Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3886/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(105)-449/2021 nömrəli qətnaməsindən kassasiya şikayətləri vermişlər. Həmin qətnaməyə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiasının qismən təmin olunması, cavabdehlərdən iddiaçının xeyrinə cəmi 2646,80 manat pulun tutulması ba rədə Quba Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(027)-659/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, cavabdehlər mübahisələndirdiyi hissə (2646,80 manat) qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az olduğundan, həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilə bilməz. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələb lərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də cavabdehlərin kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(105)-449/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3886/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3886/2022
07.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver