Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3956/2021 22.09.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli, Xnömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və digər şəxslər tərəfindən tərt ib olunmuş 11 yanvar 2010-cu il tarixli aktın etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, X nömrəli qərardadı ilə iş üzrə icraata Cavabdeh1 münasibətdə xitam verilmişdir. Tovuz Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli X nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikasının 2010-cu ildə fəaliyyətdə olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi X, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan qurumların nümayəndələrinin, Tovuz rayon Abulbəyli Bələdiyyəsinin sədri X, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə 11 yanvar 2010-cu il tarixdə Tovuz rayon Abulbəyli kəndində tərtib olunmuş, İddiaçı1 maraqlarına toxunan aktın tərtib edildiyi andan etibarsız hesa b edilməsi qət olunmuşdur. Cavabdeh2 Tovuz Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli X nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 08 avqust 2016cı il tarixli, X saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli, X nömrəli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, X nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı aktın etibarsız sayılması tələbinə dair iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı1, həmin qərardaddan kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 09.03.2021-ci il tarixli, X nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Həmin kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin 27.05.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Kassasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı1 kassasiya şikayəti prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan SS601641466AZ nömrəli poçt xəbərnaməsindən (səh.99) görünür ki, İddiaçı1 göndərilmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərardadı 02.04.202 1-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. 12.04.2021-ci il tarixdə İddiaçı1 ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, lakin məhkəmənin 13.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı1 14.04.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərardadından kassasiya şikayəti vəkilsiz verildiyinə görə geri qay tarılmışdır. İddiaçı1 və vəkili Vəkil 29.04.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadı İddiaçı1 tərəfindən 02.04.2021-ci il tarixdə alındığı halda, ondan qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş kassasiya şikayəti 29.04.2021-ci il tarixdə verilmiş, bununla da 10 günlük prosessual müddət ötürülmüşdür. Hətta İddiaçı1, Gəncə Apellyasiya Məhkəməsinə yazılı vəsatət verərək, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin üzrlü hesab edilməsini xahiş etmişdir (iş vər. 210). Buna baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsi kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatətə hüquqi qiymət vermədən kass asiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Beləliklə, İddiaçı1 kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətin həll edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin Maddə 417.1.7-ci maddəsində görə, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışınd an çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2021-ci il tarixli, X nömrəli qərardadından İddiaçı1 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin, iş kassasiya baxışından çıxarılmaqla apelyasiya instansiyası məhkəməsinə gönədrilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3956/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3956/2021
22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver