Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3950/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, borcun etirafı, barışıq sazişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5393/2025 nömrəli 22 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə Al i Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh arasında şifahi qaydada borc münasibətləri yaranmışdır.
2. Cavabdeh xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə əlyazma ilə qəbzlər yazmış, qəbzlərdə Cavabdeh İddiaçı ümumilikdə 450.000 ABŞ dolları məbləğində pul aldığını və həmin məbləği qısa müddətdə qaytaracağını qeyd etmişdir.
3. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Eldar Abdullayevin xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh tərəfindən İddiaçı 450.000 ABŞ dolları pulunu ələ keçirməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 450.000 ABŞ dollarının manata olan məzənnəsi məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, cavabdeh ondan 2016-cı ildə ayrı-ayrı vaxtlarda 450.000 ABŞ dolları borc almışdır. Lakin borc alandan sonra sövdələşdiyi vaxtda pulu qaytarmamış və dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq ona olan borcunu ödəməmiş və qaytarılmasına dair hər hansı təşəbbüs göstərməmişdir. xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasın ın rədd edilməsi haqqında qərarla da cavabdehin ondan borc aldığı təsdiq olunmuşdur. Həmçinin, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərlə də cavabdeh ona olan borcunu etiraf etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həmin qəbzlər cavabdeh tərəfindən yazılmamış və onun tərəfindən imzalanmamışdır. Cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-2118/2019 nömrəli, 4 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia təmin edilərək, cavabdehdən 450.000 ABŞ dolla rı məbləğində pulun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 450.000 ABŞ dolları məbləğində pulu borc verdiyini, lakin həmin borc məbləği tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən qaytarılmadığını bildirmiş və bu məbləğdə borcu cavabdehdən tələb etmişdir. İddiaçı məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-2016-cı il tarixlərdə Cavabdeh adlı tanışının ona məxsus torpaq sahəsini sənədləşdirmək adı ilə aldadıb etibarından sui-istifadə edərək, ondan 450.000 ABŞ dolları pulun alaraq ələ keçirməsini bildirmiş, lakin sonradan yenidən ərizə ilə müraciət edərək, həmin mə bləğdə pulun cavabdehə borc verdiyini bildirmiş və araşdırmanın nəticələri üzrə xx.xx.2018-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən cavabdehin iddiaçının 450.000 ABŞ dolları pulunu ələ keçirməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh tərəfindən imzalanmış və iş materiallarına əlavə edilmiş yazılı qəbzlərdə cavabdeh 450.000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş, həmin pulu ödəyəcəyi barədə vəd vermişdir. Cavabdeh iddianı qəbul etməmiş, qəbzlərin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirmiş və iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını qeyd etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 2015-ci ilin s onunda 2016-cı ilin əvvəllərində ümumilikdə 450.000 ABŞ dolları məbləğində pulu borc verdiyini, bu halı rəsmiləşdirilmədiyini, lakin sonradan cavabdehin bu halı onun tərəfindən imzalanmış qəbzlərlə təsdiq və etiraf etdiyini bildirmişdir. Həmin qəbzləri də məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf ilk öncə borcun qalmadığını söyləmiş, sonra isə borcun olmadığını və qəbzlərin cavabdeh tərəfindən yazılmadığını və imzalanmadığını qeyd etmişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab etməmiş və mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə hər hansı zərurət görməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh iradə ifadələrini bildirərək öz aralarında şifahi borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ümumilikdə 45 0.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Lakin iddiaçı sonradan həmin pulun qaytarılmasını tələb etsə də, cavabdeh bu məbləği ödəməmiş və nəticədə onların arasında borcun etirafı müqaviləsi bağlanmışdır (Belə ki, iddiaçının xx.xx.2018-ci il tarixdə hüquq-mühafizə orqanlarına müraciət etməsi, məhz onun borcun qaytarılması barədə tələbinin nəticəsinin olmaması ilə bağlı olmuşdur. Həmin ərəfədə, yəni 17 aprel və 29 aprel 2019-cu il tarixlərdə yazılmış qəbzlərdə də cavabdeh borcunu etiraf etmişdir). Həmin müqaviləyə əsasən cavabdeh qeyd edilən məbləğdə borcu qısa bir müddətdə qaytarılacağı barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü bu öhdəliyi də vaxtında icra etməmiş, həmin hadisədən 1 ildən artıq müddət keçməsinə baxmayaraq (hər bir halda, “qısa bir müddət” ifadəsi bir ildən az müddət kəsiyini özündə ehtiva edir) iddiaçıya olan borcunu ödəməmiş, nəticədə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 385, 390, 427, 442, 443, 448, 739, 740, 882-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə” da ir xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə birtərəfli, yarımçıq və əsassızdır, işə baxan birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmış, onu məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. İşi tam, hərtərəfli və obyektiv aydınlaşdırmamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. İş üçün mühüm əhəm iyyəti olan işin faktiki hallarını aydınlaşdırmamışdır. Sonda onun hüquq və vəzifələrinə dair məsələyə onun iştirakı olmadan baxıb onun ziyanına düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilə arasında xx.xx.2019-cu il tarixdə barışıq sazişi bağlanmışdır, həmin barışıq sazişinə əsasən o, 450.000 ABŞ dolları məbləğində puldan 200.000 ABŞ dollarının əvəzinə ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin 1/3 hissəsini mülkiyyətinə verib və iddiaçı ilə razılığa gəlmiş, hal-hazırda aralarında cəmi 100.000 ABŞ dolları məbləğində pul qalmışdır. İşə baxan məhkəmə işdə borc müqaviləsinin olmamasını düzgün aydınlaşdırmamış, işdə olan cinayət işinin rədd olunması haqqında materiallarda onun iddiaçının 450.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməyi öz təsdiqini tapmamasına baxmayaraq, eləcə də aralarında olan razılaşmaya görə hazırda cəmi 100.000 ABŞ dollarında məbləğində pul qalması kimi iş üçün mühüm əhəmiyyəti olan bu faktiki hal məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilsə də, onun iddiaçıya 450.000 ABŞ dolları məbləğində borcunun olması barədə hər hansı müqavilə və yaxud digər rəsmi sənəd məhkəməyə təqdim edilməmiş, onun iddiaçıya 450.000 ABŞ dolları məbləğində borcunun olması sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsində onun iddiaçıya 450.000 ABŞ dolları məbləğində borcunun olması barədə nəticəyə gəlinsə də, lakin 450.000 ABŞ dolları məbləğində borcun mövcudluğu barədə məhkəmənin mövqeyi işin hallarına uyğun gəlməmiş, sübuta yetirilməmişdir. Çünki iddiaçı özü də etiraf etmişdir ki, hazırda aralarında olan məbləğ cəmi 100.000 ABŞ dolları təşkil edir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5393/2025 nömrəli, 22 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh birinci instansiya məhkəməsinin 2(001)-2118/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən ilk dəfə xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti vermiş, xx.xx.2019-cu il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçı ilə barışıq sazişi bağlamasını, bu səbəbdən də apellyasiya şikayətindən imtina etməsini, qətnamənin icraya yönəldilməməsini xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin 2(001)-2118/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən cavabdehin birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
16. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişindən müəyyən olunmuşdur ki, tərəflər birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə borcun ödənilməsi barədə razılığa gəlmişlər. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh öhdəsinə götürmüşdür ki, tərəflər arasında əldə edilmiş barışıq razılaşmasının şərti kimi 450.000 ABŞ dolları borcundan 200.0 00 ABŞ dollar borcunun əvəzi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6092/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsinin 1/3 hissəsini iddiaçının mülkiyyətinə verəcək, qalan 250.000 ABŞ dolları borcun isə barışıq sazişi bağlandıqdan sonra bir il ərzində yəni xx.xx.2020-ci ilədək hissə-hissə tam ödəyəcək. Sazişin 2.3-cü bəndinə əsasən iddiaçı öhdəsinə götürmüşdür ki, cavabdehin ona məxsus ünvan 1 ünvandakı qeyri-yaşayış binasının 1/3 hissəsini iddiaçının mülkiyyətinə verməyi rəsmiləşdirdikdən sonra 450.000 ABŞ dolları borcdan 200.000 ABŞ dolları borcu ödənilmiş hesab edir və qalan 250.000 ABŞ dolları borcu isə 1 il ərzində xx.xx.2020-ci ilədək hissə-hissə ödəyib qurtarana qədər birinci instansiya məhkəməsinin xx.xx.20 19-cu il tarixli qətnaməsinin icrası qaydasında tələb etməyəcək. 17. 26.02.2020-ci il tarixli alğı-satqı müqaviləsindən müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinin şərtlərinə uyğun olaraq xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin 1/3 hissəsini iddiaçının mülkiyyətinə vermişdir. 18. xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, iddiaçı-tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin barışıq şərtlərinə əməl etmədiyini bildirərək xx.xx.2019-cu il tarixli qətnamənin icraya yönəldilməsini xahiş etmiş, məhkəmə iddiaçının xahişinə əsasən xx.xx.2020-ci il tarixində qətnaməni icraya yönəltmişdir.
19. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə hazırda onun iddi açıya qalan borcunun məbləği 100.000 ABŞ dolları təşkil etdiyindən, bunu iddiaçının özü də etiraf etdiyindən Bakı şəhəri birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, iddia ərizəsi qismən təmin edilməlidir.
20. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə cavabdeh ödənilməmiş qalan borc məbləğinin 100.000 manat olmasını bildirmiş, bu vəsaiti hissə-hissə ödəməyə razı olduğunu göstərmişdir.
21. Məhkəmə kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib qeyd etmişdir ki, cavabdeh iddiaçıya borcunun olmamasını bildirsə də, mülki işin sənədlərindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən imzalanmış yazılı qəbzlərdə cavabdeh iddiaçıya 450.000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş, həmin pulu ödəyəcəyi barədə vəd vermişdir. bir inci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra isə cavabdeh xx.xx.2019-cu il tarixdə həmin qətnamədən apellyasiya şikayəti versə də, daha sonra şikayətindən imtina etmiş, iddiaçı ilə barışıq sazişi bağlayaraq qətnamənin bir hissəsini icra etmiş, yəni 200.000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzində iddiaçıya əmlak vermişdir.
22. Göründüyü kimi qətnamə qəbul edildikdən sonra da cavabdeh iddiaçıya borclu olmasını, borcun məbləğinin 450.000 ABŞ dolları olmasını etiraf etməkdə davam etmiş, hətta aldığı borcun bir hissəsini ödəmişdir.
23. Hazırda cavabdeh qalıq borcunun 100.000 manat olmasını, iddiaçının da bu faktı etiraf etməsini, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddia ərizəsinin qismən təmin edilib ondan tut ulmalı olan borcun 100.000 manat müəyyən edilməsini bildirsə də, məhkəmə kollegiyası bu dəlillərin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas olaraq qəbul etməmişdir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya borcu 450.000 ABŞ dolları olmuş, sonuncu verdiyi qəbzlərlə, bağladığı barışıq sazişi ilə bu faktı dəfələrlə etiraf etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra isə qətnamə ilə müəyyən edilən borc məbləğinin bir hissəsini iddiaçıya əmlak verməklə icra etmişdir. Bundan başqa iddiaçı halhazırda qalıq borc məbləğinin 100.000 manat olması ilə razılaşmamışdır.
24. Daha sonra cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakının təmin edilmədiyini bildirsə də, araşdırma zamanı bu dəlilin də əsassız olması öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehi nümayəndəsi və vəkili Vəkil2 təmsil etmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 127, 129-cu, Mülki Məcəllənin 5.3, 385.1, 390.1, 427.2, 427.4, 442, 443.1, 448.1, 448.2, 739.1, 740, 882.1, 882.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası işin hallarını düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə istinad etmiş, lakin işin halları ilə əlaqələndirməmişdir. Apellyasiya şikayətində cavabdeh tərəfindən göstərilən əsas arqument - yəni birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildikdən sonra, tərəflərin mübahisə üzrə barışıq sazişi bağlamaları, həmin saziş üzrə iddiaçıya olan borcunun əvəzinə cavabdeh mülkiyyətində olan əmlakını verməsi işin mübahisə edilməyən halı olmasına baxmayaraq, məhkəmə ödənilmiş məbləği, iddiaçının özünün etiraf etdiyi halda, qətnamə ilə müəyyən edilmiş borc məbləğindən çıxmamışdır. İddiaçı tərəf barışıq sazişinin ləğv, yaxud etibarsız hesab edilməsi barədə iddia verməmişdir. Barışıq sazişinin icra edilən hissədə qətnamə ilə iddiaçının xeyrinə ödənilməli məbləğ azaldılmalıdır. Çünki iddiaçı özü də verdiyi izahatında cavabdehin əmlakını borcun əvəzində qəbul etdiyini inkar etməmişdir. Məhkəmə tərkibi isə cavabdehin hüququnu ən kobud qaydada pozaraq, onu əlverişsiz vəziyyətə salmışdır. Məhkəmə kollegiyasının mübahisə üzrə səhv nəticəyə gəlməsi səbəbindən cavabdeh iddiaçıya olan borcunu təkrar ödəməli olacaqdır.
28. Məhkəmə kollegiyası qətnamədə öhdəliklərlə bağlı hüquq normalarını sadalamış, lakin cavabdehin öhdəliyinin ən azı sazişdə göstərilən və iddiaçının etiraf etdiyi məbləği də azaltmamış, ümumi borcdan çıxmamışdır. Mülki prosessual qanunvericiliyə və formalaşm ış məhkəmə təcrübəsinə əsasən tərəflər mübahisə üzrə apellyasiya instansiyasında barışıq sazişi bağladıqda və məhkəmə tərəfindən qəbul edildikdə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir və iş üzrə qərardad çıxarılmaqla icraata xitam verilir. İndiki halda məhkəmə kollegiyası barışıq sazişinə və onun icra edilən şərtlərinə əhəmiyyət verməmiş, nə səbəbə cavabdehin iddiaçıya olan borcundan ödədiyi hissəni qəbul etməməsini əsaslandırmamışdır.
29. Qətnamədə borc müqaviləsi ilə bağlı normalar formal sadalanmışdır, hansı ki, tərəflər arasında borc müqaviləsini bağlanması ilə bağlı mübahisə yoxdur. Mübahisə borcun qalan hissəsi ilə bağlıdır. İddiaçı qalıq borcun 100.000 manat olması ilə razılaşmasa da, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən borcun bir hissəsinin əmlak verm əklə ödənilməsini məhkəmə kollegiyası həm özü müəyyən etmiş, həm iddiaçı etiraf etmişdir, lakin nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinin əsas dəlili odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul ediləndən sonra tərəflərin arasında barışıq sazişi bağlanmışdır. Cavabdeh iddiaçıya güvənib bağladıqları sazişə əsasən apellyasiya şikayətini əvvəlcə geri götürsə də, sonradan buraxılmış müddət üzrlü hesab edilib bərpa edilmiş və qətnamədən apellyasiya şikayəti verilmişdir. İndiki halda iddiaçı tərəf barışıq sazişinin tam yerinə yetirilmədiyini bildirərək sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə razı olmasa da, ümumi borcun 200.000 ABŞ dolları hissəsini cavabdehdən əmlak şəklində qəbul etdiyini etiraf etmişdir. Belə olduqda apellyasiya şikayəti həmin hissədə tə min edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
37. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya di gər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
39. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
40. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
41. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas v erən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
42. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
43. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, f ormaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istin ad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası kassasiya şikayətinin – “birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildikdən sonra, tərəflərin mübahisə üzrə barışıq sazişi bağlamaları, həmin saziş üzrə iddiaçıya olan borcunun əvəzinə cavabdehin mülkiyyətində olan əmlakını verməsinin işin mübahisəsiz halı olmasına baxmayaraq, apellyasiya məhkəməsinin ödənilmiş məbləği, iddiaçının özünün etiraf etdiyi halda, qətnamə ilə müəyyən edilmiş borc məbləğindən çıxmaması” barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri qətnamənin qanuni qüvvəyə minməsindən sonra, icraya yönəldilməsi mərhələsində həll edilməli hallar o lduğundan, apellyasiya instansiyası məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əs asən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Ple numunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını t am, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5393/2025 nömrəli 22 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.