Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı (üçüncü şəxslər İsmayıllı rayon Basqal bələdiyyəsi və DƏDRX-in 9 saylı Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, vəsatətlərin həlli, məhkəmə qərardadının əsaslandırılması, iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı cavabdehin maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-442/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 19 fevral 1998-ci il tarixli 356 inventar nömrəli qeydiyyat vəsiqəsi və 2002-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun əsasən Basqal qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 89,5 kv.metr olan fərdi yaşayış evi Cavabdeh1 (bundan sonra - cavabdeh) adına qeydə alınmışdır.
2. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 07 iyul 2004-cü il tarixli, 48 saylı sərəncamı ilə cavabdehin həyat yoldaşı X3 İsmayıllı rayonu Zeyvə kəndində ümumi sahəsi 300 kv.metr, yaşayış sahəsi 1 50 kv.metr olan yaşayış evi və həyətyanı tikililərin aparılmasına icazə verilmişdir.
3. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə İsmayıllı rayonu Basqal kəndi ərazisində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi X4, X2 və X1 birgə mülkiyyətinə verilmiş, bununla bağlı JN-647F KOD 40700016 nömrəli şəhadətnamə tərtib edilmişdir. 08 avqust 2005-ci il tarixli notariat qaydada təsdiq olunmuş müqavilə əsasında Ağabədəl Nağıyev həmin torpaq sahəsini İddiaçı (bundan sonra – iddiaçı) satmış, sonuncu 22 avqust 2005-ci il tarixdə həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə almışdır.
4. İddiaçının vəkilinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı sorğulara cavab olaraq 29 iyul 2021-ci il tarixli və 31 avqust 2021-ci il tarixli məktublarla bildirilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan, 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol yeri nəzərdə tutulmamış, torpaq sahəsi bir tərəfdən bələdiyyə mülkiyyətində olan 876 BB nömrəli torpaq sahəsi ilə, bir tərəfdən bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli torpaq sahəsi ilə, digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Bələdiyyə mülkiyyətində olan 877 BB nömrəli konturda göstərilən torpaq sahəsi hal-hazırda başqa bir vətəndaşın istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavab dehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair 22 avqust 2005-ci il tarixli JN-851 (KOD ********) saylı şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində İsmayıllı rayon Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB nömrəli konturda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq dəmir dirəklərin üzərində quraşdırılmış dəmir darvazanın və dəmir torun cavabdehin hesabına sökülərək götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə etmək üçün torpağın yerləşdiyi əraziyə gəldikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi iki tərəfdən 876 BB və 877 BB torpaq sahələri ilə həmsərhəd olmaqla digər iki tərəfdən isə sərt enişli torpaq sahəsi ilə həmsərhəddir. Mülkiyyətində olan torpaq sahəsinə nəzərdə tutulan yeganə giriş-çıxışın yerində Basqal bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq 2 metr uzunluğunda olan dəmir dirəklərin üzərində dəmir darvaza və dəmir setka quraşdırılmışdır. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxışı bağlamaqla mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətmişdir. O və ailə üzvləri bu barədə cavabdehlə dəfələrlə görüşmüş və sonuncuya qarşılıqlı razılığa gəlmək istədiklərini bildirmişlər. Həmçinin o, cavabdehə həmin torpaq sahəsini ona sata biləcəyi barədə və ya başqa torpaq s ahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirmiş, cavabdeh isə bu barədə fikirləşmək üçün uzun müddətli vaxt almışdır. Lakin cavabdeh onunla heç bir razılığa gəlməmiş və qeyd olunan ərazidə darvaza və hasarın quraşdırılması ilə onun mülkiyyətində olan torpaq sahəsinin istifadə olunmasında açıq-aşkar maneçilik etməkdə davam etmişdir.
7. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 24 iyun 2021ci il tarixdə Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri onunla birlikdə qeyd olunan torpaq sahəsinin yerləşdiyi yerə gəlmiş və həmin ərazidə inventarlaşdırma işlərini aparmaq istəmişlər. Lakin, cavabdeh 876 BB və 877 BB torpaq sahələrinin qanuni istifadəsində olduğunu və özünə məxsus torpaq sahəsi üzərindən ona məxsus torpaq sahəsinə heç kimi buraxmayacağını bildirmişdir. Mütəxəssislər cavabdehdən müvafiq torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin təqdim edilməsini xahiş etsələr də, o heç bir rəsmi sənəd təqdim etməmiş və mütəxəssislərin müvafiq inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətdiyi üçün həmin torpaq sahəsi üzərində qanunvericiliklə nəzərdə tutulan qaydada sahiblik hüququnu həyata keçirə bilmir. DƏDRXnin 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 iyul 2021-ci il tarixli bildirişinə əsasən Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin ərazidə inventarlaşdırma işləri aparılması mümkün olmadığından daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mübahisəli torpaq sahəsinin hazırda kimə məxsus olması ilə bağlı Basqal bələdiyyəsinə müraciət edilsə də, hazıra qədər Basqal bələdiyyəsi tərəfindən bununla bağlı heç bir cavab verilməmişdir. Belə olan halda o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
8. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahatında bildirmişdir ki, onun və ailə üzvlərinin şəxsi mülkiyyətində İsmayıllı rayonu Zeyvə bələdiyyəsinin ərazisində üç tərəfdən meşə və dərin enişli dərələrin əhatəsində 2 hektar əkin və 0,36 hektar həyətyanı torpaq sahəsi vardır. O, həyətyanı torpaq sahəsində ümumi sahəsi 89.5 kv.metr olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin əmlaklar dövlət reyestrində qeydiyyata alınmış və ərazilərin inşaat pasportu tərtib edilmişdir. Ə mlak və torpaq üzrə vergiləri Zeyvə bələdiyyəsinə ödəmişdir. Ərazinin su mənbəyi və ümumi istifadə yoluna çıxışı yoxdur. Bu səbəbdən gediş-gəliş üçün qonşunun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə olunur. Hazırda həmin ərazidə torpaq sürüşməsi nəticəsində təhlükəli vəziyyət yaranmış və istifadə məhdudlaşdırılmışdır. Meşə heyvanlarından mühafizə məqsədi ilə həyətyanı sahə çərçivəli, nazik tor məftillə çəpərlənmişdir. Əraziyə giriş sərbəstdir, məhdudiyyət yoxdur. 2010-cu ilin avqust ayında iddiaçının əri İlqar iş yerinə gələrək onunla tanış olmuş, Qəbələ Ərazi İdarəsinin mütəxəssisi ilə birlikdə mübahisə predmeti olan əraziyə gəlmiş və mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri aparmışdır. Mütəxəssis həmin ərazidə inventarlaşdırma işləri apardıqdan sonra torpaq sahəsinə y ol olmadığını və ümumiyyətlə ərazilərə yol görünmədiyini bildirmişdir. İddiaçı aldığı torpaq sahəsini ona satmağa və ya başqa torpaq sahəsi ilə əvəzləşdirməyə razı olduğunu bildirsə də, ona belə bir təklif olunmamışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək, rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İşə baxarkən iddiaçı tərəf məhkəməyə yazılı vəsatət verərək, İsmayıllı rayon Basqal Bələdiyyəsində və cavabdehdə saxlanılan Basqal Bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahələrinə dair bütün hüquq müəyyənedici sənədlərin (şəhadətnamə, torpaq sahələrinin planı və sərhədlərin ölçüsü, icarə müqaviləsi və sair) mülki işə əlavə olunması üçün bələdiyyədən və cavabdehdən tələb olunmasını xahiş etmişdir. 16 noyabr 2021-ci il tarix mübahisəli torpaq sahələrinin yerində müayinəsi ilə bağlı məhkəmə iclasında məhkəmə iş üçün əhəmiyyət kəsb etmədiyindən vəsatəti təmin etməmişdir.
10. Mübahisəli torpaq sahəsinin yerində müayinəsinin nəticəsi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi 30 noyabr 2021-ci il tarixdə **********30 nömrəli mütəxəssis rəyi təqdim etmişdir. Rəydə göstərilmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, İddiaçı tərəfindən alğı-satqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddi a etdiyi gedişgəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
11. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(037)-942/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov) iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni mütəxəssis rəyinə uyğun olaraq belə əsaslandırmışdır ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, iddiaçı tərəfindən alğısatqı qaydasında əldə olunan 27 dekabr 2004-cü il tarixli JN-647F, KOD 40700016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, həmin torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsind ən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır ki, bu halda, iddia tələbi rədd edilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.1, 157.2, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun tərtib edilmiş, həmçinin qeyd edilmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsinin qan uni istifadədə olduğunu təsdiq edən sübut kimi məhkəməyə ailə üzvlərinin adına olan torpaq sahələrinə dair çıxarışların kserosurətini təqdim etmiş, məhkəmə həmin sənədlərin əslini tələb etməmişdir. Eyni zamanda çıxarışların məhz mübahisə olunan torpaq sahələri ilə üst-üstə düşdüyünü sübut edən əsas hüquq müəyyənedici sənəd olan bu torpaq sahələrinin ölçüləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə həmin sənədləri cavabdehdən tələb etməmişdir. 876 BB və 877 BB nömrəli torpaq sahələri Zeyvə Bələdiyyəsinə deyil, Basqal Bələdiyyəsinə məxsus olduğu üçün cavabdehin həmin torpaq sahələrinin istifadəsi ilə bağlı ümumiyyətlə subyektiv hüququ yoxdur. Məhkəmə aparılmış araşdırma nəticəsində qətnamənin əsaslandırıcı hissəsində iddianın qanuni və əsaslı olduğunu göstərsə də, işin hallar ına uyğun gəlməyən əsassız və qanunsuz nəticəyə gəlmiş, bununla iddiaçını faktiki olaraq mülkiyyət hüququndan məhrum etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov – sədrlik edən və məruzəçi, M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin cavabdeh tərəfindən məhkəməyə sənədlərin kserosurətlərinin təqdim edilməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfindən həmin sənədlərin notar iat qaydada təsdiq olunmuş surətləri rəsmi qaydada Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmiş və məhkəmə iclasında öyrənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsinə dair yeni qərar və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, hazırkı mübahisəyə baxılarkən “Torpaq islahatı haqqında” Qanunun və həmin Qanunun tənzimlənməsi məqsədilə qəbul edilmiş müvafiq hüquqi aktların müddəalarına diqqət yetirilməmişdir. Məhkəmə i ddiaçının yeganə gediş-gəliş yolunun cavabdehin zəbt etdiyi sahədən keçməsinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmələr mütəxəssis rəyinə istinad etsələr də, mütəxəssis rəyindəki ziddiyyətlərin aradan qaldırılması üçün ekspertiza təyin etməmiş, mütəxəssis rəyi ilə kifayətlənmişlər. İddiaçı sübutların tələb edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, Basqal Bələdiyyəsinə məxsus olan 877BB və 876 BB torpaq sahələrinə dair bütün hüquq müəyyənedici sənədlərin tələb olunmasını xahiş etsə də, işə baxan məhkəmələr həmin sənədləri tələb etməmiş, qeyd olunan ərazinin Basqal, yoxsa Zeyvə bələdiyyəsinə və yaxud da, X5 və X3 məxsus olub-olmamasını araşdırmamışdır. Apellyasiya məhkəməsi şikayətin dəlillərinə hüquqi mövqe bildirməmiş, yalnız birinci instansiya məhkəməsinin qətnaməsini təkrarlamaqla kifayətlənmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiy yətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
24. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
25. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azə rbaycan Respublikası Torpaq Məcəlləsi
26. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
27. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
28. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onla rı xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər.
32. Maddə
60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yer li özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ə saslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 2 0 may tarixli Qərarı Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir.
44. E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı...mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur.... Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları MPM-in bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan m əsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Konstitusiya Məhkəməsinin Plenumu vəsatətlərin həlli ilə bağlı qanunvericinin mövqeyindən çıxış edərək qeyd edir ki, məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır....Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tap malı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə gö rə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Məcəllənin 184.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
48. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir.
49. Ədalətli məhkəmə hüququnun əsas elementlərindən biri olan dinlənilmək hüququ özündə həm də iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək imkanını ehtiva edir. Nəzərə alınmalıdır ki, hər kəsin hüquq və vəzifələrinə dair mübahisələrin həll edildiyi mülki iş üzrə əsaslandırılmış məhkəmə aktı əldə etmək hüququ təkcə yekun məhkəmə aktlarına deyil, həm də tərəflərin vəsatətləri üzrə ayrıca məhkəmə aktı şəklində və ya məhkəmə iclas protokollarına yazılmaqla qəbul edilmiş məhkəmə qərardadlarına aiddir.
50. Məhkəm ələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır.
51. Bu baxımdan işdə iştirak edən şəxslərin işin həlli ilə bağlı verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə, məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə qərar qəbul etməli və bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilm əli olduğunu hesab edirsə, qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (maddə 220).
52. Baxılan işə birinci instansiya məhkəməsində baxılması zamanı üzrə iddiaçı tərəf məhkəməyə yazılı vəsatət verərək, İsmayıllı rayon Basqal Bələdiyyəsində və cavabdehdə saxlanılan Basqal Bələdiyyəsinə məxsus 877 BB və 876 BB konturlarında göstərilən torpaq sahələrinə dair bütün hüquq müəyyənedici sənədlərin (şəhadətnamə, torpaq sahələrinin planı və sərhədlərin ölçüsü, icarə müqaviləsi və sair) mülki işə əlavə olunması üçün bələdiyyədən və cavabdehdən tələb olunmasını xahiş etmişdir. 16 noyabr 2021-ci il tarixli mübahisəli torpaq sahələrinin yerində müayinəsi ilə bağlı məhkəmə iclasında məhkəmə i ş üçün əhəmiyyət kəsb etmədiyindən vəsatəti təmin etməmişdir.
53. İşə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsinə gediş-gəliş üçün istifadə olunmuş bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin təyinatı, digər şəxslərin qanuni istifadədə olub-olmaması işin mahiyyəti üzrə həlli baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Bu baxımdan həmin torpaq sahələrinə dair bütün hüquq müəyyənedici sənədlərin işə əlavə edilməsi üçün tələb olunması barədə vəsatətin işə aid olmaması əsası ilə rədd edilməsi məntiqli görünmür və məhkəmənin vəsatətlə bağlı mövqeyi açıq-aşkar əsaslandırılmamışdır. Halbuki vəsatətin təmin olunması MPM-in 14.1-ci maddəsinə əsasən məhkə mənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsinə uyğun olmaqla mübahisənin düzgün və qanuni həlli baxımından əhəmiyyətli ola bilərdi.
54. Bununla yanaşı birinci instansiya məhkəməsi mübahisəli ərazini yerində müayinə etmiş və həmin müayinədə iştirak etmiş mütəxəssisin yazılı rəyini alaraq iş materiallarına əlavə etmişdir.
55. Həmin rəydə qeyd olunmuşdur ki, iddiaçıya məxsus 0,12 hektar torpaq sahəsinə yol nəzərdə tutulmamış, sözügedən torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyə mülkiyyətində olan 877BB nömrəli torpaq sahəsindən istifadə olunmuşdur. İddiaçının iddia etdiyi gediş-gəliş yolu cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən keçir və bu torpaq sahəsi cavabdeh tərəfindən metal torla hasara alınmışdır.
56. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə yerində müayinədə iştirak etmiş mütəxəssisin tərtib etdiyi yazılı rəylə razılaşmış və rəydə ifadə edilmiş faktları eynilə işin müəyyən edilmiş halları kimi qəbul etmişdir.
57. Lakin yuxarıda istinad olunan rəylə razılaşan və işin hallarını həmin rəyə uyğun müəyyən edən birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi nəticə anlaşılan deyil.
58. Yuxarıda istinad olunan prosessual hüquq normalarının pozulması və anlaşılmazlıqların aradan qaldırılması zərurəti iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin əsas dəlillərini təşkil etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin dəlillərə qiymət verməmiş, yalnız birinci ins tansiya məhkəməsinə kserosurətləri təqdim edilmiş sənədlərə baxış keçirildiyini qeyd etməklə kifayətlənnmişdir.
59. Halbuki, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalət li olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
61. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
62. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
63. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsasl andırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
64. Bununla yanaşı nəzərə alınmalıdır ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyi nin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (§ 43).
65. Mülki prosesdə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədlərinə nail olmaq üçün hakimin prosessual fəallığına yol verən hallardan biri də dövlət orqanlarını və yerli özünü idarə orqanlarını rəy vermək üçün işdə iştirak etməyə cəlb edilməsidir.
66. Belə ki, MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
67. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qeyd olunan hala aydınlıq gətirmək üçün mübahisəli torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi zamanı onun ayırmasına, qeydə alınmasına və sənədləşdirilməsinə məsul olan dövlət orqanları və yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini müəyyən etmək üçün həmin orqanları işə cəlb etməmiş, yaxud fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövl ət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə işdə olan mübahisəli hallarla bağlı həmin orqanların rəy vermələri üçün yol verilən və zəruri prosessual hərəkətləri etməmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-442/2022 nömrəli mülki iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.