Məhkəmə qərarları › İş №2(102)-3964/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3964/2020

20.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi – hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təzminat” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən İddiaçı və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təzminat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, cavabdehdən maddi və mənəvi zərərə görə 80 000 manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 03 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) 22.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini öz qətnaməsinə olduğu kimi köçürməklə kifayətlənmiş, apellyasiya şikayətində göstərilən və açıq-aydın əsaslandırılmış dəlillər üzrə heç bir araşdırma aparmamış və apellyasiya şikayətini rədd edərkən nəyə görə belə bir nəticəyə gəlməsini açıqlamamış, şikayətçi tərəfindən irəli sürülmüş dəlilləri cavablandırmamışdır. Bununla da, iddiaçının əsaslandırılmış qərar almaq hüququ da pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlsə də, öz mövqeyinin maddi hüquqi əsasını qətnamədə göstərməmiş, ümumiyyətlə qətnamədə hər hansı maddi hüquq normasına istinad etməmişdir. Halbuki, iş materiallarından da görünür ki, məhz Cavabdeh qanunla müəyyən edilmiş müddət ərzində məhkəmə aktından şikayət verməməsi iddiaçının ona ödənilməli olan kompensasiyadan məhrum edilməsinə səbəb olmuşdur. Məhkəmələr İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyini göstərsə də, qətnamədən şikayətin verilməsi müddətinin cavabdeh hərəkətsizliyi ilə əlaqədar ötürülməsinə dair iş materiallarında kifayət qədər sübut (məhkəmə qərardadı) var. Cavabdehin bu hərəkəti (hərəkətsizliyi) mülki hüquq pozuntusunun törədilməsinə və iddiaçının hüquqlarının pozulmasına - ona böyük məbləğdə ziyan vurulmasına səbəb olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Sevin Məmmədəliyeva məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat ve rərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 386.1-ci maddəsinə istinadən gəldiyi nəticəsinin əsaslandırılmasından görünür ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmasına dair iddia tələbi ona görə əsassızdır ki, iddiaçı onun təqsirli hərəkətləri nəticəsində ona zərər vurulması və məsuliyyətsizliyi ilə əlaqədar iddiaçıya 80000 manat təzminat ödənilməli olmasına dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. İşin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı təzminat tələbini onunla əsalandırmışdır ki, onun 2000-ci ildən ünvan 1 ünvanda məcburi köçkün kimi məskunlaşdığı ev 2017-ci ildə sökülərək sahibinə kompensasiya verilmiş, onu Xətai rayon İcra Hakimiyyəti heç bir yerdə yerləşdirməmiş və hər hansı kompensasiya verməmişdir. O məcburi köçkünlər üçün evləri söküldüyünə görə onlara verilmiş 45 000 manat kompensasiyanı almaq üçün dövlət hesabına v əkillə təmin olunmağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, ona Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ali Məhkəmədə hüquqlarının qorunması üçün vəkil, 1988-ci il təvəllüdlü Cavabdeh təyin olunmuşdur. Lakin həmin vəkil kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdeh bəzən qohumunun öldüyünü, bəzən də xəstə olduğunu bəhanə gətirərək ona həvalə olunmuş işə məsuliyyətsiz yanaşmışdır. Bunun nəticəsində onun kompensasiya almaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsində iddia ərizəsinə baxılmağının qarşısını almışdır. Vəkilin bilərək və ya bilməyərəkdən savadsızlığı, məsuliyyətsizliyi və ya hansısa bir başqa səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsində Azərbaycan vətəndaşı və məcburi köçkün olaraq iştirak etmək hüquqlarınd an məhrum olmağının səbəbkarı olmuşdur. Müvəqqəti sığınacaqdan heç bir kompensasiya ala bilmədiyi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin ədalətindən yararlana və 45 000 manat kompensasiya almaq hüququnun qarşısının alınmasında birbaşa səbəbkar olaraq məsuliyyəti vəkil Cavabdeh daşıdığına görə cavabdehdən maddi və mənəvi zərərə görə 80.000 manat təzminatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin materiallarından görünür ki, iddiaçı məcburi köçkünlər üçün evləri söküldüyünə görə onlara verilmiş 45 000 manat kompensasiyanı almaq üçün məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17.09.2018-ci il tarixli 2-1(82)-3030 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apelly asiya Məhkəməsinin X5 saylı nömrəli iş üzrə 26.12.2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-X5 saylı, 19.06.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin X5 saylı nömrəli iş üzrə 26.12.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prossesual müddətin bərpası barədə İddiaçı vəsatəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 386.1-ci maddəsinə istinad etməklə tərəflər arasındakı münasibətlərdə delikt məsuliyyətinin əmələ gəlməsinin 3 şərti olan: zərər vuranın hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi), zərər vuranın hüquqa zidd əməli ilə zərər faktı arasında səbəbli əlaqə, zərər vuranın təqsiri olmasının müəyyən edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin tam araşdırılmış hallarına uyğun olmamışdır. Belə ki, iddiaçının cavabdehdən maddi və mənəvi zərərə görə 80.000 manat təzminatın tutularaq ona ödənilməsi tələbinin əsası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ali Məhkəmədə hüquqlarının qorunması üçün vəkil Cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi nəticəsində ona həvalə olunmuş işə məsuliyyətsiz yanaşması ilə onun kompensasiya almaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsində iddia ərizəsinə baxılmağının qarşısının alınmasıdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh həqiqətən 11.03.2019-cu il tarixində “İkitərəfli Xr bronxopnevmaniyanın kəskinləşməsi” diaqnozu ilə “xxxx” MMC-nin “GENERAL HOSPİTAL” tibb mərkəzinə müraciət etməsi, 30.03.2019-cu il tarixinə kimi klinikada müalicə alması, altı aydan sonra xəstənin təkrar müayinə və müalicəsi məsləhət görülməsinə dair “GENERAL HOSPİTAL” tərəfindən verilmiş 08 saylı, 30.03.2019-cu il tarixli arayışa istinad etsə də, işin bu halına diqqət yetirməmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-X5 saylı, 19.06.2019-cu il tarixli qərardadında sözügedən arayışa müddət bərpası barədə vəsatətin əsassızlığı baxımından artıq hüquqi qiymət verilmişdir. Belə ki, sözügedən qərardan görünür ki, iddiaçının vəkili tərəfindən təqdim edilmiş həmin arayış müddətin üzürlü səbəblərdən ötürülməsi anlamına gəlmək və buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin arayışda iddiaçının v əkilinin stasionar müalicədə olması qeyd edilməmişdir. Beləliklə də, iddiaçının vəkilinin şikayəti vaxtında tərtib etmək imkanının ondan asılı olmayan səbəblərdən mümkün olmaması və müddətə əməl olunmasına mane olan digər halların mövcudluğun sübuta yetrilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin X5 saylı nömrəli iş üzrə 06.02.2019-cu il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsi təmin edilməklə, 11.02.2019-cu il tarixdə qərardad icra edilməsi üçün AzərbaycanRespublikasının Vəkillər Kollegiyasına göndərilmiş, 28.02.2019-cu il tarixdə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Cavabdeh iddiaç ıya hüquqi yardım göstərilməsi üçün order yazılmasına, kassasiya instansiyasının məhkəməsinin yuxarıda qeyd edilən qərarında apellyasiya instansiyası məhkəməsinin qərarından şikayət vermək müddətinin axımının həmin tarixdən (order yazıldığı tarix) hesablanmasının, kassasiya şikayətinin 15 aprel 2019-cu il tarixdə təqdim edilməsinin, beləliklə də, iddiaçının kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddətinin ötürülməsinin mübahisəsiz olmasının qeyd edilməsinə diqqət yetirməmişdir. Halbuki, AzərbaycanRespublikasının İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında dövlət büdcəsinin vəsaiti h esabına vəkillə təmin edilməsinə dair məhkəmə qərardadına əsasən verilən order mövcuddur. Bu orderə əsasən də cavabdeh vəkil olaraq «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AzərbaycanRespublikasının Qanunun 3 və 16-cü maddələrinə əsasən üzərinə düşən vəzifələrini yerinə yetirməli idi. Belə ki, 3-cü maddəyə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirən vəkil Qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli, hüquq i yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti etməməlidir. Həmin Qanunun İİ hissəsinə əsasən vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Resp ublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, (dövlət büdcəsi hesabına vəkillə təyin edilmə qərardadı əsasında order mövcuddur) iddia edilən vəkilin hərəkətsizliyi ilə bağlı mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmiş, cavabdehin təqsirli hərəkətlərinin olub-olmamasını aydınlaşdırmaqla yanaşı təzminat kimi tələb edilən 80000 manat məbləğinin nə qədərinin maddi və mənəvi zərərə aid olması dəqiqləşdirilməmi şdir. Belə ki, qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülk i hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Məhkəmə kollegiyası tərəflərin diqqətinə çatdırır ki, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxs in maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. - zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. - Hüquqpozan şəxsin təqsirinin olması. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bu hallarına qiymət verməməsi, işin hallarının tam və hərtərəfli araşdırmaması ilə iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə gör ə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hər kəsin ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin m əhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytar ılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli,apellyasiya şikayətinin dəlill ərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli X50 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar