Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3921/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və məhdudiyyətlərin aradan qaldırılması tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə maneçiliyin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(103)-1008/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəb ul etdi. İşin Halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 mülkiyyətindədir. Sonuncunun həmin ünvanda “A” tikilisinə ½ hissədə payı mövcuddur.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı 23 iyun 2022-ci il tarixli, 018-12571K-3222 nömrəli məktubuna əsasən, xx.xx.1973-cü il təvəllüdlü X7 və xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(001)465/2016 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bakı şəhəri 27 saylı Notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydiyyat yazısının ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri 27 saylı Notariat kontoru tərəfindən 2 1 fevral 2013-cü il tarixdə verilmiş, reyestrdə 2V-30 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış Bakı şəhəri Binəqədi rayonu Binəqədi Binəqədi qəsəbəsi İ Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V”, “E” tikililərinə, eləcə də X5 və Cavabdeh2 aid hissədə etibarsız sayılmaqla Bakı şəhəri Binəqədi rayonu Binəqədi Binəqədi qəsəbəsi İ Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V”, “E” tikililərinə dair X3 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 ma y 2016-cı il tarixli, 2(103)4238/2016 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli, 2(001)-465/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2017-ci il tarixli, 2(102)-501/2017 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2016-cı il tarixli, 2(103)-4238/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və Cavabdeh2 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakdan istifadə və sahiblik hüququna yaratdıqları məhdudiyyətlərin aradan qaldırılması, digər qanunsuz h ərəkətlərə son qoyulması və 100 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Uzun müddətdən sonra mülkiyyət hüququnun bərpasına nail olsa da hazırda ora daxil olmaqda, oradan istifadə etməkdə oğlanları tərəfindən yaradılan maneələrlə üzləşir. Belə ki, həmin ünvanda yerləşən qonşu otaqlarda yaşayan oğlanları (cavabdehlər) onu təhdid edərək evə daxil olmağa qoymurlar, onun öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum edirlər. Bu işə iddiaçının qızları Sevinc və Nərgiz də qoşulmuşlar. Cavabdehlər özbaşına zəbt etdikləri otaqlarda yaşayır, bir hissəsini icarəyə verirlər. Məsələ ilə bağlı hüquq mühafi zə orqanlarına müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilib.
9. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Mübahisəli ev mərhum analarından qalıb. Onlar anadan olandan həmin evdə yaşayıb, hal-hazırdada ailəsi ilə birlikdə ona ayırılmış bir otaqda yaşayır və bütün kommunal xərcləri o ödəyir. Ataları onlarımütamadi olaraq evdən çıxmağı tələb edir, dəfələrlə polis orqanlarına əsassız ərizələr verir. Atalarını qeyri rəsmi yaşadığı bir qadın öyrədir ki evi ələ keçirsin. Onların başqa yaşamağa yerləri yoxdur. Sonda Cavabdeh1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmənin 24 avqust 2022-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 iddianı qəbu l etmədiyini bildirərək, anadan olandan mübahisəli evdə yaşadıqlarını, hazırda da orada qeydiyyatda olduqlarını, başqa yaşayış yerlərinin olmadıqlarını qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(001)4984/2022 nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia rədd edilmişdir.
12. Məhkəmə bildirmişdir ki, iş üzrə tərəflərdən iddiaçı ata, cavabdehlər isə onun oğullarıdır. Mübahisəli evin mülkiyyətçisi iddiaçı olsa da, cavabdehlərin həmin evə istifadə hüquqları mövcud olduğundan bu hüquqlara xitam verilmədən onların həmin evdən çıxarılması barədə iddia əsassızdır. Məhkəmə iddia tələbində iddiaçı tərəfindən həmin əmlakdan istifadə və sahiblik hüququna cavabdehlərin yaratdıqları məhdudiyyətlərin və digər qanunsu z hərəkətlərin edilməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən həmin tələbi əsassız saymışdır.
13. Məhkəmə öz mövqeyini 30 iyun 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə dair oğulları Cavabdeh2 və Kazımov Maisin adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv olunmuşdur. Həmin qətnamədən oğlu Kazımov Mais tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 20 may 2016- cı il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti də təmin edilməmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı əsasında yenidən vərəsəliyin qəbulu baş vermiş və onun Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə 4/6 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan hüquqları Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən dövlət qeydiyyat ına alınmışdır. Lakin əmlakın naturada bölünməməsi onun həmin evdə yaşamağını cavabdehlər tərəfindən əngəlləmişdir. Bu isə mövcud evin naturada bölünməsini gündəmə gətirmişdir. Qeyd olunan ev naturada bölünmüş və onun payı daşınmaz əmlakın dövlət reyestrində ünvan 5 kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, əvvəl mübahisəli olan miras hazırda vərəsələr arasında tam bölünmüş və hər bir vərəsə o cümlədən hazırki cavabdehlər öz paylarına sahib olmuşlar. Cavabdehlərin payına düşən hissə daşınmaz əmlakın dövlət reyestrində fərqli ünvan olaraq (Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 25, ev 176B) qeydiyyata alınmışdır. Belə olan halda miras iştirakçısının digər vərəsənin payına hüquqlarının qalmasını istisna edir. Mənzildən və digər yaşayış sahəsindən məhru metmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırkı iş üzrə də cavabdehlərin onun yaşayış sahəsinə dair hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir.
16. Məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən tikililərdən iddiaçının istifadə etməsini, giriş - çıxışını məhdudlaşdıran hər hansı bir maneə, tikililərdə cavabdehlərə məxsus hər hansı bir əşya mövcud deyildir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(103)-1008/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev, X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə dair oğulları Cavabdeh2 və Kazımov Maisin adına dövlət reyestrində aparılmış qeydiyyat yazısı məhkəmə qərarı ilə ləğv olunmuşdur. Qüvvəyə minmiş məhkəmə qərarı əsasında yenidən vərəsəliyin qəbulu baş vermiş və onun Bakı şəhəri, Binəqədi qəsəbəsi 1-ci Mədən küçəsi, korpus 25, 176v nömrəli evin “A”, “B”, “C”, “V” və “E” tikililərinə 4/6 hissəsinə mülkiyyət hüququ tanınmış, bu barədə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan ev naturada bölünmüş və onun payı daşınmaz əmlakın dövlət reyestrində ünvan 5 kimi qeydiyyata alınmışdır. Cavabdehlərin payına düşən hissə daşınmaz əmlakın dövlət reyestrində fərqli ünvan olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 25, ev 176B qeydiyyata alınmışdır.
24. Şikayətin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, məhz hazırkı mübahisənin predmeti ünvan 5 nömrəli evdir.
19. Məhkəmə tərəfindən də məhz bu evin yerində müayinə keçirilmiş, evdən istifadəyə cavabdehlər tərəfindən hər hansı maneənin törədilmədiyi, cavabdehlərin istifadə hüquqlarının mövcud olduğu evlərdə yaşadığı məyyən olunmuşdur. Belə olan halda şikayətin dəlilləri əsaslı hesab edilə bilməz.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyətdən məhrum etmə növündə iddiaların əsaslılığını yoxalamaq üçün ilk növbədə, mülkiyyətə qəsd, yaxud hər hansı formada mülkiyyətdən istifadəyə maneə törədən digər hərəkətlərin mövcudluğunun qanuniliyini yoxlanılmalıdır. Belə bir hərəkətlərin mövcud olmadığı halda isə, mülkiyyətdən məhrum etmədən söhbət gedə bilməz.
21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 4.1,5.1, 14.2,77.1,81,217.1,217.3 və 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, q eyd olunan ev naturada bölünmüş və İddiaçı payı daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, korpus 25, ev 176 M kimi qeydiyyata alınmışdır. Göründüyü kimi əvvəl mübahisəli olan miras hazırda vərəsələr arasında tam bölünmüş və hər bir vərəsə o cümlədən hazırki cavabdehlər öz paylarına sahib olmuşlar. Cavabdehlərin payına düşən hissə daşınmaz əmlakın dövlət reyestrində fərqli ünvan olaraq, ünvan 6 ünvanı olaraq qeydiyyata alınmışdır. İddiaçı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Uzun müddətdən sonra mülkiyyət hüququnun bərpasına nail olsada hazırda ora daxil olmaqda, oradan istifadə etmək istəkdə oğlanları tərəfindən yaradılan maneələrlə üzləşir. Belə ki, həmin ünvanda yerləşən qonşu otaqlarda yaşayan oğl anları (cavabdehlər) onu təhdid edərək evə daxil olmağa qoymurlar, onun mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum edirlər. Bu işə iddiaçının qızları Sevinc və Nərgiz də qoşulmuşlar. Cavabdehlər özbaşına zəbt etdikləri otaqlarda yaşayır, bir hissəsini icarəyə verirlər. İddiaçı övladları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atalarını mənzilə daxil olduğu zaman bunun qarşısını alaraq atalarının öz mülkiyyətindən istifadə etmək imkanından məhrum etmişdirlər. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və sə) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər əmlak hüququ olsun, əks halda məhrumetmə qanunsuz hesab olunmalıdır. Hazırki iş üzrə də cavabdehlər iddiaçının yaşayış sahəsinə dair hər hansı br hüququnun olduğunu təsdiq edən sübutlar mövcud deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassa siya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Mübahisəyə mahiyyəti üzrə b axan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehlər istifadə hüquqlarının mövcud olduğu evlərdə yaşayırlar, iddiaçının evdən istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneənin törədildiyi sübuta yetirilməmişdir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmet ini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(103)-1008/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.