Məhkəmə qərarları › İş №2(102)-3885/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3885/2020

05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3885/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinəqarşı iş üzrə QƏRARİ iş № 2(102)-3885/20 (Açar sözlər: tibb müüəssisəsinin vurduğu maddi və mənəvi zərərin tutulması) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Tağıyev Adil Tofiq oğlunun, Cavabdeh MMC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)812/2020 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin və vəkili Vəkil verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı gözündə narahatçılıqlar (zəif görmə) hiss etdiyindən həkim müayinəsindən keçməyi qərara aldı və xx xxxx 2017-ci il tarixdə cavabdehin «X5» adı ilə fəaliyyət göstərən klinikasına müraciət etdi.

2. X3 qəbul şöbəsində iddiaçı həmin xəstəxanada fəaliyyət göstərən türkiyəli mütəxəssis kimitəqdim edilən həkim-oftalmoloq X15 qəbuluna yazıldı

3. Həkim-oftalmoloq X17 iddiaçını müayinə edərək ona əməliyyat olunmağını vacib və mütləq şəkildə bir ay ərzində əməliyyat olunmağını məsləhət bildi. Həmçinin əməliyyatın nəticələri barədə maraqlandıqda iddiaçıya əməliyyat sonrası ümumiyyətlə eynəkdən istifadə etməyəcəyini və görmənin tam normala qayıdacağını bildirdi.

4. Epikrizdə də müayinə nəticələri hissəsində görmə kəskinliyi sağ: 1.00: sol:0.20 biomikroskopik (müayinə vaxtı iddiaçıya sol gözdə 20 faiz görmə olmasını izah etmişdi); sağ: normal: sol katarakt olması qeyd olunub. Müayinə vaxtı da bunları qeyd edərək sol gözdə əməliyyatın vacibliyini və əməliyyatın yuxarıda qeyd edildiyi nəticələrini iddiaçıya ətraflı izah etdi. Həkim həmin müayinə vaxtı və daha sonrakı müayinələr zamanı iddiaçıya əməliyyatın risksiz olmasını, heç bir riskin olmamasını dəfələrlə qeyd etdi. Bildirdi ki, şəkər xəstəsi olmadığından iddiaçının əməliyyatında heç bir risk yoxdur.

5. İddiaçı xx xxxxx 2017-ci il tarixdə əməliyyat ödənişini həyata keçirdikdən son ra onu bəzi müayinələrdən (gözünün təzyiqinin ölçülməsi, şəkərin yoxlanışı və s.) keçirib əməliyyata hazırladılar. Əməliyyat otağında xəstələr növbə ilə salınıb əməliyyat olunurdu.

6. İddiaçıdan əvvəl əməliyyata salınmış xəstənin əməliyyatını yarımçıq dayandırıb dərhal iddiaçını onun yerinə əməliyyata saldılar.

7. İddiaçı bu barədə soruşduqda ona bildirdilər ki, həmin xəstənin şəkəri və göz təzyiqi qalxdığı üçün əməliyyat yarımçıq dayandırılıb. Belə ki, başqa xəstə üçün hazırlanmış (əməliyyatda istifadə olunan ləvazimatlar həmin xəstə üçün istifadə olunubolunmamasından və ona istifadə olunduqdan sonra iddiaçıya yeni ləvazimatların qoyulmasından xəbəri olmadı və çox qısa müddətdə yerinə qoyulması mümkün deyildi, çünki xəstəni əməliyyat otağından çıxaran kimi dərhal iddiaçını saldılar) əməli yyat otağına iddiaçını saldılar.

8. İddiaçı əməliyyatdan sonra 2 saata yaxın xəstəxanada qaldı, daha sonra onu evə göndərdilər.

9. Əməliyyatdan çıxan vaxtdan gözündə sancmalar, ağrılar başladı.

10. Həmin ağrılarla bağlı əməliyyatın səhəri günü xəstəxanaya həkimoftalmoloq X16 müraciət etdikdə bu halın normal olduğunu, əməliyyatdan sonra olan sancmalar olduğunu bildirərək tez bir zamanda aradan qalxacağını bildirdi. Həmçinin əməliyyatdan sonra iddiaçının gözünə hər yarım saatdan, bir saatdan bir dərmanlar tökmək tapşırılmışdı və ev şəraitində bunları edirdi.

11. Əməliyyatdan bir neçə gün sonra ağrı-sancmalar aradan qalxmadığından iddiaçı həkim oftalmoloq X16 yenidən müraciət etmək məcburiyyətində qaldı.

12. Həkimin də bu halla bağlı narahatçılıq keçirməsini iddiaçı hiss edirdi, amma həkim on a heç nə bildirmirdi, hər şeyin qaydasında olmasını, ağrıların tez bir zamanda aradan qalxacağını deyirdi.

13. Ağrılar əməliyyatdan on gün sonra kəskinləşdi və gecə həkimə zəng edib bu barədə bildirdikdə, həkim iddiaçını xəstəxanaya dəvət etdi, gecə təcili yardım keçidi ilə xəstəxanaya daxil oldu və gözünə iynə vuruldu. Lakin yenə də həkim iddiaçıya narahat olmamağını bildirdi.

13. Beləliklə həkim iddiaçını arxayın salaraq heç bir problemin olmadığını və ağrıların, sancmaların keçəcəyini bildirdi.

14. İddiaçı hər gün həkimə gözü ilə bağlı müraciət edirdi, necə edəcəyini soruşurdu, o isə iddiaçıya bir-iki dərmandan başqa, bir söz demirdi və sonda dəfələrlə müraciətindən sonra, əməliyyat olunan gözdə görmə tamamilə itdikdən sonra həkim iddiaçıya gözündə infeksiya olması barədə məlumat verd i. Bu səbəbdən hər gün yarım saatdan bir dərman antibiotik tökülməsini tapşırdı. İddiaçıya artıq gözü sağalda bilməyəcəyini və başqa həkimə (xəstəxanalara) müraciət etməyini məsləhət gördü.

15. Bunu iddiaçıya vaxtında deməməsinə görə və həmçinin əməliyyatın fəsadları barədə iddiaçıya əvvəlcədən məlumat verməməsinə görə və ən əsası əməliyyat vaxtı iddiaçının gözünə infeksiya düşdüyünə görə iddiaçı ilə həkim arasında mübahisə yarandı.

16. İddiaçı nə edəcəyini, hara müraciət etməyi barədə həkim-oftalmoloq X14 məsləhət almağa çalışdı.Həkim iddiaçıya artıq heç nə edə bilməyəcəyini və yalnız bura qədər bacardığını bildirirərək Bakı və digər xaricdə olan xəstəxanalara müraciət etməyini bildirdi.

17. İddiaçı gözündə sancmalarla bağlı xəstəxanaya müraciət etdikdə hər dəfə qəbul üçün ona kassaya pul ödəməyini bildirirdilər. Həmçinin xəstəxananın səhvinə görə baş vermiş xəsarətlə bağlı bütün dərmanların pulunu özü ödəmişdir. Bununla bağlı da iddiaçıya heç bir güzəşt olunmadı.

18. İddiaçı həkimin onun gözünü sağalda bilməyəcəyi etirafından sonra dərhal Gürcüstanda olan xəstəxanalarla maraqlandı və ağrılar kəskin olduğundan o, gözləmədən Gürcüstanda “NEW HOSPİTAL” xəstəxanasına gözünün müayinəsi və müalicəsi ilə bağlı müraciət etdi.

19. Gürcüstanda xəstəxanada müayinə edən həkimlər iddiaçıya artıq müalicənin gec olmasını, görməni tamamilə itirməsini və ona hətta gözü itirmək təhlükəsinin olmasını və yalnız gözün itirilməsinin qarşısının alınması üçün müalicəni sınaya biləcəklərini, görmənin yenidən bərpa olunmasının isə qeyri-mümkün olmasını bildirdilər.

20. İddiaçı məcburiyyət qarşısın da qalıb Gürcüstanda olan həkimlərin fikirləri ilə razılaşaraq müalicəyə başladı.

21. Müalicə 2 aya yaxın davam etdi və həmin iki ay ərzində iddiaçı hər həftə Gürcüstana gedib iki-üç gün qalmalı olurdu. Ən sonda iddiaçı bir həftə Gürcüstanda qaldı və ona Gəncədən müalicə üçün artıq gec gəldiyini və bu səbəbdən gözü çıxarmaq məcburiyyətində olduqlarını bildirdilər. Gürcüstandakı həkimlərin rəyindən sonra iddiaçı artıq başqa xəstəxanalarla maraqlandı və ona dünyanın göz incəlikləri ilə bağlı ən yaxşı xəstəxananın Rusiya Federasiyasında olmasını bildirdilər.

22. İddiaçı Gürcüstandan gəldiyi günün səhəri Rusiya Federasiyasına, Fyodorov xəstəxanasına müalicə üçün getdi.

23. Xəstəxanaya bir ay əvvəlcədən növbəyə yazılmaq lazım gəlirdi. İddiaçının gözünün vəziyyəti ağır olduğundan, hətta infeksiy anın beyinə təsir edə biləcəyi təhlükəsi olduğundan onu növbəsiz qəbul edəcəkləri barədə razılıq aldılar.

24. X1 xəstəxanada 70-ə yaxın həkimin qəbulunda oldu, müayinə və analizlərdən sonra ona artıq gec olduğunu, tez bir vaxtda göz çıxarılmasa, beyinə təsir edə biləcəyini bildirdilər. Ən sonda bir həkim iddiaçıya Qemqolts adına göz xəstəlikləri İnstitutuna getməyi məsləhət bildi. Həmin həkimin məsləhəti ilə iddiaçı həmin xəstəxanaya getdi. Orada da iddiaçıya bir neçə həkim baxıb ona gözün tez bir zamanda çıxarılmasının vacib olduğunu, əks halda beyinə təsir edə biləcəyini dedilər.

25. Yalnız bir həkim müalicə etməyin az ehtimal da olsa mümkün olduğunu bildirdikdən sonra iddiaçı gözünü itirməmək üçün razılaşdı və müalicə kursunu başladı. Müalicə dövründə iddiaçı xəstəxanada qalırdı. Müalic ə xəstəxanada qalmaq şərtilə 20 gün davam etdi.

26. Həmin xəstəxanaya müayinə üçün müraciət etdikdə buynuzlu qişanın deşildiyini və dərhal əməliyyat olunaraq buynuzlu qişanın dəyişdirilməsini, əks halda, digər gözə və ya beyinə təsir edəcəyini bildirdilər. Əməliyyat böyük xərc tələb edirdi, həmçinin donor tapılmalı idi. Bir gün sonra donor tapıldı və iddiaçı əməliyyat olundu. Əməliyyatdan sonra müalicə olunmalı idi. Bir aya yaxın xəstəxanada qalmaqla müalicə olundu.

27. Xəstəxanada müalicə yekunlaşdı, gözü itirmək təhlükəsi aradan qalxdı, lakin iddiaçının gözünün görmə qabiliyyəti bərpa olunmadı. Xəstəxanada iddiaçıya müalicəyə fasilə verməməyini, müayinə üçün tez-tez xəstəxanaya getməli olmağını bildirdilər. Bu səbəbdən iddiaçı hər iki-üç aydan bir Rusiya Federasiyasına xəstəxanaya gedi r. Hər dəfə də iddiaçıya görmə qabiliyyətinin qaytarılmasının mümkün olmadığını bildirirlər.

28. İddiaçı ona dəymiş zərərlə bağlı Gürcüstana müalicə üçün getməmişdən əvvəl cavabdeh olan xəstəxanaya müraciət etdi, həkim və xəstəxana rəhbərliyi iddiaçının sonrakı vəziyyəti ilə bağlı maraqlanmasa da, həkimə vəziyyəti ilə bağlı məlumat verdi.

29. Həkim iddiaçıya heç bir kömək edə bilməyəcəyini bildirdi. İddiaçı həkimin laqeydliyi və gözünün itirilməsinə səbəb olması ilə bağlı xəstəxana rəhbərliyi ilə görüşmək istəsə də, rəhbərlik onu qəbul etmədi.

30. Yalnız baş həkim qəbul edərək həkimlə bağlı tədbir görəcəklərini bildirdi.

31. İddiaçı hazırda gözünün birini itirmiş və bununla bağlı xəstəxana rəhbərliyi bir dəfə də olsun maraqlanmamışdır.

32. İddiaçı bu hadisə ilə bağlı Səhiyyə Nazirliyinə və Prokurorluğa müraciət etdi.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X6» MMC-nin Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsinin xx xxxx 2018- ci il tarixli 08/222 nömrəli məktubu ilə xəstəxanada aparılmış yoxlamanın nəticəsi barədə iddiaçıya məlumat verilmişdir. Xəstəxanada aparılmış yoxlama nəticəsində iddiaçının ünvanladığı şikayət ərizəsindəki faktlarla əlaqədar müəssisədə çoxsaylı nöqsanlar müəyyən edilmişdir. Belə ki, ibb müəssisəsinin oftalmoloji tibbi xidmət sahələrində müayinə və diaqnostika işlərinin keyfiyyətsiz aparılması, sanitariya-gigiyenik və ekspidemik rejimə dair tələblərə riayət olunmaması, tibbi alətlərin və məmulatların yuyulması, dezinfeksiyası, sterilizasiyası və steril alətlərin saxlanmasının qeyri-qənaətbəxş aparılması, tibb müəssisələrinə dair qüvvədə ola n qaydaların və təlimatların tələblərinə əməl olunmaması aşkar olunmuşdur. Həmin nöqsan və çatışmazlıqlara görə tərtib olunmuş protokol və akt əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq, tibbi xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə Cavabdeh MMC-nin tibb müəssisəsinin baş həkimi İ.İsmayılov barəsində inzibati tənbeh növü kimi inzibati cərimə tətbiq edilmişdir.

34. X7 xx.xx.2018-ci il tarixli qərarı ilə oftalmoloq-həkim X9 əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Lakin araşdırılma zamanı komisyon məhkəmə-tibb ekspertizası keçirilmişdir.

35. Rəydə qeyd olunmuşdur: ”Keçirilmiş ekspertiza zamanı yüksək ixtisaslı mütəxəssis müayinəsi zamanı hal-hazırda xəst ənin gözündə VİS OD=1,0; Vis OS=0 olduğu müəyyən edilmişdir. İkinci dəfə icra edilmiş “Keratoplastika” cərrahiyyə əməliyyatının keçirilmiş birinci cərrahiyyə əməliyyatı ilə əlaqəsinin olması istisna edilmir. Belə ki, gözün buynuz qişasının endotelial distrofiyası və yaxud endoftalmit keçirilmiş ikinci cərrahiyyə əməliyyatının icrasına səbəb ola bilər.”

36. Qeyd olunan mütəxəssisin rəyindən də göründüyü kimi iddiaçının ikinci dəfə Rusiyada əməliyyata səbəb birinci dəfə X3 keçirilən əməliyyat səbəb oİmuşdur. Rəydə həkimin düzgün diaqnoz qoyub düzgün əməliyyat apardığı nəticəsinə gəlindiyi üçün həkimin əməlində cinayət tərkibi olmamışdır.

37. Lakin Səhiyyə Nazirliyinin məktubundan və mütəxəssisin rəyindən görünür ki, xəstəxanada oftalmologiya şöbəsində nöqsan və çatışmazlıqlara görə birinci ə məliyyatın nəticəsində xəstə kor olma dərəcəsinə çatmışdır.

38. Göz əməliyyatı olunursa həmin xəstəxanada hər bir risk, həmçinin mütləq şəkildə endoftalmit riski araşdırılmalıdır. Endoftalmit - toxumaların travmaya yaxud bakteriya və ya virus istilalarına, isinmə qızarma və şişmə kimi reaksiyalar göstərməsidir ki, bunu əvvəlcədən müəyyən etmək mümkündür. Əməliyyatdan əvvəl endoftalmit riski araşdırılmaması gözün itirilməsinə səbəb oİmuşdur. Göstərilən səbəblə əlaqədar Türkiyə Cümhuriyyətində bir neçə xəstəxananın oftalmalogiya şöbələri əməliyyatdan əvvəl həmin riskin araşdırılması üçün şərait yaradılana qədər bağlanılmışdır. Həmin riskin araşdırılmamasına görə xəstəxana rəhbərliyi məsuliyyət daşıyır.

39. İddiaçı dəymiş maddi zərəri 30000 manat məbləğində qiymətləndirir.

40. İddiaçı müəll im (dosent) olduğu üçün hər gün Universitetdə, kollektivdə, auditoriya qarşısında çıxış edir. Müəllim-dosent kimi cəmiyyət içinə belə vəziyyətdə (əməliyyat olunan gözündə görmə sıfır) çıxmalı olduğundan mənəvi sarsıntı və iztirab keçirir. İddiaçı əməliyyatdan sonra mənəvi sarsıntı və iztirablara görə dəfələrlə nevropatoloq müalicəsi götürmüşdür. Bütün bunlara görə iddiaçı mənəvi zərər kimi 200000 manat tələb edir. a) Birinci instansiya məhkəməsində icraat

41. İddiaçı cavabdeh tibb müəssisəsinə – Cavabdeh MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 30000 manat pulun və mənəvi zərərin əvəzi olaraq 200000 manatın, habelə məhkəməyə müraciət üçün ödənilmiş 30 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. İddiaç ı çəkilmiş xərclərlə bağlı məhkəməyə ərizə vermiş, ərizədə əlavə müalicəsinə 14856,62 manat xərcləməsini göstərmişdir.

43. Cavabdeh MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, cavabdehin etirazı daxil olmamışdır.

44. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1256/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

45. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 70/KEŞ saylı ekspert rəyi: İddiaçı sol gözündən X3 xx.xx.2017-ci il tarixdə «OS-qocalıq nüvə kataraktası diaqnozu ilə kataraktanın fakolmulsifikasiyası» əməliyyatı icra edilmişdir. Əməliyyata qədər xəstədə «Buynuz qişasının deşilməsi, uveit hipopionlu, uveit dən sonrakı qlaukoma, endoftalmit» diaqnozuna uyğun dəyişikliklər olmamışdır. İddiaçı X13 Göz Xəstəlikləri İnstitutunda qoyulmuş «Buynuz qişanın deşilməsi, Uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit» diaqnozunun X3 xx.xx.2017-ci il tarixdə icra edilmiş əməliyyatın nəticəsi olması istisna olunmur. İddiaçı xx.xx.2017-ci il tarixdə X13 Göz Xəstəlikləri İnstitutunda icra edilmiş «Keratoplastika» əməliyyatı xx.xx.2019-cu il tarixdə X3 aparılmış əməliyyatın fəsadlarının nəticəsi ola bilərdi.

46. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1256/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən (X2) maddi zərərə görə 14856,62 (on dörd min səkkiz yüz əlli altı manat, altmış iki qəpik) manat, mənəvi zərərə görə 10.000 (on min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24.886,62 (iyirmi dörd min səkkiz yüz səksən altı manat, altmış iki qəpik) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)

47. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən ekspert rəyinə istinadən gəldiyi nəticəni iddiaçının xx xxxx 2017-ci il tarixdə cavabdehin «X5» adı ilə fəaliyyət göstərən klinikasına müraciət etməsi, iddiaçının orada fəaliyyət göstərən həkim-oftalmoloq X17 tərəfindən müayinə və xx.xx.2017-ci il tarixdə əməliyyat edilməsi, əməliyyatdan sonra iddiaçıda «buynuz qişanın deşilməsi, uveit hipopionlu, uveitdən sonrakı qlaukoma, endoftalmit»in baş verməsi, hazırda iddiaçını n gözündə yaranan problemin səbəbi kimi yanlış aparılmış əməliyyatın olması, bu səbəbdən iddiaçının 14856,62 manat maddi zərərə düşməsi, eləcə də mənəvi zərər çəkməsi ilə əsaslandırmışdır.

48. Məhkəmə Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1112-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 1, 51-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarına istinad etmi şdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

49. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apelyasiya şikayəti verib.

50. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə baxışında cavabdehin iştirakı təmin edilməyib. X4 xx.xx.2017-ci il tarixində xəstəxananın oftalmologiya şöbəsinə müraciət edib, cavabdehi oftalmoloq Op. X10 müayinə edib. Müayinə nəticəsində xəstənin sol gözünə qocalıq nüvə kataraktı diaqnozu qoyuldu və bunun üçün əməliyyat tövsiyə edildi. Adı keçən həkim Op. Dr. Anıl Resmi 32 ildir həkim və 27 ildir oftalmoloq cərrah kimi çalışır. Öz sahəsində təcrübəli, xəstələri tərəfindən təqdir edilən, tibb sahəsindəki inkişafları yaxından izləyən və on minlərlə cərrahi əməliyyat etmiş bir həkimdir. Son on iki ildir ki, fakoemulsifikasiya üsulu ilə kat arakt əməliyyatlarını icra edir. Əməliyyat edən hər həkim bunu bilir ki, hətta ən sadə əməliyyatın belə kiçik bir riski mövcuddur. Bu vəziyyətdə həkimi açıqlamasında xəstəyə lazım olan bütün məlumatları, əməliyyat üsulunu, xəstəyə tətbiq olunacaq linzanı və mümkün riskləri bildirib. İddiaçının əməliyyatın riskləri barədə mənə məlumat verilməməsi barədə dedikləri yanlışdır. İddiaçı əməliyyatdan əvvəl əməliyyatın icrasına yazılı razılıq verib. Özündən əvvəl başqa bir xəstənin əməliyyatının natamam olması və o xəstəyə istifadə edilən ləvazimatlarının özünün əməliyyatında istifadə edilməsi barədə deyilənlər də həqiqət deyil. Bir əməliyyat natamam vəziyyətdə saxlanıla bilməz. Əməliyyata başlanılıbsa, əməliyyat bitirilməlidir. Əgər bir xəstə üçün bəzi səbəblərə görə əməliyyat saxlınıbsa, (məsələ n təzyiqin yüksək olması, şəkərin yüksəkliyi, göz təzyiqinin yüksəkliyi və s.) demək ki, o əməliyyatın icrasına başlanılmayb, o alətlər və cihazlar istifadə edilməyib. Xəstə üçün istifadə olunan cərrahi alət və digər bütün ləvazimatların kollektiv şəkildə boxçanın içərisində steril edildiyinə dair indiqator da xəstənin qovluğunun içindədir. Xəstəxanada katarakt əməliyyatları iki formada qiymətləndirilir. Birinci, standart kataraktdır: qiyməti 600 manatdır. İkincisi isə yüksək riskli kataraktdır. Bunun da qiyməti 800 manatdır. Xəstəyə standart əməliyyat tətbiq olunubsa, bu, əməliyyatın tamamilə risksiz olması demək deyil. xx.xx.2017-ci ildə xəstəyə çox uğurlu bir əməliyyat icra olundu. Əməliyyat əsnasında xəstədə hər hansı bir ağırlaşma müşahidə edilmədi. Xəstə bütün xəstələrdə olduğu kimi əməliyyatdan sonra 1, 3 və 10-cu günlərdə kontrol müayinəyə gəldi. Hər üç kontrol müayinədə xəstədə hər hansı bir problem müşahidə edilmədi. Bu vəziyyətdə həkimin bildirdiyinə görə xəstə 20-ci gündə kontrol müayinəyə çağırıldı. Lakin xəstə əməliyyatın üstündən 15 gün keçdikdən sonra sol gözündə qızartı, ağrı və bulanıq görmə nəticəsində vaxtından əvvəl geri döndü. Op.Dr. Anıl Resminin poliklinikada etdiyi müayinə nəticəsində sol gözdə konyunktival hiperemiya, buynuz qişasında kəsik yerində bulanıqlaşma və nadir görülən tindal aşkarlandı. Kəsik yerində başlayan bir infeksiya olduğu düşünülərək (keratit) əlavə dərman vasitələri verildi və dərmanlarının dozası artırıldı. Hətta həkim xəstəyə şəxsi nömrəsini verərək bir problem hiss edərsə, zəng vura biləcəyini bildirdi və yenidən kontrol müayi nəyə çağırdı. Xəstənin yaxınları həmin günün gecəsi həkimə zəng edərək xəstənin ağrılarının artdığını bildirdilər və həkim xəstəni gecə xəstəxanaya çağırdı. Xəstəni yenidən müayinə etdi. Simptomların pisləşdiyini görən həkim həmin gecə xəstənin gözünə subkonyunktival inyeksiya tətbiq etdi. Hadisənin üstündən 2-3 gün keçdikdən sonra buynuz qişadaki problemin artmasından dolayı xəstənin görməsi azaldı. Xəstə narazılığını bildirdiyi üçün həkim xəstənin Bakıdakı Zərifə Əliyeva adına göz xəstəxanasına getməsini tövsiyə etdi. Bundan sonra bir daha xəstəxananın həkimi ilə əlaqə saxlamadı. Bu hadisə kəsik yerində yaranan bir infeksiyadır (Keratit). Bu infeksiyanın mənbəyi bilinməsə də, xəstənin və ya xəstənin gözünə dərman qoyan yaxınlarının ümumi gigiyena aydalarına riayət etməməsi nəticəsində ya rana bilməsi nəzərdən qaçırımamalıdır. Ekspertiza rəyi düzgün olmamışdır.

51. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-812/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1256/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Rəfael Eyvazov(sədrlik edən və məruzəçi) Zaur Əliyev, Fuad Talışınski )

52. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, əvvəla, işdə olan sənədlərdən (bildirişlər, reyestr və s.) aydın olur ki, cavabdehə dəfələrlə məhkəmə bildirişləri, eləcə də elektron qaydada bildiriş göndərilmiş, lakin cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəblər göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir.

53. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı x x.xx.2017-ci il tarixdə gözündə aparılmış cərrahiyyə əməliyyatın fəsadlarının nəticəsində sol gözünün görmə qabiliyyətini tamamilə itirmiş, hətta həmin gözün çıxarılması təhlükəsi ilə üzləşmişdir. Bununla əlaqədar xarici ölkələrdə çoxlu sayda həkimlərin qəbulunda olmuş, yenidən üzərində əməliyyatlar aparılmış və müalicələr almışdır. Belə olan halda isə, cavabdeh iddiaçı qarşısında ona dəymiş ziyana görə mülki hüquqi məsuliyyət daşıyır.

54. Apelyasiya məhkəməsinin mövqeyinə görə şəxs tibb müəssisəsinə tibbi xidmətindən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsi personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tibb müəssisəsi müayinə və müalicə zamanı yanlışlığa yol verdikdə, yəni xəstəni səhv cərrahiyyə əməliyyatı etdikdə, xəstəyə yanlış diaqnoz qoyduqda və sair nəticəsində xəstənin sağlamlığına vurduğu maddi, mənəvi zərərin əvəzini ödəməyə borcludur və tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Cavabdeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.Həmçinin cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını qeyd etsə də, bunun nədə ifadə olunmasını (əlavə və ya təkrar ekspertizanın keçirilməsinin prosessual əsasları və s.) əsaslandıra bilməmişdir.

55. Apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, işin faktiki halları, iddiaçının cavabdehin təqsiri üzündən uzun müddət ərzində müalicə kurslarına cəlb olunması, cərrahiyyə əməliyyatına məruz qalması, solgözünün görmə qabiliyyətinin tamamilə itirilməsi, hətta gözünün çıxarılması təhlükəsinin olması və s. diqqətəlayiq hallar nəzərə alınmaqla, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsi aşkardır.

56. Apelyasiya məhkəməsi əlavə olaraq “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 59, “Özəl tibbi fəaliyyət haqqında” Qanunun 9,16-cı və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

57. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən kassasiya şikayəti verib.

58. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmayıb. Barışıq əldə edilməsi məqsədilə məhkəmə iclası xx xxxxxx 2020-ci ilə təxirə salınsa da, üzrlü səbəbdən həmin məhkəmə iclasında iştirak edə bilmədikləri üçün məhkəməyə teleqram ünvanlayıb, iclasın başqa vaxta keçirilməsini xahiş ediblər. Lakin məhkəmə teleqramı nəzərə almayraq, işi yekunlaşdırmış, bununla da birinci instansiya məhkəməsinin səhvini təkrarlamış, apelyasiya şikayətinin dəlillərinə qiymət verməmşdir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verilsə idi, ən barışıq əldə olunmamamsından sonra iclası təxirə salıb şikayətin digər dəlili olan təkrara ekspert iza təyin edilməsini müzakirə etməli idi. Təkrar ekspertiza təyin olunardısa və ekspert qarşısında dəqiq yönəldici olmayan suallar qoyulardısa, əməliyyatı aparan həkimin təqsiri olmaması təsdiqini tapardı. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

59. Kassasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

60. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmasını xahiş etdil.

61. Məhkəmə iclasında İddiaçı və onun vəkili Tağıyev Adil Tofiq oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilə r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zər ərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında i ş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun Maddə

1. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fizik i şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi Maddə

51. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Maddə

59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun Maddə

9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə

16. Tbbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrü bəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarı. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir.

66. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

67. Qanunvericilik hüquqi şəxsin öz işçisinin və tibb müəssisəsinin vurduğu zərərin ödənilməsini müəyyən etmiş və analo ji iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur. Hazırki işdə də zərərin Cavabdeh MMC-nin işçisinin (həkimin) təqsiri üzündən baş verməsini məhkəmələr ekspert rəyinə əsasən müəyyən edib.

68. Maddi zərərin məbləği çoxsaylı qəbzlərlə müəyyən edilib.

69. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

70. Həmçinin iddiaçının cavabdehin təqsiri üzündən uzun müddət ərzində müalicə kurslarına cəlb olunması, cərrahiyyə əməliyyatına məruz qalması, sol gözünün görmə qabiliyyətinin tamamilə itirilməsi, hətta gözünün çıxarılması təhlükəsinin olması və s. diqqətəlayiq hallar nəzərə alınmaqla, iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsi aşkardır.

71. Cavabdehin kassasiya şikayətində iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin olunması barədə vəsatətinin təmin edilməməsi barədə dəlilləri əsassızdır. Əvvəla, həmin dəlilə aplıeyasiya məhkəməsi qiymət verərək qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını qeyd etsə də, bunun nədə ifadə olunmasını (əlavə və ya təkrar ekspertizanın keçirilməsinin prosessual əsasları və s.) əsaslandıra bilməmişdir.

72. Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyə tlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə cavabdeh ekspert rəyi il razı olmamasını bildirsə də, bunun əsasını göstərməmişdir.

74. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)812/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar