Məhkəmə qərarları › İş №2(102)-3918/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3918/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3918/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3918/22 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Bakı şəhəri, 19 sentyabr 2022-ci il 19.09.2022 Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7581/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı bildirir ki, mənzilində Cavabdeh tərəf indən aparılmış təmir işlərinin qüsurlu görülməsi nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı, cavabdehdən 3600 (üç min altı yüz) manat məbləğində olan divar suvağı işlərinin görülməsinə və divar kağızlarının alınmasına görə ödədiyi vəsaitin, 1000 (bir min) manat məbləğində yararsız mətbəx mebelinə görə ödədiyi avansın, hamam kabinəsinin satın alınmasına görə ödədiyi 350 (üç yüz əlli) manat məbləğin, yenidən təmir materiallarının alınmasına görə ödədiyi 384 (üç yüz səksən dörd) manat vəsaitin əvəzinin, o cümlədən ona vurulmuş 5000 (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, ümumilikdə 10 334 (on min üç yüz otuz dörd) manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini 450 manat məbləğində artıraraq, ümumilikdə 10784 manat məbləğində pul vəsaitinin cavabdeh Yusif Mitandan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onlar Cavabdehı mənzillərində təmirdən xeyli əvvəl tanımış, 2020-ci ilin iyun ayında Bakı şəhəri H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən 2 saylı evin 15 saylı mənzilini onun rəhbərliyi altında təmir etdirmək barədə razılığa gəlmişlər. İlkin olaraq evin təmir işlərini 16.000 manata razılaşsalar da, sonradan təmirlə bağlı Cavabdeh 23.800 manat ödəmişlər. Buna baxmayaraq, altı ay davam etmiş təmir işlərinin yararsız olmasını müəyyən etmiş, mənzildə divar kağızlarının qopub düşməsini, hamam qapısının yararsızlığını, mətbəx mebeli ilə bağlı işlərin yarımçıq yerinə yetirildiyini, hamam üçün kabinanın alınmadığnı aşkar etmişlər. Bundan sonra onlar təmir işlərini başqa ustalar vasitəsi ilə davam etdirmiş, mənzilə yenidən divar kağızı vurulmuş, bununla bağlı ustalara 2000 manat, divar kağızlarına görə 1600 manat ödənilmiş, mətbəx mebelini hazırlanması üçün cavabdehə 1000 manat avans kimi verilsə də o, mebelin quraşdırılmasını yarımçıq saxladığına görə mətbəx mebelinin hazırlanmasına yenidən 1800 manat vəsait sərf etmiş, yenidən 300 manat zərərə uğramışlar. Hamam kabinası üçün cavabdehə 350 ödənilməsinə baxmayaraq, cavabdehin tərəfindən hamam kabinası alınmamış, hamam qapısına görə ödədikləri 150 manat yeni qapı sifariş etdiklərinə görə onlar üçün zərər təşkil etmiş, əlavə materialların alınmasına 384 manat xərclə mişlər. Bundan əlavə 5000 manat məbləğində mənəvi zərərə uğramışlar.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianın əsassız olduğu bildirmiş və tələbin rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 13 aprel 2021-ci il tarixli, 2(004)-1503/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam qapısına görə ödənilmiş 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə ödənilmiş 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızının pulu), hamam kabinəsinin satın alınmasına görə ödənilmiş 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat pulun Cavabdeh tutularaq İddiaçı ödəni lməsi, iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh razılaşdırılmış müddətdə ididaçıya məxsus evi təmir etmək öhdəliyini, ididaçı isə evin təmiri üçün cavabdehə razılaşdırılmış məbləğdə pul məbləğini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirərək 21700 manat məbləğində pulu cavabdehə ödəmiş, cavabdeh isə evin təmirini lazımi şəikldə həyata keçirməmişdir.Tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanılmış və sifarişçi öz öhdəliyini yerinə yetirsə də podratçı öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən xərclərin hər birini əsaslandırmış, cavabdeh tərəf isə iddiaçının dəlillərini təkzib edəcək sübutların ı məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, ididaçı tərəf ona dəymiş mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim etməmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 762.1, 763.1, 763.2 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.İbayev (sədrlik edən və məruzəçi), R.Həsənov və İddiaçı) 11 oktyabr 2021-ci il tarixli, 2(103)-7581/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “evin təmirində problem olanda Şahlargil onun yanına gəliblər. Divar kağızılarnın hamısı əyri olub və qopub yerə tökülüb. Onlar da Sahib ustaya müraciət ediblər, o da 2000 manat işçilik istəmiş, oboylar alınmışdır. Onlar evə girəndə divar kağızları divardan qopmuşdu. Sahib usta isə ora 5 gün sonra gəlib.” Nəzərinizə çatdıraq ki, divar kağızlarının əyri olması və qopub yerə tökülməsi barədə şahidin bildirdiyi halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, iddiaçı tərəfin, ustaların və iddiaçı tərəfin şahidlərinin həmin faktları mobil telefona belə olsa qeydə almaq imkanl arı olmuşdur. Halbuki, iddiaçı xırda 50 mm-lik bir ölçüdə olan oboyun divardan qalxmasının fotoşəkilini məhkəməyə təqdim etməklə bir otağın oboyunun yararsız olmasına istinad etmişdir”.

12. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kolegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X7 və X4 izahatları ilə mübahisəli mənzildə Cavabdeh rəhbərliyi ilə aparılmış təmir işlərinin qüsurlu olmasını, mənzilin çox hissəsində divar kağızlarının qopmasını, bunun əsas səbəbinin divar kağızlarının altından üzlük vurulmaması olmasını, onların həmin qüsuru aradan qaldıraraq buna görə iddiaçıdan 2000 manat aldıqlarını təsdiq etmişlər.

13. Mənzildə aparılmış təmirlə bağlı divar kağızlarının qopması faktı apellyasiya şikayəti vermiş Cavabdeh birinci instansiya məh kəməsində verdiyi izahatı ilə də təsdiq olunur. O həmin qüsurları yapışqanın keyfiyyətsizliyi ilə əlaqələndirmiş, hətta bununla bağlı divar kağızı satan mağazanın satış müdirini də vəziyyətlə tanış olmağa gətirdiyini bildirmişdir. Apellayasiya məhkəməsində keçirilən iclas zamanı da o, həmin xüsusatı təsdiq etmiş, divar kağızlarının qopma səbəbini yapışqanın keyfiyyətsizliyi və divar kağızları yapışdırıldıqdan sonra mənzilin qapılarının açıq saxlanılması ilə izah etmişdir.

14. X1 birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli mənzildə Cavabdeh rəhbərliyi altında təmir işləri aparmasını, otaqların birində divar kağızı ilə problemin meydana çıxmasını, onların divar kağızını söküb təkrar bərpa işləri görməsini, təkrar divar kağızı yapışdırdıqlarını buna baxmayaraq yenidən proble min yaranmasını, divar kağızı satan mağazanın menecerinin ora dəvət olunmasını təsdiq etmişdir.

15. X2 da X3 göstərdiklərini izahatında təsdiq etmişdir. Cavabdeh rəhbərliyi altında mübahisəli mənzildə təmir işləri aparılarkən divar kağızlarının qopması faktı iddiaçı və 9. cavabdehin, şahidlərin izahatları, tərtib olunmuş akt, fotoşəkillər, mağaza qəbzləri və Cavabdeh tərtib etdiyi hesabat sənədləri ilə təsdiqini tapır.

16. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq təmir işlərinin aparılması ilə bağlı yaranmış nöqsanların aradan qaldırılması üçün iddiaçının yenidən 2000 manat usta pulu və 1600 manat divar kağızının alınamsı üçün pul sərf etməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin özündə də apıarılan təmirlə bağlı material xərcinin 14.243 manat, görülmüş işlərlə bağlı usta xərcinin 8126 manat olmaqla cəmi 22 396 manat təşkil etməsi öz əksini tapmışdır. Apellyasiya şikayətində həmçinin ona istinad edilir ki, görülən işlərə görə Cavabdeh ödənilən pul vəsaiti 21700 manat, görülən işlərin dəyəri 22369 manat olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə 669 manat borclu olmasına münasibət bildirməmişdir. Apellyasiya şukayətinin həmin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia tələbi irəli sürmədiyinə görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçılara mənzildə aparılan təmir işləri ilə əlaqədar mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam q apısına görə ödənilmiş 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə ödənilmiş 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızının pulu), hamam kabinəsinin satın alınmasına görə ödənilmiş 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat zərər vurulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlar ından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həm iddiaçının, həm də cavabdehin etiraf etdiyi kimi divar kağızlarında bir dəfə problem yaranmış, bundan sonra cavabdeh öz vəsaiti hesabına kağızları yenisi ilə əvəz etmişdir. Divara kağız yapışdırılarkən iddiaçıya və qohumlarına bildirilmişdir ki, kağızların quruması dövründə evə daxil olmasınlar. Lakin iddiaçı və qohumları tərəfindən bu qaydalara məhəl qoyulmamışdır. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi iki ədəd fotoşəkil ilə həm birinci, həm də apellyasiya instasiyasıməhkəmələri öz qərarlarını əsaslandırmağa çalı şmışlar ki, güya divar kağızlarının demək olar ki, hamısı sökülüb tökülmüşdür. İki ədəd fotoşəkil ilə birində 20 santimetr digərində 30 santimetr divar kağızının kənarlarının qalxması evin bütün otaqlarının qalxması kimi əsaslandırılaraq iddianın təmin olunması hansı qüsur aktı ilə və sübutlarla öz təsdiqini tapmışdır, bizə məlum deyildir. İş demək olar ki, qüsursuz icra olunmuşdur. Lakin nədənsə məhkəmələr iddiaçının özünün, atasının və digər üsta kimi təqdim etdiyi şəxslərin iştirakı ilə tərtib etdiyi AKTı sübut kimi qəbul etmiş, AKTın tərtib olunmasında cavabdehin iştirakı təmin edilməmiş, bununla bağlı ona heç bir rəsmi məktub ünvanlanmamış, görülmüş işlərin qüsurlu olmasını təsdiq edən mütəxəssis rəyi işə əlavə olunmamışdır. Apellyasiya instansiyasında məhkəmənin öz təşəbbüsü ilə mütə xəssis dəvət olunaraq rəyi alınması və ya fikir bildirməsi təklif olunmuş, cavabdeh buna etiraz etməmiş, lakin növbəti məhkəmə baxışında buna zərurət olmadığı bildirilmiş, lakin nəyə görə zərurət olmadığı əsaslandırılmamışdır. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər qüsur var idisə, bununla bağlı cavabdehə rəsmi məktub göndərilməli, ona hansı qüsurların olması izah olunmalı, bunun üçün tərəflərin iştirakı ilə və mütəxəssis rəyi verilməsi üçün şərait yaradılmalı idi. Sadaladığımız halların heç biri olmamış, iddiaçı öz mülahizəsi ilə başqa şəxslərə güya əlavə iş gördürmüş və gördürdüyü işin haqqını təsdiq edəcək heç bir sənəd məhkəmələrə təqdim etməmiş, şahid ifadəl əri ilə bu faktın öz təsdiqini tapdığını bildirmişlər. Birinci instansiya məhkəməsində şahidə (işi icra edən ustaya) neçə kv metr divar kağızı və suvaq işləri görülməsi barədə sual verilmiş, o buna cavab verə bilməmişdir. Hətta birinci instansiya məhkəməsində iddiaçıya, apellyasiya instansiyasında iddiaçının nümayəndəsinə neçə kv metr iş görülməsi barədə sual verilməsinə baxmayaraq onlar buna cavab verə bilməmiş, öz evlərinin kvadratı barədə sualı cavablandıra bilməmişdir. Podrat müqaviləsinə görə podratçımüqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərdən göründüyü kimi sifarişçi podratçıya az muzd ödəmiş, podratçı aldığı pulun həcmində iş görmüş, mətbəx mebelinin uz qapaqlarının iddiaçı tərəfindən nə rəngi seçilmədiyi, nə də ödənişi edilmədiyi üçün o hissədə iş cavabdeh tərəfindən iddiaçının evə buraxmadığı səbəbi ilə görülə bilməmiş, həmin mebelin karkası iddiçı tərəfindən cavabdehə qaytarılmamış və sonradan bizə məlum olmuşdur ki, elə həmin mətbəx mebelinin karkası istifadə olunmuş, lakin məhkəməyə yanlış məlumat verilərək güya 1800 manat mətbəx mebelinin hazırlanmasına vəsait sərf etmələri, yenidən 300 manat zərərə uğramaları barədə iddia irəli sürmüşlər, lakin bütün göstərilən faktları təsdiq edən heç bir sübut məhkəmələrə təqdim olunmamışdır. Ümumiyyətlə podrat müqaviləsinin şərtləri əvvəlcədən razılaşdırılmadığı halda tərəflərə, məlum olmayan öhdəliyin məhkəmələr tərəfindən cavabdehin öhdəliyi kimi göstərilməsi əsassız olmaqla, məhz hazırki normanın birbaşa pozuntusudur. “Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.” Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin 4-cü səhifəsinin 3-cü abzastında əsaslandırmağa çalışmışdır ki, "Cavabdeh rəhbərliyi altında mübahisəli mənzildə təmir işləri aparılarkən divar kağızlarının qopması faktı iddiaçı və cavabdehin, şahidlərin izahatları, tərtib olunmuş akt, fotoşəkillər, mağaza qəbzləri və Cavabdeh tərtib etdiyi hesabat sənədləri ilə təsdiqini tapır". Birincisi, divar kağızının bəzi yerlərində yapşıdırcının qüsurlu olması ilə qalxmasının cavabdeh məhkəmələrdə demişdir, lakin sonradan həmin halların aradan qaldırıldığını bildirmişdir. Məhkəmə isə bunu elə əsaslandırmışdır ki, güya Cavabdeh ikinci dəfə kağızl arın qalxmasının etiraf etmişdir, halbuki cavabdeh tərəfindən belə söz heç vaxt məhkəməyə bildirilməmişdir. İkincisi, mövcud olan sübutlara məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş, hətta əsaslandırılmağa çalışılmamışdır. Mətbəx mebelinə görə, 1000 manat avans verilir, daha sonra yenidən iddiaçı başqa şəxsə 1800 manata mətbəx mebeli hazırlatdırır, lakin 300 manat zərər vurulmasını bildirir. Lakin həmin zərərin nədən ibarət olması hərtərəfli və tam araşdırılmır. Bizə hələ də, bu zərərin hardan yaranması məlum deyildir. “Apellyasiya instansiyasıməhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.” Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin maddi hüquq normalarını yanlış tətbiq etməsini düzgün yoxlamamış və nəticədə əsassız qətnamə qəbul olunmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.Etirazda şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

25. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkd iyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasi ya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şik ayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7581/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar