Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3941/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əmlakda payların müəyyən edilməsi və mənzilə köçürülmə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XXX X8 Qətnamə ilə maraqlarına toxunan şəxs: Maraqlı şəxs (Açar sözlər: üçüncü şəxsin mülkiyyətində olan əmlakın bölgüsü, qətnamənin ləğvinə əsas olmayan prosessual pozuntu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X3 işti rakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1231/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra –cavabdeh) xx xxxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) Sumqayıt şəhəri, Novxanı bağ massivi 0,08 ha torpaq sahəsində yerləşən 4807/1 nömrəli bağ evini (bundan sonra - mübahisəli ev) cavabdehə satmış və həmin bağ evi xx.xx.2014-cü il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabd ehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2697/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə istinad olunan alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və çıxarış ləğv edilmiş, mübahisəli ev üzərində maraqlı şəxsin mülkiyyət hüquqları bərpa edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş bağ evinin bölünərək, 1/5 hissəsinə cavabdehin, 4/5 hissəsinə isə iddiaçının pay hüququnun müəyyən edilməsi, sözügedən əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq iddiaçının uşaqları ilə birlikdə həmin bağ evinə köçü rülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli bağ evi xx.xx.2014-cü il tarixdə ailənin ümumi vəsaitləri hesabına alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Lakin cavabdehlə aralarında yaranmış münaqişələrə görə övladları ilə birlikdə atasının evində məskunlaşmışdır. Artıq uzun müddətdir ki, cavabdehlə ayrı yaşayır, ailənin bərpası mümkün deyildir. Sözügedən əmlakın bölünməsi və həmin evə iddiaçının köçərək yaşaması ilə bağlı cavabdehlə razılığa gələ bilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5117/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilmiş, mübahisəli b ağ evi üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin paylarının müəyyən edilməsi, iddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları Cəmil və Kənanın mübahisəli bağ evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-1231/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) maraqlı şəxsin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 82. 3-cü maddələrini tətbiq edib, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx xxxx 2008-ci il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(102)-2697/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən çıxarış ləğv edilmiş və həmin ev üzərində maraqlı şəxsin mülkiyyət hüquqları bərpa edilmişdir. Başqa sözlə, mübahisə predmeti olan əmlak maraqlı şəxsin xüsusi mülkiyyətindədir və onun heç bir əsas olmadan mülkiyyətindən məhrum edilməsi isə yoverilməzdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən iş üçün mühüm əhəmiyy əti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarı qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qərarı hazırkı iş üzə preyudisial əhəmiyyət daşıya bilməzdi. Məhkəmə MPM-in 82.3-cü maddəsini səhv təfsir etmişdir. Kassasiya şikayətinə qarşı maraqlı şəxs yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassator hansı hala görə qətnaməni əsassız hesab etməsini qeyd etməmişdir. Həmçinin, mübahisəli ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak deyil, daha doğrusu maraqlı şəxsin mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər, eləcə də üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 225 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsi Maddə 32 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi t əyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. MPM Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müə yyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxıldığı dövrdə mübahisəli evin cavabdehin deyil, maraqlı şəxsin mülkiyyətində olduğunu müəyyən etmiş və belə qənaətə gəlmişdir ki, həmin ev iddiaçı ilə cavabdeh arasında əmlak bölgüsünün predmeti ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 82.3-cü maddəsinin düzgün tətbiq olunmadığı barədə kassasiya şikayətinin dəlili ilə razılaşır. Çünki baxılan iş üzrə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış 2(102)-2697/2019 nömrəli işdə iştirak etməmişdir. Lakin prosessual hüquq normasının həmin pozuntusu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmədiyi üçün MPMi n 418.3-cü maddəsinə əsasən bu hal qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1231/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3941/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3941/2020
23.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver