy a ödədiyi 6000 manat pula dair sübutlar təqdim edilməsi təklif edilsə də, cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir.

20. Apelyasiya instasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 329.2, 329.3, 385.1, 390.1, 421.2, 442, 448.1, 448.2, 448.3, 567, 600.1, 600.4, 608-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1, 8.1.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh1 oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-579/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsininin tamamilə ləğv olunması, mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator şikayəti onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya məhkəməsi mülki iş materiallarını araşdırmadan iddiaçının iddiasını təmin etməklə mübahisənin ədalətli həlli istiqamətində doğru nəticəyə gəlməmişdir. Məhkəmə tərəfindən iddia təmin edilməməli idi. Cavabdehin iddiaçıya borcunun olması iş materialları ilə təsdiqini tapmır. Nə Zaqatala Rayon Məhkəməsi, nə də ki, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehə verdiyi 6000 manat pulu nəzərə almamış buda azmış kimi 12 baş heyvanın hər birinə yetkin inək kimi 1300 manatdan hesablamışdır. Halbuki cavabdeh ifadəsində heyvanların 7 ə dədinin buzov olmasını bildirmiş və iddiaçıda buna etiraz etməmişdir. Göründüyü kimi hər iki instansiya məhkəməsi qətnamə qəbul edərkən nə 12 baş iribuynuzlu malın (inək) yaşı, nə xarici görünüçü, nə çəkisi, nədə cinsi barədə heç bir məlumat qeyd etməmişlər. Bundan əlavə, iddiaçı iddia ərizəsində 13 baş heyvanın cavabdehə verdiyini qeyd edir. Cavabdehdə qəbul edir ki, 12 baş heyvan verilib, lakin heyvanların dəyəri olaraq 8000 manatın 6000 manatı iddiaçıya ödənilib. Məhkəmə heyvanların sayında cavabdehin vermiş olduğu ifadəsini yəni 12 baş iribuynuzlu heyvan olmasını nəzərə alaraq iddiaçının cavabdehə 13 baş deyil, 12 baş verdiyini sübut olunduğunu müəyyən edir. İddiaçının cavabdehə 13 baş iribuynuzlu mal-qaranı verməsinin sübut olunmasını iddiaçının üzərinə, lakin digər məsələdə yəni 6000 manat pulun iddiaçıya ödənilməsində sübut etmə yükünü cavabdehin üzərinə qoyur. Görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işi hərtərəfli araşdırmamışdır.

23. Kassator kassasiya şikayyətinin dəlillərini Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 88, 218.1-ci maddələrinə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 329.2 və 329.3. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olu r.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddı 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsiz lik) üçün məsuliyyət daşıyır.

30. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

32. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzə Həmin Məcəllənin rdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Maddə

608. Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktla r barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və tə qdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

34. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

35. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hans ının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

36. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə alınan malın dəyərinin ödənilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması caavbdehin birbaşa vəzifəsi olmuşdur.

37. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 oğlu kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-579/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar