Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3946/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkilin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov, İş № 2(103)-886/2019) cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4343/2018 saylı iş üzrə 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən “gənc ailə” kateqoriyasına aid edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İ ZAHATLARİ: İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə araşdırması birtərəfli qaydada aparılmış, işin halları tam obyektiv araşdırılmamış, iddiaçının hüquqları pozulmuşdur. Maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətn təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdehin nümay əndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli 2(103)-886/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Şuşa şəhərində anada n olmuşdur. İddiaçı 02.05.2018-ci il tarixdə ona gənc ailə üzvü kimi 30 ilədək müddətə illik 4%-lə güzəştli ipoteka krediti verilməsinə icazə verilməsi barədə müraciət etmiş, həmin müraciətə cavab olaraq cavabdeh 15.05.2018-ci il tarixli məktubla, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən gənc ailənin üzvü kimi güzəştli ipoteka kreditindən istifadə etmək hüququnu itirdiyi izah edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunu cavabdeh göstərməklə, məhkəmədən onun “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən “gənc ailə” kateqoriyasına aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu iddia tələbi m ülki qaydada baxılmalı olan tələb deyil. Belə ki, Mülki Prossesual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddianın mümkünlüyü baxımından iddiaçının hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun ça tmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırki iş üzrə iddiaçının çatmaq istədiyi məqsəd gənc ailənin üzvü kimi ona 30 ilədək müddətə illik 4%-lə güzəştli ipoteka krediti verilməsi olsa da, iş üzrə cavabdeh kimi göstərilən Fond isə birbaşa belə krediti verən şəxs deyil və iddia tələbində cavabehin üzərinə kreditin verilməsi ilə bağlı hər hansı öhdəliyin qoyulması xahiş edilməmişdir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı əsasında yenidən təşkil yolu ilə qeyri-kommersiya hüquqi şəxs olaraq yaradılmışdır. Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi, yaşayış sahələ rini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə vəsaitlərinin cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şasxlr. Müvəkkil banklar tərəfindən verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditlərinin Fond tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən gü zəştli ipoteka kreditinin verilməsi Qaydası”na (bundan sonra- Qayda) əsasən həyata keçirilir. Belə ki, Qaydanın 4-cü hissəsinə əsasən Fondun vəsaiti hesabına ipoteka kreditini, Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. İpoteka kreditinin verilməsi “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir. İpoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Qaydaların 4.6-cı bəndinə əsasən müvəkkil bank elektro n sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na müvafiq olaraq ipoteka krediti almaq istəyən şəxs ipoteka krediti üzrə təminat alınması üçün müraciət etdikdə, kreditin verilməsinə dair qərar təminatla bağlı Fondun qərarının müvəkkil banka bildirilməsindən sonra qəbul edilir. Həmçinin Qaydanın 5-ci hissəsinə müvafiq olaraq ipoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 5.2-ci maddəsinə əsasən müvəkkil bank verilmiş ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Fonda müraciət edir və tələb olunan sənədlərin surətlərini Fonda təqdim edir. Qaydaların 5.4-cü bəndinə əsasən isə Fond ipoteka kreditinin bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil banka ilkin maliyyələşdirmə üzrə qərarını 3 iş günü, yenidən maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir. Göründüyü kimi, Fond m üvəkkil banklarla bağlanılmış xidmət müqaviləsinə və baş sazişə uyğun olaraq müvəkkil banklar tərəfindən Qaydanın tələblərinə uyğun olaraq verilmiş kreditlərin maliyyələşdirilməsini həyata keçirməkdədir. Hazırki iddiada qoyulan iddiaçının gənc ailə kateqoriyasına aid edilməsi barədə tələbi isə düzgün cavabdehə yönəlməyən, iddiaçının çatmaq istədiyi məqsədə nail olmağa imkan verməyən, həmçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi mümkün olmayan tələbdir. Buna görə də, bu tələbə mülki icraat qaydasında məhkəmədə baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 2 61.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə ipoteka kreditinin verilməsinə razılıq və ya imtina müvəkkil bank tərəfindən verildiyindən, həmin ipoteka kreditinin maliyyələşdirilməsi barədə qərar isə Fond tərəfindən qəbul edildiyindən iddiaçı müvafiq olaraq ona güzəştli şərtlərlə ipoteka krediti verilməsindən imtina barədə müvəkkil bankın və ipoteka kreditinin maliyyələşdirilməsindən imtina edən Fondun qərarından inzibati icraat qaydasında məhkəməyə şikayət edə bilər. Fondun inzibati orqan olmaması və onun inzibati akt qəbul etmək səlahiyyətinin olmaması ilə bağlı kassasiya şikayətinə etirazın dəlilləri ilə bağlı məhkəmə kollegiyası q eyd edir ki, “İnzibati icraat haqqında’Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən hər hansı hüquqi və ya şəxsə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edi lir. “Gənclər siyasəti haqqında” Qanununla aztəminatlı gənc ailələrin sosial müdafiəsi məqsədilə yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada güzəştli ipoteka kreditləri və güzəştli mənzil verilməsinə dövlətin yardım etməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən müvafiq qanunvericilik aktlarına əsasən də dövlət tərəfindən bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu yaradılmış və ona ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirmək vəzifəsi, həmin kreditin verilməsi qaydası, bu sahədə qərar qəbul etmək səlahiyyəti Fonda və onunla baş saziş müqaviləsi bağlamış müvəkkil banklara verilmişdir. Yəni Dövlət tərəfindən adı şəkilən Fonda və onunla baş saziş müqaviləsi bağlamış müvəkkil banklara publik xarakterli səlahiyyətlər həvalə edilmişdir, həmin hüquqi şəxslərin publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bir subyektə məhdudlaşdırıcı təsir göstərə bilmək imkanı vardır. Məhz bu səlahiyyətlər qeyd edilən hüquqi şəxsləri güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə məhkəmələr tərəfindən mülki prossesual qanuvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ta mamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prossesual hüquq normalarınnı pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 yanvar 2019-cu il tarixli 2(103)886/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icraata
Məhkəmə qərarları › İş №2(102)-3946/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3946/2019
12.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver