Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3952/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)1280/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Cavabdeh2 Haxverdi oğlu ilə X2 arasında 25 yanvar 2022-ci il tarixdə nikah bağlanmış, nikahdan sonra sonuncuya Mustafayeva soyadı verilmişdir.
3. Qazax Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(023)-1078/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, Qazax rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə həmin qətnamənin icrasına başlanılmışdır.
4. Cavabdeh1 Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizə ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində olan ona aid qoşmada əlavə olunmuş bütün cehiz əşyalarını ər i Cavabdeh2 Haxverdi oğlunun istifadəsinə vermişdir.
5. Həmin ərizədə Cavabdeh1 artıq həmin əşyaların mülkiyyətçisi olmadığı üçün onun hazırki iş üzrə iddiaya cavab verməli olmayan şəxs olmağının nəzərə alınmasını xahiş etmişdir. Ərizəyə əlavə olunan əşyaların siyahısı: 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstür, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiçikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı, 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karniz. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, 1 ədəd dolab, 1 çarpayı, 1 ədəd termo güzgülü, 1 ədəd böyük servant, 1 ədəd kiçik servant, 1 ədəd güzgülü termo, 1 ədəd divan, 2 ədəd divan üçün yastıq, 2 ədəd kreslo, 1 ədəd yazı stolu, 1 ədəd qabaq stolu, 8 ədəd stul, 3 ədəd lüstur, 1 ədəd yataq otağı üçün pərdə, 3 ədəd zal üçün pərdə, 1 ədəd orta ölçülü gəvə, 1 ədəd kiçik ölçülü dörd künç gəvə, 1 ədəd güldan, 4 ədəd vaza, 1 ədəd çayni serviz, 1 ədəd krafinka və 6 ədəd stakan, 2 ədəd plov buludu, 6 ədəd dörd künc boşqab, 12 ədəd kiçik bakal, 1 ədəd tort qabı və 6 boşqabbı ilə, 6 ədəd tort qabı, 11 ədəd qara naxışlı kasa, 6 ədəd kiçik sok qabı, 6 ədəd böyük 6 ədəd kiç ikgöy rəngli sok bakalları, 6 ədəd xrustal sok bakalı, 2 ədəd şam qabı, 2 ədəd hündür şam qabı, 8 ədəd şüşə bakal, 1 ədəd 3 gözlü şam qabı, 2 ədəd böyük konfet qabı, 12 ədəd limon çəngəli, 6 ədəd ağ rəngli xrustal qab, 2 ədəd böyük konfet qabı, 2 ədəd kiçik səbət konfet qabı, 2 ədəd qənd qabı, 2 ədəd üç gözlü ləpə qabı, 2 ədəd böyük mürəbbə qabı, 4 ədəd xırda mürəbbə qabı, 1 ədəd gül qabı, 2 ədəd iri yaşıl rəngli konfet qabı, 1 ədəd böyük yaşıl güldan, 1 ədəd qızılı rəngdə böyük şam qabı, 2 ədəd salfetka qabı, 2 ədəd şirinçörək qabı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 6 ədəd razetka, 9 ədəd nəlbəki, 12 çörək və 6 düz qabı, 4 ədəd ağ çaşqa, 4 ədəd karnizin cavabdehlər tərəfindən onun ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun iddiaçının Cavabdeh2 həyat yoldaşıdır. Onlar 2019-cu ildə el adəti ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmiş, birgə evliliklərindən bir uşaqları doğulmuşdur. Cavabdehlər evləndikdən bir müddət sonra iddiaçının yanında yaşasalar da, aralarında yaranmış mübahisəyə görə iddiaçının evindən çıxmış, artıq bir ildən çoxdur ki, başqa ünvanda yaşayırlar.
8. Cavabdeh1 gəlin köçərkən gətirdiyi cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır, dəfələrlə cavabdehlərə həmin əşyaları aparmalarını desə də, onlar buna məhəl qoymur və əşyaları evdən çıxarmırlar.
9. İddiaçı cehizlərin çıxarılması ilə bağlı Mediasiya şurasına müraciət etmiş, lakin bir nəticə əldə edə bilməmişdir. Cavabdehlərin əşyalarının iddiaçının e vində qalması onun mülkiyyət hüquqlarını pozur.
10. Birinci instansiya məhkəməsində Cavabdeh2 (eyni zamanda Cavabdeh1 nümayəndəsi) iddiaya etiraz edərək göstərib ki, Qazax Rayon Məhkəməsinin qanunu qüvvə minmiş 16 avqust 2022-ci il tarixli, 2(023)-1078/2022 saylı qətnaməsinə əsasən onun İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bununla əlaqədar həmin evdə rahat yaşaması və ehtiyaclarının ödənilməsinin təmin olunması üçün, həyat yoldaşı Cavabdeh1 özünə məxsus əmlakları ona bağışlamışdır. Artıq ona məxsus olan həmin əmlaklardan həmin evdə istifadə edəcəkdir və əşyalarının evdən çıxmasına razı deyildir.
11. Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-169/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Fəxri Məmmədov)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının çıxarılmasını tələb etdiyi Cavabdeh1 məxsus cehiz əşyaları Qazax rayon Notariat Ofisində tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli ərizəyə əsasən Cavabdeh2 istifadəsinə verilmişdir. Hazırda həmin əşyalar Cavabdeh1 məxsus deyil. Digər tərəfdən Cavabdeh2 Qazax Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının mülkiyyətində olan evə köçürülməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 məhkəmə qətnaməsinə əsasən qeyd olunan evə köçürülmüş və mübahisəli əmlaklar hazırda onun istifadəsinə verilmişdir. Buna görə də iddia əsassız olduğundan təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 181.1, 182.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 v ə 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianını təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh1 iddiaçının evinə yaşayış hüququ tanınmamış və evə köçürülməsi müəyyən edilməmişdir. Cavabdehin cehiz əşyalarının iddiaçının evində saxlanılması iddiaçının mülkiyyət hüququnu pozur. Həmçinin, Cavabdeh2 iddiaçının evinə cehiz əşyaları ilə köçürülməsi müəyyən edilməmişdir; - birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi ərizəyə və verdiyi izahata əsaslanaraq qətnamə qəbul etmişdir. Cavabdeh məhkəməyə sahibliyin ötürülməsi ilə bağışlama müqaviləsi təqdim e tməli idi.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1280/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı evin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə hər hansı şəxsə aid əşyaların mənzilindən çıxarılmasını tələb etməyə haqlıdır. Lakin baxılan işin mahiyyəti üzrə həllinə təsir edən faktik hall arından biri ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsinə əsasən iddiaçının yaşayış sahəsinə olan hüququ, cavabdehə məxsus olan əşyaların saxlanması ilə yüklüdür. Belə ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə vardır.
19. İddiaçılar Cavabdeh2 cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair Qazax Rayon Məhkəməsinin 2(023)-1078/2022 nömrəli mülki iş materiallarına baxış keçirən apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, həmni qətnamə ilə Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qazax rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.
20. Ape llyasiya instansiyası məhkəməsi vurğulayıb ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi icra edilməsi üçün icra orqanına göndərilərək icraata qəbul edilmişdir. Belə olan halda cavabdehin həmin yaşayış sahəsinə köçürülməsi onun həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu, bu da öz növbəsində cavabdehin özünə məxsus olan ev əşyalarını həmin evdə yerləşdirib saxlamaq hüququnu ehtiva edir. Çünki, Cavabdeh2 iddiaçının evinə köçürülməsi haqqında iddia tələbinə dair Qazax Rayon Məhkəməsinin qətnaməsinə əsasən məhkəmə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə, Cavabdeh2 həmin evə köçüb yaşaması hüququnu tanımışdır.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, mül kiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:
1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, Cavabdeh2 məhkəmə qətnaməsi ilə evə köçürüldüyündən və mübahisə predmeti olan əmlaklar hazırda onun istifadəsinə verildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təm in etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 157.4, 181.1, 182.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayət verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışqla, əlavə olaraq bunlar qeyd edilmişdir: - Cavabdeh1 09 yanvar 2023-cü il tarixli ərizəsi yalan əqddir və digər qanunsuz hərəkətləri pərdə ləmək üçün bağlanmışdır. Məhkəmə həmin ərizəyə əqd kimi hüquqi qiymət verirdisə, həmin ərizənin yalan əqd olduğuna da hüquqi qiymət verməli idi; - şəxsi istifadə əşyalarının mülki qanunvericilikdə başqa bağışlama forması nəzərdə tutulmadığından, cavabdehlər bu üsula əl ataraq, əqd əvəzinə, ərizə verməyi çıxış yolu kimi tapmışlar; - Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Apellyasiya instansiyası məhkəməsi isə mülki prosessual qanunverici liyin qeyd olunan tələblərini pozmaqla, işin hərtərəfli araşdırılmasında maraqlı olmamış, iş üçün əhəmiyyətli olan halları aydınlaşdırmamışdır. Mübahisə edilən qətnamədən də görünür ki, məhkəmə qətnaməni qanunvericiliyin normalarına uyğun kifayət qədər əsaslandırmamışdır; - Cavabdeh1 Cavabdeh2a verdiyi 09 yanvar 2023-cü il tarixli ərizənin etibarsız hesab edilməsi barədə iddiaçı Qazax rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki işdə hazırki işin baxılmasına əsas olan ərizəni (əqdi) mübahisələndirdiyindən iddiaçı işin icraatının dayandırılması barədə vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, heç bir nəticəsi olmamış və icraatın dayandırılması barədə qərardad qəbul edilməmiş, bu barədə qətnamədə də qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri
26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri e də bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçünc ü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.
28. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmiş, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
32. İddia tələbi əmlakın iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılması barədədir.
33. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə vardır. Həmin qətnamə üzrə icra icraatına başlanmışdır. Cavabdehin həmin yaşayış sahəsinə köçürülməsi onun həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu, bu da öz növbəsində cavabdehin özünə məxsus olan ev əş yalarını həmin evdə yerləşdirib saxlamaq hüququnu ehtiva edir.
34. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 18-23-cü bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki, həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını işdəki sübutları prosessual qanunvericiliyə uyğun olmaqla qiymətləndirmiş, tərəflərin hüquq münasibətinə uyğun olan maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini haqlı olaraq dəyişdirmədən saxlamışdır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1280/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.