Məhkəmə qərarları › İş №2(102)-39/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-39/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-39/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi, Zaqatala rayonu, 2 saylı Notariat Ofisinə (üçüncü şəxslər Maraqlı şəxs və Zaqatala rayon Əliabad bələdiyyəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr; vərəsəlik mübahisəsinin məhkəmə tərəfindən həll edilməsi; daşınmaz əmlakın dövlət reyestrində qeydinin etibarsızlığı və ləğvi; iş üzrə icraata xitam veriməsi; iş məhkəmədə baxılmalı deyildirsə; mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması zamanı kəsici müddəti n tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə (üçüncü şəxslər Maraqlı şəxs və Zaqatala rayon Əliabad bələdiyyəsi cəlb edilməklə) qarşı dövlət reyestrindən çıxarışların etibarsız və ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-5/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 ilə Məmmədova (Balaxanova) Məryəm Əli qızı 18 mart 1975-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, birgə nikahdan övladları olmamışdır.

2. X7 və ailəsinə (2 nəfər) 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahı əsasında Zaqatala rayonu, Əliabad qəsəbəsində 0.10 ha həyətyanı, 0.21 ha bağ və 0.52 ha əkin pay İİ kefiyyət qrupu torpaq sahələri verilmişdir.

3. Məmmədova (Balaxanova) Məryəm Əli qızı 20 sentyabr 2006-cı il tarixdə vəfat etmiş, vəfat edərkən yeganə birinci növbəli sağ vərəsəsi (yeganə vərəsə) əri olmuşdur.

4. X7 mirası rəsmi qəbul etməmiş, 21 fevral 2008-ci il tarixində İddiaçı Mövlud qızı (bundan sonra – iddiaçı) ilə nikaha daxil olmuş, 10 noyabr 2018-ci il tarixdə isə vəfat etmişdir, öldüyü günədək 0.10 ha həyətyanı sahədə yerləşən fərdi yaşayış evində yaşamışdır.

5. Maraqlı şəxs mər hum Məmmədova (Balaxanova) Məryəm Əli qızının bacısıdır.

6. Sözügedən ünvanda olan 0,10 ha torpaq sahəsi xx.xx.2018-ci, 0,52 ha torpaq sahəsi xx.xx.2018-ci, 0,21 ha torpaq sahəsi isə xx.xx.2018-ci il tarixdə iddiaçı və ərinin adına paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Fərdi yaşayış evi isə xx.xx.2018-ci il tarixdə X3 adına tam mülkiyyət kimi qeydiyyata alınmışdır. 7. 16.01.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında iddiaçıya ərindən miras qalmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,21 ha, 0,10 ha və 0,52 ha torpaq sahəsinin ½ hissəsinə, 0,10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə bütövlükdə vərəsəlik hüququ verilmiş, 22 yanvar 2019-cu il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ərindən miras qalmış paylara m üvafiq reyestr qeydi aparılmış və əmlaklar iddiaçının tam mülkiyyətinə keçmişdir.

8. ƏMDK yanında DƏDRX-nin Maraqlı şəxs ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı 22 yanvar 2019-cu il tarixli çıxarışlarda texniki səhv nəticəsində İddiaçı Əli qızı əvəzinə İddiaçı Mövlud qızı qeyd olunmuşdur.

9. Göstərilən çıxarışlarda müvafiq düzəlişlər edildikdən sonra, 0,10 ha, 0,21 ha və 0,52 ha torpaq sahələri ½ hissədə İddiaçı Əli qızının adına xx.xx.2019-cu il tarixdə qeydiyyat aparılmış və yeni çıxarışlar verilmişdir. 10. 09 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında mərhum İddiaçı Əli qızının bacısı Maraqlı şəxs müvafiq olaraq 0.10 ha həyətyanı, 0.21 h a və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ½ hissəsinə vərəsəlik hüququ verilmiş, şəhadətnamə əsasında xx.xx.2019-cu il tarixdə sözügedən torpaq sahələrinin ½ hissəsinə mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı məhkəməyə müraciət edərək 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının adına aparılmış Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1977-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə, 0,21 ha və 0, 52 ha torpaq sahəsilərə dair 12 mart 2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışların, habelə Maraqlı şəxs bacı sı İddiaçı Əli qızından qalmış həmin sahələrə dair vərəsəlik hüququ verən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Maraqlı şəxs adına sözügedən torpaq sahələri ilə bağlı aparılmış reyestr qeydiyyatları və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestrində adına aparılmış qeydiyyat qüvvədə ola-ola və məhkəmənin qərarı, o cümlədən xəbəri olmadan iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tam mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahələrinin ½ hissəsi üzə rində ardıcıl olaraq 12 mart 2019-cu il tarixdə 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının mülkiyyət hüququ, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Maraqlı şəxs adına mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh1 isə öz növbəsində hətta İddiaçı Əli qızı mülkiyyətçi olmuş olsa belə, qanunvericiliklə mirasın qəbulu müddətini ötürmüş iş üzrə üçüncü şəxs Maraqlı şəxs Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 15 fevral 2019-cu il tarixli 99 nömrəli arayışı əsasında 09 aprel 2019-cu il tarixli, 2V-486, 487 və 488 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Zaqatala rayonu, Əliabad bələdiyyəsinin 15 fevral 2019-cu il tarixli 99 nömrəli arayışından isə belə başa düşülür ki, sanki İddiaçı Əli qızının 0,34 ha pay torpaq sahəsi olmuş və sonuncunun ölümünd ən sonra qeyd olunan torpaq sahəsindən də Maraqlı şəxs istifadə etmişdir. Halbuki, nə Maraqlı şəxs mülkiyyətində 0,34 ha torpaq sahəsi olmuş, nə də yuxarıda da qeyd etdiyi kimi hətta İddiaçı Əli qızının payı olmuş olsa belə, həmin miras əmlakı qəbul edən yeganə vərəsə mərhum əri X7 olmuşdur ki, sonuncunun da yeganə vərəsəsi odur. İşin bu halı iddia ərizəsinə əlavə olunmuş Zaqatala Rayon İcra Hakimiyyəti, Əliabad qəsəbə İnzibati Ərazi Dairəsinin 06 noyabr 2019-cu il tarixli, 2904 nömrəli arayışı ilə tam təsdiq olunur. Belə ki, həmin arayışdan da göründüyü kimi, İddiaçı Əli qızının ölümündən sonra ondan miras qalmış bütün əmlakları X7, X3 ölümündən sonra isə sonuncudan miras qalmış bütün əmlakları iddiaçı qəbul edərək idarə etmişdir.

13. Üçüncü şəxs Maraqlı şəxs iddiaya etiraz verərək, iddia nın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və etirazı onunla əsaslandırılmışdır ki, o, İddiaçı Əli qızının qanuni, həm də yeganə varisidir. Bacısı ilə mərhum əri birgə yaşayış dövründə 0,10 ha həyətyanı torpaq sahəsi əldə edərək 1977-ci ildə üzərində yaşayış evi tikmişlər. Həmin təsərrüfatda bacısının 30 illik əziyyəti olmuşdur, onların övladları olmamışdır. Bundan sonra 1996-cı ildə Əliabad qəsəbəsi X21 Komissiyalarının qərarı ilə adambaşına norma əsasında pay torpaqları almışlar. Övladları olmadığına görə komissiya tərəfindən 0,52 ha əkin təyinatlı və 0,21 ha çoxillik əkmə bağ sahəsi bacısı və bacısının ərinə pay torpağı verilmiş və 0,10 ha həyətyanı torpaq sahələri olmuşdur. Torpaq islahatında səhvlərin düzəlişi ilə əlaqədar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə yenidən bacısı və yeznəsinə 0.52 ha əkin yeri, 0.21 ha çoxillik bağ torpağı və 0.10 ha həyətyanı sahə üçün “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bacısının ölümündən sonra X10 Məryəm Mövlud qızı ilə 2008-ci ildə nikaha daxil olmuşdur. Onun özünə məxsus ata evində olduğu vaxt islahat nəticəsində aldığı ayrıca torpaq sahəsi vardır. Bacısı və yeznəsinə məxsus torpaq sahələri reyestrdə qeydiyyata alınarkən texniki səhv üzündən Məryəm Əli qızı əvəzinə Məryəm Mövlud qızı yazılmışdır. İddiaçı iddia edir ki, bacısının vərəsəsi odur, bunu iddia etməyə əsası yoxdur. İddiaçının adına səhv olaraq tərtib olunmuş xx.xx.2019-cu il tarixli RX1466284, RX1466285, RX1466292 saylı çıxarışlarda buraxılmış texniki səhvin aradan qaldırılması üçün DƏDRX- in 18 saylı Zaqatala Ərazi İdarəsinə həmin çıxarışların təqdim olunması barədə İddiaçı Mövlud qızına məktubla müraciət göndərilsə də, o sənədləri təqdim etməmişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən bacısının yeganə vərəsəsi kimi ona məxsus əmlak cavabdehin adına X3 adına olan əmlak isə İddiaçı Mövlud qızının adına olmaqla payları ½ hissə olmaqla qanuni çıxarışlar verilmişdir. O, hüquqi sənədlərlə 2019-cu ilin oktyabrında DƏDRX-in 18 saylı Zaqatala Ərzai İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarla qeyd edilmiş 0.10 ha, 0.52 ha, 0.21 ha torpaq sahələrinin Laləzər Balaxanovaya məxsus ½ hsissəsinin bölünməsi və naturada ayrılması, həmin il yığılan fındıq məhsulunun dəyəri olan 1200 manat pulun iddiaçıdan alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməni uduzacağını bildiyi üçün qaldırdığı bu iddia digər məhkəmə prosesinə mane olmaq məqsədi daşıyır.

14. Zaqatala Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(033)-232/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Elbrus Məmmədov).

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, notarius üçüncü şəxsə şəhadətnamələri verərkən Zaqatala rayon Əliabad bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 9 saylı arayışını əsas kimi qəbul etmişdir. Hansı ki, həmin arayışda mərhum Məryəm Əli qızına məxsus 0.34 ha torpaq sahəsindən Maraqlı şəxs istifadə etməsi göstərilir ki, mübahisələndirilən torpaq sahələrinin heç biri onu əks etdirmir. Eyni zamanda Əliaba d qəsəbə İnzibati Ərazi Dairəsinin verdiyi 394 saylı ayarışda mərhum Məryəm Əli qızının vərəsələri əri Qurban Məmmədov və bacı-qardaşları göstərildiyi halda notarius tərəfindən sözügedən torpaq sahələrinin X2 mülkiyyətində olması, bununla bağlı artıq iş üzrə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi araşdırılmamış, kobud səhvə yol verilərək, mübahisələndirilən eyni daşınmaz əmlakla bağlı ziddiyyətli şəhadətnamələr verilmişdir. Məhz həmin şəhadətnamələr əsasında iş üzrə üçüncü şəxs iş üzrə cavabdeh 18 saylı Ərazi İdarəsinə müraciət edərək mübahisələndirilən çıxarışlar almış, bununla da mülkiyyət hüququ rəsmiləşdirilmişdir.

16. Məhkəmə göstərmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar olduğu və həmin hüquq müəyyənedici sənədlər əsasında yaşayış evi və torpaq sahələrinin mülkiyyətçiləri X5 və İddiaçı Əli qızı olduğu halda, sonradan eyni daşınmaz əmlaklarla bağlı qüvvədə olan hüquq müəyyənedici sənədlər ləğv edilmədən onlar barəsində yeni Çıxarışlar verməklə qanun pozuntusuna yol verilmişdir.

17. Qeyd olunan çıxarışlar ləğv edilmədiyi halda, yəni qanuni qüvvəsində olduğu halda, əsassız olaraq yeni çıxarışlar verilməklə mülkiyyət hüququ itirilməmiş mülkiyyətçilərin hüquqları pozulmuşdur. Notarius sonradan eyni əmlaklarla bağlı başqasına qanun üzrə vərəsəlik hüququ versə də, hüquqlar qeydiyyata alınarkən bu uyğunsuzluq aşkar edilə bilərdi.

18. Məhkəmə Mülki Məcəllənin 1160-cı maddəsinə istinadən qeyd etmişdir ki, İddiaçı Əli qızı 2006-cı ildə öldükdən sonra onun əri Qurban Məmmədov birinci növbəli vərəsəsi olmuşdur, hansı ki, mirası qəbul edib ölənədək idarə etmişdir. Üçüncü şəxs Maraqlı şəxs mərhum bacısı Məryəm Əli qızından qalmış mirası qəbul etmək hüququ olmamışdır. Belə ki, Məryəm öldüyü vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində Maraqlı şəxs notariusa müraciət etməmiş, mirası faktiki olaraq qəbul etməmişdir. Eyni zamanda o, ikinci növbədən olan vərəsədir.

19. Məhkəmə belə qənaətə gəlmişir ki, mərhum Məryəm Əi qızından miras qalmış daşınmaz əmlak, onun birinci növbəli vərəsəsi olmuş Qurban Məmmədov və sonuncunun birinci növbəli vərəsəsi olmuş İddiaçı mülkiyyətinə sözügedən hər iki daşınmaz əmlak artıq verildiyindən və mübahisələndirilmədiyindən aparılmış bütün sonrakı əməliyyatlar qanunsuz olmuşdur. Məryəm Əli qızı öldükdən sonra onun həyat yoldaşı Qurban Məmmədov mirası qəbul edərək ölənədək idarə etmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.1, 157.2, 1160, 1243.2, 1243.3, 1255-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Üçüncü şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddiaya etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, X14 bacısından miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququnu əldə etməsini dövlət qeydiyyatına aldırmalı idi ki, bacısının miras amlakı onun hesab edilsin va bundan sonra həmin əmlaklar Qurban Məmmədovdan miras qalmış əmlak hesab oluna bilərdi. X17 bacısına məxsus əmlaklar üzərində vərəsəlik hüququ əldə etməmiş və belə bir hüquqları dövlət qeydiyyatına aldırmamışdır.

23. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-5/2024 nömrəli mülki iş üzrə 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X8 və X12).

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, şikayətin çıxarışlara dair qeydiyyatın aparılmasında texniki səhvə yol verilməsi ilə bağlı dəlilini əsassız sayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 may 2024-cü il tarixli, 2-1(102)-814/2024 saylı qərarı ilə iddiaçı X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinin mümkün sayılmaması qərara alınmışdır. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. X4 bacısına məxsus əmlaklar üzərində vərəsəlik hüququ əldə etməməsi və belə bir hüquqları dövlət qeydiyyatına aldırmamasə ilə bağlı dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı Əli qızı 2006-cı ildə öldükdən sonra onun əri Q urban Məmmədov onun birinci növbəli vərəsəsi olmuşdur, hansı ki, mirası qəbul edib ölənədək idarə etmişdir. Qurban Məmmədov birinci növbə, Maraqlı şəxs isə ikinci növbə vərəsə olduğundan Maraqlı şəxs bacısı Məryəm Əli qızından qalmış mirası qəbul etmək hüququ olmamışdır.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbinin mahiyyəti üzrə əsaslılığı yoxlanılmamışdan əvvəl, iddiaçının əqdi mübahisələndirmək hüququnu müddətlər nöqteyinəzərindən itirib-itirməməsi müəyyən olunmalıdır. məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, iddiaçı tərəfin 2 aylıq müddəti ötürməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda kollegiyanın i clasında iştirak edən iddiaçının vəkili verilən suala cavabında mübahisələndirilən şəhadətnamənin mövcudluğundan 2019-cu ilin noyabr ayında məlumatlarının olduğunu bildirmişdir. Cavabdeh tərəf işin bu halını mübahisələndirməmiş, həmçinin iddiaçının mübahisələndirilən şəhadətnamədən daha əvvəl məlumatlı olmasına dair hər hansı bir fikir bildirməmişdir. Yəni iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün 2 aylıq müddəti ötürməmişdir.

27. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 140, 152.1, 157.1, 157.2, 1243.2, 1243.3, 1255, 1159.1, 1159.1.1, 1160-cı maddələri; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 384, 392, 393 və 404-407-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Üçüncü şəxs Maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnaməsinin tamamilə ləğv edilməsinə və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs bacısı Məryəm Əli qızının əri Qurban Məmmədov birinci arvadına yəni Məryəm Əli qızına məxsus mirasın özünün mirası olmasını istəyirdisə, yəni, 1151-ci maddəyə əsasən, mərhumun əmlakının özünün əmlak toplusuna daxil edilməsini istəyirdisə, Mülki Məcəllənin 1321.2-ci maddəsinə əsasən miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsini almağa məcbur idi. İddiaçı Əli qızından miras qalmış əmlaklara vərəsəlik hüququ xx.xx.2019-cu il tarixdən açılmış, lakin iddiaçı 2 aylıq kəsici müddəti ötürərək 2019-cu ilin deka br ayında şikayət etmişdir. Hansı ki, həmin vərəsəlik şəhadətnamələrinin verilməsi və bundan əvvəl torpağın qeydiyyatının səhvən aparılması barədə reyestr idarəsindən ona xx.xx.2019-cu ildə rəsmi məlumat göndərilmişdir.

30. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)814/2024 saylı qərarına istinad edən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Laləzar X1 adına verilmiş çıxarışların ləğv edilməsinə dair iddiası mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin qərara istinad edərkən Ali Məhkəmənin qərarında qeyd olunan mövqeyini oxumamış və hansı əsaslarla iddianın mümkün sayılmamasına diqqət yetirməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)814/2024 saylı qərarının 51-ci bəndində qeyd olunur ki, “ləğvi tələb edilən çıxarışlar ın əsasında duran müvafiq qeydiyyatların cavabdehin özü tərəfindən məhkəmə icraatının gedişində ləğv olunması iddiaçının hüquqi marağının təmin edilməsi və bunun üzərindən onun məhkəmə qaydasında hüquqi müdafiə ehtiyacının aradan qalxması anlamında qiymətləndirilir. Belə ki, mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqa dair dövlət reyestrində əvvəl aparılmış müvafiq qeydiyyatlar ləğv edilmiş, iddiaçının adına onun hüquqi marağına uyğun yeni qeydiyyat aparılmış və bu barədə ona müvafiq çıxarışlar verilmişdir, iddiaçı tərəfindən ləğvi tələb edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar hüquqi anlamında öz əhəmiyyətini itirmişdir”. Apelyasiya Məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozan rayon məhkəməsinin səhvlərini təkrarlamışdır. Belə ki, etibarsızlığı tələb edilən çıxarışları verən orqan inzibati orqandır və həmin çıxarışların verilmə səbəbi və əsası dövlət orqanı tərəfindən qəbul edilmiş qərarlardır. Mübahisə predmeti olan torpaqlar və yaşayış evi texniki səhv olaraq ilk öncə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin qeydiyyatın ləğv edilməsi ilə əlaqədar Maraqlı şəxs birinci rayon məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon məhkəməsi xx.xx.2020-ci il tarixli 2(033)-524/2020 saylı qərardadı ilə işin icraatına xitam vermiş və iddiaçıya izah etmişdir ki, aidiyyatı üzrə İnzibati məhkəməyə müraciət etməlidir. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-2050/2020 saylı qərardadına əsasən birinci instansiya məhkəməsini qərardadı q üvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qərardadı Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1137/2021 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Lakin hazırki işdə İddiaçı iddia qaldıraraq islahatla əlaqədar inzibati orqanın qərarı əsasında verilmiş çıxarışların etibarsızlığını rayon məhkəməsindən tələb edir və rayon məhkəməsi bu dəfə eyni mübahisəyə mahiyyəti üzrə baxır, apelyasiya instansiyası məhkəməsi isə onun qətnaməsini təsdiq edir. Buradan görünür ki, məhkəmələr eyni oxşar müraciətlər üzrə vətəndaşlar arasında fərq qoyur. Məhkəmə etibarsız hesab etdiyi çıxarışların hansı orqanın qərarı əsasında verildiyini araşdırmamışdır. Həmin çıxarışlar Aqrar İslahat Komissiyasının Qərarı əsasında, torpaqların islahatı ilə əlaqədar verilmiş qərarlar əsasında verilmişdir.

31. İddiaçı şikayətini Mülki Məcəllənin 1151, 1321-ci; Mülki Prosessual Məcəllənin 14, 82.3, 88-ci maddələrinə; Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 6.1 və 6.2-ci hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə 13. (İ hissə) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. (Vİİ hissə) Dövlət vərəsəlik hüququna təminat verir.

35. Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Mülki Məcəllə:

36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu b irinci növbədə vərəsədirlər.

41. Maddə 1159.2. Ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələrdilər.

42. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

44. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

45. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiy yəti sayılır.

46. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

47. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

48. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı:

49. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.... Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilmə lidir... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarı:

50. Bənd 16.3. Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddi anın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

51. Bənd 17....Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

52. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

53. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəa liyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Prosessual Məcəllə:

54. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin v ahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa; 418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələr inə dair İddiaçı Əli qızının adına aparılmış 12 mart 2019-cu il tarixli reyestr qeydlərinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə mülki işin icraatına xitam verilməli, göstərilən torpaq sahələriinin 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının adına olan ½ hissəsinə İddiaçı Mövlud qızının vərəsəlik hüququ üzrə mülkiyyət hüququ tanınmaqla, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddianın mübahisələndirilən torpaq sahələrinin ½ hissəsinə dair İddiaçı Əli qızının adına aparılmış 12 mart 2019-cu il tarixli reyestr qeydlərinin etibarsızlığı hissəsinə baxılarkən məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlili ilə razılaşaraq qeyd edir ki, işin məhkəməl ər tərəfindən müəyyən edilmiş hallarından həmin torpaq sahələrinə dair bir neçə mərhələdə reyestr qeydi aparılaraq müvafiq çıxarışlar verilməsi müəyyən olunur: - 18-24 dekabr 2018-ci il tarixlərdə iddiaçının və ərinin adına hər birinə ½ olmaqla; - 22 yanvar 2019-cu il tarixdə (iddiaçı ərindən miras qalan əmlakı qəbul etdikdən sonra) iddiaçının adına bütövlükdə; - 12 mart 2019-cu il tarixdə iddiaçı və İddiaçı Əli qızının adına hər birinə ½ olmaqla; - 9 aprel 2019-cu il iddiaçının və üçüncü şəxs Maraqlı şəxs (bacısından qalmış mirasa dair vərəsəlik haqqında şəhadətnamə əsasında) adına hər birinə ½ olmaqla;

66. İddiaçı son iki mərhələ reyestr qeydi və çıxarışları mübahisələndirmişdir. 9 aprel 2019-cu il tarixli reyestr qeydlərinin vərəsəlik haqqında şəhadətnamələr əsasında aparılması səbəbi ndən mülki qaydada baxılması yolverilən olsa da, məhkəmələr 12 mart 2019-cu il tarixli reyestr qeydlərinin qanuniliyini yoxlamaqda səlahiyyətli olmamış, bu hissədə məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol vermişlər.

67. İşin hallarından müəyyən olunur ki, iddiaçı faktiki olaraq 12 mart 2019-cu il tarixli qeydləri (düzəlişi) mübahisələndirərək əslində İddiaçı Əli qızının adına qeyd aparılmasına (qeydin əsasına) etiraz etmişdir ki, İddiaçı Əli qızının adına aparılan qeydin əsasını Aqrar İslahat Komissiyası tərəfindən 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahı təşkil etmişdir.

68. Göründüyü kimi, İddiaçı Əli qızının adına aparılmış qeydiyyatın əsasını mülkihüquqi əqd təşkil etməmiş, bu hal (çıxarışda düzəliş edilməsi), inzibati orqanın ümumi (publik) hüquqdan irəli gəl ən səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi olmuşdur. Həmçinin yanlışlığın kökündə inzibati orqan tərəfindən tərtib edilən siyahıda iddiaçının deyil, İddiaçı Əli qızının adının olması durmuşdur.

69. Məhkəmələrin iddianı bu hissələrdə mahiyyəti üzrə araşdırması reyestr qeydinin əsassızlığına dair iddiaların məhkəmə aidiyyəti qaydalarını tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 17ci bəndinə zidd olmuş və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə nəticələnmişdir. (§51-53)

70. Məhkəmələr sözügedən Qərarın 17-ci bəndində göstərilənləri nəzərə almaqla MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsaslanaraq inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verməli olduqları halda bunu etməmiş, əksinə, işi mahiyyəti üzrə araşdırmış və həmin hissədə iddianı təmin etmişlər. (§50)

71. Göstərilənlərə əsasən, qətnamə qismən – mübahisələndirilən torpaq sahələrinin ½ hissəsi ilə bağlı İddiaçı Əli qızının adına aparılmış 12 mart 2019-cu il tarixli reyestr qeydlərinin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

72. O da qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı Əli qızının adına 12 mart 2019cu il tarixdə aparılan reyestr qeydi və onun əsasında verilmiş çıxarışların etibarsızlığı ilə bağlı hissədə mülki işin icraatına xitam verildiyinə görə mübahisələndirilən torpaq sahələrinin ½ hissəsindən ibarət miras əmlakın sonuncu reyestr qeydi İddiaçı Əli qızının adındakı qeyd olur ki, bu da mirasın sonrakı aqibətinin həlli məsələsinin zəruriliyini ortaya çıxarır.

73. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən məhkəmə qərarı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

74. Bu səbəbdən notariusun verdiyi vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməs ini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki, mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən (bu cür tələblər müxtəlif məzmunda və variantlarda irəli sürülə bilər: məsələn, vərəsəlik payının müəyyən edilməsi və (və ya) əşyanın qaytarılması, əşyaya dair cavabdehin adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və s.) mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbl əri yekun olaraq həll edir.

75. Əks yanaşma, eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan sui-istifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.

76. Məhkəmələr tərəfindən müəyyən edilən işin mübahisəsiz halına görə, İddiaçı Əli qızı 20 sentyabr 2006-cı il vəfat etmiş, əri X7 yeganə vərəsəsi olmuşdur. Sonuncu nə mirasın rəsmi qəbulu, nə də mirasdan imtina ilə bağlı notariat orqanına müraciət etməmiş (susmuş), ölən günədək miras əmlak olan 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. 77. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Kons titusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilən mövqe ondan ibarət olmuşdur ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. (§49)

78. Həmçinin Qərarda mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Baxılan mülki iş sözügedən Qərar qəbul edilərkən məhkəmənin icraatında olduğundan, həmin qərarın təsir dairəsinə düşmüşdür.

79. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi də yekun olaraq həll edilməli, İddiaç ı Əli qızına aid ½ hissədən ibarət miras əmlakdan yeganə vərəsəsi olan əri X9 imtina etmədiyindən onun vəfatından sonra sonuncunun yeganə vərəsəsi olan iddiaçının vərəsəlik hüququ üzrə mülkiyyət hüququ tanınmalıdır.

80. Kassasiya şikayətinin MM-in 1272-ci maddəsində nəzərdə tutulan 2 aylıq kəsici müddətin tətbiq edilməli olması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti kimi həmin normada nəzərdə tutulan 2 aylıq kəsici müddəti ötürməməsi əsası ilə tətbiq etməmişdir.

81. Məhkəmə Kollegiyası həm kasssasiya şikayətinin sözügedən dəlilini, həm də apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə kəsici müddət baxımından yanaşmasını əsassız sayaraq qeyd edir ki, MM-in 1272-ci maddəsi (§48) mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir.

82. Belə ki, qəbul edilmiş miras onun açıldığı günd ən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı.

83. Kollegiya vurğulayır ki, mirasın qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçmə sinə görə vərəsəlik hüququndan məhrum edilməsidir.

84. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür.

85. Qeyd olunanlara əsasən kassasiya məhkəməsi bu qənaətə gəlir ki, baxılan işdə mirası qəbul etməsi tanınan iddiaçının Mülki Məcəllənin 1272-ci maddəsi çərçivəsində iki ay ərzində mübahisə açmamasına görə vərəsəlik hüququndan məhrum ola bilməsi barədə mövqe yuxarıda əks olunan qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə uyğun olmamışdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia üzrə kəsici müddətin tətbiqi ehtimalı olmadığını nəzərə almaqla kəsici müddətin tətbiqinə müddətin ötürülməməsi əsası ilə deyil, belə bir müddətin tətbiq edilməli olmaması əsası ilə yanaşmalı idi.

86. Məhkəmə Kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə razılaşmayaraq hesab edir ki, qalan hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

87. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardad ının ləğv edilməsi üçün əsasdır. (MPM – maddə 418.1)

88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə iş üzrə icraata xitam verilməli, digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmaqla irəli sürülmüş tələblər yekun olaraq həll edilməlidir.

89. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-5/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnaməsi qismən – “Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair İddiaçı Əli qızının adına aparılmış 12 mart 2019-cu i l tarixli reyestr qeydlərinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək iş üzrə icraata xitam verilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 20 sentyabr 2006-cı il tarixdə ölmüş İddiaçı Əli qızının adına olan ½ hissəsinə İddiaçı Mövlud qızının vərəsəlik hüququ üzrə mülkiyyət hüququ tanınsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar