Məhkəmə qərarları › İş №2(102)-3963/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3963/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3963/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “inşa edilmiş pilləkənin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 və vəkili xxxoğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)848/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X4 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus kafeyə aid sahədə Cavabdeh tərəfindən inşa edilmiş pilləkənin cavabdehin hesabına sökülməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-463/2019 nömrəli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, ünvan 2 ünvanında İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazidə Cavabdeh tərəfindən inşa olunmuş pilləkənin Cavabdeh hesabına sökülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkə məsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova - sədrlik edən və məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)315/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili xxxoğlu kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi iddiaçıya məxsus deyildir və həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədi mövcud deyildir. İş üzrə təkrar məhkəmə ekspertizasının təyin etmək zərurəti olduğu və bununla bağlı cavabdeh vəsatət verdiyi halda, apelyasiya məhkəməsi vəsatətini təmin etməmişdir. Cavabdeh tikinti aparmaq üçün bütün hüquq müəyyənedici sənədləri toplamış və tikintini Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Eskiz layihəyə uyğun aparmışdır. Lakin məhkəmə həmin sənədləri nəzərə almamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 və vəkili xxxoğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X8 məhkəmə icla sında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının tələbləri bölünməz olaraq tam təmin edildiyindən və cavabdeh tərəfindən apelyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövl ət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 305-a nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 1 küçəsində yerləşən ümumi sahəsi 102,4 kv.m. olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxx 2003-cü il tarixdə İddiaçı məxsus ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ******* saylı xx xxxxxx 201 7-ci il tarixli məktubunun icrası haqqında xx xxxxxx 2017-ci il tarixli 318 nömrəli Sərəncamının surətinə əsasən Cavabdeh ünvan 1 saylı binaların yaxınlığında yerləşən ərazidə razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Sifarişçi Cavabdeh sifarişi əsasında “xxxx” MMC tərəfindən ünvan 1saylı yaşayış binasının yaxınlığında yerləşən qeyri-yaşayış obyektinin eskiz layihəsi hazırlanmışdır. İddiaçı ona məxsus obyektin əvvəllər talvar olan ərazisində cavabdeh tərəfindən pilləkən inşa edilməsinə, həmin ərazinin onun texniki pasportuna daxil edilməsinə, obyektin mövcud qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan obyektindən istifadədə cavabdeh tərəfindən inşa edilmiş pilləkənin maneçilik yaratmasına, həmin pilləkənin inşası ilə bağlı cavabdehin qanunsuz yolla eskiz layihə çəkdirilməsinə nail olmasına istinad edərək sözügedən pilləkənin sökülməsini məhkəmədən tələb etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. Birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən inşa olunmuş qeyriyaşayış binasının mübahisələndirilən pilləkəni İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş ərazi ilə üst-üstə düşür və pilləkənin yerləşdiyi ərazi ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aiddir. Lakin cavabdeh həmin ərazinin iddiaçıya aid olmadığını bildirsə də, ekspert rəyləri və keçirilən yerində müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, cavabdehin inşa e tdiyi pilləkənin yerləşdiyi ərazi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda nəzərdə tutulmuşdur, odur ki, iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğv olunması və iddianın rədd olunması üçün əsas vermir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4, 157.8, 170.1, 170.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, onun tərəfindən maddi və prosessual hüquq normaları po zulmuşdur. Belə ki, iş materiallarından mübahisəsiz hal kimi müəyyən olunur ki, İddiaçı mülkiyyətində ünvan 1 küçəsində yerləşən qeyri-yaşayış binasının ümumi sahəsi 102,4 kv.m. təşkil edir. Lakin həmin qeyri-yaşayış binasına dair xx xxx 2003-cü il tarixdə tərtib olunmuş texniki pasportda İddiaçı istifadəsinə qeyd olunan sahədən əlavə 18,9 kv.m. olan navesin (talvarın) olması öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında İddiaçı məxsus qeyri-yaşayış sahəsi yerləşir. Mübahisələndirilən 18,9 kv.m-lik talvarın yerləşdiyi ərazi İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının pilləkəni qeyd olunan ərazi ilə üst-üstə düşür. İş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli 21011 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa olunmuş mübahisəli pilləkən tikilisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli sərəncamı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsində, İddiaçı mülkiyyətində olan sahəsi 102,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair verilmiş texniki pasportun plan-sxemində 18,9 kv.m açıq sahə kimi göstərilmişdir. Mübahisəli pilləkən qəfəsinin yerləşdiyi sahə cavabdehə və iddiaçıya məxsus sənədlərdə öz əksini tapdığı üç ün həmin sahənin kimə məxsus olması məhkəmə tərəfindən müəyyən edilə bilər. İş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli 32124 nömrəli rəyinə əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m-lik talvarın (naves) yerləşdiyi ərazi ilə Cavabdeh tərəfindən inşa olunmuş qeyriyaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq (tarix baxımından) iddiaçının qeyriyaşayış sahəsinə aid olduğu müəyyən edilir. Beləliklə, iş üzrə keçirilmiş ekspert rəyləri ilə cavabdehə məxsus tikilinin bir hissəsinin (pilləkən qəfəsəsinin) iddiaçının onun sahibliyində olduğu id dia etdiyi ərazisində inşa edilməsi iş üzrə keçirilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlandığı xx xxx 2019-cu il tarixli məktuba əsasən İddiaçı məxsus olan ünvan 2ndə yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun “tikilinin planı” bölməsində nəzərdə tutulmuş 18,9 kv.m.-lik talvarın yerləşdiyi ərazi ilə Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış binasının müvafiq eskiz layihəsində öz əksini tapmış pilləkən qəfəsinin üst-üstə düşdüyü və pilləkənin yerləşdiyi ərazinin ilkin olaraq iddiaçının qeyri-yaşayış sahəsinə aid olduğu müəyyən edilmişdir. Aparılmış a raşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus obyektin texniki pasportunda mübahisə predmeti olan 18,9 kv.m. talvar sahəsi (bünövrəsiz tikilidir) şərti olaraq texniki pasporta daxil edilməsinə baxmayaraq, təsnifata daxil edilməmişdir.Faktiki olaraq həmin talvar sahəsi mövcud deyildir. Talvar mövcud olmadığı üçün Cavabdeh müvafiq hüquq müəyyənedici sənədlərə əsasən həmin hissədən obyektinə pilləkən qəfəsi tikmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər. ünvan 2ndə yerləşən sahəsi 102,4 kv.m olan qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olması mübahisə doğurmadığı halda, sonuncu həmin sahəyə bitişik olmuş, bünövrəsiz və artıq mövcud olmayan 18,9 kv.m.-lik talvarın da ona məxsus olduğunu iddia etmiş, lakin işə mahiyyəti üzrə baxan məhkəmələr həmin talvarın yerləşdiyi ərazinin (torpaq sahəsinin) iddiaçıya məxsusluğunu, talvarın nə vaxt və hansı səbəbdən sökülməsini araşdırmamış və cavabdehin bununla bağlı apelyasiya şikayətinin dəlillərinə və nəticə olaraq iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasına hüquqi qiymət verilməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən ünvan 1 saylı binaların yaxınlığında yerləşən tikili (o cümlədən həmin tikilinin ayrılmaz hissəsi ola n mübahisələndirilən pilləkən qəfəsi) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017ci il tarixli sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış 18/03-8/769 saylı eskiz layihəsi əsasında inşa olunmuşdur. Hüquq müəyyənedici olan həmin sənədlər maraqlı şəxslərlə mübahisələndirilməmiş və qüvvədədir. Belə olan halda, cavabdehin mübahisələndirilən torpaq sahəsində inşa etdiyi tikilinin qanuniliyinə hüquqi qiymət verilməli olduğu halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən bununla bağlı hər hansı mövqe irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əssən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin et məli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normаlаrınа müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmаlаrını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ndə sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kasasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sa dəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldov aya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər araşdırılmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. QƏRARA ALDİ: Cavabdeh və vəkili X4 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-848/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar