Məhkəmə qərarları › İş №2(102)-3956/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3956/2022

10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3956/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsi, "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh4nə qarşı iş üzrə QƏRARİ İş № 2(**2)-3956/2*22 (Açar sözlər: hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab olunması tələbi) Bakı şəhəri, ** oktyabr 2*22-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(**4)-478/2*22 nömrəli, 25 fevral 2*22-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsindən görünür ki, "xxxx" KB ASC ilə İddiaçı* arasında *5 aprel 2**3-cü il tarixli, *5KV/*3 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, *3 dekabr 2**4-cü il tarixli, *5KV/*3-2 nömrəli əlavə kredit müqaviləsinə əsasən yaranan 4*79* ABŞ dolları əsas, 6339,38 ABŞ dollan faiz və 33* ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4746*,38 ABŞ dolları ödəniş məzənnə ilə manatla, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3* manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçü n ödənilmiş 6* manat məbləğində pulun İddiaçı* alınaraq "xxxx" KB ASC-yə ödənilməsi; İddiaçı* "xxxx" KB ASC-yə olan borcunun tutulmasının ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Təzə məhəllədə yerləşən *,*729 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən *,**7* ha torpaq sahəsinə və onun üzərində olan 86 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və əmlakların satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı* "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi; ipoteka predmetlərinin ilkin satış qiymətinin müvafiq olaraq 36*** və 47*** manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Təzə məhəllə də yerləşən *,*729 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci * ay ərzində həmin yaşayış sahəsindən İddiaçı*, ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən *,**7* ha torpaq sahəsinə və onun üzərində olan 86 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci * ay ərzində həmin yaşayış sahəsindən İddiaçı2, İddiaçı*, X2, X3 və X4 çıxarılmaları qət edilmişdir.

2. Hərracın yekunları barədə 2* noyabr 2**9-cu il tarixli 57/** nömrəli protokolun surətinə əsasən ipoteka predmeti olan İddiaçı* məxsus Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə yerləşən fərdi yaşayış evi *,*729 ha torpaq sahəsi ilə birlikdə 2295* manata tələbkar "xxxx" KB ASC əldə etmişdir.

3. Hərracın yekunları barədə 2* no aybr 2**9-cu il tarixli 57/*2 nömrəli protokolun surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı2 məxsus Tovuz rayonu Qovlar qəsəbəsi N.Nərimanov küçəsində yerləşən 86 nömrəli fərdi yaşayış evi *,**7* ha torpaq sahəsi ilə birlikdə 29962,5 manata tələbkar "xxxx" KB ASC əldə etmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *5 oktyabr 2*2*-ci il tarixli 262****539 nömrəli çıxarışın surətinə əsasən Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə yerləşən fərdi yaşayış evi *,*729 ha torpaq sahəsi ilə birlikdə "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *5 oktyabr 2*2*-ci il tarixli 262****536 nömrəli çıxarışın surətinə əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, N.Nərimanov küçəsində y erləşən 86 nömrəli fərdi yaşayış evi *,**7* ha torpaq sahəsi ilə birlikdə "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin *5 saylı Ərazi İdarəsi, "xxxx" KB ASC, "xxxx" MMC və Cavabdeh4nə qarşı Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyətlərində olan Tovuz rayonu Qovlar qəsəbəsi Təzə məhəllədə yerləşən fərdi yaşayış evinə, Tovuz rayonu Qovlar qəsəbəsi N.Nərimanov küçəsində yerləşən 86 nömrəli fərdi yaşayış evi və *,**7* ha torpaq sahəsinin "xxxx"KB ASC-yə satılımasına dair "xxxx" MMC tərəfindən keçirilmiş 2* noyabr 2**9-cu il tarixli 57/** və 57/*2 nö mrəli hərracın yekun protokollarının, eləcədə həmin daşınmaz əmlaklara dair banka verilmiş *5 oktyabr 2*2*-ci il tarixli 262****539 qeydiyyata nömrəli və *5 oktyabr 2*2*-ci il tarixli 262****536 qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tarixli, 2(*62)*68/2**7 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Buna baxmayaraq Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsi icraya yönəldilmiş və Cavabdeh4 məktubuna əsasən ipoteka predmetləri "xxxx" MMC tərəfindən 2* noyabr 2**9-cu il ta rixdə keçirilən hərracda "xxxx" KB ASC-yə satılmışdır. Nəticədə mübahisəli daşınmaz əmlaklara dair "xxxx" KB ASC adına *5 oktyabr 2*2*-ci il tarixli 262****539 qeydiyyata nömrəli və *5 oktyabr 2*2*-ci il tarixli 262****536 qeydiyyat nömrəli çıxarışlar tərtib olunmuşdur. Halbu ki, Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsi qanuni qüvvəsini almamışdır.

8. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmiş və iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.

9. Tovuz Rayon Məhkəməsinin (hakim N.Mustafayev) 22 iyul 2*2*-ci il tarixli, 2(*62)-*363/2*2* nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Tovuz rayonu Qovlar şəhəri Təzə Məhlə ünvanında yerləşən *,*729 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi, Tovuz rayonu Qov lar şəhəri N.Nərimanov küçəsində yerləşən *,**7* ha torpaq sahəsinə və onun üzərində olan 86 nömrəli fərdi yaşayış evlərinin "xxxx" KB ASC-yə satılmasına dair "xxxx" MMC-nin keçirdiyi 2* noyabr 2**9cu il tarixli 57/**və 57/*2 nömrəli hərracın yekun protokolları, həmin əmlaklarla bağlı "xxxx" KB ASC-yə verilmiş *5 oktyabr 2*2*-ci il tarixli 5*3**3**6*44-**3** reyestr nömrəli, 262****539 qeydiyyat nömrəli və *5 oktyabr 2*2*-ci il tarixli 5*3**3**49*4-**3** reyestr nömrəli 262****536 qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilməsi, mübahisə predmeti olan əmlakların hərracdan əvvəlki hüquqi vəziyyətinə qaytarılması qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, icra sənədi üzrə icra dayandırıldıqdan sonra yenidən Cavabdeh4 tərəfindən icra bərpa edilmiş, lakin icranın bər pa edilməsinə əsas olan sənəd icra işinə əlavə edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.*, 43.2, 43.3, 43.4, 43.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.*,337.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*,88, 2*7.3 və 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh "xxxx" X7 Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) 2(**4)478/2*22 nömrəli, 25 fevral 2*22-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" KB ASC tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 22 iyul 2*2*-ci il tarixli 2(*62)-*363/2*2* nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması və iddianın rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsinə əsasən "xxxx" KB ASC ilə İddiaçı* arasında *5 aprel 2**3-cü il tarixli, *5KV/*3 nömrəli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, *3 dekabr 2**4-cü il tarixli, *5KV/*3-2 nömrəli əlavə kredit müqaviləsinə əsasən yaranan 4*.79* ABŞ dolları əsas, 6.339,38 ABŞ dollan faiz və 33* ABŞ dolları cərimə borcu olmaqla, cəmi 47.46*,38 ABŞ dolları ödəniş məzənnə ilə manatla, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi ola raq 3* manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 6* manat məbləğində pulun İddiaçı* alınaraq "xxxx" KB ASC-yə ödənilməsi; İddiaçı* "xxxx" KB ASC-yə olan borcun tutulmasının ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Təzə məhəllədə yerləşən *,*729 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən *,**7* ha torpaq sahəsinə və onun üzərində olan 86 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və əmlakların satışından əldə olunan vəsait hesabına cavabdeh İddiaçı* "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi; İpoteka predmetlərinin ilkin satış qiymətinin müvafiq olaraq 36.*** və 47.*** manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Təzə məhəllədə yerləşən *,*729 ha torpaq sahəsinə və onun üzərində olan fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci * ay ərzində həmin yaşayış sahəsindən İddiaçı*, ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən *,**7* ha torpaq sahəsinə və onun üzərində olan 86 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqda ən geci * ay ərzində həmin yaşayış sahəsindən İddiaçı2, İddiaçı*, X2, X3 və X4 çıxarılmaları qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilsə də, şikayət geri qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *8 fevral 2*2*-ci il tarixli, 2(**4)***5/2*22 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin *7 noyabr 2*2*-ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra orqanına göndərilmişdir. Nəticədə icra məmuru tərəfindən daşınmaz əmlaklar barədə hərracın keçirilməsi "xxxx" MMCyə həvalə edilmişdir. Hərrac mərkəzi tərəfindən Cavabdeh4nə, "xxxx" KB ASC, İddiaçı*, İddiaçı2 və X* açıq hərracın keçirilməsinə dair bildiriş və ipoteka predmetinin əldə olunmasına dair təklif göndərilmiş, sonuncular da *7 dekabr 2**8-ci il tarixdə poçt göndərişinin çatdırılmasına dair qəbzi imza edərək qəbul etmişlər.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac qanunvericiliyin tələbinə uyğun keçirilmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi, hərrac qanuni qüvvəyə minmiş Tovuz Rayon Məhkəməsinin 22 may 2**7-ci il tari xli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra məmurunun sifarişi ilə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşdən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən qanunvericilyin tələblərinə tam əməl olunmaqla hərrac keçirilmiş və hərracın nəticələrinə dair müvafiq protokollar tərtib olunmuşdur. "xxxx" KB ASC qanuni əsaslarla ipoteka ilə yüklü edil miş əmlakları əldə etmişdir. Hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab olunması barədə iddia əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən qanunvericilyin tələblərinə tam əməl olunmaqla hərrac keçirilmiş və hərracın nəticələrinə dair müvafiq protokollar tərtib olunmuşdur. "xxxx" KB ASC qanuni əsaslarla ipoteka ilə yüklü edilmiş əmlakları əldə etmişdir. Hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab olunması barədə iddia əsassızdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə q əbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçılar İddiaçı* və İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin 22 iyul 2*2*-ci il tarixli, 2(*62)-*363/2*2* nömrəli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, keçirilmiş hərrac barədə iddiaçılara məlumat verilməmişdir. Bu da onu deməyə əsas verir ki, keçirilmiş hərrac qanunsuzdur. Bu cür qanunsuz hərracın həm özü həm də onun əsasında bağlanmış bütün əqdlər etibarsızdır. Həmçinin Cavabdeh4 *5 yanvar 2**9-cu il t arixli qərarına əsasən icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadan hərracın keçirilməsi qanunla qadağandır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıların mülkiyyət hüquqları məhdudlaşdırılmış, İddiaçı* apellyasiya şikayətindən imtina etməsi barədə ərizədə olan imzanın kimə məxsus olmasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə tələbi təmin edilməmişdir. Həmçinin iddiaçılar qətnaməni aldıqları vaxtdan 2 ay müddət tamam olmamış iş üzrə icra vərəqi verilmişdir. Bu da iddiaçıların kassasiya şikayəti vermək hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *9.*.3-c ü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Tovuz Rayon Məhkəməsinin 22 may 2**7ci il tarixli, 2(*62)-*68/2**7 nömrəli qətnaməsini, yəni bankın çıxarış almasına səbəb olan qətnaməni həmin vaxt Tovuz Rayon Məhkəməsində hakim işləyən Ədil Məmmədov qəbul etmişdir və hazırki iş üzrə yəni eyni mahiyyət, eyni predmet üzrə olan işə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Ədil Məmmədov yenə həmin tərkibdə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 4*4.*. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

21. Maddə 4*4.2. Hərracın təşkilatçısı kimi əm lakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

22. Maddə 4*4.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

23. Maddə 4*4.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.

24. Maddə 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hə rracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

25. Maddə 4*5.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

26. Maddə 4*6.*. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

27. Maddə 4*6.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu:

28. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

29. Maddə 34.*. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:

30. Maddə 34.*.*. əsas ö hdəliyin, yaxud onun bir hissəsinin icrasının 9* təqvim günü və daha çox müddətə gecikdirilməsi;

31. Maddə 34.*.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

32. Maddə 34.*.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

33. Maddə 36.*. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

34. Maddə 4*.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun ol araq verir.

35. Maddə 4*.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

36. Maddə 42.*. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 2* təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 3* təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmeti nin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

37. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

38. Maddə 42.8. Hərracı n nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.

39. Maddə 43.*. Hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə və ya hərracın iştirakçısı olmadıqda, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

40. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən *5 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predme tinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

41. Maddə 43.7. Bu Qanunun 43.*.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 42. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 3* təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ap ellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(**4)-478/2*22 nömrəli, 25 fevral 2 *22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar