Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3958/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2) mülki iş üzrə QƏRARİ iş № 2(102)-3958/2023 Açar sözlər: sübut etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X5 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-273/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ilə (bundan sonra – cavabdeh) 15 yanvar 2014-cü ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur.
2. İddiaçı ilə cavabdeh arasında 11 fevral 2022-ci il tarixdə ailə-məişət zəminində mübahisə yaranmış, buna baxmayaraq tərəflər 08 aprel 2022-ci il tarixədək bir yerdə yaşamağa davam etmişlər. 3. 08 aprel 2022-ci il tarixdə qısqanclıq zəminində yaranan mübahisə nəticəsində cavabdeh evi tərk edərək, valideynlərinin yaşadığı evə getmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, 10000 ABŞ dolları pulun (icra vaxtı Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq) və 141 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh keçmiş arvadıdır, ona xəyanət etdiyinə görə hazırda ayrılmışlar. Birgə nikah dövründə 2019-cu il tarixdə Rusiya Federasiyasında yaşayan dayısı X1 rayonu, Kijəbə qəsəbəsində inşa etmiş evinin təmiri üçün “Zolotaya Korona” sistemi vasitəsilə müxtəlif şəxslər vasitəsi ilə 20000 ABŞ dolları məbləğində pulu onun adına köçürmüşdür. Həmin puldan 10000 ABŞ dolları hissəsi evin təmiri üçün xərclənmiş, digər 10000 ABŞ dolları məbləğindəki pulun saxlanılmasını dayısı ona etibar etmişdir. O, isə həmin pulu saxlanılması üçün cavabde hə vermişdir. Aralarında mübahisələr başlayandan sonra cavabdehdən pulları tələb etdikdə, o, pulun evdə olduğunu bildirmişdir. Evdən çıxıb getdikdən sonra isə mübahisələrinin daha ciddi vəziyyət aldığını və vəziyyətin çıxılmaz olduğunu gördükdə, pulun cavabdeh tərəfindən oğurlanması faktı ilə bağlı 11 may 2022-ci ildə Astara rayon Polis şöbəsinə müraciət etmişdir. Polisdə müvafiq araşdırmalar aparılandan sonra rəsmi məktubla ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin xəyanəti ilə bağlı hər şey bəlli olandan sonra, cavabdeh bir müddət pulu Elvin Qəmbərov adlı şəxsə avtomobil almaq məqsədilə verdiyini bildirmişdir.
6. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə birgə nikahları dövründə iddiaçı və valideynləri onu bir ailə üzvü kimi qəbul etməmişlər. İddiaçı onun yanında telefonla başqa qadınlarla danışmış, günlərlə evə gəlməmişdir. Tələb olunan pul onda olmamış, iddiaçı tərəfindən ona heç vaxt verilməmiş, həmin pulu Elvin Qənbərov adlı şəxsə avtomobil almaq məqsədilə verməsini heç vaxt deməmişdir.
7. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)-1152/2022 nömrəli, 1 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Məmmədov) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddianı qəbul etməmiş, iddiaçı isə məhkəməyə iddiasını təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1091.1, 1091.2, 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 76, 14.2, 77.1, 217.4, 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İş materiallarına əlavə edilmiş cavabdehlə Elvin Qəmbərov arasında aparılan telefon yazışmaları vardır. Cavabdeh digər tələblərlə bağlı həmin məhkəmə iclaslarında yazışmaların sosial şəbəkələrdə tanış olduğu Elvin Qəmbərovla apardığını etiraf etmişdir. Həmin “Whatsapp” yazışmalarının 15-ci vərəqinin 3-cü sətrində onların arasında yazışmalarda “Nə qədər pul yığmısan”, 5-ci sətrində “Mənə pul yığın maşın alım, yayda gedəy Qəbələyə”, 17-ci vərəqinin 1-ci sətrində “Sən bir aya dirəşsən mənə maşında alarsan prostu etmirsən” kimi ifadələr yer alır. Məhkəmə isə bu sübutu iş materiallarından kənarlaşdıraraq, qiymətləndirməkdən vaz keçib. Bundan başqa hazırkı iş üzrə birinci instansiya məhkəməsinə audio yazı qeydə alan telefon cihazını təqdim edərək, məhkəmə fonoskopik və linqvistik ekspertizası keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Həmin audio yazıda iddiaçı qeyd edir ki, “mən pulun hamısını yox, üstündən bir dənəsini götürmüşəm”. Lakin məhkəməyə təqdim edilmiş sübutlardan və cavabdehin qismən etirafından aydın olur ki, cavabdeh həmin pul vəsaitindən xəbərdar olmuşdur. Pul vəsaitinin saxlandığı yeri bilməklə “üstündən bir dənə götürmüşəm” ifadə e tməklə iddianı qismən etiraf etmişdir. Məhkəmə həmin sübutları araşdırmaq və ekspertiza keçirmək əvəzinə, bu barədə verilmiş vəsatəti rədd etmişdir. Bundan başqa məhkəmə bütün iştirakçıların izahatlarını protokola düzgün qeyd etməmişdir, bu barədə protokola qeydlər vermişdir. Məhkəmə bütün prosesin gedişatını, müəyyən edilən halları təhrif edərək, düzgün olmayan qətnamə çıxarmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-273/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (T.Kərimov (sədrliyi və məruzəsi i lə), hakimlər C.İmanov və P.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən, tərəflərin birgə yaşadıqları dövrdə evlərində 10000 ABŞ dolları məbləğində pulun olması müəyyən olunsa da, iddiaçı tərəfindən həmin pulların cavabdehin məsul saxlancına verilməsinə, ələlxüsüs cavabdeh tərəfindən münasibətləri korlanarkən götürülməsinə, yaxud israf edilməsinə dair hər hansı bir sübut verilməmişdir. Tərəflərin münasibətləri isə 11 fevral 2022-ci il tarixindən, yəni iddiaçının cavabdeh tərəfindən ikinci mobil telefondan istifadə olunması halı aşkarlanandan sonra pozulmağa başlasa da, tərəflər həmin tarixdən 08 aprel 2022-ci il tarixinədək birlikdə yaşamışlar. Qe yd olunan zaman kəsiyində iddiaçının hazırda tələb etdiyi pullarla bağlı cavabdehə qarşı hər-hansı bir iddiası olmamış, zamanzaman mübahisələri olsa da, mübahisələr yalnız iddiaçının cavabdehin başqa şəxslə “Whatsapp”da yazışmasını bağışlaya bilməməsindən dolayı baş vermişdir. Nəhayət 08 aprel 2022-ci il tarixində baş vermiş növbəti mübahisə zəminində cavabdeh iddiaçı tərəfindən döyülərək (18 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarı ilə müəyyən olunan hal) əynindəki paltarla ər evini tərk edərək, atası evinə getmişdir. Bundan başqa, hətta fərz olunsa ki, iddiaçı tərəfindən iddia olunan pul məbləği həqiqətən cavabdehə məsul saxlanca verilib, tərəflərin münasibətlərinin pozulmağa başladığı 11 fevral 2022-ci il tarixindən 08 aprel 2022-ci il tarixinədək birlikdə yaşad ıqları dövrdə iddiaçının həmin pul vəsaiti ilə maraqlanmaması inandırıcı deyildir. Apellyasiya baxışı zamanı iddiaçının özü də verdiyi izahatında cavabdeh evdən gedənədək, yəni aprel ayının 8-dək həmin pullarla bağlı aralarında hər hansı bir mübahisənin olmadığını təsdiq etmişdir. Əgər aprel ayının 8-dək iddia olunan pul vəsaiti ilə bağlı tərəflər arasında mübahisə olmamışdırsa, demək pul vəsaiti yerində olmuş və belə olan halda iddiaçı pulun cavabdeh tərəfindən gedərkən özü ilə aparılmasının sübutunu verməli idi. Lakin işdən belə bir hal müəyyən olunmur, iddiaçı bununla bağlı hər-hansı bir mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, nəticədə düzgün olmayaraq apellyasiya şikayətini təmin etməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, iş üzrə müəyyən edilən və təqdim edilən sübutlara birtərəfli və tənqidi yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmay a haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
32. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Y uxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-273/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.