Məhkəmə qərarları › İş №2(102)-3911/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3911/2023

16.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3911/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra İdarəsinə, Külək MMC-yə, Bank VTB Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3911/2023 (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra idarəsinə, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlak komplek sinin, onun tərkib hissəsinin və torpaq sahəsinin qiymətləndirilməsi barədə hərracın və onun nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1888/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Gəncə şəhəri üzrə İcra idarəsinə, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmlak kompleksinin, onun tərkib hissəsinin və torpaq sahəsinin qiymətləndirilməsi barədə hərracın və onun nəticələri haqqında protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, əmlak kompleksinin, onun tərkib hissəsinin və torpaq sahəsinin qiymətləndirilməsi barədə hərracın və onun nəticələri haqqında protokolların etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) İddiaçı iddiası rədd edilmişdir.

3. Eyni zamanda Cavabdeh3-nin ərizəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 14 avqust 2020-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 07 may 2018-ci il tarixli qərardadına əsasən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, İcra hakimiyyətinin inzibati binasının cənub-qərb tərəfi ünvanında yerləşən 0,0507 ha torpaq sahəsində yerləşən və istifadədə olan 445,6 kv.m. torpaq sahəsindən ibarət əmlak kompleksinin və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,5 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.

4. Daha sonra iddiaçı Samirə Məmmədovanın qeyd olunan qərardadından verdiyi şikayətə baxan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə həmin şikayəti təmin etməmiş, məhkəmənin 14 avqust 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3341/2020 nömrəli, 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı 14 oktyabr 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsinin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin 17 oktyabr 2022-ci il tarixli cavab məktubunda qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edildiyi bildirilmiş, təkrarən qətnaməni əldə etmək üçün isə dövlət rüsumu ödəməli olduğu izah edilmişdir.

7. İddiaçı 27 mart 2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, Gəncə şəhəri Nİzami Rayon Məhkəməsinin Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 25 dekabr 2019cu il tarixli qə tnaməsi ünvan 2 ünvanına göndərilsə də, ona məlumat verilməmişdir. Bundan başqa o, qətnamənin göndərildiyi ərəfədə səhəti ilə əlaqədar müalicədə olmuş, bu səbəbdən qətnaməni qəbul edərək, şikayət verə bilməmişdir. Qətnamənin surəti isə məhkəməyə ərizə ilə müraciət edib xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Hazırda həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti keçmişdir. Odur ki, buraxılmış prosesual müddətin bərpa edilməsini xahiş edir.

8. Gəncə Şəhər Məhkəməsinin e-2(044)-3655/2019 nömrəli, 07 aprel 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən Kənan Hüseynov) ərizə təmin edilmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir.

9. Qərardaddan cavabdeh “Bank VTB (A zərbaycan)” ASC şikayət verərək, birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və müddətin bərpasına dair ərizənin təmin olunmamasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardadda qeyd edilir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsini iddiaçının qızı qəbul etmişdir. Bundan başqa, iddiaçı ərizəsində bildirmişdir ki, qətnamənin göndərildiyi ərəfədə səhhəti ilə əlaqədar müalicədə olmuşdur. Məhkəmə iclasında isə bildirmişdir ki, səhəti ilə əlaqədar uzun müddət mülicələrdə olduğu üçün şikayət verə bilməmişdir. Lakin səhəti ilə əlaqədar uzun müddət müalicələrdə olmasını təsdiq edən bir sənədə, yəni sübuta istinad etməmişdir. X1 tərəf olduğu və elə həmin məhkəmənin, yəni Gəncə Şəhə ri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(044)43/2021 nömrəli mülki iş üzrə qəbul olunmuş xx.xx.2021-ci il tarixli qətnamədən onun tərəfindən şəxsən imzalanmış xx.xx.2021-ci il tarixli apellyasiya şikayəti vermişdir. İddiaçı qətnaməni əldə etmiş və heç bir üzrlü səbəblər olmadan şikayət vermə müddətini ötürmüşdür.

11. Gəncə Şəhər Məhkəməsinin 2(044)-3655/2019 nömrəli, 05 iyun 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən Kənan Hüseynov) şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Samirə Məmmədova uzun müddət səhhəti ilə əlaqədar müalicədə olduğu və qətnamənin surətini almadığı üçün vaxtında apellyasiya şikayəti verə bilməmişdir.

13. Birinci instan siya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 263, 264, 267-269-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1888/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(044)3655/2019 nömrəli, 07 aprel 2023-cü il tarixli qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, yeni qərardad qəbul edilərək, İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi üzrə buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, iddiaçının, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddiaçının həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yer inə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim etməmişdir. İddiaçının səhhəti ilə əlaqədar uzun müddət mülicələrdə olması ilə bağlı dəlilləri iş materialları ilə təsdiq edilmir.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 130.1, 133, 360, 384, 392, 393 və 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

17. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və müddətin buraxılmasının üzürlü hesab edilməsinə dair ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apelyasiya məhkəməsi qəraradadında iddiaçının qızının qətnaməni imza edərək götürdüyünü qeyd edilmiş və həmin səbəblə də buraxılmış müddət üzürlü hesab edilməyərək ərizə təmin edilməmişdir. Lakin, iddiaçının qızı evli şəxs olmaqla başqa ünvanda daimi əsaslarla yaşamış, qətnaməni imza edib qəbul edərkən isə anasının xəstəliyi ilə əlaqədar 1 günlük anasının evinə qonaq gəlmişdir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsaslanaraq ünvan sahibi ilə birlikdə yaşayan ailə üzvünün qətnaməni imza etməklə alması qənaətinə gələrək müddətin bərpa edilməsinə dair ərizəni təmin etməmişdir. Məhkəmənin nəzərindən qa çan məqam iddiaçının qızının onunla yaşayan şəxs olmaması, iddiaçının qızının uzun müddət əvvəl evlənərək həmin evdən getməsi olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən yazılı etiraz verilərək, apellyasiya məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

20. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ay ında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

22. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

23. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanıl ması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının – apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (402.2.1); kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (402.2.2); kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (402.2.3); iş üzrə icraata xitam verilməsi barədə (402.2.4); bu Məcəllənin 384.0.4-cü maddəsində n əzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (402.2.5) qərardadlarından kassasiya şikayəti verilə bilər.

31. Hazırki kassasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsindən imtina olunması barədə apellyasiya instansiya məhkəməsinin qərardadından verildiyindən, həmin qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.

32. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiya məhkəməsinin qeyd olunan qərardadında apellyasiya şikayətinin geri qaytarılması məsələsi də həll edildiyindən, həmin məsələ apellyasiyanın qeyri-mümkün hesab edilməsi kimi qəbul edilərək, qərardaddan verilmiş kassasiya şikayətinə kassasiya qaydasında baxılmalıdır.

33. Məhkəmə kollegiyası verilkiş kassasiya şikayəti ilə bağlı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddiaçının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinin tələblərinin pozulması, qətnaməni imza edərək götürmüş iddiaçının qızının evli şəxs olmaqla başqa ünvanda daimi əsaslarla yaşaması, qətnaməni imza edib qəbul edərkən isə anasının xəstəliyi ilə əlaqədar 1 günlük anasının evinə qonaq gəlməsi, bu səbəbdən qətnamədən şikayət vermək imkanının olmaması barədə dəlilləri əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd etdiyi kimi, iddiaçının həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim etməmişdir. İddiaçının səhhəti ilə əlaqədar uzun müddət mülicələrdə olması ilə bağlı dəlilləri iş materialları ilə təsdiq edilmir.

35. Məhz iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğunu iddia etdiyi Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünv an sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

36. Göstərilən normanın tələbi baxımından hazırki halda iddiaçının qızı məhkəmə sənədlərini ünvan sahibinə, yəni anasına vermək öhdəliyi daşımışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsinin surətini poçt vasitəsi ilə 02 yanvar 2020-ci il tarixdə aldıqdan sonra da, o, apellyasiya şikayətini yalnız 27 mart 2023-cü il tarixdə vermişdir ki, bununla da apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət 3 il 3 ay 2 gün ötürülmüşdür.

38. Həmçinin qeyd olunmalıdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 25 dekabr 2019-cu il tarixli qətnaməsi qəbul olunduqdan sonra, iddiaçı hazırki iş üzrə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)3655/2019 nömrəli, 14 avqust 2020-ci il tarixli qərardadından şikayət vermiş, lakin onun şikayəti məhkəmənin 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bu hal isə həmin vaxt iddiaçının qəbul olunmuş məhkəmə qətnaməsindən məlumatlı olmasını təsdiq edir.

39. Odur ki, cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş şikayətin təmin edilməsi, prosessual müddətin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadın ləğv edilməsi, iddiaçının qətnamə üzrə buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi haqqında apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qan uni və əsaslıdır.

40. Lakin Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi halda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyəti birinci instansiya məhkəməsinə aid edilsə də, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticə ilə yanaşı iddiaçının həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsini və ona əlavə edilmiş apellyasiya şikayətini geri qaytarılmaq barədə düzgün olmayan nəticəyə gəlmişdir.

41. Bununla belə həmin hal iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd olunan əsasla qərardadın ləğv edilməsi, yaxud dəyişdirilməsinə lüzum görmür.

42. Bu səbəbdən iddiaçının qətnamə üzrə buraxılmış prosesual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1888/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar