Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3901/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödəmələrin miqdarının dəyişdirilməsi) 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ödəmələrin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-37/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Culfa Rayon Məhkəməsinin 2-117/2002 nömrəli, 17 dekabr 2002-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-dən 5.788.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb İddiaçı ödənilməsi qət edilmişdir.
2. Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli 27 may 2004-cü il tarixli qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin "xxxx" ASC-dən alınıb İddiaçı verilməsi qət edilmişdir.
3. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinin 06/232 nömrəli, 13 dekabr 2004-cü il tarixli məktubu ilə 17 dekabr 2002-ci il tarixli, 2-117 nömrəli icra vərəqəsinə əsasən "xxxx" ASC-nin sabiq işçisi İddiaçı barəsində hesablanmış 5.788.860 manat birdəfəlik ödənc və 35115x10=351150 manat aylıq ödənc, cəmi 6.140.010 ma nat ödənc 30 noyabr 2004-cü il tarixli, 67 nömrəli ödəniş tapşırığı ilə zərərçəkmiş İddiaçı İbar oğluna zərərin ödənilməsi üçün "xxxx" ASC-nin ********** nömrəli hesabına ödənilmişdir.
4. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 13 mart 2006-cı il tarixdə verilmiş vəsiqəyə əsasən İddiaçı ömürlük İİİ qrup əmək əlilidir.
5. Culfa rayon Təhsil şöbəsinin 375 nömrəli, 12 iyul 2012-ci il tarixli məktubuna əsasən Culfa Rayon Məhkəməsinin 2-5/2004 nömrəli, 27 may 2004 nömrəli qətnaməsi tam icra olunduğundan geri qaytarılmışdır.
6. Culfa rayon Vergilər şöbəsi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli arayışa əsasən "xxxx" ASC-nin hüquqi ünvanı Culfa rayonu Əbrəqunus kəndidir.
7. Culfa rayon Vergilər şöbəsi tərəfindən ver ilmiş 6 dekabr 2021-ci il tarixli arayışa əsasən "xxxx" ASC 30 yanvar 2002-ci il tarixdə ilkin qeydiyyat olaraq Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, 60006946 nömrəli VÖEN alınmış, proqram təminatının yenilənməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin təkrar qeydiyyatına zərurət yarandığından "xxxx" ASC təkrar olaraq 7 yanvar 2005-ci il tarixdə Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, ********** nömrəli VÖEN alınmışdır. Cəmiyyət 10 aprel 2011-ci il tarixdən fəaliyyətini dayandırmış və hazırda fəaliyyət göstərmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – Cəmiyyət və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalat qəzası nətic əsində sağlamlığın pozulması ilə bağlı ona verilməli olan ödənclərin miqdarının 17 dekabr 2002-ci ildən bu günədək cavabdeh müəssisədə işçilərin minimum əmək haqqının, eləcə də tarif (vəzifə) maaşlarının kütləvi artımlarının hər biri nəzərə alınmaqla hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 7 sentyabr 1963-cü il tarixdə Culfa rayonunun Əbrəqunus kəndində doğulmuş, 2020-ci ilədək Əbrəqunus kəndində yaşamışdır. 1983-1996-cı illərdə Cəmiyyətdə çilingər, təhlükəsizlik üzrə mühəndis vəzifəsində işləmişdir. 1988-ci ilin fevral ayında iş zamanı baş vermiş qəza nəticəsində gözündən xəsarət almışdır. 2002-ci ilədək Cəmiyyət tərəfindən aldığı xəsarətlə bağlı ona hər hansı məbləğdə ödəniş edilməmişdir. Bu səbəbdən Culfa Rayon Məhkəməsinə müraciət etmiş ve xeyrinə qətnamə qəbul edilmişdir. Birdəfəlik ödənc və on ay üçün aylıq ödənc (35115x10=351150 manat) ona verilmiş, lakin qalan aylar və illər üçün aylıq ödəmələr bu günədək ödənilməmişdir. 2004cü ildə maddi və mənəvi zərər tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə 8.820.700 manat maddi və mənəvi zərərin Cəmiyyətdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilmiş və həmin məbləğ ona ödənilmişdir. Xəsarət aldığı 1988-ci ildən 1996-cı ilədək Cəmiyyətdə işləmiş, aylıq əmək haqqı və pensiya almışdır. Cəmiyyət 1997-ci ildən tam fəaliyyətini dayandırmışdır. Lakin Cəmiyyətin əmlakı olmuş, əmlak cavabdeh təşkilatın sahibi tərəfindən səhmdarlar ın məlumatı olmadan satılmışdır. 23 ildir ki, aldığı xəsarətdən əziyyət çəkir. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc zamanında Cəmiyyətdən alınıb ona verilsəydi, həmin pul məbləğindən lazımi qaydada istifadə edərdi. Bu gün həmin məbləğin aylıq ehtiyacların qarşılanması üçün xərclənməsi mümkün deyil. 2002-ci ildən bu günədək 19 il vaxt keçmiş, əmək haqqları dəfələrlə kütləvi şəkildə artmışdır. Buna baxmayaraq istehsalat qəzası nəticəsində sağlamlığının pozulması səbəbindən ona verilməsi üçün Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 35115 manat aylıq ödənc, bu günki manat hesabı ilə 7.023 manat qalmaqda davam edir. Həmin pul məbləği belə aylıq olaraq ona ödənilmir. Azərbaycan Resp ublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Cavabdehin nümayəndəsi ona 100000 manat məbləğində pul və ya Cəmiyyətin yerləşdiyi torpaq sahəsini verəcəyi halda iddiasından imtina etməsini bildirmişdir.
10. Cəmiyyətin direktoru X1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, dövlət mülkiyyəti olmuş 3 nömrəli üzüm emalı zavodu 2001-ci ildə özəlləşdirilmiş, Cəmiyyətin adı ilə 30 yanvar 2002-ci ildə dövlət qeydiyyatına alınmış, Cəmiyyətin direktoru olmuşdur. Cəmiyyət 2001-ci ildən 2011-ci ilədək sənəd üzərində fəaliyyət göstərmiş, istehsal, gəliri olmamış, 2011-ci ildə fəaliyyəti rəsmi qaydada dayandırılmışdır. Cəmiyyətin hazırda əmlakı yoxdur, sadəcə əvvəllər yerləşdiyi torpaq sahəsi var. İddiaçı 1988-ci ildə iş qəzası nəticəsində xəsarət almış, Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli qətnaməsi ilə Cəmiyyətdən 5.778.860 manat birdəfəlik ödənc, 35115 manat aylıq ödəncin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Birdəfəlik ödənc olan 5.778.860 manat və 10 aylıq 35115 manat, cəmi 351.150 manatın iddiaçıya ödənilməsi üçün DSMF-nin Culfa rayon şöbəsindən Cəmiyyətin hesabına pul köçürülmüş, həmin məbləğlər iddiaçıya verilmiş, qalıq aylıq ödəmələr Cəmiyyət fəaliyyət göstərmədiyindən ödənilməmişdir. Culfa Rayon Məhkəməsinin 27 may 2004-cü il tarixli qətnaməsi ilə 8.820.70 0 manat maddi və mənəvi zərərin Cəmiyyətdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmiş və həmin məbləğ iddiaçıya ödənilmişdir. Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli qətnaməsi qismən icra edildiyindən, icra edilməyən hissədə icraya göndərilmiş, qətnamənin icra edilməsi mümkün olmamış, ona görə ki, Cəmiyyət 1997-ci ildən fəaliyyət göstərməmiş, istehsal, gəliri olmamışdır. İddiaçıya 100000 manat məbləğində pul və ya Cəmiyyətin əvvəllər yerləşdiyi torpaq sahəsinin verilməsi mümkün deyil. Cəmiyyətin digər səhmdarları olduğundan, səhmdarlarının bir neçəsi öldüyündən, Cəmiyyətin ləğv edilməsi belə mümkün olmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Culfa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(089)-226/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mehrab Məmmədov) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən halların dəyişilməsi, yəni zərərçəkənin əmək qabiliyyətinin zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azalması müəyyən edilməmiş, iddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qa ydada təshih edilir və ödənilir. Lakin iddiaçı Cəmiyyətdə 2002-ci ildən bu günədək işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı, həmin artımların hansı tarixdən olması ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, hətta iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi izahatında Cəmiyyətin 1997-ci ildən tam fəaliyyətini dayandırdığını bildirmişlər. Təqdim edilmiş arayışdan isə müəyyən edilmişdir ki, Cəmiyyət rəsmi olaraq 2011-ci ildən fəaliyyət göstərməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, fəaliyyəti dayandırılmış Cəmiyyətdən iddiaçıya ödənilməli olan, ödənilməyən aylıq ödəncin artırılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydaların tələbl ərinə uyğun deyil.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1123-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Culfa rayon Vergilər şöbəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli arayışa əsasən "xxxx" ASC 30 yanvar 2002-ci il tarixdə ilkin qeydiyyat olaraq Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, 60006946 nömrəli VÖEN alınmış, proqram təminatı nın yenilənməsi ilə əlaqədar olaraq vergi ödəyicilərinin təkrar qeydiyyatına zərurət yarandığından "xxxx" ASC təkrar olaraq 7 yanvar 2005-ci il tarixdə Culfa rayon Vergilər şöbəsində qeydiyyatdan keçmiş, ********** nömrəli VÖEN alınmışdır. Cəmiyyət 1 mart 2002-ci il tarixdən fəaliyyətini dayandırmış və hazırda fəaliyyət göstərmir.
17. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışa əsasən müəssisə 2002-ci ildən özəlləşdirilmiş, bu günə qədər heç bir fəaliyyət göstərmədiyindən əmək haqqı cədvəli tərtib edilməmiş və əmək haqqı artımında dəyişiklik olmamışdır.
18. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-37/2022 nömrəli mülki iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər Fəxrəddin Məmmədov (sədrlik edən və məruzəçi), Yusifəli Qurbanov və Vera Kuimova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya şikayətində qeyd olunan dəlillərlə bağlı iddiaçı məhkəməyə sübut təqdim etməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsindəki izahatında iddiaçı Cəmiyyətin 1997-ci ildən fəaliyyətini tam dayandırdığını bildirmişdir. Fəaliyyəti dayandırılmış hüquqi şəxsdə işçilərin olmadığına əsaslanaraq kollegiya verilən iddianın izahatla üst-üstə düşmədiyi və birinci instansiya məhkəməsinin işə tərəflərin tə qdim etdikləri sübutları araşdıraraq qanuni və əsaslı qətnamə çıxardığı qənaətinə gəlmişdir.
21. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilməli olduğuna dair dəlilə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsində belə bir tələblə müraciət edilməmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1123-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarına istin ad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi İİİ qrup əlil olduğunu və Culfa Rayon Məhkəməsinin 17 dekabr 2002-ci il tarixli qətnaməsini nəzərə almamış, sübutetmə yükünü kassatora aid etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2003-cü il tarixli 910 saylı, 30 iyun 2004-cü il tarixli 81 saylı, 29 dekabr 2004-cü il tarixli 163 saylı, 16 sent yabr 2005-ci il tarixli 298 saylı, 19 dekabr 2006-cı il tarixli 492 saylı Fərmanları, eləcə də 22 yanvar 2007-ci il tarixli 1895 saylı, 26 dekabr 2007ci il tarixli 2577 saylı, 25 avqust 2008-ci il tarixli 3005 saylı, 31 avqust 2010-cu il tarixli 1078 saylı, 1 dekabr 2011-ci il tarixli 1866 saylı Sərəncamı, 31 avqust 2013-cü il tarixli 3112 saylı, 25 dekabr 2017-ci il tarixli 3545 saylı, 21 yanvar 2017-ci il tarixli 2608 saylı, 8 fevral 2019-cu il tarixli 937 saylı, 18 iyun 2019-cu il tarixli 1265 saylı, 17 dekabr 2021-ci il tarixli 3051 saylı Sərəncamları ilə minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından və cavabdeh təşkilat da buna müvafiq olaraq minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ olan işçilərinin əmək haqqlarını və yaxud tarif (vəzifə) maaşlarını b u artımlara uyğun olaraq yenidən hesablamalı olduğundan, onun qanunun imperativ normalarının tələblərini kobud surətdə pozaraq işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarını artırmaması (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsi) iddia tələbinin rədd edilməsinə əsas olmasa da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndi, 147.4, 154.2, 155.1-ci maddələri düzgün tətbiq edilməmişdir.
25. Kassator qeyd etmişdir ki, ödənilən zərərə görə aylıq ödəncin miqdarı təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilməklə ödənməli olsa da, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticə sində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.5-ci bəndi düzgün tətbiq edilməmişdir.
26. Kassator qeyd etmişdir ki, Cəmiyyət ləğv olunmadığından, onun sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıbdayadırmamasından asılı olmayaraq, sağlamlığımın pozulması ilə bağlı ödənci ödəmək öhdəliyi ona aid olsa da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsi, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10, 3.11-ci bəndləri, düzgün tət biq edilməmişdir.
27. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə, 147.4, 154.2, 155.1, 239.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1, 14.2, 77.1, 81, 82.3-ci maddələrinə, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.5, 3.10, 3.11-ci bəndləri istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
29. Maddə
26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını m üdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
30. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 1123. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən h əlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin”
32. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təsbih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alı nan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli h üquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddiaçının tələbi artıq ona təyin olunmuş və məhkəmə qaydasında tutulmuş ödənc məbləğinin yenidən hesablanaraq ona verilməsi ilə bağlıdır.
43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həm şikayətində, həm də etirazında olan dəlilləri qiymətləndirərək qeyd etmişdir ki, cavabdeh cəmiyyət 1 mart 2002ci il tarixdən fəaliyyətini dayandırmış və hazırda fəaliyyət göstərmir. Fəaliyyət göstərən müəssisədə əmək haqqı artımları olduqda ödənclərinin yenidən hesabanması mümkündür. Müəssisənin fəaliyyət gös tərmədiyi və belə artımların mövcdluğu müəyyən edilmədiyi və sübutların olmadığı halında iddianın təmin olunması mümkünsüz hesab edilmişdir.
44. İddiaçı kassasiya şikayətində yeni dəlillər irəli sürərək qeyd edir ki, minimum aylıq əmək haqqının məbləğləri dəfələrlə artırıldığından və cavabdeh təşkilat da buna müvafiq olaraq minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ olan işçilərinin əmək haqqlarını və yaxud tarif (vəzifə) maaşlarını bu artımlara uyğun olaraq yenidən hesablamalı olduğu nəzərə alınmalı idi. Lakin qeyd edilməlidir ki, həmin dəlillər əvvəlki icraatlarda araşdırma predmeti olmadığından hazırkı icraatda müzakirəsi mümkün hesab edilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)37/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.