Məhkəmə qərarları › İş №2(102)-3923/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3923/2019

10.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3923/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh oğlunun və onun vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli, 2(103)737/2019 nömrəli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 13 dekabr 2017ci il tarixli, 2(004)-7921/2017 s aylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh oğlundan 24000 (iyirmi dörd min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 21 (iyirmi bir) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev və E.M.Həsənov) 16 may 2018-ci il tarixli, 2(103)-2954/2018 saylı qətnaməsi ilə Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilmişdir, Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı Cavabdeh oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.A.Quliyev, Ə.A.Mirzəliyev və T.A.Qold man) 25 oktyabr 2018-ci il tarixli, 2(102)6751/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 24.01.2019-cu il tarixli, 2(103)-737/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh oğlu və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə görə ödənilmiş 24000 manatın, mənəvi ziyana görə 10000 manatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin iyul ayında Cavabdeh oğlundan “Audi A6” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında almışdır. Aralarında olan razılaşmaya əsasən avtomaşının dəyəri olaraq 24000 manatı nağd və cavabdehin “xxxx” ASC-yə olan 29500 manat borcunu ödəməyi öhdəsinə götürmüşdür. 2015-ci il avqust-sentyabr aylarında İmişli rayon sakini X4 ilə aralarında olan razılaşmaya əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dilgəh yolunda yerləşən, dəyəri 46750 manat, sahəsi 81 kv.m olan 1 ədəd 3 otaqlı təmirsiz mənzili almışdır. Mənzilin dəyərinin əvəzində Elşən Əhmədova atasına məxsus “Ford Transit” markalı, **ME-*** dövlət qeydiyyat nişanlı avtomaşını 13300 manat, “Audi A6” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomaşını 31500 manat qiymətləndirilməklə təhvil vermişdir. Razılaşma əsasında qalıq qalan 1900 manatı daha sonra ödəyəcəyini öhdəsinə götürmüşdür. “Audi A6” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomaşına görə “xxxx" ASC-yə olan 29500 manat krediti Elşən Əhmədov ödəyəcəyini öhdəsinə götürmüş, buna görə sonuncuya avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 2016-cı ilin noyabr ayında X5 rayonu, Mehdiabad qəsəbəsi, Dilgəh yolundayeıiəşən binadan 14 ədəd mənzili kv.m 350 manat olmaqla alınması barədə razılaşmışlar. Elşən Əhmədov “Audi A6” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomaşını geri qaytarmağı, qeyd olunan binanın girişlərindən birini təmir etməyi öhdəsinə götürmüş, qarşılığında o isə həmin binada yerləşən 14 ədəd mənzilin dəyəri olaraq 300000 manat ödəməyi öhdəsinə götürmüşdür. Elşən Əhmədov avtomobili olmadığından “Audi A6” markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomaşının 1 həftə müddətində onda qalmasına razılıq vermişdir. Bir müddət sonra Elşən Əhmədov mənzilləri ucuz satdığını bəhanə edib, avtomaşını qaytarmaqdan imtina edərək, Abşeron RPİ-nin Mehdiabad PB-nə şikayət etmiş və ona mənzillərin alqı-satqısına görə 275000 manat borcu olduğunu iddia etmişdir. Mehdiabad PB-də aparılan araşdırma nəticəsində şikayətin həqiqətə uyğun olmadığı müəyyən olunaraq cinayət işinin başlanmasından imtina olunmuşdur. 2017-ci ilin yanvar və ya fevral ayında “Audi A6" markalı, **-TT-*** dövlə t nömrə nişanlı avtomaşını idarə etmək üçün Elşən Əhmədova verdiyi etibarnaməni ləğv etdirsə də həmin şəxs avtomaşını geri qaytarmaqdan yayınmışdır. 10.04.2017-ci il tarixdə həmin avtomaşın müraciəti əsasında DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulmuşdur. Həmin avtomaşının mülkiyyətçisi olan Cavabdehla birlikdə avtomaşını cərimə meydançasından götürərək, banka olan öhdəlikləri tam ödənilənə qədər avtomaşının yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 23 nömrəli binanın həyətində saxlanılması barədə razılaşdırmışlar. 17.04.2017-ci il tarixində Cavabdeh ona zəng vuraraq avtomaşının Elşən Əhmədov tərəfindən özbaşına olaraq ehtiyat açar vastəsi ilə binanın həyətindən aparıldığını bildirmişdir. Bu məlumatdan sonra Yasamal RPİ-nin 27-ci PB-nə şikayət edərək ‘Audi A6" markalı, **-TT-*** dövlət nömrə nişanlı avtomaşının Elşən Əhmədov tərəfindən qaçırıldığını bildirmişdir. 27-ci PB-də aparılan araşdırma dövründə Cavabdeh tərəfindən həmin avtomaşına görə Elşən Əhmədova müvafiq etibarnamə verildiyi məlum olmuşdur. İstintaq araşdırması zamanı Cavabdeh verdiyi izahatında Elşən Əhmədova banka ödədiyi 4000 manat pul məbləğində kredit borcunun qarşılığında mülki etibarnamə verdiyini etiraf etmişdir. Bundan əlavə avtomaşının üzərində olan **-TT-*** dövlət nömrə nişanını da 3000 manat qarşılığında Elşən Əhmədova satmışdır. Bir müddət sonra Elşən Əhmədovun banka olan kredit borcunu tam ödəmədiyini öyrəndikdən sonra verdiyi mülki etibarnaməni notarial qaydada ləğv etdirdiyini qeyd etmişdir. 2017-ci ilin may ayında özünü Elşən Əhmədovun vəkili kimi təqdim etmiş şəxs cavabdehə zəng edərək bankda olduğunu, avtomobilin kredit borcunu tam şəkildə ödəmək istədiyini və onu bankda gözlədiyini bildirdikdən sonra banka gedərək kredit borcu tam ödənildikdən sonra həmin şəxsin adına DYP-də müvafiq sənədləşdirmə aparması üçün etibarnamə vermişdir. Həmin etibarnamə əsasında da “Audi A6” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomaşın Elşən Əhmədovun tanışı olan Rəsul Rəsulovun qardaşı Müşfiq Rəsulovun adına alqı-satqı olunaraq qeydiyyat şəhadətnaməsi alınmışdır. Avtomaşına görə ödədiyi 24000 manatı qaytarmadığı üçün, həmçinin, Cavabdeh qanunazidd hərəkətləri nəticəsində dəymiş 10000 manat mənəvi ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırmağa qərar vermişdir. Qeyd oluanları nəzərə alıb, idanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh oğlu və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh kassasiya şikayətində konkret dəlil göstərmədən, işin hallarını və qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlunun vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh oğlu vəkilinin dediklərinə uyğun izahat verd i. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.01.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Yasamal RPİ İŞ-nin 25.07.2017-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarının surətinə əsasən, Cavabdeh oğlunun yaşadığı Yasamal rayonu Haqverdiyev küçəsi 23 saylı binanın həyətində İddiaçı saxladığı “Audi A6” minik markalı, **-TT-*** qeydiyyat nişanlı avtomobilin 16.04.2017-ci il tarixdə X4 tərəfindən avtomobilin mülkiyyətçisi Cavabdeh, nə də etibarnamə əsasında avtomobili idarə edən İddiaçı icazə almadan avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırması faktı üzrə başlanmış cinayət işi əsasında aparılmış istintaqın nəticəsində X2 əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işi üzrə icraata xitam verilmiş, İddiaçı “Audi A6” markalı, **-TT-*** qeydiyyat ni şanlı avtomobilə görə Cavabdeh oğluna 24.000 manat nağd pul ödəməsi, həmçinin İddiaçıla aralarında olan razılığa əsasən X1 avtomobilə görə 31500 manat pulu geri almaq hüququnun mövcud olması faktı cinayət işinin ibtidai istintaqı ilə təsdiqini tapdığından İddiaçı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Mübahisəli avtomobil cavabdehin mülkiyyətində olmuş,cavabdehin bank qarşısında öhdəliklərinin təminatı kimi banka girov qoyulmuş, cavabdeh tərəfindən iddiaçıya satılması barədə razılığa gəlinmiş, iddiaçı cavabdehə 24.000 manat ödəmiş, eyni zamanda banka qalan 29.500 manat borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya cavabdeh tərəfindən avtomobilə dair etibarnamə verilmişdir. Sonradan iddiaçı Elşən Əhmədov adlı şəxslə sonuncuya məxsus mənzillə həmin avt omobilin dəyişdirilməsi barədə şifahi əqd bağlanılmışdır. İddiaçı avtomobili 31.500 manat əvəzində etibarnamə ilə Elşən Əhmədova vermişdir. Lakin iddiaçı ilə Elşən Əhmədov arasındakı razılaşma baş tutmamış, iddiaçı Elşən Əhmədova verdiyi etibarnaməni ləğv edilməsi barədə müvafiq orqana müraciət etmişdir. Elşən Əhmədova verdiyi etibarnamə ləğv edildikdən sonra mübahisəli avtomobil mülkiyyətçisi olan cavabdehə qaytarılmışdır. Bununla bərabər Yasamal Rayon Məhkəməsinin 03 aprel 2017-ci il tarixli qətnaməsi əsasında həmin avtomobilin ilkin satış qiyməti 61.000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq Cavabdeh oğlunun “xxxx” ASC-yə olan 29.750 manat borcunun ödənilməsinə yönəldilmişdir. İddiaçı cavabdehə məxsus avtomobilə görə ona verdiyi və verilməsi cavabdeh tərəfindən mübahisələndi rilməyən 24.000 manat məbləğində pulun geri qaytarılmasını tələb etmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181-ci maddəsinin tələblərinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfındən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notaria t qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləni n 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Kollegiya hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu M əcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət da şıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, məhkəmədə araşdırılmış sübutlarla Cavabdeh oğlunun “xxxx” ASCdən götürdüyü kredit hesabına “Audi A6” markalı, **-TT-*** qeydiyyat nişanlı avtomobili əldə etməsi, kreditin təminatı olaraq avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etməsi, kredit borcunu qaytarılması üçün cavabdehin “Audi A6” markalı, **-TT-*** qeydiyyat nişanlı avtomo bili 24000 manat ilkin ödəniş və qalıq 29500 manat kredit borcunun ödənilməsi şərti ilə İddiaçı etibarnamə əsasında satması, həmçinin, eyni məqsədlə göstərilən avtomobili X3 etibarnamə əsasında satması, hazırda cavabdehin iddiaçının ödədiyi vəsait hesabına əsassız varlanmış şəxs olması qənaətinə gəlməyə əsas verir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, c avabdehin X3 avtomobili satmasını sonuncu ilə iddiaçı arasında mövcud olmuş borc münasibətlərinə dair isə kassasiya kollegiyası hesab edir ki, onlar arasında mübahisəli münasibətlərin olması iddiaçının cavabdehə avtomobilə görə ödədiyi vəsaiti qaytarmadan digər şəxsə satılmasına əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli, 2(103)-737/201 9 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar