Məhkəmə qərarları › İş №2(102)-39/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-39/2020

10.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkilləri X7, Əliyev Absələddin Murtuz oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi X2, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh1 MMC-nin vəkili Şükürov Vamiq Qabil oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və xüsusi qərardadın qəbul edilməsi” tə ləbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8677/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(009)-952/2018 saylı qətnaməsi ilə (hakim E.E.Rəhimov) İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və xüsusi qərardadın qəbul edilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10658/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov), İddiaçı tər əfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(009)952/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2361/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev və V.Ə.İbayev), İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8677/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F. Ş.Talışinski və R.Ə.Eyvazov), İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin2(009)-952/2018 saylı iş üzrə 11 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən və “xxxx” MMC-dən vurulmuş maddi zərərin əvəzi kimi 267.380,22 (iki yüz altmış yeddi min üç yüz səksən manat, iyirmi iki qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi və xüsusi qərardadın qəbul edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nərimanov Rayon Bələdiyyəsinin 08.06.2007-ci il tarixli, 06 saylı iclas protokoluna əsasən Nərimanov rayonu, A.Məmmədov küçəsi ünvanında yerləşən torpaq sahəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış lahiyəyə uyğun olaraq 799 kv.m. torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi qərara alınmış və həmin tarixdə torpağın alqı-satqısına dair akt imzalanmış, X4 həmin torpaq sahəsinin kadastr planının tərtib edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə müraciət etsə də, şifahi olaraq imtina verilmişdir. Bu əsasla şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 22.06.2007-ci il tarixli, 2-1 147/2007 saylı qətmaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvə alaraq icra olunmuş və X3 adına çı xarış alınmışdır. Daha sonra X4 həmin torpaq sahəsini iddiaçıya satmışdır. İddiaçı həmin torpaq sahəsini “xxxx” QSC-də ipoteka ilə yüklü edərək kredit götürmüşdür. Torpaq sahəsi bankda yüklü edilərkən 1000.000 manat dəyərində qiymətləndirilmişdir. Lakin kredit ödənilə bilmədiyindən “xxxx” QSC-nin iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1793/2011 saylı, 17.06.2011-ci il tarixli qətnaməsi ilə tələb ipoteka predmetinə yönəlmişdir. Qətnamə qanuni qüvvəyə minərək icra olunmuş və əmlak Cavabdeh1 MMC tərəfindən 450.000 ilkin qiymət qoyulmasına baxmayaraq “xxxx” MMC tərəfindən həyata keçirilmiş hərrac vasitəsilə 286.875 manata “xxxx” QSC tərəfindən alınmış, DƏDRX-dən çıxarış əldə edilərək və 5 saylı Notariat Kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-0152 nömrəsi ilə qeydə alın mış 18.02.2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X8 310.000 manata satılmış və adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmışdır. O, qeyd edilən torpaq sahəsi ilə bağlı qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi, bu əsasla verilmiş çıxarışların etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilərək yeni çıxarışın verilməsi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X5, Cavabdeh1 MMC-nin nümayəndəsi X6, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh1 MMC-nin vəkili Şükürov Vamiq Qabil oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək onların təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilləri X9 və Əliyev Absələddin Murtuz oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh1 MMC-nin nümayəndəsi X2, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh1 MMC-nin vəkili Şükürov Vamiq Qabil oğlunun, İddiaçı vəkilləri X7, Əliyev Absələddin Murtuz oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, iddiaçı mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilə r. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı məxsus olmuşdur. O, həmin sahəni “xxxx” QSC-dən aldığı borcun təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı, borc öhdəliyini lazımınca icra etmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2011ci il tarixli qətnaməsi ilə ondan bankın xeyrinə cəmi 344.619,78 manat pulun tutulması və tələbin həmin torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və 22 fevral 2012-ci il tarixdə icra vərəqəsi verilmişdir. İcra mərhələsində ipoteka predmetinin qiymətləndirilərək hərracdan satılması üçün tədbirlər görülmüşdür. Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 22 may 2012-ci il tarixli hesabat əsasında torpaq sahəsinin ilkin satış qiyməti 450.00 0 manat müəyyən edilmişdir. Digər cavabdeh “xxxx” MMC-nin təşkil etdiyi hərracda ipoteka predmeti 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokol əsasında bank tərəfindən 286.875 manata əldə edilmişdir. Bank, həmin torpaq sahəsini 18.02.2014cü il tarixli alqı-satqı müqaviləsi əsasında Natəvan Əliyevaya 310.000 manata satmışdır. İddiaçı cavabdehlər “xxxx” MMC, “xxxx” MMC və başqalarına qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın, protokolun, alqı-satqı müqaviləsinin, çıxarışların etibarsız hesab olunması, torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilərək qeydə alınması və s. tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisəli torpaq sahəsinə d air Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2012-ci il tarixli hesabat ləğv edilmiş, “xxxx” MMC tərəfindən 19.02.2013-cü ildə keçirilmiş hərrac və onun nəticələri haqqında 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokol etibarsız hesab edilmiş, həmin protokol əsasında “xxxx” QSC-nin adına verilmiş çıxarış ləğv olunmuş, bank və Natəvan Əliyeva arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 18 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında N.Əliyevanın adına verilmiş çıxarış ləğv edilmiş, İddiaçı mülkiyyət hüququ bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli qətnaməsi qismən, yəni bankın adına verilmiş çıxarışın, bank və Natəvan Əliyeva arasında bağlanmış alqı-satqı müqaviləsinin, sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun bərpası hissəsində ləğv olunmuş, həmin hissələrdə iddia rədd edilmiş, qətnamə qalan (yəni mübahisəli torpaq sahəsinə dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 22 may 2012-ci il tarixli hesabatın ləğv edilməsi, “xxxx” MMC tərəfindən 19.02.2013-cü ildə keçirilmiş hərrac və onun nəticələri haqqında 19.02.2013-cü il tarixli, Y-38 nömrəli Protokolun etibarsız hesab edilməsi) hissələrində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə iddiaçıya mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqlarından qanunsuz məhrum edilməsi ilə b ağlı dəymiş zərərin ödənilməsi tələbi ilə ayrıca iddia qaldırmaq hüququ izah edilmişdir. Ali Məhkəmənin MK-nın 7 oktyabr 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin dəyəri 960.000 manat olduğu halda, Cavabdeh1 MMC, 22 may 2012-ci il tarixli hesabatı ilə daşınmaz əşyaya 450.000 manat qiymət qoymuşdur. İş materiallarından məlum olur ki, sahənin dəyərinin 960.000 manat olması və bu səbəbdən həmin hesabatın etibarsızlığı, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-524/2015 nömrəli, 16.07.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu baxımdan birinci instansiya məhkəm əsinin hüquqi müəyyənlik prinsipini nəzərə almayaraq hazırkı iş üzrə sahəni yenidən qiymətləndirməsi lüzumsuz və əsassız olmuşdur. Həmin qətnamədə vurğulanmışdır ki, „Cavabdeh1 MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmişdir.... Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçün analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyriobyektiv təyin edilmişdir”. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, digər cavabdeh “xxxx” MMCnin iddiaçıya qarşı hüquqazidd əməl törətməsi ilə bağlı Nə rimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16.07.2015-ci il tarixli qətnaməsində göstərilmişdir ki, “...hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka qoyanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. İkinci hərracın baş tutmaması, eləcə də 19.02.2013-cü il tarixdə keçirilmiş üçüncü hərrac barədə kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Birinci hərracın keçirilməsi 18.09.2012-ci il tarixə təyin edilmiş və bu barədə bildiriş İddiaçı 23.08.2012-ci il tarixdə göndərilmiş, ikinci hərracın keçirilməsi isə 19.10.2012-ci il tarixə təyin olunmuş və bu barədə bildiriş İddiaçı 25.09.2 012-ci il tarixdə göndərilmişdir. Hərrac təşkilatı bildirişləri qanunla müəyyən olunmuş müddətdə ipoteka qoyana göndərməməklə, qanunvericiliyin tələbini pozmuşdur ”. Eyni iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli qətnaməsində vurğulanmışdır ki, “...əmlak Bank tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməmişdir. Bu mənada qanunun birbaşa göstərişinə əsasən ipotekaya xitam verildiyindən, 19.02.2013-cü il tarixli hərracın nəticələrinə dair protokola əsasən Bankın torpaq sahəsini əldə etməsi qanunsuz olmuşdur”. Beləliklə, Cavabdeh1 MMC-nin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun, “xxxx” MMC-nin isə “İpoteka haqqında” Qanunun tələblərini pozmaqla təqsirli şəkildə iddiaçıya qarşı hüquqazidd əməl törətmələri qanuni qüv vəsini almış məhkəmə qətnamələri ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilmədiyindən həmin faktların təkrarən sübuta yetirilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların h əyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İş materiallarından görünür ki, cababdehlərin yuxarıda qeyd edilən qeyri-hüquqi əməlləri nəticəsində iddiaçı əmlakından məhrum olmuş (torpaq sahəsi bank tərəfindən vicdanlı əldə edənə satıldığı üçün mülkiyyət hüququnun bərpası mümkün olmamışdır) və maddi zərərə düşmüşdür. Belə ki, iddiaçının banka olan 344.619,78 manat kredit borcuna görə ipoteka predmeti olan torpaq sahəsi məhz Cavabdeh1 MMC-nin qanunsuz hesabatı nəticəsində həqiqi dəyərindən xeyli aşağı qiymətlə - 450.000 manatla hərraca çıxarılmışdır. İlkin və təkrar hərraclar baş tut madığından həmin qiymətin əvvəlcə 15%, sonra 25% enməsi nəticəsində sahə 286.875 manata banka satılmışdır. Halbuki, torpaq sahəsi həqiqi bazar dəyəri olan 960.000 manatla hərraca çıxarılsaydı, ilkin və təkrar hərrac baş tutmayacağı halda, banka təklif edilərkən əmlakın satış qiyməti 612.000 (960.000-144.000 (15%) = 816.000-204.000 (25%) ) manat təşkil edəcəkdi. Bu halda, bank ipoteka saxlayan kimi əşyanı qəbul etdikdə kredit borcundan artıq qalan məbləği, yəni 267.380,22 (612.000344.619,78) manatı iddiaçıya qaytarmalı idi (Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. “İpoteka haqqında” Qanunun 47.4-cü maddəsi). Bank ipoteka predmetini qanunla müəyyən edilmiş m üddətdə qəbul etmədiyi halda isə, ipotekaya xitam verilməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərindəki yüklülük aradan qalxmalı və banka 344.619,78 manat kredit borcunun ödənilməsi təmin edilməli idi. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, faktiki və hüquqi vəziyyətə görə ikinci imkan aradan qalxdığı üçün iddiaçının düşdüyü 267.380,22 manat maddi ziyan nəzərə alınmalı və zərərin əvəzinin ödənilməsi tələbi həmin həcmdə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın mənəvi zərər, faiz, hüquqi xidmət xərci və əldən çıxmış fayda hissələrinə dair mötəbər sübutlar təqdim olunmadığı üçün həmin tələblər əsasızdır. Kassasiya kollegiyası qeyd edir ki, kassatorlar kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi tərəf indən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsələr də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kas sasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər “xxxx” MMC və Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8677/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar