Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3960/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Qasımova (Süleymanova) Xəyalə Eldar qızı və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X24, X25 və X11 üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-3960/2023 (Açar sözlər: etibarnamənin və bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X28 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qasımova (Süleymanova) Xəyalə Eldar qızı və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X24, X25 və X11 üçüncü şəxslər qismində cəlb edilməklə) “etibarnamənin və onun əsasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1095/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1 Novruz oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2010-cu il tarixli vəsiyyətnaməyə əsasən, X13 xüsusi mülkiyyətində olan əmlakını X12 vəsiyyət etmiş və vəsiyyətnamə özü tərəfindən şəxsən imza edilməklə, şahidlərin iştirakı ilə Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. 2. xx.xx.2014-cü il tarixli AR-İ №317506 nömrəli etibarnamə ilə X13 ona məxsus bütün əmlakının idarə edilməsi və sərəncam verilməsi ilə bağlı səlahiyyətləri X5 versə də, etibarnaməni X6 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, X7 oxuma və yazma qabiliyyətinin olmaması barədə qeyd göstərilmişdir.
3. X8 ilə X16 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən, X3 Fatma Feyzulla qızı tərəfindən ona verilmiş etibarnamə əsasında, X9 məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini X12 bağışlamışd ır.
4. Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX № ******* seriya nörməli çıxarışa əsasən Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X10 tam payla xüsusi mülkiyyətində qeydə alınmışdır.
5. X17 27 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh X16 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı (X8, X24, X25 və X11 üçüncü şəxslər qismində cəlb edilməklə) “etibarnamənin və onun əsasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrində qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı daşı nmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixdə mərhum anası X7 adından X8 ilə cavabdeh X16 arasında Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin bağışlama müqaviləsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən cavabdeh X10 adına işlənmiş **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli, RX ******* seriya nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun doğma anası X13 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yas mərasimindən dərhal sonra cavabdeh X16, onun anası X19 ona və ailə üzvlərinə bildirmişlər ki, anası Fatma Əliyevadan miras qalmış Xaçmaz rayonun Arzu kəndində yerləşən bir mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X16, onun anası X14 məxsusdur, onlar oranı təcili boşaltmalıdırlar. Səbəbini soruşduqda Xəyalə Qasımova bildirmişdir ki, onun mərhum anası Fatma Əliyeva sağlığında həmin mülki ona bağışlamışdır. O, buna inanmasa da, sonradan müvafiq sənədlərin surətlərini əldə etdikdə məlum olmuşdur ki, cavabdehin adına həqiqətən də həmin mülkə 2014-cü ildə alınmış çıxarış mövcuddur. Sənədlərə görə mərhum anası X13 xx.xx.2014-cü il tarixdə üçüncü şəxslərdən bacısı X5 mülki etibarnamə vermiş və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında anasının adında n çıxış edən bacısı X8 cavabdeh X12 bağışlamışdır. Bundan sonra, cavabdeh Xəyalə Qasımova öz adına həmin mülkə, yəni Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. Bütün bu işlərdən onun xəbəri olmamış, yalnız anasının ölümündən sonra bunu bilmişdir. Dərhal bacısı Sona Allahverdiyevaya müraciət edərək soruşmuşdur ki, həqiqətənmi ananın adından ona etibarnamə verilmiş və bağışlama müqaviləsi ilə anasının əmlakını cavabdehə bağışlamışdır. Sona Allahverdiyeva bildirmişdir ki, nə etibarnamədən, nə də ki, bağışlama müqaviləsindən xəbəri yoxdur. Həmin sənədlərə imza atmamışdır, belə bir sənədlərin mövcudluğunu ondan eşidir. Yuxarıda göstərildiyi kimi bağışlama müqaviləsində ki imza mərhum anasının adından edilsə də, imza və “Əliyeva Fatma” sözləri onun tərəfindən icra edilməmiş, habelə bacısı Sona Allahverdiyeva tərəfindən icra edilməmişdir. Həmin bağışlama müqaviləsi qanunun tələbləri pozulmaqla anasının adından tərtib edilmişdir. Anası 1934-cü il təvəllüdlü olmaqla vəfat edərkən 86 yaşı olmuşdur və təbii ki, bu yaşda adamı aldadaraq hansısa sənədlərə imza etdirmək elə də çətin məsələ deyil. Ona görə də, qeyd olunan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.
8. İddiaçının vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasını, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin və xx.xx.2014cü il tarixli bağışlama müqavi ləsinin etibarsız hesab olunmasına və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına dair Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X16 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, nənəsi Fatma Əliyevaya sağlığında yalnız o, qulluq göstərmişdir. Onun bütün dəfn və yas xərclərini o çəkmiş, baş daşını o, qoydurmuşdur. Ona görə də nənəsi sağlığında əvvəlcə evini ona vəsiyyət edib, daha sonra isə bağışlayıb. Etibarnamə və bağışlama müqaviləsi tam qanuna uyğun verilib. İddiaçının iddiasını əsassız sayır və rədd edilməsini xahiş edir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X10 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, əvvəla etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər, hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı Mülki Məcəllənin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı əqdin mövcudluğundan, yəni bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəb dən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı anasının ölümündən və anasının miras əmlakından və cavabdeh Xəyalə Qasımovanın 2014-cü ildə bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından xəbərdar olmuş, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair prosessual müddətləri üzrsüz səbəblərdən ötürmüşdür. Həmçinin ilkin olaraq etibarnamənin ləğv olunması ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalı idi. Ona görə bu hissədə iş üzrə icraata xitam verilməlidir. İddiaçı bağışlama müqaviləsinin etibarnamənin anası tərəfindən imzalanmadığına görə etibarsız hesab edilməsini istəyir. Bundan əvvəl vəsiyyətnamə verilib və o, vəsiyyətnaməni mübahisələndirməyib. Vəsiyyətnamənin də mövc udluğu onu göstərir ki, iddiaçının mərhum anasının mövqeyi ona sağlığında qulluq göstərmiş nəvəsi Xəyaləyə əmlak qalmasından ibarət olub. 2010-cu ildə o, bu məqsədlə vəsiyyətnamə verib, 4 il sonra isə evini nəvəsinə bağışlayıb. İddiaçının bacıları ilə də söhbət əsnasında onlar da bildiriblər ki, analarına həmişə Xəyalə qulluq göstərib.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, onun anasına kim baxıbsa, anasının evi də onun olmalıdır. Sağlığında anasına cavabdeh Xəyalə Qasımova qulluq göstərmiş, onun dərmanlarını almış, anasının dəfn və yas xərclərini Xəyalə çəkmiş, baş daşını qoydurmuş, 3 və 40 mərasimlərini öz pulu ilə vermişdir. Qardaşı olan iddiaçı isə kişilərin yas mərasiminə yazdırdıqları pulları alıb xərcləmişdir. O, Ba kı şəhərində yaşayır. Anası vəfat edən gün sonuncu dəfə onunla mobil telefonla əlaqə saxlamışdır. Anası üçün hər dəfə telefonu Xəyalə yığmışdır və o, anası ilə telefonla danışmışdır. Anası hər dəfə Xəyalədən razılıq etmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2022-ci il tarixli 05/3402-11 saylı məktubundan görünür ki, X7 xx.xx.2014-cü il tarixdə qızı X5 etibarnamənin və onun əsasında müqavilənin rəsmiləşdirilməsi zamanı notarius Firdovsi Məmmədov tərəfindən qüsurlara yol verilmişdir. Belə ki, etibarnaməni mülkiyyətçinin əqdi imzalaya bilməməsi səbəbi göstərilməklə başqa şəxs imzalasa da, həmin şəxs sənəddə həmçinin mülkiyətçinin adından da imza çəkmiş və onun inisalları yazılmışdır. Habelə, müqavilə nümayəndə Sona Allahverdyvanın adından tərtib olun sa da, imzanın qarşısında yenə Fatma Əliyevanın inisalları qeyd olunmuşdur. Xaçmaz şəhəri 1 saylı Notariat Ofisinin notariusu Firdovsi X1 adından X4 adına etibarnaməni rəsmiləşdirərkən nöqasanlara yol vermiş və buna görə də ona yazılı xəbərdarlıq edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/551 nömrəli ekspert rəyinə əsasən mülki işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli Bağışlama müqavilsəində (kserosurəti /v 9-da) “İmzalar qrafası qarşısındakı imza və “Əliyeva Fatma” əlyazmaları - X8 tərəfindən icra olunmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1244 nömrəli ekspert rəyinə əsasən mülki işin 72-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli Bağışlama Müqaviləsində “İmzalar:” qrafasında 1-ci sıradakı imza və “Əliyeva Fatma” əlyazmaları – X8 tərəfindən icra olunmuşdur.
15. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-51/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın təmin edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X10 adına verilmiş RX N0369874 seriya nömrəli Çıxarışın ləğv edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
16. Birinci instansi ya məhkəməsi X7 xüsusi mülkiyyətində olan əmlakını X12 xx.xx.2010-cu il tarixdə vəsiyyət etməsi və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özünün şəxsən imza etməsi barədə Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnaməyə əsasən belə nəticəyə gəlmişdir ki, X7 yazı yazmaq qabiliyyəti olmuşdur.
17. Məhkəmənin iddia müddətinin tətbiqi ilə ərizənin təmin olunmaması ilə bağlı mövqeyi belə olmuşdur ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onun bu müqavilə barədə məlumatsız olması ilə bağlı olmuşdur. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudluğunu bilməli olması qeyri-mümkün hesab edilir. Ona görə ki, o, həmin pro seslərdə iştirak etməmişdir. İştirak etmədiyi halda isə bu barədə heç cür məlumatlandırıla bilməzdi.
18. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlillərinə münasibətdə hesab etmişdir ki, İddiaçı qeyd olunan iddia tələbini irəli sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Çünki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o, isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir.
19. İşin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi barədə nəticəyə gələrkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, etibarnamə rəsmiləşdirilərkən nöqsanlara yol verildiyindən, onun əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqavil əsi də etibarsız hesab edilməli və müqavilə əsasında alınmış çıxarış da ləğv edilməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 334.2, 355.1, 372, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 108, 119.1, 217.4-cü maddələrinə və “Notariat haqqında” Qanununun 27-ci və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49cu maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
21. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi brədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tətbiqinə lazımi şərait yaradır. Əvvəla etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər. Hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı Mülki Məcəllənin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı əqdin mövcudluğundan, yəni bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan xəbərdar olmuş, lakin üzrsüz s əbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Göründüyü kimi, iddiaçı anasının ölümündən və anasının miras əmlakından və ona 2014-cü ildə bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından xəbərdar olmuş, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair prosessual müddətləri üzrsüz səbəblərdən ötürmüşdür. Həmçinin, ilkin olaraq etibarnamənin ləğv olunması ilə bağlı İnzibati Məhkəməyə müraciət edilməli idi. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə səhv mövqe tutmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən vərəsəlik hüququnun qəbul edilməsi ilə bağlı iddia müddətinin ötürülməsi məsələsinə diqqət yetirməmişdir. Bu da məhkəmənin kobud pozuntuya yol verərək qeyri-obyektiv qərar qəbul etməsinə gətirmişdir. Məhkəmə cavabdehin adına verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışın etibarsız sayılmasına əsas olaraq mərhum Fatma Əliyevanın etibarnamə vermiş şəxs vəfat etmiş, etibarnaməni, onun əsasında verilmiş bağışlama müqaviləsi və mülkiyyətdən çıxarışı mərhum Fatm Əliyeva və ya onun etibarnamə verdiyi Sona Allahverdiyeva mübahisələndirə və iddiaçı qismində çıxış edə bilərdi.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq bildirmişdir ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onunla bağlıdır ki, iddiaçının bu müqavilə barədə məlumatsız olması idi. İddiaçı hüququnun pozulduğu mərhum anasının yas mərasimdə bilmiş və buna görə də, dərhal bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudlugun bilməli olması qeyri-mümkün hesab edilir. Belə ki, o, həmin proseslərdə iştirak etməmişdir. İştirak etmədiyi halda isə bu barədə heç cür məluma tlandırıla bilməzdi. Belə olan halda, məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə ərizə təmin olunmaması və iddia müddətinin tətbiq edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının ümumiyyətlə bu iddia tələbinin irəli sürməsi ilə bağlı subyektiv hüququnun olmamasına barədə gətirdiyi dəlilə qiymətə isə, iddiaçı qeyd olunan iddia tələbinin irəli sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Ona görə ki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o, isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, yol vermiş və aşkar görünən nöqsanlar notariusun təsdiq etdiyi sənədə şikayətçi İddiaçı tərəfindən şübhə ilə yanaşılmasına əsas yaratdığı üçün ona yazılı xəbərdarlıq edilmişdir. Beləliklə də, Notariat İdarəsinin məktubundan görünür ki, Xaçmaz şəhəri 1 saylı Notariat Ofisinin notariusu X22 Əliyevanın adından X4 adına etibarnaməni rəsmiləşdirərkən nöqsanlara yol vermilş və buna görə də ona yazılı xəbərdarlıq edilmişdir. Həmçinin, iş materiallarında olan Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin surətindən görünür ki, F.F.Əliyeva xüsusi mülkiyyətində olan əmlakını X12 xx.xx.2010-cu ildə vəsiyyət etmiş və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özü şəxsən imza etmişdir. Bu isə ona dəlalət edir ki, Fatma Əliyevanın yazı yazmaq qabiliyyəti olmuşdur.
27. Apellyasiya in stansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 334.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1-ci maddələrinə və “Notariat haqqında” Qanununun 27-ci və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 22, 41-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində birinci icraat:
28. Qətnamədən Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanları təkrarlamış, maddi və prosessual hüquq normalarının tətbiq edilməsi zamanı səhvə yol vermişdir.
30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)854/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi hakim), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1814/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
31. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmamışdır. Məhkəmələr tərəfindən istinad olunan vəsiyyətnamə kserosurətdir. Belə olan halda, həmin vəsiyyətnaməni sübut qismində qiymətləndirən məhkəmələr ilk növbədə onun mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalı idi. Məhkəmələr tərəfindən yazılı sübut qismində qəbul olunaraq iddia tələbinin təmin əsası kimi istinad olunan vəsiyyətnaməyə prosessual baxımdan düzgün hüquqi qiymət verilməmişdir. Digər tərəfdən istinad olunan vəsiyyətnamədə olan imzanın mərhum X9 məxsus olması ehtimal olunsa belə, bu onun yazı yazmaq qabiliyyətinin olmasının göstəricisi kimi qəbul oluna bilməz. Belə ki, həmin vəsiyyətnamədəki yazı xəttindən aşkar olaraq görünür ki, mərhum X2, ad və ata adının inisialı ilə imza eyni şəxs tərəfindən icra olunmamışdır. İmza özü i sə, kiril əlifbası ilə yazılmış F (Ф) hərfindən və əyri xətlərdən ibarətdir. İmzanın mərhuma aid olduğu ehtimal olunarsa belə, bu yazı yazmaq qabiliyyətinə dəlalət edən hal hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, yazı – səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupudur. Ona görə də imzada olan bir hərfə görə şəxsin yazı yazmaq qabiliyyətinə malik olması barədə halın müəyyən edilməsi əsaslı və qəbuledilən sayıla bilməz.
32. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, ümumiyyətlə, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli e vin cavabdehə bağışlanması barədə yalnız mərhum anasının yas mərasimində məlumatlı olduğundan, iddia tələbini 7 il ərzində irəli sürməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini də əsassız və qanunsuz hesab edərək qeyd etmişdir ki, evin bağışlanması müqaviləsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yalnız anası vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi qismində yaranmışdır. Anasının sağlığında isə müqaviləni mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Müqavilə bağlandığı vaxtdan mərhum Fatma Əliyevanın vəfatına qədər olan müddətdə isə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olmuşdur. Nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, subyektiv hüquq üç elementin mə cmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi iddia tələbinə iddia müddətini (Mülki Məcəllənin 377.1-ci maddəsi) tətbiq etmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan, iddia müddətinin deyil, kəsici müddətin (Mülki Məcəllənin 354.2-ci maddəsi) tətbiq olunması müzakirə olunmalı idi. Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1095/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Ayaz Mahmudov) cavabdeh Qasımova (Süleymanova) Xəyalə Eldar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-51/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər X12 və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
34. Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinin əsası olaraq – vəsiyyətnamənin mərhum X7 yazı yazmaq qabiliyyəti olmasına dəlalət etməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan sübut – vəsiyyətnamə kserosurətdir. İş üçün əhəmiyyətli olan ya zılı sənədlərin sübut əhəmiyyəti daşıması üçün başlıca şərt olaraq həmin sənədərin əsli və ya notariat qaydada təsdiq edilmiş sürətinin təqdim edilməsidir. Məhkəmələr tərəfindən yazılı sübutlara qeyd olunan şərtlərə əsasən prosessual baxımdan düzgün hüquqi qiymət verilməlidir. Lakin müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi istinad olunan vəsiyyətnaməni sübut qismində qiymətləndirərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayaraq düzgün dəyərləndirmə aparmamışdır. Eləcə də qeyd olunmalıdır ki, istinad olunan vəsiyyətnamədəki imzanın mərhum X9 məxsus olması ehtimaldır. X23 məxsus olması mötəbər sübutlarla müəyyən edilməmişdir. X23 məxsus olmasını ehtimal etsək belə, bu onun yazı yazmaq qabiliyyətinin olması kimi bir nəticəyə gəlinməsinə əsas vermir.
35. Məhk əmə kollegiyası notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən yol verilmiş nöqsanlarla bağlı qeyd etmişdir ki, həmin nöqsanlar formal xarakter daşıyır. Notarius notarial sənədin tərtibatında yanlışlığa yol vermiş, etibarnaməni Fatma Əliyevanın adından imzalamış Mirzəxan Vəliyevin imzasının qarşısına Fatma Əliyeva yazmışdır. Lakin notarius tərəfindən etibarnamənin arxa hissəsinə dəqiqləşdirici qeyd aparılmış, Fatma Əliyevanın oxuma-yazma qabiliyyəti olmadığından, imzanın onun adından Mirzəxan Vəliyev tərəfindən icra olunması göstərilmiş, qeyd edilən hissə də etibarnamə verilən tarixdə notarial qaydada təsdiqlənmişdir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydalarının pozulmasına yol verildiyi işin müəyyən edilmiş aşkar halıdır. Lakin, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir, bu hal müqavilənin bağlanmasında tərəflərin iradə ifadəsini aradan qaldıran və müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas kimi çıxış edə bilməz.
37. Məhkəmə kollegiyası iddiaçının subyektiv hüquqa malik olmaması barədə şikayətin dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı mərhum Fatma Əlieyavanın oğlu olmaqla qanun üzrə birinci növbə vərəsələr sırasına aiddir. Mübahisələndirilən bağışlama müqaviləsinin predmetini təşkil edən əmlak iddiaçının anasına məxsus olmaqla, birinci növbə vərəsə olaraq əmlak mənafelərinə toxunduğundan, iddiaçı araşd ırılan iddia ilə bağlı subyektiv hüquqa malikdir.
38. Məhkəmə kollegiyası şikayətin iddia müddətinin ötürülməsi barədə dəillini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, araşdırılan iddia tələbi əqdin etibarsızlığı ilə bağlı olduğundan, iddia müddətinin deyil, kəsici müddətin tətbiqi məsələsinə qiymət verilməlidir. İddiaçıya mübahisələndirdiyi hallar anasının ölümündən, yəni, xx.xx.2020-ci il tarixdən sonra məlum olmuş və iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Mülki Məcəllənin 354-cü maddəsi baxımından əqdin mübahisələndirilmə müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
39. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 8 8, 89.3 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
40. Qətnamədən iddiaçı (Vəkil1 Novruz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, o, 1970-ci ildən bəri uzun illər həmin mübahisəli evdə yaşamış və rəsmi qeydiyyatda olmuşdur. Rəsmi qeydiyyatda olmağına baxmayaraq, bağışlanma müqaviləsi onun rəsmi razılığı, icazəsi olmadan tərtib edilmiş və bağlanmışdır. Bu da bir daha onu göstərir ki, bağışlanma müqaviləsi gizli şəkildə hazırlanaraq tərtib olunmuş və evdən istifadə hüququ olan şəxs kimi onun rəsmi razılığı və icazəsi alınmamışdır. Halbuki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərini n razılığını alır. Göründüyü kimi rəsmi razılıq belə alınmamış, onun mülkiyyətə çatmaq hüququ pozulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərə fli və ya çoxtərəfli iradə ifadəsidir.
44. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
47. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılm anın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
48. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
49. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə a lan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
50. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
51. Maddə 668.1.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
52. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digə r xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
53. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”. (xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin bağlandığı vaxt qüvvədə olan redaksiyada).
54. Bənd
49. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olm ası barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
64. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını tam mübahisələndirmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya məhkəməsi, bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərinə əməl etmişdir. İş üzrə dü zgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
69. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X3 Fatma Feyzulla qızı tərəfindən ona verilmiş etibarnamə əsasında, X9 məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin to rpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi X12 bağışlamışdır. Həmin fərdi yaşayış evi üzərində xx.xx.2014-cü il tarixdə X10 tam payla xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. X13 xx.xx.2014-cü il tarixli AR-İ №317506 nömrəli etibarnamə əsasında ona məxsus bütün əmlakına dair geniş səlahiyyətləri X5 versə də, etibarnaməni X6 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, X7 oxuma və yazma qabiliyyətinin olmaması göstərilmişdir. İddiaçı bağışlama müqaviləsinin qanunun tələbləri pozulmaqla anasının adından tərtib və icra edildiyini göstərərək etibarsız hesab edilməsini iddia etmişdir.
70. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 34-38-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdi r ki, hər hansı müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən edilmiş tələbblərə uyğun olmamalıdır. Məcəllənin müəyyən etdiyi tələbləri hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.
71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
72. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub -olmadığı müəyyən edilə bilər.
73. İşin hallarından da görünür ki, evin bağışlanması müqaviləsini mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yalnız anası vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi qismində yaranmışdır. Anasının sağlığında isə müqaviləni mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Müqavilə bağlandığı vaxtdan mərhum Fatma Əliyevanın vəfatına qədər olan müddətdə isə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olmuşdur.
74. Məhkəmə kollegiyası kassasiya şikayətinin, 1970-ci ildən bəri uzun illər həmin mübahisəli evdə yaşamasına və rəsmi qeydiyyatda olmasına baxmayaraq, xx.xx.2014-cü il tarixdə bağışlanma müqaviləsinin onun rəsmi razılığı, icazəsi olmadan tərtib edilməsi və bağlanması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, mü bahisəli evin mülkiyyətçisi mərhum X13 olduğu halda, iddiaçının bağışlama müqaviləsinə nəyə görə razılığının olmasının nə ilə izah edilməsi şikayətdə əsaslandırılmamış, yalnız onun mübahisəli evdə uzun müddət yaşaması və rəsmi qeydiyyatda olması göstərilmiş, bununla bağlı “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə istinad olunmuşdir.
75. Məhkəmə kollegiyası bağışlama müqaviləsinə iddiaçının razılığının olmaması barədə dəlili ilə bağlı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarında əks olun muş mövqeyini diqqətə çatdırır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırki işdə müəyyən edilən hal isə ondan iba rətdir ki, bağışlanan (özgəninkiləşdirilən) əmlak yalnız iddiaçının anasının mülkiyyətində olmuşdur.
76. Eyni zamanda məhkəmə kollegiyasi kassasiya şikayətinin dəlilləri ilə bağlı bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında əks olunmuş mövqeyini xatırladaraq qeyd edir ki, həmin qərarda məhkəmə kollegiyası notarial hərəkətlərin aparılması zamanı notarius tərəfindən yol verilmiş nöqsanlarla bağlı qeyd etmişdir ki, göstərilən nöqsanlar formal xarakter daşıyır. Belə ki, notarius notarial sənədin tərtibatında yanlışlığa yol vermiş, etibarnaməni Fatma Əliyevanın adından imzalamış Mirzəxan Vəliyevin imzasının qarşısına Fatma Əliyeva yazmışdır. Lakin notarius tərəfindən etibarnamənin arxa hissəsinə dəqiqləşdirici qeyd aparılmış, Fatma Əliyevanın oxumayazma qabiliyyəti olmad ığından, imzanın onun adından Mirzəxan Vəliyev tərəfindən icra olunması göstərilmiş, qeyd hissə də etibarnamə verilən tarixdə notarial qaydada təsdiqlənmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin etibarnamə ilə bağlı qeyd etdikləri evin cavabdehə bağışlanması ilə bağlı mərhum Fatma Əliyevanın iradə ifadəsini aradan qaldıran hallar kimi şərh oluna bilməz. Ümumiyyətlə, notarius tərəfindən notarial sənədlərin tərtibatı ilə bağlı prosedur qaydaların pozulması əqd üzrə tərəflərin məsuliyyət sferasına daxil olmamaqla, onların iradə ifadəsinin zədələnməsinə dəlalət etmir.
77. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
78. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 79. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hes ab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
81. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göst ərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1095/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.