Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3933/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı hüquqi pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1645/2023 nömrəli, 1 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan iddia həcminin artırılmasına dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 22876,36 manat pulun, 158,63 manat dövlət rüsumu olmaqla 23034,99 manat pulun və hüquqlarını vəkil müdafiə etdiyi üçün vəkilin Bakı-Gəncə-Bakı istiqamətlərində məhkəməyə gəlib getmək üçün yol xərci olaraq 542,4 manat çəkilmiş xərcin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 aprel 2023-cü il tarixli, e-2(125)-789/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 4978,5 (dörd min doqquz yüz yetmiş səkkiz manat 50 qəpik) manat pul və dövlət rüs umunun əvəzi olaraq 69,7 manat alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı apellyasiya şikayət verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh də həmçinin apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1645/2022 nömrəli, 1 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər – F.Mehtiyev (səd rlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiya məhkəməsi MPM-in 10-1.1, 10-1.2, 10-1.3, 10-1.3 və 363.1.5-ci maddələrinə istinad etməklə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, hər iki apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də apellyasiya şikayətləri geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (v əkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməsini, iddiaçının apellyasiya şikayətinin mümkün hesab olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin mümkünlüyünü araşdırarkən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayətinin hansı formada verdiyini araşdırmamışdır. Belə ki, işin hallarından və məhkəmə elektron kabinetindən müəyyən edilir ki, apellyasiya şikayəti vəkil tərəfindən Gəncə Şəhər Məhkəməsinin elektron kabinetə xx.xx.2023-cü il tarixində e-2(125)789/2023 işə əlavə edilmiş və həmin işin sənədlərinin 37-ci sırasında öz yerini tapmışdır. Bunda n başqa, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir, belə ki, qətnamə elektron kabinetə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir, lakin qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində verilmişdir. Belə olan halda qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Lakin bizə məlum olmayan səbəblərə görə bu hallar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
11. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və p roses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
14. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
16. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
18. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya şikayətinin qeyri mümkünlüyündən cavabbeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti verilməmiş, yalnız iddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında qismən, iddiaçının apellyasiya şikayətinin qeyri mümkün hesab olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına da ir qərardad qəbul edərkən prosessual hüquq normalarının pozuntusuna yol vermişdir, ona görə də qərardad həmin hissədə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini qeyri mümkün hesab edərkən şikayətin qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi qənaətinə gəlmişdir.
25. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayəti vəkil tərəfindən Gəncə Şəhər Məhkəməsinin elektron kabinetinə 24 may 2023-cü il tarixdə yerləşdirilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasi ya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuş və məhkəmə baxışı 05 iyul 2023-cü il tarixə təyin edilmişdir.
26. Lakin Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusu nəzərə alınmaqla apellyasiya məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayətinin mümkünlüyü barədə 05 iyun 2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsi qaytarılmışdır.
27. İddiaçının və cavabdehin ayrı-ayrılıqda vermiş olduqları apellyasiya şikayətlərinə baxılması üçün iş təkrar apellyasiya məhkəməsinə qaytarılandan sonra məhkəmə yuxarıda göstərilən halları, yəni iddiaçının apellyasiya şikayətinin Gəncə Şəhər Məhkəməsinin elekt ron kabinetinə 24 may 2023-cü il tarixdə yerləşdirilməsini, hətta bir dəfə apellyasiyanın mümkün sayılmasını diqqətdən qaçırmışdır.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının apellyasiya şikayətinin qeyri mümkün hesab olunması barədə qənaəti düzgün olmamiış, məhkəmə yuxarıda göstərilən prosessual pozuntulara yol vermişdir. Ona görə də qərardad iddiaçının apellyasiya şikayətinin qeyri mümkün hesab olunması hissədə ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1645/2023 nömrəli iş üzrə 01 avqust 2023-cü il tarixli qərardadı İddiaçı apellyasiya şikayətinə əsasən apellyasiyanın qeyri mümkün hesab olunması hissədə ləğv edilsin və mülki iş iddiaçının apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin icra edilməsindən ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.