Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə, Gəncə Asan Xidmət Mərkəzində Notariat Kontoruna, Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3933/2022 Açar sözlər: icra qeydinin ləğvi, hərracın yekun protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğvi Bakı şəhəri, 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərki bdə, İddiaçı cavabdehlər "xxxx" QSC-yə, "xxxx" MMC-yə, Gəncə Asan Xidmət Mərkəzində Notariat Kontoruna, Daşınmaz Əmlakın dövlət kadastrı və reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “icra qeydinin ləğvi, hərracın yekun protokolunun etibarsız hesab ediməsi və çıxarışın ləğvi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1819/2022 nömrəli mülki iş üzrə 09 mart 2022-ci i tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X7 AccessBank QSC tərəfindən xx.xx.2012-tarixli kredit razılaşması və tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli Saziş əsasında aylıq faiz dərəcəsi 1,6667 olmaql a 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 105000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa, X7 X21 Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2012-ci il tarixli kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2013-cü il tarixli kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. X14 ilə "xxxx" QSC arasında xx.xx.2012-cı il tarixdə bağlanmış 06M000000780 saylı ipoteka müqaviləsinə əsasən Bank ilə X15 arasında bağlanmış xx.xx.2012-ci il tarixli Kredit xətti müqaviləsi, bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir şəhəri, Şəmkir küçəsində mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində Liter A-da yerləşən 2 mərtəbəli, 6 otaqlı, 192,4 kvm. yaşayış, 322,8 kvm. yardımçı, 515,2 kvm. ümumi sahədən ibarət, Litr B-də yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,3 kvm. yaşayış, 17,4 kvm. yardımçı, 74,7 kvm. ümumi sahədən ibarət fərdi yaşayış evi, Liter 1-də yerləşən 13,6 kvm. tikintialtı sahədən ibarət hasarı AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2014-cü il tarixli bildirişlə X8 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq etmişdir. O barədə bildiriş X8 poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2014-cü il tarixdə saat 15:30 radələrində tərəfindən imza olunaraq təhvil alınmışdır.
4. Cavabdeh1 QSC xx.xx.2014-cü il tarixli 4083 saylı Ərizə ilə Şəmkir rayon Notariat Kontorunun Notariusuna müraciət edərək borclu X5 166539,93 (bir yüz altmış altı min beş yüz otuz doqquz tam yüzdə doxsan üç) ABŞ dolları məbləğində borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəriipoteka predmetinə yönəldilməsi barədə icra qeydinin aparılmasını xahiş etmişdir.
5. Gəncə ASAN Xidmət Mərkəzi Notariat Kontoru xx.xx.2015-ci il tarixli, 224 saylı məktuba əsasən X14 qısa zaman ərzində üzərinə düşən öhdəlikləri yerinə etirməzsə, notariusun İpoteka müqaviləsi üzərində icra qeydini apararaq öhdəliyin məcburi icra edilməsi üçün Şəmkir rayon icra qrupuna təqdim edilməsi barədə xəbərdar etmişdir. 6. xx.xx.2015-ci il tarixdə Gəncə ASAN Xidmət Mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən borcun ipoteka predmetinə yönəldilməsi barədə icra qeydi verilmişdir. Həmin icra qeydi 7E-11580 nömrəsi ilə reyestrdə qeydə alınmışdır.
7. Gəncə ASAN Xidməti Mərkəzi Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 840/2015 saylı qərarla 7E-11580 nömrəli xx.xx.2015-ci il tarixli icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üzrə icraata başlamış, borclu X14 tələ bin könüllü icrası barədə məlumatlandırılmış və həmin qərarın surəti tərəflərə məlumat üçün göndərilmişdir. 8. 11.11.2015-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən X8 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində 24 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi A və B evlərinin qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş və Şəmkir şəhəri, Şəmkir küçəsində 24 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi A və B evlərinin dəyəri 200.000 manat qiymətləndirilmişdir. 9. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi (A və B tikilisi) açıq hərraca çıxarılmışdır. İlkin satış qiyməti 200.000 manatdır, hərrac 05 fevral 2016-cı il tar ixdə, saat 11:00-da ünvan 2 ünvanda keçirilcəkdir. Bu barədə bildiriş tərəflərə göndərilmişdir. Bildirişin alınmasına dair qəbzin surətindən görünür ki, bildiriş X14 tərəfindən xx.xx.2016-cı il tarixdə imza olunmaqla alınmışdır. 10.İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi (A və B tikilisi) açıq hərraca çıxarılmışdır. İlkin satış qiyməti 170.000 manatdır, hərrac 16 mart 2016-cı il tarixdə, saat 11:00-da ünvan 2 ünvanda keçirilcəkdir. Bu barədə bildiriş tərəflərə göndərilmişdir.
11. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında yekun Y188 saylı protokoluna əsasən X8 məxsus Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi i lkin satış qiyməti 200.000 manat, son satış qiyməti 127.500 manat olmaqla Cavabdeh1 QSC-ə satılmışdır.X15 xx.xx.2014-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 219 nömrə ilə qeyd edilmişdir.
12. X14 icra qeydinin verildiyi tarixdən təxminən 11 ay sonra, yəni, xx.xx.2016-cı il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-ci il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İddiaçı X6 oğlu olmaqla, onun qanun üzrə vərəsəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər X13 Cəmiyyəti və Əmlak X1rşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə müraciət edərək Gəncə Asan Xidmət Mərkəzinin Notariat kontorunun xüsusi notarisu X 2 10 mart 2015-ci il tarixdə 7E-11580 reyestr qeydi əsasında verilmiş icra qeydi ləğv edilməsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin 29 aprel 2016-cı il tarixli Y-188 nömrəli Hərracın nəticələri haqqında Yekun Protokolu etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, icra qeydi verilən zaman tərəflər arasında borca dair mübahisə yaranmış və icra qeydi də ölmüş şəxsə (1 il 4 aydan s onra) münasibətdə verilmişdir. Qanunsuz verilmiş icra qeydi əsasında da 29 aprel 2016-cı il tarixdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən hərrac keçirilmiş və həmin əmlak 127500 manata Accesbank Səhmdar Cəmiyyətinə satılmışdır. Əmlakın mülkiyyətçisi X14 isə 23 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Yəni artıq hərrac keçirilən zaman qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq şəxsin ölməsindən sui-istifadə edən “Hərrac Mərkəzi” və "xxxx" QSC əmlakı öz mülkiyyətlərinə keçirmişlər. Hesab edir ki, həm icra qeydi hərrac keçirilərkən Azərbayan Respublikası Mülki Məcəlləsinin, Notariat Haqqında Azərbaycan Respublikasının Qanunun, Notariat Hərəkətlərinin aparılması haqqında təlimatın tələbləri pozulduğuna görə Gəncə Asan Xidmət Mərkəzinin Notariat Kontorunun xüsusi notarisu X3 tərəfindən 10 mart 2015-ci il tarixdə verilmiş 7E-11580 reyestr qeydli icra qeydi və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin 29 aprel 2016-cı il tarixli Y-188 nömrəli hərracın nəticələri haqqında yekun protokol etibarsız hesab olunmalıdır. 15.Məhkəmə iclasında Cavabdeh1 QSC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə aparılmış icra qeydi üzrə məhkəməyə təqdim edilmiş notariat işindən də göründüyü kimi, qanunvericiliyin tələbinə tam riayət edilməklə aparılmış, ipotekaqoyana bildiriş göndərilmiş, ipoteka qoyanın ünvanından qəbul edilmişdir. Eləcə də, ipoteka predmetinin satışı ilə bağlı təyin edilmiş hər iki hərracın vaxtı barədə ipoteka qoyanın ünvanına bildiriş göndərilmiş, həmin ünvandan bildiriş qəbul edilmişdir. Göründüyü kimi, icra qeydi və hərrac möv cud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. 1-ci hərrac keçirilməsi barədə bildiriş alan zaman ipoteka qoyan sağ idi, bildiriş həmin ünvandan alınmışdır. İkinci hərrac keçirilən zaman o, ölmüş olsa belə, bu hərracın qanunsuz keçirilməsi kimi qiymətləndirilə bilməz. Çünki hərrac təşkilatı öz üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. İcra məmuruna və ya hərrac təşkilatına məlumat ipoteka predmetinin mülkiyyətçisinin yaxın qohumları tərəfindən hər hansı məlumat verilməmişdir. Odur ki, icra qeydinin ləğv edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi üçün əsas yoxdur.
16. Cavabdeh1 QSC birinci instansiya məhkəməsinə müddətin tətbiq olunması barədə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Məmməd oğlu məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ö türmüşdür.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 dekabr 2021-ci il tarixli 2(004)-5310/2021 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilməmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclu icra qeydinin verildiyi tarixdən öncə vəfat etsə də, icra qeydinin verildiyi tarixdən sonra ölüm haqqında akt qeydləri kitabında qeyd düşdüyündən borclunun vəfat etməsinin bank və yaxud Notarius tərəfindən bilinməsi qeyri-mümkün olmuşdur. Bu yalnız mərhumun yaxın qohumlarının rəsmi məlumatı və yaxud ölüm barədə rəsmi məlumatın daxil edildiyi elektron sistemə daxil edilməsi vasitəsi ilə mümkün ola bilərdi.
19. Bundan əlavə, X14 xx.xx.2012-ci il tarixli Kredit xətti müqaviləsi, bu Kredit Xətti Müqaviləs inin ayrılmaz hissəsi olan “Kredit razılaşması” və “bank qarantiyası verilməsi haqqında müqavilə” formasında ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən 24 saylı fərdi yaşayış evini AccessBank QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir.
20. Məhkəmə hesab etmişdir ki, icra qeydinin verildiyi tarixədək və icra qeydinin verildiyi tarixdə həyata keçirilən bütün hərəkətlər Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata uyğun həyata keçirildiyindən icra qeydi qanuni və əsaslı şəkildə verilmişdir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərracın keçirilməsi barədə bildiriş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli bildirişi X14 tərəfindən xx.xx.2016-cı il tarixdə imza olunmaqla alınmışdır. Yəni, bor clu X14 hərracın keçirilməsindən xəbərdar olmuşdur. Göründüyü kimi, hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi çıxarışın ləğvi hissəsində də təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi cavabdeh AccessBank QSC-nin müddətin tətbiq olunması barədə ərizəsinə münasibətdə bildirmişdir ki, iş materiallarında olan 2(076)-2221/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə bildirişinin surətindən aydın olur ki, İddiaçı Cavabdeh1 QSCnin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə təyin edilmiş hazırlıq iclası barədə məhkə mə bildirişini aldıqdan sonra keçirilmiş hərrac barədə məlumat əldə etmişdir. Buna görə, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 347.1, 375.1, 375.2, 377.1, 414.2, 414.3, 415.5, 416.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci, İpoteka haqqında” Qanunun 41.2, 42.1, 44-cü və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 161, 162, 165, 169.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
25. İddiaçı apelyasiya şikayətini iddia ərizə si ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. X15 xx.xx.2014-cü il tarixdə ölmüş, icra qeydi isə xx.xx.2015-ci il tarixdə verilmişdir, icra qeydi verilərkən kredit götürən şəxs sağ olmamış, onun vərəsələrinin dairəsi müəyyən edilmədən icra qeydi verilərək, hərrac keçirilməsi sifariş edilmişdir. İpoteka qoyan da xəbərdar edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, sənədlər X11 tərəfindən imzalanmışdır, Əminə Zamanova həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Onun tərəfindən bildirişlərin imzalanması mümkün deyildir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1819/2022 nömrəli mülki iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadı qov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, icra qeydinin verildiyi ərəfədə qüvvədə olmuş “İpoteka haqqında” Qanununun tələbinə görə, icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyana, bildirişin surətinin isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilməsi və bildirişin müvafiq reyestrdə qeydə alınması ilə şərtləndirilmiş, ipoteka qoyan, ipo teka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfə isə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilməsi hüququ verilmişdir (Qanunun 36, 37-ci maddələri).
28. Göründüyü kimi, kredit öhdəliyi pozulduğu təqdirdə, ipoteka saxlayan, müqavilədə nəzərdə tutulduğu halda (hazırki işdə olduğu kimi), ipoteka predmetinə tutmanı məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında yönəldə bilər. Bunun üçün o, müvafiq bildirişi ipoteka saxlayana təqdim etməli və sonuncu bildirişi aldıqdan sonra müvafiq ərizə əsasında 7 gün müddətində bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmalıdır. Bildirişi almış ipoteka qoyan həmin bildir işi aldıqdan sonra 21 gün müddətində məhkəməyə şikayət verə bilər. Hazırki işdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş ipoteka qoyan Məmməd Zamanova xx.xx.2014-cü il tarixdə təqdim olunmuş və həmin bildiriş qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim olunaraq, 7 gün müddətində, yəni xx.xx.2014-cü il tarixdə qeydə alnmışdır. Lakin, Məmməd Zamanov 21 gün müddətində məhkəməyə şikayət etmədiyindən, irəli sürülmüş tələbə qarşı etiraz hüququnu itirmişdir.
29. Məhz buna görədir ki, göstərilən prosedura əməl etmiş ipoteka saxlayan icra qeydinin verilməsi üçün notariusa müraciət etdikdə, sonuncu, təminatsız borc üzrə tələb olunan qaydadan fərqli olaraq, ipoteka qoyana hər hansı xəbərdarlıq (bildiriş) gördərmək vəzifəsini daşımır (baxmayaraq ki, hazırki işdə notar ius iki dəfə borcun ödənilməsi, əks təqdirdə icra qeydi verləcəyi barədə Məmməd Zamanova xəbərdarlıq məktubları göndərmişdir). İpoteka qoyan Məmməd Zamanovla borclu Firuz Zamanov qohum olmaqla, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş təqdim olunduğu vaxt hər ikisi də sağ olmuşlar.
30. Hərracın keçirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli bildirişi X14 tərəfindən xx.xx.2016-cı il tarixdə imza olunmaqla alınmışdır. Yəni, borclu X14 hərracın keçirilməsindən xəbərdar olmuşdur. Hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.
31. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdi r ki, kollegiya apellyasiya şikayətinin dəlillərinə, o cümlədən bildirişlərin X11 tərəfindən imzalanmasının mümkün olmaması barədə iddiçının bildirdiklərinə tənqidi yanaşır. Kollegiya iddiaçının yaxud da digər maraqlı şəxslərin (mərhum Məmməd Zamanovun vərəsələrinin) bu müddət ərzində baş verənlərdən, o cümlədən mübahisəli yaşayış evinin xx.xx.2016-cı il tarixdən bankın mülkiyyətində olmasından məlumatsız olmalarını inandırıcı hesab etmir.
32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti və əsaslandırması ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, hərracın keçirilməsi və onun nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bankın adına çıxarışın alınmasından onun və ailə üzvlərinin ümumiyyətlə xəbəri olmamışdır. Hərrac ondan gizli və qanuna zidd keçirilmişdir. Hərracın yekun protokolu və çıxarışın surətini Şəmkir Rayon Məhkəməsində Bankın ona qarşı hazırkı iddiası üzrə xx.xx.2021-ci il tarixdə keçirilən hazırlıq iclasında almışdır.
35. X15 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İcra qeydi xx.xx.2015-ci il tarixdə verilmişdir. Yəni, icra qeydi verilərkən kredit götürən şəxs sağ olmamışdır. Onun vərəsələrinin dairəsi müəyyən edilmədən icra qeydi verilərək, hərrac keçirilməsi sifariş edilmişdir.
36. Bununla yanaşı ipoteka qoyan X9 da icra qeydi və hərracın keçirilməsi barədə xəbərdar edilməmi şdir. İş materiallarında icra qeydi və hərrac barədə ipoteka qoyan X4 xəbərdar edilməsi barədə heç bir məlumat yoxdur.
37. İşdə olan sənədlərdən görünür ki, sənədlər X11 tərəfindən imzalanmışdır. X10 həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Onun tərəfindən bildirişlərin imzalanması mümkün deyildir. Belə ki, Zamanova Əminə, X4 gəlinidir. Onların münasibətləri çoxdan pozulmuşdur. Həmçinin, hərracın keçirilməsi barədə borclu və ipoteka qoyanın məlumatlandırılması barədə heç bir məlumat yoxdur.
38. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımın ca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
40. Maddə 317.2 Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər
41. Maddə 414.2 Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
42. Maddə 414.3 Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
43. Ma ddə 415.5 Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir
44. Maddə 416.1 Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər “İpoteka haqqında” Qanun (hərrac keçirilərkən qüvədə olan redaksiyada)
45. Maddə 36.1 İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, 0 cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
46. Maddə 37.1.İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
47. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir.
48. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci e lan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
49. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
50. Maddə
161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bunu nla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edə n sənəddə qeyd olunmalıdır.
51. Maddə
162. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
52. Maddə
165. Öhdəliyin icrasının təmin edilməsi üsulu kimi ipoteka (girov) seçildikdə, icra qeydi ipoteka (girov) müqaviləsində aparılır.
53. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahibləri nə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 62. yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam Kasasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassasiya şikayə tinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, apelyasiya məhkəməsi qətnaməsində həmin dəlillərə ətraflı qiymət vermişdir.Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin dəlillərə verdiyi qiymətlə razılaşaraq qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin mad di-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1819/2022 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiy asının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı keçirilmiş hərracı, hərrac barədə məlumatının olmaması əsası ilə mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu ünvana hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı ilə bağlı müvafiq bildiriş göndərilmişdir, iddiaçı həmin ünvanda yaşamaması, ünvanını dəyişməsi barədə məhkəməyə heç bir sübut verməmişdir. Hazırki iş üzrə də iddia ərizəsində həmin ünvanı göstərmişdir. Bu isə onu deməyə əsas verir ki, hərrac təşkilatı öz vəzifəsini icra edərək, bildiriş göndərmişdir, həmin ünvanda iddiaçının bildirişi hər hansı səbəbdən qəbul etməməsi isə hərrac təşkilatının məsuliyyətini yarada bilməz. Həmçinin bu məsələ ilə bağlı “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında müəyyən edilən hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərd ə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən sax lanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2892/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.