Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3949/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı ilk, Cavabdeh X1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1203/2025 nömrəli, 02 dekabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Qəbələ Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(025)-455/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, cavabdeh X1 İddiaçı qarşı (10.000 manat) təzminat tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim:Ülvi Qənbərov).
2. Həmin qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti verərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(054)-208/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2025-ci il tarixli, 2(107)1203/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti üzrə аpellyasiya qeyri-m ümkün hesab edilmişdir (hakimlər: Elman İsayev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Tural Həsənov).
4. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki iddia üçün ümumilikdə dövlət rüsumu 200 manat təşkil edir. Belə olan təqdirdə də, “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.2 və 8.6-cı maddələrinin tələbi baxımından cavabdeh 100 manat dövlət rüsumu ödəməli idi.
5. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3, 108.1.7, 108.2, 108.3, 357.1, 360, 363.1.1-1, 364, 366.2, “Dövlət rüsumu haqqında” Qanunun 8.2, 8.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2025-ci il tarixli 2(107)-1203/2025 nömrəli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianın qiyməti 10.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi bir tələbi, yəni qarşılıqlı iddia tələbinə münasibətdə mübahisələndirildiyi üçün iddianın qiyməti üzrə hesablama aparılmaqla dövlət rüsumu ödənilmişdir. Çünki qanunvericilikdə birinci instansiyası məhkəmələrinin qətnaməsindən ödənilmiş dövlət rüsumunun yarısı ödənilməklə apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmuşdur. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3, 8. 2 və 8.6-cı maddələrinin tələblərinə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği qarşılıqlı iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla iddia üzrə 60 manat təşkil edir. Lakin məhkəmə qanunsuz olaraq ilkin iddia tələbi üzrə dövlət rüsumunun ödənilməməsi səbəbi ilə apellyasiya şikayətini qeyri-mümkün saymışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən ləğv edilməsi hissəsində qarşılıqlı iddia ərizənin təmin edilmədiyindən ona aid hissədə dövlət rüsumu ödənilərək şikayət verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək (ərizəyə Ali Məhkəmənin Kommersiya kollegiyasının xx.xx.2024-cü il ta rixli 2-2(102)-309/2024 nömrəli qərarı əlavə edilmişdir) qısa zaman ərzində hazırkı kassasiya şikayətinə baxaraq, şikayətin təmin edilməməsini və işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
9. Ərizəyə əlavə edilmiş Ali Məhkəmənin qərarının 9, 10, 11 və 12-ci bəndlərinə istinadən iddiaçının nümayəndəsi qeyd etmişdir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, iş materiallarından görünür ki, ilk iddianın qiyməti əsas borc üz rə 8.000 ABŞ dolları və faiz borcu üzrə 360.08 manat, qarşılıqlı iddianın qiyməti isə əsas borc üzrə 10.200 manat (6.000 ABŞ dolları) və faiz borcu üzrə 377 manat olmaqla ümumilikdə 10.577 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.
11. Maddə 357.1. Azərbaycan Respublikasının b irinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
12. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi. Kassasiya baxışının hədləri:
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Apellyasiya mə hkəməsi apellyasiyanı qeyri-mümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki, qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Nəzərə alınsa ki, hər iki iddia üçün ümumilikdə dövlət rüsumu 200 manat təşkil edir, belə olan təqdirdə, tərəflər “Dövlət rüsumu haqqında” Qanunun yeni redaksiyada 8.2 və 8.6-cı maddələrinin tələbi baxımından cavabdeh 100 manat dövlət rüsumu ödəməli idi.
18. Kassasiya məhkəməsi bu mövqeyi əsaslı hesab etmir. Belə ki, əgər birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddianın rədd olunması haqqında qətnaməsindən hər iki tərəfin apellyasiya şikayəti icraata götürülsəydi, ilkin iddianın rəddini də tələb edən qarşılıqlı iddiaçıdan göstərilən həcmdə rüsumun ödənilməsi istənilə bilərdi.
19. Hazırkı işdə isə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)1110/2025 nömrəli, 20 noyabr 2025-ci il tarixli qərardadı ilə ilkin iddiaçının qətnamənin ilkin iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdı.
20. Qarşılıqlı iddiaçı isə qətnaməni qismən - qarşılıqlı iddia hissəsində mübahisələndirmişdir. 21. 2025-ci ilin dekabr ayının 2-də qərardad çıxaran apellyasiya məhkəməsinə artıq bəlli idi ki, ilkin iddia apellyasiya baxışının predmeti olmayacaq. Belə olan halda, ilkin iddiaya görə rayon məhkəməsində ödənilmiş rüsumunun məbləğinin də hesablan maqla apellyatordan tələb edilməsi qanuni və əsaslı olmamışdır.
22. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1203/2025 nömrəli, 02 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.
23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1203/2025 nömrəli, 02 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.