Məhkəmə qərarları › İş №2(102)-3964/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3964/2022

03.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3964/2022 Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, alınmış əmlakın geri qaytarılması Bakı şəhəri, 03 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-472/2022 nömrəli 03 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, tam dəyəri 65 000 manat olan “Saray” kafesinin (344.8 kv.m) əmlakının 15 %-i güzəştli qaydada, 85 %-i isə hərrac yolu ilə satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx.xx.2016-cı il tarixli, 3192 nömrəli 24 noyabr 2016-cı il tarixli, 3192 №-li alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh satılmışdır. 2.Müqavilənin şərtlərinə əsasən Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin güzəştli satışa yönəldilmiş dəyərinin, 9750 (doqquz min yeddi yüz əlli) manatın 30 %-ni, yəni 2925 (iki min doqquz yüz iyirmi beş) manatı və hərracda satın aldığı 85 %-in - 55 250 (əlli beş min iki yüz əlli) manatın - 70 %-ni, yəni 38 675 (otuz səkkiz min altı yüz yetmiş beş) manatı, ümumilikdə 41 600 (qırx bir min altı yüz) manatı satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin, alıcı 41 600 (qırx bir min altı yüz) manatdan 23 500 (iyirmi üç min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 18 100 (on səkkiz min yüz) manatın ödənilməsini həyata keçirməmişdir. 3.İddiaçı 27 aprel 2021-ci il tarixli bildirilə al qı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə müvafiq olaraq əmlakın satış qiyməti olan 41600 (qırx bir min altı yüz) manatdan 23500 (iyirmi üç min beş yüz) manatın Cavabdeh tərəfindən ödənilməmiş qalan 18100 (on səkkiz min yüz) manatının 10 gün ərzində ödənilməsini Cavabdeh tələb edilmişdir. Bildiriş ona təqdim olunduğu tarixdən 10 (on) gün ərzində ödəniş həyata keçirilməzsə, müqavilənin 3.1 bəndinə əsasən həmin müqavilənin əlavə xəbərdarlıq edilmədən ləğv olunacağı barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, “Saray” kafesinin alqı-satqısına dair 24 noyabr 2016-cı il tarixli, 3192 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqlar ı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Odur ki, alqı satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 23 500 (iyirmi üç min beş yüz) manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır.

6. Abşeron Rayon Məhkəməsinin(hakim C.Səfiyeva) (bundan sonra –birinci instansiya məhkəməsi) 2(012)-3764/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinə dair bağlanmış 24 noyabr 2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə müəyyən etişdir ki, işin məhkəmə baxışı dövründə cavabdeh 1500 manat qalıq borcundan ödəniş etmiş, nəticədə cavabdehin iddiaçıya 16 600 manat borcu qalmışdır.

7. Məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən cavabdeh müq avilə üzrə üzərinə götürdüyü öhdəliyi iki il müddətində yəni, 24 noyabr 2018-ci tarixədək icra etməli olduğu halda, bunu etməmiş, nəticədə 16 600 manat məbləğində ödənilməmiş borcu qaldığından tərəflər arasında bağlanan xx.xx.2016-cı il tarixli, 3192 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli və həmin müqavilənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən “Saray” kafesi boşaldılaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməli, iddia bu hissədə təmin edilməlidir.

8. Məhkəmə hesab etmişdir ki, “cavabdeh tərəfindən ödənilmiş 23500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə ona vuru lmuş zərərin nədən ibarət olmasını həm əsaslandırmamış və həm də bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Müqavilə ləğv edildiyindən cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını cavabdehin tələb etmək hüququ vardır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 421.1, 421.3, 424.5, 442, 448.2, 567, 598.1, 598.2-ci, Mülki-Prosessual Məcəlləsinın 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı- satqı müqaviləs inin şərtlərinə əsasən 41 600 manatdan 23 500 manat ödəmiş, maddi imkanı olmaması səbəbindən ödənişi tam aparmamışdır. Həmçinin 2021-ci ilin may ayında 500 manat, 18 iyun 2021-ci il tarixdə 300 manat və 16 oktyabr 2021-ci il tarixdə əlavə 700 manat və 2000 manat ödəniş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellysiya instansiya məhkəməsi) 2(105)-472/2022 nömrəli 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov(sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə baxışı dövründə isə əlavə olaraq ödənişlər etmiş, nəticədə cavabdehin iddiaçıya 13650 man at borcu qalmışdır. Başqa sözlə, cavabdehin müqavilə öhdəliyini vaxtında icra etmədiyi, mübahisəli əmlak üzrə qalıq borcunun 13650 manat olması işin mübahisəsiz halıdır.

14. Məhkəmə hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı alqı-satqı münasibətlərində cavabdehin üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinə düzgün hüquqi qiymət vermiş, iddianın qismən təmin olunması barədə əsaslı nəticəyə gəlmişdir.

15. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 385.1, 421.1, 421.2, 442, 598.1-ci və Azərbaycan R espublikasının Mülki Prosessual Məcəlləsinin 77, 385.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 385.1, 421.1, 421.2, 598.1-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının həmin müqavilənin ləğv edilməsini tələb etmək hüququ o halda yaranırdı ki, Cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozsun. Müqaviləni əhəmiyyətli dərəcədə pozmaq isə o deməkdir ki, həmin pozuntu nəticəsində digər tərəf müqav ilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” əsasında dövlət tərəfindən qeyri yaşayış sahəsinin güzəştli şərtlərlə satılmasında dövlət ümid etdiyi gözlənti sahibkarlığın inkişafı, sahibkarın özünü doğrulmağı olmuşdur. Orada dövlət ümid etdiyi gözləntinin sahibkar olan şəxs tərəfindən bütün ödənişin vaxtında ödənilməsi olması ağlabatan deyil. İddiaçının yalnız cavabdehdən müqavilə üzrə öhdəliklərinin icrasını tələb etmək hüququ olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

20. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 598.1. Alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavi lədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

26. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məc əllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

27. Maddə 421.2-ci Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən qətnamə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, yoxlanılan hissə üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

37. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların t oplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

38. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

39. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyanın dəyərinin bir hissəsi müqavilə bağlanarkən, qalan hissəsini isə 2 il müddətinə hər il bərabər həcmdə ödəməyi öhdəsinə götürmüş, həmin müddət xx.xx.2018-ci ildə bitsə də, əmlakın dəyəri tam ödənilməmişdir.

41. Azərbaycan Respublikası 600.4-cü və 601.2-ci maddələrinin şərtinə əsasən isə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

42. İddiaçıda ona verilən seçim hüququndan istifadə edərək, müqavilənin ləğv edilm əsini və ödənilməmiş malın qaytarılmasını tələb etməkdə haqlıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-472/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi iddianın təmin edilən hiss əsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar