Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-389/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsinə görə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-yə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tikinti şirkəti Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi İddiaçı Raşid qızı arasında notarial qaydada təsdiq olunmaqla xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının 1.3. maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda öhdəlikləri üzərilərinə götürmüşlər: 1.1.1. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2000-ci il tarixində 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM 039369 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61,6 m2 olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməy i öhdəsinə götürür. 1.2. Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yamasını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Müqavilənin 2.1.2-2.1.3-cü bəndlərinə əsasən, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu alındıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür.
2. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə görə, o, mənzilin təmiri üçün 1 kv.m. üçün 200 manat olmaqla cəmi 12.320 manatın ona verilməsini, gələcəkdə hər hansı bir iddiası olarsa etibarsız sayılmasını xahiş etmişdir. 3. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə əsasən, İddiaçı Rəçid qızı təmir xərcinə görə 12.320 manatı qəbul etmişdir.
4. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 m2 olan 113 saylı mənzili (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əml akın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1722-9/1864 nömrəli ekspert rəyinə görə, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin oxdan-oxa ümumi sahəsi 68 kv.metr təşkil etdiyi müəyyən edilir; İkinci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsinin 55,2 kv.m. təşkil etdiyi müəyyən edilir; Üçüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəs inin və həmçinin hesablanma qaydalan”nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir; Dördüncü sual üzrə: İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 kv.m. olan 113 saylı (yeni qaydalarla AZ1122 Bakı şəhəri Yasamal rayonu X3 küçəsi 616, M8, m4) mənzilin 20 faiz ölçüsünün 10,94 kv.metr (54,7 x 20):100) təşkil etdiyi müəyyən edilir; Beşinci sual üzrə: Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2.120 AZN, eləcə də yeni tikilidə olan dəyəri 2.250 AZN-dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilin də verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə (ona əksik verilən 9,1 kv.m. mənzil sahəsinin hər kv.m. üçün 1.900 manat olmaqla, yəni 9,1x1900=17290) 17.290 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 nömrəli iş üzrə qəbul etdiyi 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında, istismar müddət i başa çatmış binada yerləşən ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini tikinti şirkəti olan Qismət-M Construction MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 1 otaqlı ümumi sahəsi 61,6 m2 olan 113 saylı təmirli mənzilin əvəzində verməyi, mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu aldıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər hər biri ayrı-ayrılıqda xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasın da bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 m2 təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 m2 olan tam təmirli mənzil əldə etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia qismən cavabdehdən iddiaçının xeyrinə 15.466 manat pul vəsaitinin tutulması hissədə təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Hazırkı iş üzrə iddiaçının ünvan 2 ünvanında yerləşən 2 otaqlı 79 saylı mənzilin əvəzinə tikinti şirkəti Cavabdeh MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 113 saylı tə mirli mənzilin verməsi, iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12320 manat pulun, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat, köçmə pulu kimi 300 manat cavabdeh tərəfindən verildiyi hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və həsab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə əsasən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə səthi və formal yanaşmışdır. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də çoxsaylı dövlət qurumlarına yazdığı ərizələrində yaşlı olmasını, müqavilə bağlanılan vaxt xəstə və əsəbi vəziyyətdə olmasını, özündə olmadığını, özünü pis hiss etdiyini, cavabdehin isə onun bu vəziyyətindən sui-istif adə etdiyini, bu səbəbdən də mahiyyətini bilmədiyi müqaviləni imzaladığını bildirmişdir. Bu baxımdan ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanan müqavilədə iddiaçının sökülməli olan köhnə binadakı mənzilinin ümumi sahəsi 46,8 kv.m göstərilmiş, rayon məhkəməsi də həmin mənzilin sahəsinin 46,8 kv.m olması ilə razılaşmışdır. Halbuki mülki iş materiallarında olan 6158/540 inventar nömrəli texniki pasportdan 174 nömrəli binada iddiaçıya məxsus sökülmüş 79 nömrəli mənzilin ümumi sahəsinin 54,7 kv.m olduğu müəyyən edilir (1-ci cild, i/v 24). Belə olan halda məlum olur ki, iddiaçının sökülən mənzilinin ümumi sahəsi mübahisəsiz olaraq 54,7 kv.m olduğu halda, tərəflər arasında bağlanmış müqavilədə (1.1.1- ci bənd) isə bunun (həm də hər hansı əsaslandırma verilmədən) 46,8 kv.m göstəri lməsini, heç bir halda, rayon məhkəməsinin yanaşmasında olduğu kimi, müqavilə azadlığı və ya tərəflərin iradə ifadəsi ilə izah etmək düzgün olmazdı və bu hüququn təməl prinsiplərinə aşkar zidd olardı. Çünki sökülən mənzilinin rəsmi sənədlərdə olan ölçüsünün əhəmiyyətli dərəcədə az göstərilməsində iddiaçının həqiqi iradə ifadəsinin olduğunu demək ağlabatan və inandırıcı görünmür. Həm də ona görə ki, iddiaşıya yeni tikiləcək binada veriləcək mənzilin sahəsi də məhz bundan bilavasitə asılı olan məsələdir. Demək ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya sökülmüş evinin müqabilində yeni inşa olunan binada 20 % əlavə olunmaqla veriləcək mənzilin sahəsinin müəyyən olunması zamanı iddiaçının sökülən sahəsinin reallıqda mövcud olmuş 54.7 kv.m. əvəzinə 46.8 kv.m göstərilməsi anlaşılmaz, həm də aşkar əsassız olmaqla, bəri başdan etibarsız olmuşdur. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndində iddiaçıya söküləcək mənzilinin əvəzində veriləcək mənzilin ölçüsünün “oxdanoxa” hesablanması qaydası göstərilmişdir. Bununla belə, həmin müqavilədən məlum olur ki, iddiaçının sökülmüş mənzilinə münasibətdə onun sahəsinin hesablanması zamanı eyni qayda tətbiq olunmamışdır.... MM-in 420.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Demək ki, hazırkı işin müəyyən olu nmuş faktiki halları və istinad olunan maddi hüquq normalarının tələbləri baxımından müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1.1-ci bəndində iddiacının sökülən mənzilinin ümumi sahəsinin müəyyən olnmasına aid hissədə, eləcə də 1.1.2-ci bəndində iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin müəyyən olunması zamanı nəzərdə tutulmuş “oxdan-oxa” ölçü qaydasına dair müqavilə şərtləri etibarsız olmuşdur. Kollegiya bildirir ki, bu sahədə formalaşmış işgüzar praktika ondan ibarətdir ki, sökülmüş evlərin sahiblərinə onun mövcud sahəsindən 20 faizdən artıq olmaqla yeni tikilmiş binada mənzillərin verilməsi və ya müvafiq pul kompensasiyası ödənilir. Hazırkı iş üzrə cavabdeh MMC də iddiaya etirazında həmin ünvanda sakinlərə 20% artıq sahələrin verilməsinin nəzərdə tutulduğunu bildi rmişdir (bax, iş vərəq 55-56). Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, iddiaçıya məxsus mənzilin oxdan-oxa ümumi sahəsi 68,0 kv.metr təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, mənzilin ümumi sahəsinin 55,2 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin və Azərbaycan Respublika sı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının № 7 saylı 04 dekabr 2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydalan”-nm 2-cı və 3.8- ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Kollegiya hesab edir ki, iddiaçının iki otaqlı və ümumi sahəsi 54,7 kv.m olan mənzilinin əvəzinə cavabdeh tərəfindən “oxdan-oxa” hesablanması qaydasının tətbiqi istehlakçı kimi iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, iddiaçıya verilən mənzilin sahəsi “Tikinti obyektlərinin sahəsinin və həmçinin hesablanma qaydaları”-nın 2-ci və 3.8-ci bəndlərinin tələbləri nəzərə alınmadan (müvafiq azaltma əmsalları tətbiq ol unmadan) hesablanmalı, bu qaydaya əsasən hesablandıqda isə iddiaçıya verilmiş mənzilin sahəsinin 57,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Belə olan halda məlum olur ki, iddiaçıya məxsus sökülən mənzilin sahəsinin 54,7 kv.m olduğu müəyyən edildiyindən iddiaçıya həmin mənzilin sahəsindən 20 faiz artıq olmaqla (54,7x20%/100=10,94+54,7=65,64) 65,64 kv.m sahəli mənzil verilməli olduğu halda, 57,5 kv.metr sahəyə malik mənzil verilmiş, başqa sözlə, iddiaçıya (65,6457,5=8,14) 8,14 kv.m əskik sahəli mənzil verilmişdir. İddiaçı tələbində əskik verilən sahənin 9.1 kv.m. olduğunu və hər kv.m. üçün isə 1900 manat olmaqla, cəmi 17290 manatın cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçıya verilməli sahənin ölçüsünün əskin olan hissəsi 8,14 kv.m. müəyyən olunduğundan, hazırda müəyyən olunmuş həmin sahəyə görə ödənilməli olan kompensasiyanın məbləği müəyyən olunmalıdır. Bununla bağlı Məhkəmə kollegiyası tərəfindən müvafiq araşdırmalar aparılmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 1710 AZN, eləcə də yeni tikilidə olan dəyəri 1633 AZN-dir. Məhkəmə Kollegiyası tərəfindən keçirilmiş ekspetiza nəticəsində verilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin söküntüyə qədər olan köhnə tikilidəki real bazar dəyəri 2120 AZN, eləcə də yeni tikil idə olan dəyəri 2250 AZN-dir. Kollegiya yeni tikilidəki mənzilin hər kvadrat metrinin bazar dəyəri ilə bağlı ekspert rəyləri arasında olan ziddiyyətləri nəzərdən keçirib hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1722-9/1864 nömrəli ekspert rəyindəki Bakı ş. Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin yerləşdiyi ərazidə 1 (bir) kv.m. sahənin yeni tikilidə olan bügünki dəyərinin 2250 AZN təşkil etməsi barədə məlumat hazırkı əmlak bazarı mövcud qiymətləri baxımından inandırıcı və ağılabatandır, buna görə də həmin rəylə razılaşır. Bununla belə, iddiaçı öz iddia ərizəsində hər kv. metr üçün 1900 manat kompensasiya tələb etmişdir. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, iddiaçıya (65,64-57,5=8,14) 8,14 kv.m əskik verilən mənzil sahəsinin əvəzi kimi hər kv.metr üçün 1900 manat olmaqla, (8,14x1900=15466) 15466 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya kollegiyası mənzillərin sahələrinin ölçüləri ilə bağlı iddiaçıya nisbətdə tikinti normalarının tətbiqi ilə hesablanmasını, cavabdehə nisbətdə isə müqavilə ilə müəyyən edilən şərtlərinin tətbiqi baxımından qətnamə qəbul etmişdir. Bu da cavabdehin üzərinə qanunla yol verilməyən əlavə öhdəliyin qoyulması ilə nəticələnmişdir. Tərəflər arasında sahələrin ölçüləri ilə bağlı mübahisənin müqavilə şərtlərindən irəli gələn münasibətlərin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2023- cü il tarxli tikinti-texniki ekspertin rəyinin nəticəsinə görə tərəflər arasında müqavilənin şərtlərinə əsasən iddiaçıya verilmiş yeni mənzilin oxdan-oxa ümumi sahəsi 68 kv.m. təşkil edir. Bununla da aşkar şəkildə göründüyü kimi cavabdeh tərəf olduğu müqavilədən irəli gələn öhdəliyin verilməli olan mənzil sahəsini öz ziyanına, digər tərəfin xeyrinə 6,4 (68-61,6) kv.m. artıq həcmdə yerinə yetirmişdir. Nəzərə alınmalıdır ki, müqavi lənin və ya onun hər hansı hissəsinin etibarsızlığı ilə bağlı mübahisə olmamışdır. Qətnamənin əsası kimi istinad edilmiş mənzilin sahəsinin 54,7 kv.m. göstərilməsinə gəlincə, bu adıçəkilən texniki pasportun 2-ci səhifəsində mənzilin yerləşmə cizgisi verilən “mənzilin planı” hissəsində sonradan qələmlə “Mənzilin sahəsi (6,5 x 6,0)+(2,8 x 5,6) = 54,7 kv.m” yazılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlid ir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mül ki hüquqların məhkəmə müdafiəsi. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə mi nir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birini n müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir; Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır; Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir; Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır; Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən m addi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 dekabr 2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əks ini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hü quq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişd ir.
26. İlk olaraq, hazırkı mübahisəyə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin əqd, öhdəlik, müqavilə, müqavilə azadlığı, müqavilə öhdəliklərinə dair müddəaları əlaqəli şəkildə təhlil edilməlidir.
27. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur, öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərli yi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd o lmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığı qeyd edilə bilər. Qanunvericilik bu az adlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
28. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sı rasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, həmin məhkəmə iddiaçının ünvan 2 ünvanda yerləşən 2 otaqlı 79 saylı mənzilin əvəzinə tikinti şirkəti Cavabdeh MMC ilə müqavilə bağladığını, notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin əra zidə inşa etdiyi binada 113 saylı təmirli mənzili verməsini, iddiaçıya mənzilin ona təhvil verilməsinə qədər aylıq 350 manat kirayə haqqı, evin təmiri üçün nəzərdə tutulmuş 12.320 manat pulun, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2.000 manat, köçmə pulu kimi 300 manat cavabdeh tərəfindən verildiyini işin mübahisəsiz halı kimi müəyyən etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən o da məlum olur ki, həmin məhkəmə iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticəni Mülki Məcəllənin 420.2-ci maddəsinin tələbinə əsasən tərəflər arasında bağlanmış müqavilənin 1.1.1-ci bəndində iddiacının sökülən mənzilinin ümumi sahəsinin müəyyən olnmasına aid hissədə, eləcə də 1.1.2-ci bəndində iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin müəyyən olunması zamanı nəzərdə tu tulmuş oxdan-oxa ölçü qaydasına dair müqavilə şərtlərinin etibarsız olması ilə əsaslandırmışdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni doğru hesab etmir.
32. Birincisi, hazırkı iş üzrə tərəflər mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, habelə müqavilə azadlığı prinsiplərinə müvafiq qaydada öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq mülki hüquqları həyata keçirib, könüllü, azad surətdə öz hüquq və vəzifələrini müəyyənləşdirməklə müqavilə bağlamış, müqavilənin məzmununu və şərtlərini razılaşdırdırmışlar, müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. İddiaçı da iddia ərizsəsində onunla cavabdeh arasında bağlanan müqavilənin qanunsuzluğuna yaxud etibarsızl ığına istinad etmir, sonuncu, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini irəli sürür. Hazırkı iş üzrə də məhz bu məqama hüquqi qiymət verilməklə mübahisə həll edilməli idi. Başqa sözlə, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib-etmədiyi, etmişdirsə onun öhdəliyinə Mülki Məcəllənin 528-ci maddəsi (§17) mənada xitam verilibverilmədiyi araşdırılmalı idi.
33. İkincisi, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 420.2-ci maddəsini səhv təfsir etmiş, bununla da maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməməklə, pozuntuya yol vermişdir. Belə ki, adıçəkilən maddənin tələbindən hərəkətlə müqavilənin hissəvi etibarsızlığı nəticəsinə gəlinməsi üçün ilk öncə Mülki Məcəllənin müqavilənin standart şərtlərinin anlayışı verilən 417.1-ci maddəsinin dispoz isiya şərtlərinin iş üzrə yerinə yetirilib-yetirilmədiyi təhlil edilməli, ondan sonra 417.2-ci maddənin imperativ göstərişi nəzərə alınmalı idi (§17). Digər deyişlə, tərəflər arasında bağlanmış müqavilənin iddiaçının hansı ölçüdə mənzili qarşılığında ona hansı ölçüdə mənzil veriləcəyi barədə şərtlərin əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan şərtlər, yəni standart şərtlər, yoxsa müqavilənin müfəssəl müəyyənləşdirilmiş şərtləri olduğu müzakirə edilməli idi.
34. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının qiymətləndirilməsində prosessual hüquq normalarını pozaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, cavabdehin kassasiya şi kayətində haqlı olaraq göstərdiyi kimi, məhkəmə mənzillərin sahələrinin ölçülərinin hesablanmasında hər bir tərəfə münasibətdə müxtəlif meyarlardan çıxış etmişdir. Bu anlamda, apellyasiya instansiyası məhkəməsi xx.xx.2000-ci il tarixli texniki pasport adlı materiala istinadən iddiaçının əvvəlki mənzilinin ümumi sahəsinin 54,7 m2 olduğunu qeyd etsə də (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), ona verilən yeni mənzilin ümumi sahəsinin ekspert rəyinə əsasən 68 m2 müəyyən edildiyini nəzərə almamış (sahə müvafiq əmsallar tətbiq edilmədən oxdan-oxa hesablanmışdır), 20% əlavəni həmin rəqəmlər əsasında çıxarmamışdır. Əksinə, xx.xx.2000-ci il tarixli texniki pasport adlı materialda iddiaçının əvvəlki mənzilinin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəz ərə alınmadan 42,2 m2 göstərilmişdi, həmin sahə müqavilədə 46,8 m2 qeyd olunmuşdur ki, sözügedən sahələr xx.xx.2021-ci il tarixli çıxarışda əks olunan 55,20 m2 sahə ilə müqayisə oluna, 20% əlavə də bu rəqəmlərə görə hesablana bilərdi.
35. Məhkəmə kollegiyası, bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalət li məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (“H. Belçikaya qarşı” iş üzrə 30 noyabr 1987-ci il tarixli Qərar, §53; “Suominen Finlandiyaya qarşı” iş üzrə 01 iyul 2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesi n nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (“X1rşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli Qərar, §30; “Buzescu Rumıniyaya qarşı” iş üzrə 24 may 2005-ci il tarixli Qərar, §67).
36. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə b ilsin.
37. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
38. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§27-34) şərh edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüqu qi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1036/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.