Məhkəmə qərarları › İş №2(102)-3884/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3884/2021

23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3884/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-125/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Zaqatala rayonunun Qarqay kəndində yerləşən 0,30 hektar ölçüdə torpaq sahəsi və orada yerləşən 1948-ci ildə inşa edilmiş üç otaqlı yaşayış evi kənd təsərrüfat başına kitablarına görə Hazman Hazmanova məxsus olmuşdur. X1 Hazmanov ailəsi ilə həmin təsərrüfatdan ayrılaraq müstəqil təsərrüfat yaratmış, digər oğlu Cavabdeh isə atasının ölümündən sonra da ona məxsus təsərrüfatda qalaraq evin altında olan 0,30 ha torpaq sahəsindən istifadə etmişdir. Lakin torpaq islahatı zamanı Ndan qalmış evin altında yerləşən 0,30 ha torpaq sahəsi qanunsuz olaraq 1998-ci ildə vəfat etmiş Nun keçmiş arvadı İddiaçı mülkiyyətinə verilmişdir. Nəticədə 0,47 ha torpaq sahəsi İddiaçı və onun uşaqlarının, 3 otaqlı fərdi yaşayış evi isə Cavabdeh mülkiyyətində qalmışdır. İşin 45-ci səhifəsində olan 06 noyabr 201 7-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa görə Ndə yerləşən 0,4702 hektar torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı, X4 və X3, 45.70 kv.metr ölçüdə fərdi yaşayış evi isə tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Zaqatala Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı, X4 və X3 qarşı iddiası qismən təmin edilərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Cavabdeh qanuni istifadəsində olan Ndə yerləşən 1948-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,30 ha torpaq sahəsinin naturada yerləşmə koordinatlarına münasibətdə, yəni yaşayış evinin yola yaxın hissəsində etibarsız hesab edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsi və yaşayış evinin onun istifadəsində olduğu dövrdə evə və torpaq sahəsinə 20.000 manat məbləğində xərc çəkməsini əsas göstərməklə həmin məbləğin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-37/2020 saylı, 21 iyul 202 0-ci il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək mübahisəli əmlakdan istifadə etdiyi dövrdə evin təmiri və həyətdə ağacların əkilməsi ilə əlaqədar 20.000 manat məbləğində vəsait sərf etməsini, həmin vəsaitin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən ona ödənilməli olmasına baxmayaraq məhkəmə tərəfindən qanunsuz olaraq iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və məhkəmə ekspertizasının rəyinə əsasən görülmüş işlərin dəyəri kimi müəyyən olunmuş 4920 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-125/2021 saylı, 22 fe vral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) Zaqatala Rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli, 2(033)-37/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmu ş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edərkən cavabdehin ona ziyan vurmasını və əsassız varlanmasını sübuta yetirə bilməməsini əsas göstərmiş və bu zaman gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 560.1, 1090, 1091, 1092, 1096 və 1097ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə qanunun qüvvəsini düzgün tətbiq etmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. İş üzrə müəyyən olunmuşdur ki, mübahisəli ev və torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuş və onun tərəfindən həm evdə təmir işləri aparılmış həm də evin həyətində ağacların əkilməsi və sair işlər görülmü şdür. İddiaçı həmin işlərin görülməsinə 20.000 manat məbləğində vəsait sərf etməsini iddia etsə də, iş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, orada görülmüş tikinti-təmir və yenidənqurma işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4920 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Müəyyən olunduğu kimi iddiaçı onun mülkiyyətində olmuş torpaqdan və orada yerləşən evdən uzun illər ərzində istifadə etməklə orada iş mater ialları ilə təsdiq olunan yaxşılaşdırma işləri görmüş və hazırkı tələbində vicdanlı sahib kimi həmin yaxşılaşdırmaların dəyərini tələb etmişdir. İddiaçının tələbi cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə deyil, cavabdehdə qalmış yaxşılaşdırmanın dəyərinin ödənilməsi ilə bağlı olduğundan, belə vəziyyətdə mübahisənin Mülki Məcəllənin 21, 1090, 1096, 1097-ci maddələrinin tələbləri baxımından həll edilməsi qanuni sayıla bilməz. Belə ki, həmin normalar mübahisəli hüquq münasibətini tənzimləmir və iddia tələbinin qanuni əsası kimi həmin normalara istinad olunmamışdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ziyan vurulmamış, lakin son nəticədə cavabdeh onda qalmış yaxılaşdırma işlərinin dəyərini qaytarmaqdan imtina etdiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduqda, kollegiya hesab edir ki, mübahisə Mülki Məcəllənin 157.7-ci maddəsinin tələblərinə uyğun həll edilməli idi. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-125/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar