Məhkəmə qərarları › İş №2(102)-3901/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3901/2024

21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3901/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkünlüyü (apellyasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5545/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanına dair xx.xx.2023-cü il tarixdə X1 ilə Cavabdeh İB arasında bağlanmış abonent müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasənda **********01446 saylı abonent kodu üzrə quraşdırılmış sayğacın sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4521/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim - Sahibə Hacıyeva) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şika yəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5545/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) apellyasiya şikayəti üzrə apellyasiyanın qeyrimümkün hesab edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün apellyasiya şikayətinin mülki iş ilə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. 6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qə tnamə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. 7. “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” isə görünür ki, həmin qətnamə iddiaçının özünə poçt xidməti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir.

8. İddiaçı tərəfindən vəkil Nümayəndə 1 il müddətinə verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən (bax: iş v. 30 və 103) görünür ki, o, digər səlahiyyətlər ilə yanaşı məhkəmə aktından şikayət vermək səlahiyyətini də vəkilə etibar etmişdir. Həmin etibarnamə ləğv edilməyib, qüvvədədir.

9. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamədə iddiaçıya ilkin olaraq xx.xx.2024-cü il tarixdə, təkrarən isə xx.xx.2024-cü il tarixdə verilmişdir.

10. Məhkəmə bildirir ki, qətnamənin təkrarən verilməsi, qətnamədən apellyasiya ş ikayətinin verilməsi üçün müddəti bərpa etməmişdir, çünki bu kimi qayda MPM-də nəzərdə tutulmamışdır.

11. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı iddiaçıya münasibətdə qətnamənin vəkilə (nümayəndəyə) verildiyi tarixdə başlamış və 1 aydan sonra bitmişdir.

12. Lakin iş materiallarından görünür ki, iddiaçı ilk dəfə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə, təkrarən isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. Göründüyü kimi, hər iki apellyasiya şikayəti prosessual müddət bitdikdən sonra, yəni müddətin ötürülməsi ilə verilmişdir.

13. İş materiallarından görünür ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” Rayon Məhkəmə sinə ərizə verməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının MPM-in 360, 363.1.3, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil fəaliyyəti yalnız müvəkkillə bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavilə əsasında müvafiq məhkəmə instansiyasına nəzərdə tutulmuş vəkil orderi hazırlanır və təqdim edilir. Orderin qüvvəsi həmin məhkəmə instansiyasında məhkəmə aktı elan edildiyi anadəkdir. Faktiki olaraq, vəkilin İddiaç ı hüquqi yardım göstərmək fəaliyyətinə, yəni bu iş üzrə vəkilliyinə 27 iyun 2024-cü il tarixdə xitam verilmişdir. Yəni “AZEMİS” sistemində qətnamənin yerləşdirildiyi xx.xx.2024-cü il tarixdə vəkil artıq iddiaçının vəkili olmamışdır. Məhkəmənin qərardadda etibarnaməyə istinad etməsi də yalnışdır. Belə ki, Mülki Prosessual Məcəlləyə aparılmış dəyişiklik əsasında etibarnamə üzrə nümayəndə kimi məhkəmələrdə iştirak yalnız ailə üzvü olan şəxslərə mümkündür. Yəni İddiaçı vəkilə verilmiş etibarnaməsinin olmasına baxmayaraq, apellyasiya instansiyasına dair müqavilə bağlanan ana qədər vəkilin hər hansı bir prosessual addım atması qeyri-mümkün olmuşdur. Bu səbəbdən də, müddətin axımı tərəfə rəsmi çatdırılma anından hesab edilməlidir.

17. Hazırki iş üzrə iddiaçı Ağahüseynova məhkəmə aktı rəsmi çatdır ıldıqdan hesablanarsa apellyasiya şikayəti vaxtında verilmişdir.

18. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsi tam təfsilatı ilə rəsmi çatdırılmanı izah edir. Həmin normaya əsasən müddət axımı“AZEMİS” sisteminə yerləşdirmə ilə o zaman hesablanır ki, tərəf həmin sistemdə qeydiyyatdan keçsin. Ağahüseynov məhkəmədə tərəfdir lakin, həmin sistemdə qeydiyyatda deyil. Bu səbəbdən də hesab edir ki, müddət axımı tərəfə rəsmi çatdırılma anından hesab edilməlidir.

19. Kassasiya şikayəti əsaslandırılarkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, Azərbaycan Respublikasının MPM-in 134, 135-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 25. 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;

26. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır vəkassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin faktiki olaraq, vəkilin İddiaçı hüquqi yardım göstərmək fəaliyyətinə, yəni bu iş üzrə vəkilliyinə 27 iyun 2024-cü il tarixdə xitam verildiyi, yəni “AZEMİS” sistemində qətnamənin yerləşdirildiyi xx.xx.2024-cü il tarixdə vəkilin artıq iddiaçının vəkili olmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil iş materialları ilə təsdiqlənməməklə əsassızdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin hazırki iş üzrə iddiaçı Ağahüseynova məhkəmə aktı rəsmi çatdırıldıqdan hesablanarsa apellyasiya şikayəti vaxtında verildiyi, Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsi tam təfsilatı ilə rəsmi çatdırılmanı izah etdiyi, həmin normaya əsasən müddət axımının “AZEMİS” sisteminə yerləşdirmə il ə tərəf həmin sistemdə qeydiyyatdan keçərsə o zaman hesablandığı, Ağahüseynovun məhkəmədə tərəf olduğu, lakin həmin sistemdə qeydiyyatda olmadığı, bu səbəbdən də müddət axımının tərəfə rəsmi çatdırılma anından hesab edilməli olduğunu hesab etdiyi barədə dəlilləri ilə əlaqədədar bildirir ki, iş materialları təsdiq edilir ki, vəkil Nümayəndə birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı nümayəndəsi olub və nümayəndənin təmsil etdiyi şəxsin adından məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq səlahiyyəti olub.Belə olan təqdirdə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməklə həmin qətnamə iş üzrə iddiaçıya da rəsmi qaydada verilmiş hesab edilir.

36. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır.

37. Məhkəmə kolegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli 2(103)-5 545/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar