Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3912/2024 23.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3912/2024 (Açar sözlər: banka borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun olmaması barədə məlumatın təqdim olunması vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası il ə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2841/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 23 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 nömrəli, 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 və X2 qarşı ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi müddətin keçməsi əsası ilə təmin edilməmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5166/2017 nömrəli, 31 may 2017-ci il tarix li qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6834/17 nömrəli, 28 sentyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Kredit reyestrindən 01 aprel 2022-ci il tarixli çıxarışında və “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin maliyyə arayışında İddiaçı1 adına 185.515,73 ABŞ dolları borc göstərilmişdir.
5. Kredit reyestrindən 04 aprel 2022-ci il tarixli çıxarışında və "xxxx" ASC-nin maliyyə arayışında İddiaçı3 adına 220.305,34 ABŞ dolları borc göstərilmişdir.
6. Kredit reyestrindən 28 noyabr 2022-ci il tarixli çıxarışında və "xxxx" ASC-nin maliyyə arayışında İddiaçı2 adına 112.818,63 ABŞ dolları borc göstərilmişdir. 7. "xxxx" ASC-nin maliyyə arayışında İddiaçı4 adına 173.105,75 ABŞ dolları borc göstərilmişdir.
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə “mübahisənin məhkəmədən kənar könüllü həllinə dair” təklif ünvanlanaraq, kredit reyestrində adlarına olan faiz borclarının silinməsinin təmin edilməsi üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə müvafiq məlumatların göndərilməsini xahiş etmişlər. 9. "xxxx" ASC tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, mərkəzləşdirilmiş kredit reyestrində (Azərbaycan Kredit Bürosunda) adları na aktiv öhdəlik kimi qeyd edilən faiz məbləği Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların Bank qarşısında daşıdıqları öhdəliyin məbləğinə uyğundur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar, yaxud ad, soyadları) nümayəndəsi və vəkili Vəkil1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bundan sonra cavabdeh, Bank) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Banka kredit borclarının olmamasına dair müvafiq məlumatın Maraqlı şəxs MMC-yə təqdim edilməsi vəzifəsinin Bankın üzərinə qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMC- dən əldə etdikləri çıxarışlara əsasən reyestrin təchizatçısı Bank tərəfindən həmin reyestrə yanlış məlumatlar daxil edilmiş, bununla da heç bir faktiki və hüquqi əsas olmadan hazırda həmin reyestrin məlumatlarında adlarına yüksək məbləğlərdə faiz məbləği borcları əks olunmuşdur. Bankın Nərimanov filialı ilə aralarında müvafiq olaraq bağlanmış xx.xx.2007-ci il tarixli, 165 nömrəli, xx.xx.2007-ci il tarixli 167 nömrəli, xx.xx.2007-ci il tarixli, 164 nömrəli, xx.xx.2007ci il tarixli 163 saylı kredit müqavilələrinə əsasən tərəflərdən bankdan götürülmüş kredit məbləğləri, o cümlədən kredit məbləğlərinə qanunvericiliklə müəyyən edilən qaydada hesablanmış faizlərin ödənilməsi tam təmin edilmişdir. Hazırkı müraciətlərinə əlavə edilən məhkəmə aktlarına əsasən, Bank tərəfindən onlara qarşı dəbbə pul u və 5 faizlə bağlı irəli sürülən iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə aktlarından həmçinin görünür ki, Bank onlara qarşı olan tələblərinin təmin edilməsini iddia etməklə yanaşı tələbinin İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ipoteka predmeti olan 0,60 ha torpaq sahəsinə yönəldilməsini də xahiş etmişdir. Nəzərə çatdırırlar ki, İddiaçı3 məxsus 0,60 ha torpaq sahəsi yuxarıda göstərilən kredit müqavilələrinin təminatı kimi heç bir vaxt Bankın xeyrinə ipoteka ilə yüklü edilməmişdir ki, qeyd etdikləri bu halda hazırkı müraciətlərinə əlavə etdikləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə B ankın onlara qarşı olan iddia tələbi təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış, sözügedən kredit müqaviləsinə hüquqi qiymət verilməklə Banka borcların olmadığı müəyyənləşdirilmişdir. Tərəflərdən ayrı-ayrılıqda xx.xx.2023-cü il tarixli “Mübahisənin məhkəmədənkənar könüllü həllinə dair” təkliflərlə cavabdeh banka müraciət olunaraq kredit reyestrinə adlarına əsassız olaraq daxil edilmiş faiz borclarına dair məlumatların silinməsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda həmin tarixdə birgə şikayətlə də Banka müraciət olunaraq yuxarıda sözügedən kredit reyestrinə əsassız olaraq adlarına daxil edilmiş məbləğləri silinməsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh bank tərəfindən həm ayrı-ayrılıqda, həm də birgə müraciətləri ilə əlaqədar ünvanlarına göndərilmiş xx.xx.2023-cü il tarixli eyni məzmunlu cavab məktublarında mərkəzləşdirilmiş kredit reyestrində adlarına aktiv öhdəlik kimi qeyd edilən faiz məbləğlərinin Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların bank qarşısında daşıdıqları öhdəliklərin məbləğləri ilə uyğun olmasına istinad edilməklə təəssüf hissi ilə müraciətlərində xahiş etdikləri məsələnin faiz borcunun silinməsinin həyata keçirilməsinin mümkün olmadığı nəzərlərinə çatdırılmışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-185/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçılar borclarının olmamasını iddia etsələr də, iş materiallarına əsasən iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 nömrəli, 31 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən Bankın cavabdehlərə qarşı tələbi əsassız olduğundan deyil, iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünə görə rədd edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, sözügedən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 nömrəli, 31 yanvar 2017-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. İddiaçılar Banka olan borcun olmamasını iddia etsələr də, iş materiallarından görünür ki, iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 390.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Konstitusiyanın 60-cı maddəsi baxımından şərh olunmasına dair” Qərarına, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci maddələrinə, Maraqlı şəxsna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən iddiaçılar n ümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tərəflər arasında 2007-ci ildə bağlanmış kredit müqaviləsinin olduğuna istinadla hesab etmişdir ki, tərəflər arasında həmin kredit müqavilələri əsasında yaranmış münasibətlər indiyədək davam edir və MKR-də iddiaçıların adına göstərilən faiz məbləğləri həmin kredit müqavilələrindən irəli gəlir. Lakin məhkəmə nəzərə almamışdır ki, kredit müqavilələrinin müddəti 2008-ci ildə bitmiş, 2013-cü ilədək isə iddiaçılar müqavilə üzrə öhdəliklərini tam icra etmiş, 2016-cı ildə isə Bankın iddiaçılara qarşı qaldırdığı iddia tələbi təmin e dilməmişdir. Belə ki, Mərkəzi Bankın “Qaydaları”nda nəzərdə tutulduğu kimi, Bank yalnız kredit üzrə əsas borc və müqavilə faizinə dair məlumatları MKR-ə daxil etmək hüququ olduğu halda, hazırda mübahisələndirilən MKR-dəki məlumatlar isə müqavilə üzrə əsas və faiz məbləğlərinin olmadığı birmənalı müəyyən olunan haldır. Ona görə də hazırkı iddia üzrə Mülki Məcəllənin 6, 385 və 390-cı maddələrinin hazırkı iş üzrə tətbiqinə əsas olmamışdır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın 1.1-ci bəndinin tələbinə görə bu Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarına, habelə digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və Milli Bankında Mərkəzləşdirilmiş Kredit Reyestrinin iş rejimini, o cümlədən məlumatın xa rakterini, məlumatların verilməsi və alınması qaydalarını və şərtlərini tənzimləyir. Sözügedən Qaydaların MKR-ə məlumatların təqdim edilməsini tənzimləyən 2.1-ci bəndinin tələbinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. İstinad olunan “Qaydalar”ın 6.1-ci bəndinin tələbinə görə bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. “Qaydalar”ın 3.1.4-cü bəndində MKR-ə daxil edilməli olan məlumatların təsnifatı verilmişdir, həmin məlumatlar sırasında 5% və ya digər cərimə məbləğinin MKR-ə daxil edilməli məlumatlar sırasında olmadığı müəyyən edilir. Bank təşkilatı özbaşına hesabladığı 5% və ya digər cərimə və ya dəbbə məbləği ni MKR-ə daxil etməkdə haqlı deyildir, bu, Qaydaların tələblərinə ziddir. İstər xx.xx.2007-ci il tarixli kredit müqavilələrinin bağlandığı dövrdə qüvvədə olan “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın, istərsə də xx.xx.2021-ci ildən qüvvədə olan “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit reyestrinə verilməsi Qaydası”na əsasən, MKR-ə kredit təşkilatlarının daxil etməli olduğu məlumatlar sırasında yalnız müqavilə üzrə hesablanmalı faiz məbləğləri öz əksini tapmalı, 5% üzrə və ya dəbbə pulu üzrə tələb olunan məbləğlərin reyestrə daxil edilməsi isə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə əsasən, borclunun icranı gecikdirməsi əsası ilə kreditorun illik 5% tələb etmək hüququ vardır. Hesab edirik ki, yuxarıda göstərilən Təlimat və Qaydalarla birgə MM-in 445-ci maddəsinin tətbiqi hazırkı iş üzrə iddianın təmin edilməsi üçün qanuni əsaslardır. Nəzərə alınmalıdır ki, MM-in 445-ci maddəsində nəzərdə tutulan “5 faiz tələb hüququ” müqavilə şərtləri ilə müəyyənləşdirilən və avtomatik olaraq borclunun vəzifəsinə çevrilən müqavilə öhdəliyindən deyil, qanunun kreditora verdiyi hüquqdan irəli gəlir və hər bir halda, kreditorun məhkəməyə verdiyi iddia tələbi əsasında qiymətləndirilərək təmin edilib-edilməməsinə dair məhkəmənin verəcəyi qərara bağlı olan məsələdir. Yalnız məhkəmə qətnaməsi ilə təmin olunduğu halda, borclunun kreditora 5% üzrə hesablanmış məbləği ödəmək vəzifəsi yaranır. Məhkəmə qətnaməsi olmadan Kreditorun həmin 5%-i tələb etmək və almağa hüquqi imkanı yaranmamışdır. Heç də tə sadüfi deyil ki, Mərkəzi Bankın təsdiq etdiyi “Qaydalar”da yalnız müqavilə üzrə əsas məbləğ və müqavilə üzrə faiz məbləğinə dair məlumatların MKR-ə daxil edilməsi nəzərdə tutulmuşdur. Bu, bir daha onu göstərir ki, sözügedən normativ xarakterli aktlarda Qaydalarda yalnız müqavilə üzrə əsas məbləğ və faiz məbləğinin MKR-ə daxil edilən məlumatlar sırasında göstərilməsi həm də Mülki Məcəllənin 445-ci maddəsinin tələblərindən irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən bir daha qeyd edirik ki, Bankın müqavilə üzrə mövcud olmayan əsas borc və faiz borcu məbləğindən kənar, 5% ilə hesabladığı, xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə təmin edilməyən məbləğlərə uyğun məlumatları MKR-ə daxil etməsi və əsassız məlumatın silinməsinə dair müraciətimizdən imtinası qanunsuz olmuşdur və bu qanunsuzl uq nəticəsində pozulmuş hüququmuzun bərpası üçün məhkəmədə qaldırdığımız iddia üzrə maddi hüququn düzgün təfsir və tətbiq edilməməsi hüquqlarımızın daha da pozulması ilə nəticələnən qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıların adına MMC-dən (MKR) çıxarışlarda göstərilən məbləğlər “faiz məbləği” kimi qeyd olunmuş, bunun “müqavilə müddətində ödənilməmiş faizlər (17%)”, gecikdirilmiş faizlər və ya 5% olduğu yazılmamışdır. Məhkəməyə iddia verilməzdən əvvəl cavabdeh Banka müraciət edərək, 31 iyul 2007-ci il tarixli kredit müqavilələri üzrə Banka heç bir borcumuzun qalmadığını, sonuncu dəfə Bankın bizə qarşı “hesablanmış 5% məbləğlərin ödənilməsi tələbi ilə” 2017-ci ildə iddia qaldırdığı və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia tələbinin rədd olunduğu, həmin qətnamənin qanuni qüvvəyə mindiyini, beləliklə, 2007-ci ildə bağlanmış kredit müqavilələri üzrə banka borcun olmadığını, göstərilən səbəblərdən Mərkəzi kredit reyestrinə əsassız daxil edilmiş məlumatın silinməsini xahiş etmişdik. Bankdan onlara verilən yazılı cavabda MKR-ə daxil edilmiş borc məbləğlərinin hansı dövr üçün (müqavilə müddəti və ya ondan sonrakı dövr və ya 5%) hesablanmış faiz məbləği olduğu rəsmən qeyd edilməmiş, yalnız ümumi ifadələrlə “sizin bank qarşısındakı öhdəliklərinizə uyğundur” yazılmaqla qeyri-müəyyən məzmunda imtina verilmişdir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı işin materialları ilə, həmçinin, Nəsimi rayon məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qanuni qüvvəsində olan qətnaməsi ilə müəyyən olunan hallardan göründüyü kimi, xx.xx.2007-ci i l tarixli kredit müqavilələri üzrə ayrı-ayrılıqda onların banka əsas borcları və müqavilə müddəti üzrə faiz borcu qalmamışdır, 2016-cı il tarixdə isə 5% üzrə Bankın irəli sürdüyü iddia tələbi təmin edilmədiyindən, həmçinin, 5% hesabı ilə də banka borcları mövcud deyildir. Sözügedən iş üzrə Nəsimi rayon məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza rəyində də Bank tərəfindən verilmiş arayışlar üzrə hesablanmış 5% məbləğlərində borcun olduğu göstərilmişdir. Məhkəmə, həmçinin, nəzərə almamışdır ki, qanuni qüvvəsində olan məhkəmə qətnaməsi ilə, İddiaçı2 ümumiyyətlə, hər hansı borcu olmadığı, əksinə, İddiaçı2 tərəfindən Banka artıq ödəniş edildiyi müəyyən olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Bank tərəfindən bizlərə qarşı dəbbə pulu və 5% bağlı irəli sürülən iddia tələ bi məhkəmə tərəfindən təmin edilməmişdir. Ondan sonrakı dövrdə də bank tərəfindən hər hansı tələb irəli sürülməmişdir. İş materialları ilə həmçinin, müəyyən olunub ki, İddiaçı3 məxsus 0,60 ha torpaq sahəsi yuxarıda göstərilən kredit müqavilələrinin təminatı kimi heç bir vaxt Bankın xeyrinə ipoteka ilə yüklü edilməmişdir. Bank tərəfindən hazırkı işə təqdim edilmiş sənədlər sırasında ipoteka müqavilələrinin surəti olsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin ipoteka müqavilələri daşınmaz əmlakın dövlət reyestrində heç bir zaman qeydə alınmamışdır. Qeyd etdiyi bu hal həmçinin, hazırkı işin materialına əlavə olunan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Beləliklə, müəyyən olunur ki, Bank aralarında olan xx.xx.2007-ci il tarixli kredit müqavilələri üzrə 13 may 2016-cı il tarixli maliyyə arayışlarında verilən məlumatlar əsasında hesablanan 5% məbləğlərini MKR-ə əsassız olaraq daxil etmiş, həmin məbləğlər isə sonrakı dövrdə, anlaşılmayan, heç bir qanuni və riyazi əsası olmayan qaydada şişirdilərək hazırda MKR-də görünən məbləğlərə çevrilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2841/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi, 163, 164, 165, 167 nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatla rın "xxxx" MMC-yə təqdim olunması cavabdeh Banka həvalə edilməsi qət olunmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarının hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-136/2017 nömrəli iş materialları tələb edilərək tədqiq olunmuş və müəyyən edilmişdir ki, həmin vaxt cavabdehlər tərəfindən əsas və müqavilə üzrə hesablanmış faiz borcu tam ödənildiyindən tələb yalnız müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi ilə bağlı olmuş, həmin tələblərlə bağlı iddia müddəti keçdiyindən iddia rədd edilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi barədə tələblər xitam olunmamışdır, mövcud olsa da, iddia ilə təmin edilməyən (natural) öhdəliklərdir. Lakin həm iddia tələbi, həm də apellyasiya şikayəti üzrə araşdırılmalı olan məsələ müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulu barədə məlumatın reyestrə daxil edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki Məcəllənin 445-ci maddəsində nəzərdə tutulan 5 faiz tələb hüququ müqavilə şərtləri ilə müəyyənləşdirilən və borclunun vəzifəsinə çevrilən müqavilə öhdəliyindən deyil, qanunun kreditora verdiyi hüquqdan irəli gəlir və hər bir halda, kreditorun məhkəməyə verdiyi iddia tələbi əsasında qiymətləndirilərək təmin edilib-edilməməsinə dair məhkəmənin verəcəyi qərara bağlı olan məsələdir. Yalnız məhkəmə qətnaməsi ilə təmin olunduğu halda, borclunun kreditora 5% üzrə hesablanmış məbləği ödəmək vəzifəsi yaranır. İş materiallarından da göründüyü kimi isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 nömrəli, 31 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı1 qarşı ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbi iddiaçı mülki qanunvericili kdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünə görə rədd edilmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu məsələ araşdırılarkən ilkin olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mərkəzi X3 12 noyabr 2021-ci i tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının “MKR-ə məlumatların təqdim edilməsi” bölməsində konkret olaraq qeyd edilmişdir ki, hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Əlavə 1-də isə MKR-ə təqdim edilən məlumatların tərkibi açıqlanmış və kredit borcu ilə bağlı 7.5 və 7.6-cı bəndlərdə qeyd olunmuşdur ki, MKR-ə yalnız hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc m əbləği və hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği təqdim olunmalıdır. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 nömrəli, 31 yanvar 2017ci il tarixli qətnaməsinin məzmunundan da görünür ki, hazırkı iş üzrə iddiaçılar tərəfindən kredit üzrə ödənilməli əsas borc məbləği və kreditin müqavilə üzrə alınmamış faiz məbləği tamamilə ödənilmişdir və buna görə də məhz müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulunun ödənilməsi barədə tələb irəli sürülmüş, iddia müddəti keçdiyinə görə təmin olunmamışdır. Bank isə müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulu ilə bağlı məlumatları reyestrə daxil etmiş, həmin məbləğlərin cəmini isə iddiaçıların ümumi borcu kimi qeyd etmişdir. Halbu ki, həmin məlumatların MKR-ə təqdim olunması Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə ziddiyyət təşkil edir. Yəni, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə nəzərdə tutulmuş məlumatlar verildiyi halda, iddiaçıların borcu mövcud deyildir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 554.1, 560.1-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx. xx.2022-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1.4, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının 3.1, 3.7-ci və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”na Əlavə 1-in 7.5 və 7.6-cı bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384.0.2, 385.1.4, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, yəni bu fakt öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyil və müvafiq öhdəlik mövcud olur, amma iddia ilə təmin edilməyən (natural) öhdəlik xaraketi daşıyır. Nəticədə, apellyasiya instansiya məhkəməsi “borcun olmaması barədə məlumatın təqdim edilməsi vəzifəsini cavabdehin üzərinə həvalə etməklə” əsassız və qanunsuz nətiyəcə gəlmiş, yəni mövcud olan borcun (öhdəliyin) olmaması qənaətinə gəlmişdir. Həmin məhkəmə kollegiyası qətnamənin 34-cü bəndinə qeyd etmişdir ki, Bank ilə müqavilə müddəti bitdikdən 5%-lə hesablanmış faiz və dəbbə pulu ilə bağlı məlumatları rey estrə daxil etmiş, həmin məbləğlərin cəmini iddiaçıların ümumi borcu kimi qeyd etmişdir. Halbuki, həmin məlumatların MKR-ə təqdim olunması Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, №32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası və bu Qaydaya Əlavə 1 ilə ziddiyyət təşkil edir. Yəni, məlumatlar verildiyi halda iddiaçıların borcu mövcud deyildir. “Kredit büroları haqqında” Qanunun 2.0.2, 16.1.1-ci maddələrini təhlil etdikdə belə qənaətə gəlmək olar ki, Bank tərəfindən kredit bürosuna təqdim edilmiş müvafiq məlumatlar borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün həmin Qanuna uyğun olaraq lazım olan məlumatlar olmuşdur, o cümlədən borc öhdəliklərinin icra intizaması nın qiymətləndirilməsinə təsdiq edən məlumatlar olaraq Qanuna zidd olmayaraq kredit bürosuna təqdim edilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində sözügedən məlumatların kredit bürosuna təqdim edilməli olmaması ilə bağlı gəldiyi qənaət əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli, 26319 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan 2(006)-136/2017 nömrəli iş üzrə cavabdehlərin, yəni hazırkı iş üzrə iddiaçıların Banka müvafiq borclarının olması müəyyən edilmiş, müvafiq faktlar Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qətnaməsində öz əksini tapmış, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)5166/2017 nömrəli qətnaməsi ilə dəyişdirilmə dən saxlanılmış, müvafiq olaraq da bu qətnamə Ali Məhkəmənin 2(102)-6843/17 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, hazırkı iş üzrə iddiaçıların Banka borcu olması (onların öhdəliklərinin olması) faktı həm tərəflər, həm də məhkəmələr üçün preyudisiayal əhəmiyyət daşıyır. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli nömrəli qətnamədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına zidd olaraq borcun olmaması qənaətinə gəlinməsi qanunsuz və əsassız yanaşma olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi.
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
31. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydası.
33. Bənd 1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra - MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.
34. Bənd 3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.
35. Əlavə
1. MKR-ə təqdim edilən məlumatların tərkibinə Bənd 7.5. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği; Bənd 7.6. hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlard a müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırkı qərarın 19-21-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiy ası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
53. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhk əməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğ una görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
56. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsa sən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2841/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.