Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3934/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3934/2023 (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, həbs, ev dustaqlığı, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X15 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə da ir iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4442/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycana Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində təyin edilmiş 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 il 3 ay sınaq müddəti müəy yən edilməklə şərti olaraq tədbiq edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)556/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarına əsasən, məhkumlar X12, X9 və X3 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Məhkum İddiaçı və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı məhkum İddiaçı aid hissədə ləğv edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 1(103)-1618/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli hökmünə əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 34.2, 186.2.1, 34.2, 186.2.2, 34.2, 233, 34.2, 315-ci maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, məhkəmə ekspertizası tədqiqatı xərcinin müştərək qaydada tutulmasına dair müddəa İddiaçı aid hissədə hökmdən xaric edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir.
5. İddiaçının barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək həbs (4 ay) və ev dustaqlığı qətimkan tədbiri (7 ay), xx.xx.2021-ci il tarixindən sonra barəsində bəraət hökmü çıxarılanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olar aq cinayət təqibinə məruz qalması nəticəsində həmin dövr ərzində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 67.120 manat, maddi zərər - 100.000 manat, mənəvi zərər - 134.720 manat məbləğində vəsaitin kompensasiya kimi ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, onun barəsində qanunsuz olaraq cinayət işi başlanılması, cinayət təqibinə məruz qalması, qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən cəzaya məhkum edilməsi nəticəsində çox böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Belə ki, onun arvadı X1 1-ci dərəc ə əlildir, xx.xx.2001-ci il tarixində Dəmiryol Xəstəxanasında “sağ süd vəzisinin sectoral rezeksiyası” cərrahi əməliyyatı, 2004-cü il tarixdə isə Şəhərlərarası Onkoloji Dispanserdə “çapığın kəsilib götürülməsi” cərrahi əməliyyatı olunmuşdur. 2014-cü ildə sol bud sümüyünün patoloji sınığına görə “sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” cərrahi əməliyyatı olunmuş, 2 kurs polikimyaterapiya və şüa müalicəsi almışdır. Bundan başqa davamlı olaraq müalicələr almış, müəyinə edilmişdir. O, həbsdə və ev dustaqlığında olduğu dövrdə arvadı Solmaz Seyfullayeva Milli Onkologiya Mərkəzinə kontrol müayinələr üçün mürcaiət etmiş, ərinin köməkliyi olmadan kimyaterapiyalara getmək məcburiyyətində qalmışdır. Hal-hazırda da Solmaz Seyfullayevanın müalicəsi Milli Onkologiya Mərkəzində müalicəsi davam ed ir. Həmçinin, o, birinci dərəcə əlil olan Solmaz Seyfullayevaya qulluğa görə məsuldur, bununla bağlı təqaüd alır. Həm arvadının xəstəlikdən əziyyət çəkdiyi vaxtda ona dəstək ola bilmədiyi üçün, həm də həbsdə olduğu müddətdə atasının vəfat etməsi ilə əlaqədar onun dəfn mərasimində iştirak edə bilmədiyi üçün mənəvi iztirablar çəkmişdir. Avropa Məhkəməsinin “İlqar Məmmədov Azərbaycana qarşı” işinə dair qərarına əsasən, ərizəçi özbaşına və qanunsuz davranışı nəticəsində ciddi mənəvi əzab çəkməsindən və çarəsizlik hissindən doğan qeyri-maliyyə ziyanənın ona geri ödənilməsi üçün ərizəçi 20.000 Avro tələb etmiş, məhkəmə də ərizəçinin bu tələbini təmin etmişdir. Hal-hazırda analoji hal onunla bağlı aparılan cinayət təqibində baş verdiyi üçün onun qanunsuz olaraq həbsdə və ev dustaqlığında saxlanıl dığı müddətdə çəkdiyi mənəvi iztirab və əziyyətlərin kompensasiya edilməsi üçün ona mənəvi zərərin əvəzi kimi 20.000 Avro (35.720 manat) məbləğində vəsait ödənilməlidir. Bundan başqa, onun mülkiyyətində Saatlı rayonu, Soltanabad kəndi ərazisində 3,32 ha torpaq sahəsi vardır ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsə və ev dustaqlığı qətimkan tədbirlərinə məruz qalmamışdan əvvəl bu torpaq sahəsində davamlı olaraq təsərrüfat işləri apararaq maddi tələbatlarının ödəmək üçün gəlir əldə etmişdir. Lakin həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlirdən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də, əldə edilmiş məhsulu istifadə edə, sata bilməmişdir. Həmçinin, təsərrüf at işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. Saatlı rayonu, Soltanabad İnzibati Ərazi Dairəsi üzrə nümayəndə X10, Soltanabad bələdiyyəsinin sədri X2, Aqranom Rzayev Vəkil Həmidağa oğlu, kənd sakini X11 iştirakı ilə tərtib edilmiş akta əsasən, həqiqətən də 3,32 ha torpaq sahəsinin ona məxsus olması təsdiq eilmiş və il ərzində əkilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 15.700 manat məbləğində qiymətləndirilmişdir. O, həbsdə və ev dustaqlığında olduğu müddətdə iki illik kənd təsərrüfatı məhsullarının dəyərini əldə edə bilməmişdir. Beləliklə, ona 31.400 manat maddi ziyan dəymişdir.
8. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindən 67.120 manat məbləğində vəsaitin ona ödənilməsi ilə bağlı hissənin çıxarılmasını, qalan hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh iddiaya məhkəməyə yazılı etiraz təqdim edərək, iddanın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cinayət təqibinə məruz qalmış şəxsin bu təqibin qanunsuz olması sübuta yetirildiyi hallarda dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində hansı hallarda cinayət təqibinə məruz qalmış şəxsə dəyən ziyanın ödənilməsi müəyyən edilmişdir. İndiki halda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilmiş və cinayət işi apellyasiya baxışına təyin edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və ya işin icraatına dair yekun məhkəmə qərarı təqdim edilməmişdir. Bu baxımdan iddiaçının məruz qaldığı cinayət təqibinin qanunsuz olub-olmaması təqdim edilən sübutlardan aydın olmur. İlk növbədə iddiaçının cinayət təqibinin qanunsuz olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçı onun barəsində istintaq hərəkətlərinin aparılması və cinayət cəzasının tətbiqi ilə əlaqədar ziyanın ödənilməsi tələbi ilə çıxış edərkən Azərb aycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 8 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Maliyyə Na zirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kred it sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2- ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda burada onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyy ət daşıması kimi qəbul edilməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıdan qeyd olunan Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab v ə sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İndiki halda isə iddiaçı tələb etdiyi mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmişdir və ağlabatan deyildir. Bu baxımdan onun şəxsi mülahizələrinə söykənən kompensasiya iddiası təmin edilməməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, iddiaçının maddi ziyanla əlaqəli tələbi təmin edilə bilməz. Belə ki, o müvafiq aktı təqdim etməklə orda müəyyən edilən məbləğin həbsdə olduğu iki il üçün ona ödənilməsini tələb edir. Bunun üçün ilk növbədə onun həbsə alınmadan öncə bu fəaliyyətlə məşğul olub-olmaması və onun nəticəsində hansı gəlirlərinin olması mümk ün sübutlar əsasında müəyyən edilməlidir. İddiaçı tərəfindən indi məşğul olduğu təsərrüfat fəaliyyəti ilə əlaqələndirərək əvvəlki illərə görə kompensasiya tələb etməsi Mülki Məcəllədə qeyd olunan əldən çıxmış fayda anlayışı ilə uyğunsuzluq təşkil edir. Bu baxımdan iddiaçının tələbi təmin edilməməlidir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1042/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində pulun və 15.700 manat maddi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərə k hesab etmişdir ki, iddia ərizəsində İddiaçı qeyd etdikləri xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması ilə bağlı gəlirindən məhrum olması və s.) doğru olduğundan ona yuxarıda qeyd edilən hallarla bağlı həm mənəvi, həmçinin gəlirindən məhrum qaldığı dövr ərzindəki qazancı miqdarında maddi ziyan vurulmuşdur.
12. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 20.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.
13. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etm işdir ki, təqdim edilmiş sənədlərə əsasən Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3,32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində orta məhsuldarlıq, mövsümi orta satış qiymətləri cəmi 15.700 manat təşkil edir. Göründüyü kimi, iddiaçı öz gəlirindən məhrum olmuşdur. İddiaçıya vurulmuş maddi ziyan 15.700 manat təşkil edir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6.1, 7, 12-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Koinq Almaniyaya qarşı” işi üzrə, “Artiko İtaliyaya qarşı” işi üzrə, “Younq, Cames və X4rşı” işi üzrə qərarlarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
16. İddiaçı apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.
17. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində qanunsuz olaraq cinayət işi başlanılması, cinayət təqibinə məruz qalması, qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən cəzaya məhkum edilməsi nəticəsində ona çox böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Göründüyü kimi, şəxsin azadlıq, toxunulmazlıq hüquqları əsassız və qanunsuz olaraq pozulmuş, onun 22 iyul 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. İddia tələbi cavabdeh Maliyyə Nazirliyinə qarşı verilmiş və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində ona hüquqmühafizə orqanları tərəfindən maddi və mənəvi zərərin vurulduğu qəbul edilmiş və iddiaya əlavə olunmuş sən ədlər də bunu təsdiq etmişdir. Lakin məhkəmənin hansı əsasla iddia tələbini tam deyil, qismən təmin etməsi qətnamədə göstərilməmişdir. CPM-in 58-ci maddəsinin mətnindən də görünür ki, maddi ziyana görə kompensasiya tam həcmdə ödənilməlidir və buna görə də iddianın qismən təmin edilməsinin heç bir əsası yoxdur. Maddi zərərlə bağlı qeyd olunmalıdır ki, onun mülkiyyətində Saatlı rayonu, Soltanabad kəndi ərazisində 3,32 ha torpaq sahəsi vardır ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbsə və ev dustaqlığı qətimkan tədbirlərinə məruz qalmamışdan əvvəl bu torpaq sahəsində davamlı olaraq təsərrüfüt işləri apararaq maddi tələbatlarını ödəmək üçün gəlir əldə etmişdir. Lakin həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlir dən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də, əldə edilmiş məhsulu istifadə edə, sata biməmişdir. Həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. O, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmaqla ilk növbədə qanunsuz olaraq cəmiyyətdən təcrid olunmuşdur. Həyat yoldaşının xəstəliyi zamanı ona maddi və mənəvi yardım göstərə bilməmişdir. Atasının vəfatı zamanı ailəsinin yanında ola bilməmiş, dəfn mərasimində iştirak edə bilməmişdir. Bütün bu dövr ərzində mənəvi əzab çəkmiş, baş verənlər onun psixoloji vəziyyətinə pis təsir göstərmişdir, onun haqsız yerə azadlıqdan məhrum edilərək həbsdə saxlanılması, cəmiyyətdən təcrid edilərək ev dustaqlığında saxla nılması və onun haqsız yerə təqsirli bilinməsinin cəmiyyətdə fikir ayrılığına, onun yaxın qohumları, dostları, ətrafındakı insanlarda fərqli fikirlər oyatması, münasibətlərinin dəyişməsi şəxsə vurulmuş ən böyük mənəvi zərərlərdən biridir.
18. Cavabdeh apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq q ərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də, mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Bundan başqa, mənəvi zərərlə bağlı hissədə bildirilir ki, dəymiş mənəvi zərər fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Azərbaycan Respublikası CPM-in 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusi lə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir. Məhkəmə tərəfindən maddi zərərin müəyyənləşdirilməsində də hesab edirlər ki, pozuntulara yol verilmişdir. Belə ki, şəxsin həbsdə və ev dustaqlığında olduğu müddət xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etdiyi halda ona dəymiş maddi zərərin hesablanması 2022-ci ilin təsərrüfat fəaliyyətinin nəticələri ilə əlaqələndirilmişdir. Bununla yanaşı maddi zərərin hesablanmasının hansı müddətləri əhatə etdiyi də aydınlaşdırılmamış, hər hansı əsaslandırılma verilməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4442/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi i lə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Sabit Bəhrəmzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1042/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
21. Apellyasiya instansiya məhkəməsi kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı yalnız 4 ay müddətində həbsdə saxlanılmış, sonradan isə onun barəsində 7 ay ev dustaqlığı və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlar və iddiaçının barəsində məhkəmə proseslərinin bir müddət davam etməsi, həbsdə olduğu müddətdə atasının vəfat etməsi iddiaçıda mənəvi sarsıntı keçirməsi, onun nüfuzuna xələl gəlməsi, barəsində mənfi fikir formalaşmasına səbəb olmuşdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının barəsində qətimkan tədbirlərinin seçildiyi dövrdə də onun həyat yoldaşının müayinə və müalicələri həyata keçirilmiş, iddiaçının həbsdə və ev dustağlığında olması buna maneə yaratmamışdır.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının həbsdə saxlandığı və ev dustaqlığında olduğu 11 ay müddətinə görə hər ay üçün 1.000 manat, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə bir müddət davam edən məhkəmə proseslərində iştirakı ilə bağlı 4.000 manat olmaqla, iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehdən 15.000 manat məbləğində pulun tutulması ağlabatandır.
23. Məhkəmə kollegiyası maddi zərərlə bağlı iddianın təmin olunan hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində ev dustaqlığı dövründə əkin sahəsi becərdiyini, lakin əldə edilmiş məhsulu istifadə edə və sata bimədiyini, həmçinin təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilmədiyini qeyd etmişdir. Halbuki, işdə olan Saatlı rayon İcra Hakimiyyəti başçısının Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 3,32 ha pay torpaq sahəsi iddiaçı ilə yanaşı, ailə üzvlərinə də məxsusdur. Belə olan təqdirdə, iddiaçının özü tərəfindən həyata keçirilmədiyi təsərrüfat işləri onun ailə üzvləri tərəfindən həyata keçirilə və ya başqa şəxslərə tapşırıla bilərdi. Həmçinin, iş materiallarında Saatlı rayonu Soltanabad kəndində İddiaçı məxsus 3,32 hektar torpaq sahəsində 2022-ci il təsərrüfat ilində kənd təsərrüfatı məhsullarının əkildiyini və orta məhsuldarlıq, mövsümi orta satış qiymətlərinin cəmi 15.700 manat təşkil etməsinə dair akt olsa da, iddiaçının əvvəlki illərdə də həmin torpaq sahəsində işləyib-işləməməsi, torpaq sahəsindən götürülən məhsulların satılıb-satılmaması barədə məhkəməyə sübut təqdim olunmamışdır.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq M aliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmşdir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsi, Müli Məcəllənin 21.1, 21.2, 1096, 1101.1-ci, Cinayət-Prosessual Məcəllənin 56, 57.1, 58.1 və 58.2-ci, “Təhq iqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 5.5 və 6.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (Vəkil1) və cavabdeh (vəkil X5) kassasiya şikayətləri vermişlər.
28. İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin tam edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. İddiaçının kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instasiy ası qətnaməni qəbul edərkən bildirmişdir ki, məhkəməyə təqdim edilən arayışda gəlirin əldə edilmədiyi son iki il və həmin illər ərzində əldən çıxmış fayda göstərilmişdir. Lakin ondan əvvəlki illər barədə gəlir haqqında arayış təqdim olunmamışdır. Məhkəmənin mövqeyi əsassızdır, şəxsə ziyan vurulmamışdan əvvəlki illərə dair arayışın təqdim edilməsi zərurəti yoxdur və bunu məhkəmə əsaslandıra bilməmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.
30. İş materiallarından göründüyü kimi, şəxsin azadlıq, toxunulmazlıq hüquqları əsassız və qanunsuz olaraq pozulmuş, İddiaçı 22 iyul 2020-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olması ona maddi və mənəvi zərərin vurulması ilə nəticələnmişdir. Yəni birinci i nstansiya məhkəməsi, həmdə apellyasiya məhkəməsi real zərəri və əldə çıxmış faydaları bərpa etmək əvəzinə, ehtimallara əsaslanaraq, yəni çöldə olduğu dövrə aid iddiaçıdan subutlar tələb edilməsini bəhanə gətirməsini tam əsassızdır.
31. Apellyasiya Məhkəməsi real faktlara deyil, fərziyələr irəli sürərməklə qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiyasına təqdim edilmiş subutlara iş üçün əhəmiyyət kəsb edən hallara deyil, cavabdehin əsassız olaraq verdiyi apellyasiya şikayətinin dəlillərindən kənara çıxaraq qətnamə qət etmişdir. Lakin məhkəmənin hansı əsasla iddia tələbini tam deyil, qismən təmin etməsinin hüquqi əsalar olmadan qətnamədə göstərilməmişdir. İddiaçı həbs və ev dustaqlığı dövründə təsərrüfat işləri ilə məşğul ola bilməmiş, həmin dövrdə əldə edə biləcəyi gəlirdən qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Ev dustaqlığı dövründə əkin sahəsi becərilsə də əldə edilmiş məhsulu istifadə edə, sata biməmişdir. Həmçinin, təsərrüfat işlərinin yerinə yetirilməsinə görə işçilərə əmək haqqı verə bilməmişdir. Həmin şəxslər muzdla işləyən şəxslər olmuş, əvvəlki illərdə məhsuldarlığın həcmini və satışını ümüumiyyətlə nəzərə almamışdırlar.
32. Birinc instansiya və apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını tam şəkildə tətbiq etməmişdir. Belə ki, şəxsə hüquq mühafizə orqanlarının qanunsuz hərəkət və qərarları nəticəsində vurulmuş maddi və mənəzi zərər qanunvericiliyə uyğun olaraq, tam həcmdə ödənilir. Lakin məhkəmə iddianı qismən təmin etmişdir. Həmçinin, apellyasiya instasiya məhkəməsi qətnaməni qəbul edərkən qeyd etmişdir ki, məhkəməyə təqdim edilən arayı şda gəlirin əldə edilmədiyi son iki il və həmin illər ərzində əldən çıxmış fayda göstərilmiş, lakin ondan əvvəlki illər barədə gəlir haqqında arayış təqdim olunmamışdır. O hesab edir ki, məhkəmənin mövqeyi əsassızdır, şəxsə ziyan vurulmamışdan əvvəlki illərə dair arayışın təqdimedilməsi zərurəti yoxdur və bunu məhkəmə əsaslandıra bilməmişdir.
33. Cavabdeh (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasınıi xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzi fəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır.
35. Qeyd olunmalıdır ki, ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
36. Həmçinin qeyd olunmalıdır ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya heç bir zərər vurulmadığı halda məhkəmə qətnaməsi ilə zərərin ödənilməsi öhdəliyi Nazirliyə həvalə edilmişdir. Bu baxımdan qeyd olunan hal apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
37. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vu rulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
39. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
41. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
42. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
43. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
44. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəti cəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
45. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
46. Maddə 1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətlər i nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu.
47. Maddə 4 (1-ci bəndi). Bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.
48. Maddə 5 (1-ci və 5-ci bəndləri). Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
49. Maddə 6 (1-ci bəndi). Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
50. Maddə 7 (1, 2 və 3-cü abzasları). Təhqiqat, ibt idai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
51. Maddə 12 (3 və 4-cü abzasları). Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vur ulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi.
52. Maddə 56.0.1 və 56.0.5. Bəraət almış təqsirləndirilən şəxs, qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs - cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər.
53. Maddə 57.1. cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək v ə mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.
40. Maddə 58.1. cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.
41. Maddə 58.2. fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlid ir.
56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən iddianın təmin olunması hissəsində mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsas etibarı ilə düzgün tətbiq edilsə də, məhkəmə işin faktiki halları ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə yekun nəticəyə gələrkən iddiaçının xeyrinə tutulmalı olan mənəvi zərərin məbləğinin müəyyən edilməsində yanlışlı ğa yol vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.
68. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin maddi ziyan tələbinə dair qismən təmin edilməsi hissəsində ləğv edərək, həmin hissədə iddianı rədd edərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - iddianın təmin olunan hissəsində ləğv edərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edib iddia tələbini qismən təmin etməklə iddiaçıya vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat məbləğində pulun cavabdeh vasitəsi ilə dövlət b üdcəsi vəsaiti hesabına ödənilmasi barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.
69. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, iddianın təmin olunması hissəsində dəyişdirilərək, iddiaçıya vurulmuş mənəvi zərərə görə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğ, məhkəmə təcrübəsinə uyğun olaraq azaldılmalı, cavabdehin kassasiya şikayəti qalan hissədə və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ümumiyyətlə təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Məhkəmə kollegiyası apelly asiya instansiya məhkəməsinin, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin maddi ziyan tələbinə dair qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə bağlı cavabdehin kassasiya şikayətinə və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırkı qərarın 23-25-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilən hissədə cavabdehin kassasiya şikayətinin və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verər ək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin maddi ziyan tələbinə dair qismən təmin edilməsi hissəsində ləğv edib, həmin hissədə iddianın rədd edilməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, yuxarıda göstərilən hissədə cavabdehin kassasiya şikay ətində və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırkı qərarın 23-25-ci paraqraflarında göstərilən hissədə iddianın rədd edilməsi, yaxud iddiaçının kassasiya şikayətində qeyd olunan hissədə iddianın tam təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə cavabdeh və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin sadalanan dəlilləri əsassızdır.
73. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində qanunsuz iddiaçının mənəvi zərərə məruz qalması və həmin zərərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödə nilməli olması hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, həmin hissə ilə bağlı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır.
74. Belə ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi institutu Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsində əksini tapmışdır. Həmin maddəyə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
75. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu h allarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. 76. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: “Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
77. Cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məh kəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəməli olduğu Mülki Məcəllənin 1101.1-ci maddəsində birbaşa nəzərdə tutulmuşdur. 78. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bəraətverici hökm çıxarıldıqda, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır (4cü maddənin 1-ci bəndi). Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxsl ərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir (7-ci maddənin 1, 2 və 3-cü abzasları). Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir (12-ci maddəsinin 3 və 4-cü abzasları).
79. Azərbaycan Respublika sı Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcəl ərin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
80. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.
81. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləğinə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir:
82. Azadlıq hüququ təbii hüquqlardan biri kimi çıxış edir. Azərbaycan qanunlarına əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulan qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan ərazisindən kənara gedə bilər. Azərbaycan vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Göründüyü kimi, azadlıq hüququ insanın sərbəst hərəkətini, heç kimdən icazə almadan müstəqil davranışını ifadə edir. Bu hüquq eyni zamana bir insana münasibətdə dövlətin yanaşma tərzini də ifadə edir. Dövlət əsassız yerə insanların azadlığını məhdudlaşdıra bilməz. Azadlıq hüququ şəxsi hüquqlar qrupuna aid olan hüquqlardan biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsas etibarilə məhrum olur. İnsanın b ir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sos ial və hüquqi aspektlərə malikdir.”
84. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.
85. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
86. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
87. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının 4 ay həbsdə və 7 ay ev dustaqlığında olmasını, sonradan isə barəsində bəraət hökmü çıxarılanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsini nəzərə alaraq, həbsdə saxlandığı və ev dustaqlığında olduğu 11 ay müddətinə görə hər ay üçün 1.000 manat, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə bir müddət davam edən məhkəmə proseslərində iştirakı ilə bağlı 4.000 manat olmaqla ona dəymiş mənəvi zərərin məbləğini 15.000 manat müəyyən etmişdir.
88. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddə t həbsdə saxlama müddətinə daxil edilsə də (CPM 158.2.1) qanunsuz həbsdə saxlanılan şəxslə barəsində qanunsuz ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin məruz qaldığı məhrumiyyət və iztirablar, onlara dəymiş mənəvi ziyanın məbləği eyniləşdirilə bilməz.
89. Çünki azadlıq hüququnun tam məhdudlaşdırıldığı həbsdə saxlamadan fərqli olaraq ev dustaqlığında saxlanılan şəxs cəmiyyətdən tam təcrid olunmur, müəyyən məhdudiyyətlərlə əvvəlki sosial mühitində yaşamaqda davam edir, sosial həyatdan, digər şəxslərlə ünsiyyətdən tam təcrid olunmur.
90. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının 4 ay həbsdə olduğu hər ay üçün 1.000 manat, qalan 7 ay ev dustaqlığında olduğu hər ay üçün 500 manat, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə bir müddət davam edən məhkəmə pros eslərində iştirakı ilə bağlı isə 4.000 manat olmasını nəzərə alaraq ona dəymiş mənəvi zərərin ümumilikdə 11.500 manat qiymətləndirilməsini ağlabatan və ədalətli hesab edir.
91. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, iddiaçıya dəymiş mənəvi zərərin həcmi 11.500 manat müəyyən edilməlidir.
92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4442/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın mənəvi zərərə görə təmin olunmuş hissəsində dəyişdirilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 11.500 (on bir min beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.