Məhkəmə qərarları › İş №2(102)-3908/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3908/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3908/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3908/22 ( Açar sözlər: pul tələbi, sübutetmə yükü) 18.07.2022 Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7366/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) evinin sənədləşmə işini həll etmək üçün 15000 manat pul verib. Lakin sənədləşmə işi baş tutmayıb.

2. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 8 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Polisdə araşdırma zamanı cavabdeh faktı təsdiq edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 15.000 manat məbləğində vurulmuş maddi ziyanın, 15.000 manat məbləğində əldən çıxan faydanın, 5 000 manat mənəvi zərərin və dövlət rüsumu qaydasında ödədiyi 30 manat, ümumilikdə 35.030 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı cavabdehi qonşuluqda yaşayan X2 vasitəsilə tanımışdır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şossesi, döngə 2-də yerləşən, ailəsi ilə birlikdə yaşadığı 1 saylı fərdi həyət evini özəlləşdirmək istəyib və qonşusu Süleyman belə bir şəxsin olduğunu və uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işlədiyini bildirmiş və onları tanış etmişdir. Cavabdeh bi məqsədlə iddiaçıdan şəxsiyyət vəsiqəsinin və evə dair sənədlərin surətlərini istəmişdir. Ertəsi gün iddiaçı şəxsiyyət vəsiqəsinin və evin bələdiyyə tərəfindən işlənmiş eskiz layihəsinin və digər sə nədlərin surətlərini cavabdehə təqdim etmiş, iki-üç gündən sonra cavabdeh 2 nəfər şəxslə iddiaçının yaşadığı ünvana baxaraq evin layihəsinin yenidən işlənəcəyini bildirmişdir.

5. Cavabdeh torpaq sahəsinin 3 sot olmasına görə bu işin 15.000 manata başa gələcəyini, rüsumların, layihə xərclərinin çox baha qiymətə olduğunu demişdir. Cavabdehlə razılaşdıqdan sonra, iddiaçı pulun bir hissəsini, 5000 manatını əvvəlcədən, qalan hissəsinin isə layihənin hazır olduğu vaxta ödəyəcəyini cavabdehə bildirmişdir. 3-4 gün keçdikdən sonra cavabdeh layihənin hazır olduğunu, yerdə qalan 10.000 manatın da verilməsini tələb etmişdir. İddiaçı cavabdehə evini tanıdığını, gəlib pulu götürməyi bildirmişdir. Cavabdeh özü, qardaşı oğlu və Fərman adlı şəxslə iddiaçının evinə gəlmiş və iddiaçı həmin şəxslərin yanında qalan pulun 10.000 manatını da vermişdir.

6. Cavabdeh ən geci 1 ay müddətinə evin özəlləşdirilməsi barədə sənədləri hazırlayıb verəcəyini bildirmiş və heç bir yerə getməməyi, sənədlərə isə sonda imza etməyi bildirmişdir. İddiaçı cavabdehə inanıb 1 aylıq müddəti gözləmişdir. Lakin bu müddət ərzində cavabdehdən heç bir xəbər olmadığını eşidib narahat olmağa başlamış və 2018-ci ilin iyul ayından noyabr ayınadək dəfələrlə cavabdehlə danışsa da, ondan evin özəlləşməsi ilə əlaqədar heç bir məlumat ala bilməmişdir. Artıq məsələnin nə yerdə olduğunu anlayaraq cavabdehdən pulunu tələb etsə də, sonuncu qızının vasitəsilə yalnız sənədləri iddiaçıya qaytarmışdır. İddiaçı sənədləri aldığı zaman pulun qaytarılmadığını görüb cavabdehin qızından bu haqda soruşmuş, sonuncu isə həmin məsələdən xəbəri olma dığını bildirmişdir. İddiaçı dərhal cavabdehə zəng edib pulunu tələb etsə də, cavabdeh yaxın vaxtlarda pulu qaytaracağına söz verməsə də, indiyə kimi sözünə əməl etməmişdir. Belə olduğu halda iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nə müraciət etmiş, lakin mübahisənin mülki xarakter daşıması baxımından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

8. Cavabdeh iddiaya münasibəti aşağıdakı kimi olmuşdur: cavabdeh iddiaçını Süleyman adlı şəxsin vasitəsi ilə tanımışdır. İddiaçı cavabdehin əvvəllər Dövlət Reyestr Xidmətində çalışdığını nəzərə alaraq yaşadığı evini sənədləşdirmək istədiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə söhbət etdikdən sonra evə dair sənədlər lə birlikdə iddiaçıdan 5000 manat beh kimi götürmüş, lakin özü təqaüddə olduğuna görə bu işin görülməsini qardaşı oğlu Akifə həvalə etmək üçün iddiaçını Akif və Fərman adlı şəxslə görüşmüşdür. Daha sonra həmin şəxslərlə birlikdə Ağacəfərinə evinə getmiş və evə dair sənədləri düzəldəcəklərini vəd edib cavabdehdən əlavə olaraq 10.000 manat məbləğində pul almışlar; iddiaçının evinin sənədləşdirilməsi cavabdehə məlum olmayan səbəblərdən həll edilməmişdir. Belə olan halda cavabdeh qızı vasitəsi ilə 5000 manat pulu iddiaçıya qaytarmış, qalan 10.000 manatı isə hazırda qaytarmaq imkanı yoxdur, lakin həmin hissədə borcunu qaytarmaqdan boyun qaçırmır.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)596/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15.00 0 manat və dövlət rüsumuna kimi ödənilmiş 30 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Anar Qasımov)

10. Birinci instansiya məhkəməsi işdəki sübutlara, o cümlədən “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” qərara və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sumqayıt şossesi, döngə 2-də yerləşən, ailəsi ilə birlikdə yaşadığı 1 saylı fərdi həyət evini özəlləşdiriləməsi məqsədi ilə cavabdehə 15000 manat pul vermişdir, bu faktı cavabdeh mübahisələndirməyərək, həmin puldan yalnız 5000 manatı iddiaçıya qaytarmasını bildirmiş, lakin pulun qaytarılmasını sübut edə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsas görə iddiaçının he sabına əsassız varlandığı üçün iddiaçını cavabdehdən verdiklərini tələb etmək hüquq vardır. Cavabdehin polis bölməsində verdiyi izahatında iddiaçıdan 15.000 manat pul alması faktını etiraf etməsi işin obyektiv hallarına uyğun gəldiyindən məhz həmin məbləğdə pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir.

12. Əldə çıxmış faydaya görə və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olması və bunun nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmə araşdırması zamanı işin hər hansı halı ilə sübuta yetirə bilmədiyindən iddia tələbi həmin hissələrdə əsassızdır.

13. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini n mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasın ın müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091, 1092 və 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 106.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri: pul məbləği iki dəfəyə verilib. İlk 5000 man at məhz cavabdehin vasitəsilə verildiyi üçün həmin məbləği cavabdeh qaytarıb, lakin birinci instansiya məhkəıməsi bu xüsusatı araşdırmayıb; 10000 manat pulu isə cavabdeh almayıb, həmin məbləğ cavabdehin zəmanəti ilə sonuncunun qardaşı oğlu Akif və dostu Fərmana verilib. Onların işi görməyib pulu mənimsəmələri faktı cavabdehin deyil, həmin şəxslərin əsassız varlanmasına səbəb olub; buna görə də qeyd edilən şəxslər ya cavabdeh, ya da üçüncü şəxslər kimi işə cəlb edilməli idilər. Belə cəlbetmə olmayıbsa,

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(103)-7366/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (ha kimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev)

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edib ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili 15.000 manat borcdan 5000 manatın qaytarılması olmuş, cavabdeh məhkəmə iclasında 15.000 manat pulu aldığını etiraf etmiş, həmin məbləğdən 5000 manat qaytarması ilə bağlı isə hər hansı sübut təqdim etməmişdir. Halbuki, öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qə rar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh zaminlik funksiyası daşımışdır. Hesab edir ki, iddia tələbi əsl cavabdehə qarşı yönəlməmişdir və birinci instansiya məhkəməsi ədalətli araşdırma aparılması üçün Akif və Fərman adlı şəxsləri ya cavabdeh, ya da üçüncü şəxslər qismində məhkəmə baxışına cəlb etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. H üquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hü ququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

28. İddia tələbi pulun qaytarılması barədədir.

29. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 15000 manat pul almasını məhkəmə baxışında və polis bölməsində araşdırma zamanı verdiyi izahatında etiraf etmiş, bununla da, cavabdeh iddiaçının hesabına əmlak əldə etməklə əsassız varlanmış, həmin puldan 5000 manatı iddiaçıya qaytarmasını isə sübut edə bilməmişdir.

30. Məhkəmə kollegiyası iddia tələbi üzrə gəlinən nəticəni və tətbiq edilən maddi hüquq normalarını işin hallarına uyğun hesab edir.

31. Məhkəmə kollegiyası iddianın əsl cavabdehə qarşı yönəlməməsi, Akif və Fərman adlı şəxslərini ya cavabdeh, ya da üçüncü şəxslər qismində işə cəlb edilməli olması barə də kassasiya şikayətinin dəlillərini əsasız sayır. Çünki işə mahiyyəti üzrə baxan məhkəmələr hər hansı digər şəxsin yox, məhz cavabdehin iddiaçıdan 15000 manat pul almasını müəyyən ediblər.

32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7366/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar