Məhkəmə qərarları › İş №2(102)-3965/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3965/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3965/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-93/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gəncə şəhərinin “Xaraba yeri” adlanan ərazisində, şərq küçəsinin şimal qurtarağacında yerləşən 14,53 ha torpaq sahəsi Gəncə Pambıqtəmizləmə zavoduna ayrılmış, lakin zavodun fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin torpaq sahəsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999-cu il tarixli sərəncamı ilə dövlət fonduna qaytarılmış və Azərbaycan Vətən Müharibəsi veteranları Birliyi Gəncə şəhər Təşkilatının müraciəti əsas götürülməklə həmin torpaq sahəsinin 9,5 hektar hissəsi kollektiv fermer təsərrüfatının təşkili üçün Qarabağ müharibəsi veteranlarına, o cümlədən İddiaçı ayrılmışdır (cəmi 5 nəfər). Bununla əlaqədar Qarabağ müharibəsi veteranı X3 adına həmin torpaq sahəsinə (9,5 hektar) dair 06 avqust 1999-cu il tarixli şəhadətnamə verilmişdir. Bundan sonra həmin torpaq sahəsinin 2,025 hektar hissəsinin istehsalat sahəsi yaratmaq üçün X2 və X1 25 il müddətinə icarəyə verilməsi ilə (05 may 2004-cü il tarixli icarə müqaviləsi) əlaqədar onların adlarına 05 iyun 2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin verilməsi üçün Kirovabad şəhər XDS İK-nin 11 iyul 1990-cı il tarixli 11 saylı qərarı əsas kimi götürülmüşdür. Lakin müəyyən olunmuşdur ki, Kirovabad şəhər XDS İK-nin 11 iyul 1990-cı il tarixli qərarı ilə həmin torpaq sahəsinin X2 və X1 ayrılması barədə hər hansı bir qərar qəbul edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin mart ayında İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək Kirovabad şəhər XDS İK-nin 11 iyul 1990-cı il tarixli qərarı ilə X2 və X1 torpaq sahəsinin verilməsi ilə əlaqədar qərar qəbul edilməməsini əsas göstərməklə onların adlarına verilmiş Kirovabad şəhər XDS İK-nin 11 iyul 1990-cı il tarixli qərarının və 05 iyun 2004-cü il tarixli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1928/2018 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.A.Mirabov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin Kirovabad şəhər XDS İK-nin 11 iyul 1990-cı il tarixli qərarının mövcud olmadığını aşkar etdiyi halda həmin qərarı et ibarsız hesab etməsinin anlaşılan olmamasını, cavabdehlərin istifadəsinə verilmiş torpaq sahəsi ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahələrinin fərqli torpaq sahələri olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-93/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər – N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(043)-1928/2018 saylı qətnaməsi ləğv edilmiş və işin ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək iş üzrə icraata xitam verilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1 İş məhkəmədə baxılmalı deyil dirsə hakim iş üzrə icraata xitam verir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməs i, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəldiyindən, inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququnun əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı iddia tələbi cavabdehlərin adlarına verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsinə yönəlməklə bunun inzibati orqanın qanunsuz hərəkətləri ilə əsaslandırıldığından, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1 və 2.2.5-ci maddələrinə əsasən hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Kollegiya göstərilənlərlə əlaqədar işə inzibati məhkəmə icraatında baxılmalı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad qanuni olduğundan kassasiya şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-93/2021 nömrəli iş üzrə 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar