Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3900/2021 05.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh2 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-202/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 17 avqust 2017-ci il tarixdə saat təxminən 13:20 radələrində Cavabdeh2 idarə etdiyi “VAZ-2106” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, Heydər Əliyev prospekti ilə kəsişən Arif Hüseynzadə küçəsindən prospektə çıxarkən stop nişanın tələbini pozaraq yol nəqliyyat hadisəsi törədərək Cavabdeh1 idarə etdiyi “Hyundai” markalı avtomaşına toxunmuş, nəticədə “Hyundai” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətində olan “MAZDA CX5” minik markalı, 90-ОМ-810 dövlət qeydiyyat nişanlı av tomobilə dəymiş, “Hyundai” markalı və “MAZDA CX5” minik markalı avtomobillərə ziyan vurulmuşdur. Bununla bağlı Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7531 manat vurulmuş maddi ziyan məbləğinin məcburi qaydada tutulması, cavabdehlərin üzərinə dəymiş zərəri tam şəkildə ödəyəcəkləri günə qədər hər gün üçün də müştərək qaydada 30 manat ödəmələri vəzifəsinin qoyulması, cavabdehlərdən müştərək qaydada 20000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun və 25000 manat a vtomobilin bazar dəyərinin aşağı düşməsi nəticəsində vurulmuş ziyanın məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşın demək olar ki, tam yararsız hala salınmışdır. Hadisənin baş vermə formasından, “Hyundai” və “MAZDA” markalı avtomobillərin əzilmə dərəcəsindən belə məlum olur ki, “Hyundai” markalı avtomobil Heydər Əliyev prospekti ilə icazə veriləndən böyük sürətlə (Heydər Əliyev prospektində icazə verilən hərəkət sürəti saat 50 km/saatdır) hərəkət etmiş, nəticədə onun sürücüsü hadisənin qarşısına ala bilməmişdir. Lakin Cavabdeh1 Heydər Əliyev prospekti ilə icazə verilən sürətlə hərəkət etsəydi, hadisənin qarşısını ala bilərdi və ya onun maşınına dəyən zərər cüzi olardı. Hadisənin baş verməsində “VAZ-2106” markalı avtomobilin sürücüsü ilə yanaşı, ona münasibətdə “Hyundai” markalı avtomobilin sürücüsü də icazə verilən sürət həddini aşmaqla hərəkət etməklə, qaydaları pozması nəticəsində iddiaçının avtomobilinə vurulan zərərə görə məsuliyyət daşımaqdadır. Bununla əlaqədar olaraq, “Hyundai” markalı avtomobilin hadisə zamanı Heydər Əliyev prospekti ilə hansı sürətlə hərəkət etməsini müəyyənləşdirmək üçün “KapitalBank”-ın Quba filialının xarici kameralarının və hadisə yerindən təqribən 200 metr yuxarıda yerləşən svetoforun yanında quraşdırılmış təhlükəsizlik kameralarının həmin tarix üçün görüntülərinin alınması və həmin görüntülər əsasında “Hyundai” markalı avtomobilin sürücüsünün hadisənin baş verməsində təqsirinin müəyyənləşdirilməsi, həmçinin sürücülərin h adisənin qarşısını almaq imkanlarının araşdırılması üçün avtomobillərin növbəti texniki baxışdan keçib-keçməmələri məsələsinin, avtomobillərin icbari sığortadan keçməsi məsələsinə nəzarət funksiyası da yol polisinin vəzifəsi olduğundan, avtomobillərin icbari sığorta olunub-olunmamasının araşdırılması xahişi ilə 23.08.2017ci il tarixli ərizə ilə Quba rayon X2 müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən, ərizə Quba rayon X3 Bölməsində 25.08.2017-ci il tarixdə qəbul olmuşdur. Lakin hazıra qədər ərizədə göstərilənlərlə əlaqədar Quba rayon X3 Bölməsi heç bir tədbir görməmiş və ərizəyə cavab verməmişdir. Göstərilənlərlə əlaqədar, həmin görüntülərin alınması zəruridir. Avtomobilə dəymiş ziyan 6811 manat qiymətləndirilmişdir ki, bu barədə təmir müəssisəsi tərəfindən verilmiş rəsmi sənəd - ziyan a ktı iddia ərizəsinə əlavə edilmişdir. İşə baxılması ilə əlaqədar Maraqlı şəxs2 tərəfindən hadisə üzrə tərtib olunmuş sənədlərdən asılı olmayaraq zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)185/2018 nömrəli iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilmiş, Cavabdeh2 6861 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının xüsusi mülkiyyətində olan “MAZDA CX5” minik markalı, 90-ОМ-810 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuş və həmin ziyanın məbləği 6811 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, digər Cavabdeh1 tərəfindən iddiaçıya məxsus avtomobilə ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmin cavabdehin idarə etdiyi avtomobil tərəfindən iddiaçının avtomobilinə zərər vurulması müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı digər tələbləri üzrə qeyd etdiyi halların təsdiqi üçün iş materiallarına heç bir sübut əlavə etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1097.1, 1108.1, 21.1, 21.2-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 78.1, 217.4-cü maddələrinə is tinadla əsaslandırmışdır. Qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-202/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 5509 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yük sək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “MAZDA CX5” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. "xxxx" MMC-nin 30.08.2017-ci il tarixli ziyan aktına görə avtomaşına dəymiş zərərin dəyəri 6811 manat müəyyən edilir. Göründüyü kimi, avtonəqliyyat hadisəsinin məhz Cavabdeh2 təqsiri ucbatından baş verməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini ona münasibətdə təmin edilməsi qənaətinə gəlmişdir. Lakin vurulmuş zərərin tutulması hissəsində sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ nəzərə alınmamışdır. Odur ki, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş sığo rta ödənişi 1352 manat (iddiaçı özü də etiraf etdiyi məbləğ) tutulmalı olan 6861 manatdan çıxılmaqla yerdə qalan məbləğ 5509 manat Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İddiaçı özü hadisənin baş verməsində digər cavabdehin təqsirli olduğunu göstərdiyi halda məhkəmələr həmin hala qiymət verməmişlər. Həmçinin məhkəmələr nəzərə almamışlar ki, iş üzrə ekspertizanın keçirilməsi iddiaçının günahı ucbatından mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı, digər cavabdeh və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məh kəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kas sasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edilsə də qətnamədən iddiaçı kassasiya şikayəti vermədiyindən, həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən qətnamə iddianın Cavabdeh2 qarşı təmin olunmuş və həmin həcmdə digər cavabdehə qarşı təmin olunmamış hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginl ikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5) İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, işə baxan məhkəmələr tərəfindən iddiaçıya dəymiş zərərə görə Cavabdeh1 təqsiri müəyyən edilməmişdir. MPM-in 106.1-ci maddəsinin mənasına görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları o halda mötəbər sübut kimi qəbul olunur ki, bu, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Bu baxımdan məhkəmələr iddiaçının yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli olması barədə mülahizəsini (izahatını) mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşlar. Eyni zamanda iş materiallarından görünür ki, ekspertizanın keçirilməsinin qeyrimümkünlüyü iddiaçıya məxsus avtomobilin artıq təmir olunması ilə bağlı olmuşdur. Bu hal isə MPM-in 97.5-ci maddəsinə əsasən iddiaçının ekspertizanın keçirilməsinə keçirilməsinə mane olması kimi qiymətləndirilə və həmin maddədə göstərilən hüquqi nəticələrin tətbiqi üçün əsas ola b ilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-202/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissəl ərdə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş və həmin həcmdə Cavabdeh1 qarşı təmin olunmamış hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3900/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3900/2021
05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver