Məhkəmə qərarları › İş №2(102)-3961/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3961/2022

19.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3961/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aktının əsaslandırılması, faktın etirafı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və s. tələblərinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-460/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 sentyabr 2022-ci il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi ev (bundan sonra - mübahisəli ev) və 0.0619 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra - iddiaçı) adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Daşınmaz əmlakın texniki pasportuna əsasən torpaq sahəsi üzərində A və B literli yaşayış evləri və C literli anbar mövcuddur.

2. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir (bundan sonra – cavabdehlər).

3. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-299/2019 nömrəli iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehlərə qarşı mənzilə istifadə hüququna kompensasiya verilməklə xitam verməsi və mənzildən məcbur i qaydada çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-40/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına iddiaçı apellyasiya şikayətindən imtina etdiyi üçün xitam verilmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-322/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 Mingəçevir Regional “ASAN-xidmət” Mərkəzi Notariat ofisinin notariusu X2 qarşı xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı Yusif qızının olması və sonuncunun miras əmlakdan tam pay alması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz olduğuna görə etibarsız hesab edilməsi barədə iddiası təmin olunmamışdır.

6. Həmin iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 aldatmış, onun da ailə üzvləri ilə birlikdə atasından miras qalmış evdə yaşamaqla mirası qəbul etdiyinə baxmayaraq, ondan mirasdan imtina etmək barədə ərizə alınmış bütün miras əmlak anasının adına rəsmiləşdirilmişdir. Lakin anası həyətdə daimi birdəfəlik yaşayacaqlarına söz verməsinə baxmayaraq ona və arvadına qarşı istifadə evdən çıxarma barədə məhkəmədə iddia qaldırmışdır.

7. Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 miras əmlakdan öz anasının xeyrinə imtina etmiş, iddia müddətini ötürmüş və tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qətnamə yuxarı inst ansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın, icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikməyin, dəyişiklik aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından şiferlə hasar çəkərək iki hissəyə bölmüşlər və bununla da mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə mane olmuşlar. Şiferdən çəkilmiş hasar onun yaşadığı evə ç ox yaxın olduğuna görə isti havada normal nəfəs almaq mümkün olmur. Cavabdehlər hasarın digər tərəfində onun razılığı olmadan tikililər tikirlər, həmçinin, ayrı darvaza qoymuşlar. Nəticədə o, mülkiyyətində olan fərdi yaşayış evində, mülkiyyətçi kimi normal şəraitdə yaşaya bilmir, torpaq sahəsindən tam istifadə edə bilmir.

10. Cavabdehlər iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər.

11. Məhkəmə-tikinti ekspertizası üzrə verilmiş 23 sentyabr 2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki, mübahisəli ünvanda cavabdehlər tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşür. Ekspert tərəfindən baxış zamanı aparılmış ölçü işləri nəticəsində A tikilisindən 5,45 metr kənarda və B tikilisindən 8,9 m etr kənarda yaşayış evinə paralel hasar çəkilmiş və yarımçıq tikili inşa olunmuşdur.

12. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-404/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia təmin edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğuna görə iddia təmin olunmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabd eh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evlərin iddiaçının adına hansı vaxtdan və hansı şərtlərlə keçməsini dəqiq aydınlaşdırmamışdır. Belə ki, mübahisəli 0,0619 ha həyətyanı torpaq sahəsi və 2 yaşayış evi mərhum atası Vahid Qasımovun mülkiyyətində olmuş və atasının sağlığında və atasının ölümündən sonra arvadı və 3 azyaşlı övladı ilə birlikdə həmin köhnə qəzalı evdə yaşayırlar. Hələ atasının sağlığında onun icazəsi ilə həyətyanı torpaq sahəsi iki yerə bölünmüş və atası vəfat edəndən sonra vərəsələr mirası qəbul edən zaman iddiaçı ilə nota riusda razılaşmışlar ki, atasından miras qalmış əmlakı mülkiyyət kimi iddiaçının adına rəsmiləşdirilməsinə bu şərtlə razılıq verir ki, həmin həyətyanı torpaq sahəsi iki yerə bölünmüş vəziyyətdə qalsın, ayrıca giriş darvazası olsun və həmin torpaq sahəsinin arasında çəkilmiş hasar qalmaqla həyətdə ona yeni ev tikməyə icazə verilsin. İddiaçı əvvəl razılıq versə də, sonradan kimlərinsə öyrətməsi nəticəsində aralarında mülki mübahisə yaranmışdır. Mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evlər miras əmlakdır və həmin əmlaka dair onun məcburi pay hüququ və arvadının (digər cavabdeh) yaşamaq və mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsində yerləşən mübahisəli evdə ayrıca su, işıq, qaz sayğacları, ayrıca telefon və internet xətti vardır. Lakin, məhkə mə nədənsə bu halları düzgün qiymətləndirməmiş və əsassız olaraq onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-460/22 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Lakin onlar arasında həmin evin həyətin nə qədər sahəsini əhatə edəcəyi barədə heç bir razılaşma olmamışdır. Beləliklə, həm cavabdehin mirasdan məhrum edilməsi, həm də onun tərəfindən mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tikilinin sökülməsi Mülki Məcəllənin 158, 560.1 və 560.2-cı maddələrinə ziddir. İddiaçı öz hüquqlarından sui-istifadə etməklə, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri, mühüm qaydalardan biri olan dürüstlük qaydasını pozmuşdur.

19. Məhkəmənin qənaətinə görə iddia təmin ediləcəyi halda Cavabdeh1 miras əmlakdan imtina etməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni, sonuncu həm miras əmlakdakı payından məhrum olur, həm də tərəflərin razılığı ilə həyətdə tikilmiş evin, hasarın sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də, iddia tələbi təmin edilə bilməz.

20. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, o cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir. Etirazını belə əsaslandırmışdır ki, oğluna 1,5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1,5 sot torpaq sahəsindən kənara çıxmışdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının etirazı əsassızdır. Belə ki, mübahisəli ev tam hazır deyil, ev hazır olduqdan sonra onun ətrafında hasar çəkildikdə həmin məsələyə qayıtmaq mümkündür. Eyni zamanda tərəflərin belə razılaşması iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 152.6, 157.4, 157.8, 158.4, 560.1, 560.2-ci maddələrinə istinadla əsas landırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunu kobud surətdə pozmuş, iddiaçının hüquqlarına müdaxilə edərək qətnaməyə iddiaçının adından əlavə sözlər daxil etmişdir. İddiaçı heç bir vaxt söyləməmişdir ki, “cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir. Etirazını belə əsaslandırmışdır ki, oğluna 1.5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1.5 sot torpaq sahəsindən kənara çıxmışdır.” Bütün bunlar məhkəmənin səhv təxəyyülünün nəticəsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə

34. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

35. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf pro tokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməs i tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır.

48. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanu ni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

49. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).

50. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmənin nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianın təmin olunduğu əsaslandırılmalıdır.

51. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

52. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümum ilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

53. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın təmin olunması Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə əmlak hüquqlarını pozmuş olar.

54. Lakin məhkəmə MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən hansı sü butlar əsasında işin qeyd olunan hallarını müəyyən etdiyini, Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə hansı hüquqlarının yarandığını əsaslandırmamışdır.

55. Əksinə iddia ərizəsində iddiaçı cavabdehlər tərəfindən həyətdə tikinti işlərinə başlandığı dövrdən buna etiraz etdiyini, polisə şikayət verdiyini bildirmiş və iddia ərizəsində tikinti işlərinin dayandırılmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə yanaşı, oxşar məzmunlu müvəqqəti xarakterli tədbir barədə ərizə də vermişdir.

56. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə mübahisəli əmlakın həyətində yarımçıq tikili müəyyən edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir k i, o cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir, oğluna 1,5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1,5 sot torpaq sahəsindən kənara çıxmışdır.

58. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in hansı normasına əsasən iddiaçının istinad olunan izahatının iddianın rədd olunmasına əsas verdiyi barədə mövqeyini də əsaslandırmamışdır.

59. Məhkəmənin mövqeyindən belə anlaşılır ki, həmin izahat iddiaçı tərəfindən tikinti aparılmasına icazə verildiyi barədə faktın etirafı kimi qiymətləndirilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

60. Baxılan iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda məhkəmə iclasının sinxron audio və video yazısının aparıldığı qeyd edilsə də, həmin məlumatların əks olunduğu elektron daşıyıcı iş materiallarına əlavə edilməmişdir.

61. Eyni zamanda iddiaçı tərəfindən verildiyi qeyd olunan izahatın əks olunduğu protokol iddiaçı tərəfindən imzalanmamış, həmin etirafı ifadə edən yazılı ərizə işə əlavə olunmamışdır.

62. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının həmin məzmunda izahatın vermədiyi barədə məhkəmə iclas protokoluna qeydi müddət ötürülməklə verildiyi üçün apellyasiya instansiyası mə hkəməsi tərəfindən geri qaytarılmışdır.

63. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən dürüstlük prinsipinin pozulması və hüquqdan sui-istifadə hallarına yol verilməsi barədə məsələyə qiymət verilməsi yalnız iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan və işin hallarını mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən etdikdən sonra mümkündür.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-460/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar