Məhkəmə qərarları › İş №2(102)-3957/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3957/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3957/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “etibarnamənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsızlığı, tərəflər arasında bağlanmış müqavilə mübahisələndirilmədən həmin müqavilə əsasında əldə olunmuş mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədin etibarsızlığı təl əbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2*23-cü il tarixli, 2(1*4)1228/2*23 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili İddiaçı mülkiyyətində olmuş və Gəncə şəhər 2 saylı notariat ofisində bağlanmış 19 dekabr 2*19cu il tarixli müqavilə ilə Cavabdeh1 bağışlanmışdır. Müqavilə İddiaçı adından 12 dekabr 2*19-cu il tarixli etibarnamə ə sasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzalanmışdır. Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququ 15 yanvar 2*2*-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Cavabdeh1 İddiaçı bacısı oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş etibarnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, əvvəlki çıxarışın bərpası barədə qə tnamə, cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uşaq yaşlarından iddiaçının yanında böyümüş, daim ona hörmət etmiş və buna görə də iddiaçı həmin cavabdehi öz övladı kimi sevmişdir. İddiaçı nikaha girmədiyinə və övladı olmadığına görə, öz əmlakını O.A.Cəfəzadəyə verməyi düşünmüşdür. Lakin Cavabdeh1 və Cavabdeh2 iddiaçının etibarından sui-istifadə edərək, onun mülkiyyətində olmuş Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili ələ keçirmişlər. İddiaçı qeyd olunan mənzili icarəyə vermək istədiyindən, O.A.Cəfəzadədən icarədar tapmasını xahiş etmiş, bir müddət sonra sonuncu icarədar tapdığını ona bildirmiş və Cavabdeh2 ona təqdim etmişdir. Həmin vaxt Cavabdeh1 Cavabdeh2 mənzili aptek işlətmək üçün icarəyə götürdüyünü, qeyd olunan səbəblərdən də sənədləşmə işlərinin Bakı şəhərində tamamlanmalı olduğunu demiş və sənədləşmə işlərinin icrası üçün Cavabdeh2 etibarnamə vermək lazım olduğunu izah etmişdir. Buna görə də iddiaçı Cavabdeh2 adına etibarnamə verməyə razılaşmış və 12 dekabr 2*19-cu il tarixdə notariat ofisinə gedərək, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilinə dair Cavabdeh2 adına etibarnamə vermişdir. İddiaçının mülkiyyətində olan mənzili Cavabdeh1 bağışlamaq məqsədi olsa idi, bunun üçün Cavabdeh2 etibarnamə vermək əvəzinə, Cavabdeh1 ilə bağışlama müqaviləsi bağlayardı. Etibarnamə verilərkən iddiaçıya hüquq və vəzifələri, verdiyi etibarnamə əsasında mənzilin üçüncü şəxsə bağışlanmaq imkanı izah olunmuşdur. İddiaçı Cavabdeh1 ona və öz doğma anasına, yəni iddiaçının bacısı X2 qarşı hörmətsizlik edəcəyini ehtimal etməmişdir. Belə ki, Cavabdeh1 Günel adlı xanımla nikaha girdikdən sonra iddiaçıya və öz anasına qarşı maddi və mənəvi qayğıdan uzaqlaşmış, Günel xanım iddiaçıya və X2 qarşı fiziki zor tətbiq etməklə, onlara xəsarətlər yetirmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli, 2(125)-531/2*23 nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə olunmuş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır.

7. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərə dair nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də daşınmaz əmlakın bağışlamasına dair xüsusi müddəaların tələbi baxımından yanaşıldıqda iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır.

8. Həmçinin, iddiaçı cavabdehlə müqavilə bağlanarkən qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir.

9. Bununla da məhkəmə tədqiqi zamanı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair 19.12.2*19-cu il tarixli 4Ə-43* saylı daşınmaz əmlakın bağışlama müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına dəlalət edən hər hansı hal müəyyən olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.4, 359.1, 359.4, 362.1, 362.2, 389.1, 389.2, 394, 4*7.2, 666.1, 668-ci, “Notariat haqqında” Qanunun 9-cu, Mül ki Prosessual Məcəllənin 14.2, 77.1, 1*6.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23cü il tarixli, 2(125)-531/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2*23-cü il tarixli, 2(1*4)-1228/2*23 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2*23-cü il tarixli, 2(125)1228/2*23 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş dir.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı 12 dekabr 2*19-cu il tarixli etibarnaməni və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışını mübahisələndirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, Cavabdeh2 İddiaçı əvəzinə Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili Cavabdeh1 bağışlanmasına dair 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə də hüquqi qiymət vermişdir. İşə baxan birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələbini pozaraq, iddia tələbindən kənara çıxmış və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2*19-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi nə hüquqi qiymət vermiş, yəni əqdin qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmasını və onun etibarsızlığına əsas olmadığı qərarına gəlmişdir.

14. İddia tələbi ilə bağlı ilk öncə apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzili idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş əqdləri, o cümlədən almaq, satmaq, pulunu almaq, bağışlamaq, hədiyyə qəbul etmək və s. işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 12 dekabr 2*19-cu il tarixli etibarnamə əsasında etibar etmişdir. İddiaçı iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyə tdən sui-istifadə, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarının heç biri olmadan Cavabdeh2 12 dekabr 2*19cu il tarixli etibarnaməni vermişdir.

15. Həmçinin, apellyasiya məhkəməsi iddiaçı tərəfindən Cavabdeh2 verilmiş olduğu 12 dekabr 2*19-cu il tarixli etibarnaməni aldadılma, yəni onun etibarından sui-istifadə və ya vacib əhəmiyyətli yanılmanın təsiri halında verməməsinə xüsusi diqqət yetirilməli olduğunu qeyd edir. İddiaçı tərəfindən 12 dekabr 2*19-cu il tarixli etibarnamə verilən zaman sonuncunun iştirakı ilə notariat ofisində tərtib olunmuş və imzası ilə təsdiq edilmişdir. Göründüyü kimi, iddi açı daşınmaz əmlaka dair sərəncam vermək hüquqlarının Cavabdeh2 keçməsi barədə iradə ifadəsini etibarnaməni öz imzası ilə təsdiq edərək ifadə etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş olduğu 12 dekabr 2*19-cu il tarixli etibarnamənin etibarsız hesab olunması üçün heç bir hüquqi əsas mövcud deyil.

16. İddia tələbinin Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən 3 saylı evin 2 saylı mənzilə dair Cavabdeh1 adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunmasına münasibətdə isə məhkəmə hesab etmişdir ki, tələb əsassız və qanunun tələblərinə ziddir. Cavabdeh1 adına tərtib olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 yanvar 2*2*-ci il tarixli 1519*27425 qeydiyyat nömrəli çıxarış o zaman etibarsız sayıla bilər ki, həmin çıxarışın verilməsinə əsas olmuş əqd etibarsız olsun. Hazırki işdə isə, artıq yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş bağışlama müqaviləsinin etibarsız sayılması barədə iddiaçı tələb irəli sürməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324, 329.1, 329.2, 331.1, 334.1, 337.1, 339.3, 347.1, 347.2, 362.1, 362.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 217.3, 218.1, 218.3, 384.*.2, 385.1, 387.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 23 may 2*23-cü il tarixli, 2(1*4)-1228/2*23 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 6*, 127-ci, Mülki Məcəllənin 6.1.2, 6.1.8, 6.1.9, 17.1, 152, 157, 337.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.2, 9.3, 14.1-ci maddələri pozulmuşdur.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Cavabdeh1 vəkili X3 vasitəsi ilə kassasiya şikayətinə etiraz verər ək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz onunla əsaslandırılmışdir ki, iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı qiymət verilmiş, mübahisəli mənzil cavabdehin mülkiyyətinə iddiaçının iradəsinə uyğun keçmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borc ludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14*-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqd in aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən m əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, iddiaçının verdiyi etibarnamənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir.

29. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi.

30. İddiaçı etibarnaməni aldadılma nəticəsində verdiyini, yəni iradə ifadəsinin qüsurlu olduğunu iddia edir.

31. Bununla bağlı qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların top lanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Qanunv ericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın və müvafiq olaraq iddiaçının şikayətinin dəlillərinə bu hissədə düzgün hüquqi qiymət verilmiş və müəyyən etmişdir ki, iddiaçı tərəfindən verilmiş etibarnamənin etibarsızlığı üçün əsas ola bilən, yəni iddiaçının etibarnamə verilməsi məqsədi ilə aldadılmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir.

33. Kassasiya şikayətinin iddiaçının mülkiyyət hüququnun pozulması, tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, iddiaçı tələbini bağışlama müqaviləsinin onun iradəsinə uyğun olmaması ilə əsaslandırsa da, son nəticədə bu müqavilənin eti barsızlığı tələbini irəli sürmədən bilavasitə cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini və iddiaçının adına olmuş Çıxarışın bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Olmayan tələbin dəlillərinə hüquqi qiymət verilməsi isə mülki prosesin təməl prinsiplərindən olan dispozitivlik, habelə prosessual qənaət prinsiplərinə ziddir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2*23-cü il tarixli, 2(1*4)-1228/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar