Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x0 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 35000 ABŞ dolları məbləğində əsas vəsait, 16333,28 ABŞ dolları məbləğində faiz borcu, 10000 manat məbləğində mənəvi zərər, 200 man at hüquqi yardım üçün ödənilən məbləğ və 30 manat 40 qəpik dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud olduğu üçün, bu barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) xx xxxxxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 35000 ABŞ dolları məbləğində vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla), 100 manat hüquqi yardım üçün ödənilən məbləğ və 30,40 manat dövlət rusumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sərlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Xn Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən - Cavabdeh 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məh kəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvandakı mənzil X2 və Cavabdeh paylı mülkiyyətində olmuşdur. Mənzil X2 adına xx.xx.2010-cu il tarixdə ********** nömrəsi ilə, Cavabdeh adına isə xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X2 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır və o, miras əmlakdan tam pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx/xx/2010 cu il tarixdə X3 verilmiş **********61-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən və real vaxt rejimdə əldə edilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli arayışa əsasən yüklülük qeyd olunmamış ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 42.2 kv/m, yaşayış sahəsi 29.2 kv/m, yardımçı sahəsi 13 kv/m olan 2 otaqlı mənzilin mərhum X3 məxsus 1/2 hissəsindən ibarətdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görü nür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 18, ünvandakı 29 saylı mənzil hal-hazırda bərabər paylarla İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Mənzil Cavabdeh adına xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə, İddiaçı adına isə xx.xx.2019cu il tarixdə ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x saylı xx xxxxxxx 2014cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, 18 saylı evin 29-cu mənzilinin açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyəçiləri olan Cavabdeh ilə X4 arasında paylarına münasib sürətdə bölünməsi qət edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə imzalanmış qəbzin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, x saylı mənz ildəki paylı mülkiyyət hüququndan X2 xeyrinə imtina edib, bunun müqabilində X1 35000 ABŞ dolları məbləğində nağd pul almışdır. Aldığı pulun məbləğinə etirazı və iradı yoxdur. Həmçinin Cavabdeh qeyd etmişdir ki, bu mənzilə dair E.Əşrəfova qarşı hazırda və gələcəkdə hər hansı iddia və tələbi olmayacaq, ərizə onun sözlərindən yazılmışdır və imzası ilə təsdiq edir. Cavabdeh Nizami Rayon Məhkəməsinə ünvanlandığı, xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində də mübahisəli mənzildəki payına görə X1 35000 ABŞ dolları məbləğində nağd pul alaraq, payından sonununun xeyrinə imtina etdiyi bildirərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsini icraya yönəltməməyi xahiş etmişdir. Hazırda iddiaçı cavabdehin öz payını mərhum atasına sa tdığını, lakin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etməsinə əsaslanaraq, həmin paya görə mərhum atası tərəfindən ödənilmiş pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin qəbzin formal xarakter daşıdığını, ona 35.000 ABŞ dolları məbləğində pulun verilmədiyini qeyd edir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin 35000 ABŞ dolları məbləğində vəsaitin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla) iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsində birinci instansiya məhkəməsi işin hallarına dair düzgün nəticəyə gəlsə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, Mülki Məcəllənin 21-ci maddəsi ümumi normadır və zərərin ümumi anlayışını verməklə, zərərin əvəzinin hansı həcmdə ödənilməsindən bəhs edir. Həmin norma mülki qanunvericikdə nəzərdə tutulmuş zərərvurmanın ayrı-ayrı növləri üzrə (müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərər, əsassız varlanma nəticəsində vurulmuş zərər, hüquq pozuntularından (deliktlərdən) əmələ gələn zərər və s.) vurulmuş zərərin tutulması zamanı parallel şəkildə tətbiq olunur. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının atası ilə cavabdehin hər birinə ½ hissə olmaqla paylı mülkiyyətlərində olmuş, iddiaçının atası 2018-ci ildə vəfat etmiş, onun yeganə vərəsəsi olduğu üçün, mənzilin xva məxsus olan ½ hissəsi iddiaçının adına qeydiyyatdan keçmiş və hazırda cavabdehlə onun paylı mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum xv tərəfindən Cavabdeh mübahisəli mənzildəki ½ hissədə payına görə 35000 ABŞ dolları məbləğində nağd pul ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıd ır, belə ki, həmin hal iş materiallarında olan Cavabdeh xx.xx.2014-cü il tarixli qəbz və ərizəsindən aşkar şəkildə müəyyən olunur. Sonuncunun həmin sənədlərin azərbaycan dilində tərtib olunması səbəbindən məzmunu barədə ona məlumat verilməməsinə dair dəlilləri təkzib olunur, çünki qəbz və ərizə notariat qaydada təsdiq olunmuşdur və hər iki sənədin çap mətnindən sonra Cavabdeh əlyazma ilə sənədlərin məzmunu ilə tanış olduğunu və onun sözlərindən yazıldığını təsdiq etmişdir. Apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mərhum xvla Cavabdeh arasında sonuncunun payının alqı-satqısı baş vermiş, lakin həmin əqd notariat qaydada təsdiq olunmalı olduğu halda, tərəflər onu şifahi qaydada bağlamışlar. Yəni, xx.xx.2014-cü il tarixli qəbzlə xv 35000 ABŞ dolları məbləğində pul ödəməklə faktiki olara q Cavabdeh payını almışdır. Lakin, qanunun tələbinə görə, daşınmaz əmlakla bağlı əqdin notariat qaydasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (32 4.5). Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 394-cü maddəsinin tələbinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıc ı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqa vilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun d əyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subye ktlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, mərhum xvla Cavabdeh arasında sonuncunun payının alqı-satqısına dair əqdin formasına riayət olunmamışdır. Belə əqd isə qanunun tələbinə görə etibarsızdır (əhəmiyyətsizdir). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni zamanda qanun etibarsız əqdlər üzrə hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı tələb edir (MM-nin 337.5-ci maddəsi). Cavabdehin öz sözləri ilə yazıldığını bildirərək, öz imzası ilə təsdiq etdiyi qəbzdən görünür ki, o, mübahisəli mənzilə olan payına görə X1 35000 ABŞ dolları məbləğində nağd pul almışdır. Həmin əqd etibarsız hesab edildiyi üçün Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə əsasən cavabdeh etibarsız əqd üzrə aldığını qaytarmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh apelyasiya şikayətində qəbzin formal olması, həmin pul məbləğini almaması, azərbaycan dilini bilməməsi barədə mövqeyini əsassız sayaraq bildirmişdir ki, o, qəbzdə özü qeyd etmişdir ki, qəbz onun sözlərindən yazılmışdır və mətni ilə tanışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə qiymət verən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mərhum xvla Cavabdeh arasında bağlanmış əqd əhəmiyyətsizdir, Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbinə görə isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunda bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur və bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Mülki Məcəllənin 354-cü maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia o halda bu əsaslarla rədd oluna bilər ki, onun icrasına başlanılsın və icraya başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə mübahisələndirmə müddətinin axımı həmin əqdin icrasına başlanılması anı ilə şərtləndirilmişdir, yəni maraqlı şəxs üçün əhəmiyyətsiz əqdi mübahisələndirmə müddətinin axımı həmin əqdin icrasına başlandığı vaxtdan hesablanır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə əhəmiyyətsiz əqd hesab olunan alqı-satqı müqaviləsinin icrasına başlanmamışdır. Ona görə də iddiaçı hazırki tələbi irəli sürmək üçün müddəti buraxmamışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pu l vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mübahisəni nəticə etibarilə düzgün həll etdiyini nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar q
Məhkəmə qərarları › İş №2(102)-3962/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3962/2020
05.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver